AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                 

“Səsvermə günü qanun pozuntuları baş verdi, amma...” - Partiya sədri
Tarix: 5-09-2024, 16:11 | Çap et
“Səsvermə günü qanun pozuntuları baş verdi, amma...”
Sentyabrın 1-də yeddinci çağırış Milli Məclisə növbədənkənar seçkilər keçirildi. Seçici fəallığının aşağı olduğu seçkilərin rəsmi nəticələri artıq açıqlanıb. Bəzi dairələr üzrə seçkilərin saxtalaşdırılması iddiası ilə çıxış edən namizədlər var ki, onların şikayətinə Mərkəzi Seçki Komissiyasında (MSK) baxılacaq və müvafiq qərar veriləcək.

Ümumi seçkilərlə bağlı dəyərləndirməyə gəlincə, fikirlər haçalanır. Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərin sakit, demokratik şəraitdə keçirildiyini, seçkilərə qatılan müxalif partiyaların əksəriyyəti isə qeyri-demokratik, saxtakarlıqların olduğu seçki keçirildiyini iddia edir.

Seçkilərdə altı namizədlə iştirak edən müxalif Böyük Azərbaycan Partiyası (BAP) bir mandat qazanıb. MSK-nın elan etdiyi rəsmi nəticəyə əsasən, təşkilatın sədri Elşad Musayev 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən deputat seçilib. BAP seçkilərdə qanun pozuntularının olduğu fikri ilə razılaşsa da, bu halların ümumilikdə seçkilərə ciddi kölgə saldığı iddiasını bölüşmür.

Mandat qazanan Elşad Musayev AYNA-nın parlament seçkilərinin nəticələri və deputatlığı dövründə hansı işlər görəcəyi ilə bağlı suallarını cavablandırıb. Deyib ki, əsas məqsəd bu seçkiləri dinc şəkildə, təxribatlar olmadan keçirmək idi:

- Nə imzatoplama kampaniyasında, nə də təşviqat dövründə namizədlərə problemlər yaradıldı. Bu dövrlə bağlı heç bir şikayətə rast gəlinmədi. Heç bir müxalifət partiyası namizədliyin irəli sürülməsindən səsvermə gününədək şikayət etmədi. Şikayət ediləsi əsas da yox idi. Bəli, səsvermə günü müəyyən qanun pozuntuları oldu, qarşıdurmalar yaşandı. Söhbət mənim namizəd olduğum dairədən getmir. Ayrı-ayrı dairələrdə namizədlərlə, onların vəkilləri, səlahiyyətli nümayəndələri ilə digər namizədlər arasında müəyyən insidentlər yaşandı. Məntəqələrdə seçki qanunun tələblərinin pozulması halları da yaşandı. Amma bunlar da təbiidir, ola bilən hallardır. Ümumilikdə isə seçkilər sakit, rahat şəkildə baş tutmuş sayılır.

- Amma bəzi seçki məntəqələrində kobud qanun pozuntusu hallarını müşahidə edirik, videogörüntülər var...

- Dedim axı, belə pozuntular oldu. Həmin pozuntular yaşanan dairələrin namizədləri əllərindəki əsaslarla, sənədlərlə MSK-ya müraciət edəcəklər, müvafiq qərar veriləcək. Həmin namizədlərə iddialarında, mübarizələrində uğur arzulayıram. Məncə, belə hallar yaşanmamalıdır. İstər dairələrin səlahiyyətliləri, istər namizədlər qanunu pozmamağa çalışmalıdırlar. İndi bu hallar yaşanıb, ondan şikayət etmək prosedurları var və onlardan keçmək lazımdır.

- Seçkilərdə seçici fəallığı da az idi. Rəsmi məlumata görə, 37 faiz seçici fəallığı olub. Bu hal nə ilə bağlıdır?

- Birincisi, insanlarımızda seçkilərə inam azdır. Bundan əvvəlki seçkilərdə yaşanan problemlər, namizədlərin deputat olduğu zaman təşviqat zamanı verdiyi vədlərə uyğun addımlar atmaması insanlarda seçkiyə inamı azaldıb. Vətəndaşlarımız düşünürlər ki, seçkilər onların həyatında heç nəyi dəyişmir. Hesab edirəm ki, bu inamı birinci dövlət, sonra partiyalar, ictimai-siyasi xadimlər yaratmalıdırlar. Namizəd deputat seçildikdən sonra elə nümunələr ortaya qoymalıdır ki, insanlar vədinə əməl edəcək insana gəlib məntəqədə sevə-sevə səs verə bilsinlər. Seçici fəallığının aşağı olmasının daha bir səbəbi isə hesab edirəm ki, fəsillə bağlı idi. Yaydır, insanlarımızın çoxu istirahətdədir. Bir növ təbliğat dövrü effektiv dövr deyildi. Bu da seçici fəallığına mənfi təsirini göstərmiş oldu.

- Serçkilərdə partiya olaraq iştirak etdiniz, bir mandat qazandınız. Bunu uğur saymaq olarmı?

- 1995-ci ildən bu yana parlamentə keçirilən bütün seçkilərdə iştirak etmişəm. Rəsmi olaraq, beş dəfə seçkiləri ikinciliklə bitirmişəm. Həmin vaxt seçkilər necə keçirilib, bu tarixlərə qayıtmaq istəmirəm.Yeddinci çağırış Milli Məclis seçkilərinə BAP olaraq qatıldıq. İlkin olaraq seçkilərdə 25 namizədlə iştirak qərarı verdik. Daha sonra vəziyyəti dəyərləndirdik, partiyanın vəziyyəti, ölkədəki real vəziyyət hesablandı və belə qərara gəldik ki, qüvvələri parçalamayaq. Sonda 8 namizədlə iştirak qərarı verdik. Namizədlik verilərkən iki namizədimizin sənədlərində müəyyən qüsurlar oldu və qeydiyyata alınmadı. Altı namizədlə partiya olaraq seçkilərdə iştirak etdik. Amma kampaniya dövründə qəti qərara gəldik ki, bir dairə üzərində daha çox fokslanmaq lazımdır. Hansı dairədə mandat almaq şansı daha çox idisə, o dairəyə gücümüzü səfərbər etdik. BAP uzun illərdir fəaliyyət göstərsə də, parlamentdə heç vaxt təmsil olunmayıb. Çalışdıq, qalib gəldik və BAP artıq parlament partiyasıdır. Seçicilərimizə, bizə dəstək verənlərə təşəkkür edirəm. Açıq deyim ki, bu seçkilərdə ən yaxşı seçki kampaniyasını biz apardıq. İnsanların seçkilərə cəlb olunması, bizə səs verməsi üçün gecə-gündüz çalışdıq, məhəllə-məhəllə gəzdik. Bunun nəticəsində də qələbə təmin olundu.

- Milli Məclisdə fəaliyyətiniz necə olacaq?

- Bundan əvvəl həmin dairənin deputatı Madər Musayev olub. Allah ona rəhmət etsin. Mən seçicilərimizə də dedim, keçmiş keçmişdə qaldı. Gələcəyə baxmaq lazımdır. Hədəfimiz var və o hədəfimizə doğru əmin addımlarla irəliləyəcəyik. Seçildiyim dairənin problemləri çoxdur, görüləsi işlər həddən artıqdır. Mən deputatın, millət vəkilinin necə olması nümunəsini ortaya qoymağa çalışacam. Hesab edirəm ki, buna potensialımız çatır. Seçicilərlə görüşlərdə verdiyim vədlərin hamısına əməl etməyə çalışacağıma söz vermişəm və sözümün arxasında dayanacam.

Seçicilərlə danışarkən nə iş görə biləcəyimizi, nə istədiyimizi seçicilərə açıq şəkildə dedik. Problemləri açıq dedik və onun həlli yollarını da söylədik, mandatın verdiyi imkanlar çərçivəsində həllini tapacağını bildirdik. Sözümüzün də arxasındayıq. Biz açıq şəkildə dedik ki, dava etməyə, radikallıq göstərməyə gəlməmişik, əməkdaşlıqdan, birgə fəaliyyətdən yanayıq. İcra strukturu ilə, bələdiyyə ilə, polislə, digər dövlət qurumları ilə birgə dairəmizin problemlərinin əməkdaşlıq yolu ilə həllində maraqlıyıq. Biz sübut etmək istəyirik ki, deputat necə olmalıdır. Biz istəyirik ki, Binəqədidə o qədər yaxşı işlər görək ki, növbəti seçkilərdə ayrı-ayrı bölgələrdən müraciət edilsin ki, BAP o bölgələrdən namizəd versin.

- Dairədə hansı problemlər daha çoxdur?

- Problemlər çoxdur və onların həlli yolları da mümkündür. Məsələn, Biləcəridə 284 saylı məktəbin həyətində toyuq, mal saxlayırlar, heyvan kəsirlər. Bunu aradan qaldırmaq çətin olmamalıdır. Yaxud 100 min əhalinin yaşadığı Biləcəridə məktəb çatışmazlığı var. Bəlli olur ki, məktəb binası tikmək üçün ərazi var, amma kimlərsə zəbt edib. Məsələn, bir nəfər tanınmış şəxs var, on hektar yeri var. Mən özüm ondan xahiş edəcəm ki, 2 hektarını ver, məktəb tikilsin. Verməsə, o məsələ ictimailəşəcək. Yaxud da, Biləcəridə bir dənə də futbol stadionu yoxdur. Bundan əlavə, elə ərazilər var ki, oradan marşrutlar işləmir. Bir sözlə, seçicilərimizdən bir çox təkliflər, şikayətlər var ki, onları ümumiləşdirəcəyik, həll etmək üçün addımımızı atacağıq.

Deputat seçildiyim dairənin ərazisində mütləq deputat ofisi fəaliyyət göstərəcək. Müvafiq qurumlarla danışacağıq, uyğun ofis verilməsi üçün müraciət edəcəyik. Olmasa, bir yer icarəyə götürüləcək və həmişə seçicilərin üzünə açıq olacaq. Biz hesab edirik ki, seçicilərimizin içində olmalıyıq. Mənim qrafikim olacaq, müəyyənləşəcək ki, ayda məsələn, iki dəfə, üç dəfə ofisdə qəbul olacaq. Qalan müddətdə isə həmin ofisdə təyin etdiyim şəxs seçicilərin şikayətlərini, təkliflərini dinləyəcək, mənə yönləndirəcək. Eyni zamanda, Milli Məclisdə də deputatların qəbul günləri olur. Yəni bu formada təmaslar olacaq, problıemlərin həllinə çalışacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru