Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                 

"Paris hazırda məhz bu iyrənc siyasətinin bədəlini ödəyir" - REAKSİYA
Tarix: 2-05-2024, 09:18 | Çap et
"Paris hazırda məhz bu iyrənc siyasətinin bədəlini ödəyir"
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfrans keçirilib. “Müstəmləkəçiliyin mənfi təsirləri, yerli icmalar üzərində assimilyasiya siyasəti” adlı ilk panel iclasında Fransanın müstəmləkələrindən, eləcə də dünyanın müxtəlif universitetlərinin tədqiqatçıları mövzu üzrə çıxışlar ediblər. Onlar assimilyasiya siyasətinin yaratdığı böyük problemlərdən danışıblar. Bildirilib ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və xalqların mədəniyyətinin inkar edilməsinə əsaslanır. “Fransa istəyir ki, biz - müstəmləkə xalqları “əsl fransız xalqı” olaq və bizə mənşəyimizi xatırladan hər şeyi - ana dilimizi, yurdumuza bağlılığımızı, ata-baba irsimiz və s. inkar edək”, - deyə assimilyasiya siyasətinə məruz qalan və ona qəti etirazlarını bildirən xalqların nümayəndələri qeyd ediblər. Vurğulanıb ki, assimilyasiya siyasəti Afrika, Məğrib, Asiya, Karib dənizi və Cənubi Amerikadan gələnlər üçün tamamilə fərqlidir, çünki onlar ağdərili və xristian deyillər. Fransa sivil irq və aşağı irq məfhumlarını fərqləndirərək insanları alçaldan siyasət yürüdür. Hətta müxtəlif fransız yazıçıları irqçiliklə bağlı fikirlər səsləndiriblər. Qeyd edilib ki, assimilyasiya müstəmləkəçiliyin bir növüdür. Martinika Assambleyasının deputatı, Bakı Təşəbbüs Qrupunun üzvü Lük Fransis Karol söyləyib ki, assimilyasiyadan qurtulmaq müstəmləkəçilikdən, onun ideoloji doğmalarından, iqtisadi və sosial sistemindən, siyasi idarəçiliyindən, mədəni təmsilçiliyindən xilas olmaq deməkdir: "Bu, cəmiyyətlərimizin yenidən qurulması ilə, üstün irqin, üstün sivilizasiyanın, seçilmiş xalqın mövcud olmadığını nümayiş etdirmək cəhdidir. Bu həm sağ qalmaq, həm də birlikdə yaşamaq istəyiriksə, yenidən kəşf edilməli olan bir dünyada özümüzü yenidən düşünməkdən ibarətdir". O deyib ki, assimilyasiya anlayışı təkcə elmi əsasları olmayan, çox real siyasi, iqtisadi və strateji maraqlara xidmət edən ideoloji təsir vasitəsidir: “Şübhəsiz ki, əsrlər boyu bu ideologiyadan əzab çəkmiş xalqlar və ölkələr bəşər cəmiyyətinin dünyaya və gələcəyə sahib olmaqla bağlı baxışlarını köklü şəkildə dəyişməsi üçün mübarizənin önündə olmalıdırlar. Burada əsas məsələ insanları və dünyanı dəyişmək, daim hörmətsizliyə məruz qalmaqdan xilas olmaq üçün konkret addım atmaqdır”. Milli azlıqların dil məsələləri üzrə fransız tədqiqatçı Rolan Lafitte çıxışında ölkəsində irqçilik probleminin getdikcə artmasından, polisin ərəblər və afrikalılara qarşı haqsızlıqlarından, onların polis tərəfindən əsassız olaraq yoxlamalara məruz qalmalarından söz açıb, bunun hüquqşünaslar tərəfindən sistemli irqçilik adlandırıldığını bildirib. Müsəlmanlara qarşı olan qərəzdən danışan tədqiqatçı bildirib ki, bu, irqçi hərəkatlar çərçivəsində kənara çıxıb və siyasi-media sahəsində adi hala çevrilib. O, ölkəsində baş alıb gedən islamafobiyanın narahatlıq doğurduğunu vurğulayıb. Fransız jurnalist Jan-Mişel Brən də ölkəsinin müstəmləkəçilik siyasətindən söz açaraq müstəmləkəçilik illərində Əlcəzairdə törədilmiş vəhşiliklərdən, assimilyasiyanın əsl məqsədlərindən danışıb. Bildirib ki, müstəmləkə xalqları assimilyasiya adı altında əcdadlarından və ənənələrindən uzaqlaşdırılıb. “Gwadloup Alyans Nasyonal”ın sözçüsü Natali Minaçi Qvadelupanın hələ də miqrant ölkəsi kimi qaldığını bildirib. Qeyd edib ki, ölkəsində yerli əhalinin sayının azaldılması üçün torpaq və maliyyə vədləri ilə avropalılar Qvadelupada yerləşdirilir. Qvadelupalıların hətta dini ibadətlərinin icrası, doğma dillərində danışmaları da qadağan edilib. N.Minaçi bildirib ki, Fransa müstəmləkəçiliyi subkultural kimi təsvir edilən digər mədəniyyətləri və dilləri məhv etmək məqsədi daşıyır.
Prezident İlham Əliyev də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib ki, biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın: "Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda, bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyadan xəbər verir, bu, məcburi assimilyasiyadır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.
Politoloq Qabil Hüseynli deyib ki, müstəmləkəçiliyin ən qəddar, acımasız formasını, insanlara qarşı terror və qırğınlarla müşayiət olunan hadisələri Fransa həyata keçirib. Ekspertin sözlərinə görə, Afrikada və digər yerlərdə köhnə müstəmləkə sistemindən qalmış ölkələrdəki mövqeyi tamamilə zəifləyən Paris daha da aqressivləşib:

"Fransanın özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır. Yüzilliklər boyu müstəmləkəçilik, ifrat və bölücü siyasət yürüdən Paris hazırda məhz bu iyrənc siyasətinin bədəlini ödəyir. Acınacaqlısı odur ki, Fransa müstəmləkəçilik siyasətindən hələ də əl çəkmir, davam etdirməyə çalışır. Fransanın neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur. Fransanın öz müstəmləkə keçmişinə, soyqırımı aktlarına görə məsuliyyət daşımaq və tarixdən dərs çıxarmaq əvəzinə Cənubi Qafqaz regionunda neo-kolonialist təcrübəsini tətbiq etməyə çalışması qəbuledilməzdir. Fransa təkcə Əlcəzairdə 130 il yüz minlərlə müsəlmanın qanını töküb. Tarixdə müstəmləkəçi dövlətlərin sayı çox olsa da, Fransa qədər zorakılıqlara, soyqırımlara yol verən ikinci dövlət olmayıb. Fransanın müstəmləkə siyasətinin bariz nümunəsini bu gün Yeni Kaledoniyada görmək mümkündür. Paris bölgəni müstəmləkə altında saxlayır, xalqa qarşı hüquq pozuntularını həyata keçirir, öz mövqeyindən çəkmir. Fransa həmin xalqların öz dillərindən istifadəsinə də qadağa qoyur".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru