Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                 

“Sülh sazişinin imzalanması üçün bu gün heç bir əngəl yoxdur” - deputat
Tarix: 30-04-2024, 06:13 | Çap et
“Sülh sazişinin imzalanması üçün bu gün heç bir əngəl yoxdur”
Rəsmi İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi alıb. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Onun sözlərinə görə, söhbət sülh sazişi ilə bağlı təkliflərin 9-cu nəşrindən gedir.

Qazaxın işğalda olan 4 kəndinin qaytarılması, Qazaxla Ermənistanın Tavuş rayonu arasında sərhədlərin delimitasiya və demarkasiya işlərinin başlaması və Prezident İlham Əliyevin bu günlərdə bəyanatında “sülhə bu qədər yaxın olmamışdıq” bəyanatı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı ehtimalını artırır.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da hesab edir ki, hansısa fors-major vəziyyət yaranmasa, yaxın zamanlarda sülh sazişinin imzalanması realdır. Millət vəkili AYNA-ya müsahibəsində bildirib ki, bu gün danışıqlar masasında olan məsələlərin heç biri Ermənistanın maraqlarına zidd deyil:

- Bakının təklif etdiyi sülh paketindəki məsələlərin heç biri Ermənistanın beynəlxalq hüquqla tanınan haqlarına təcavüz kimi şərh edilə bilməz. Azərbaycan Vətən müharibəsindən dərhal sonra sülhlə bağlı təşəbbüslərini irəli sürüb və beş prinsiplik sənəd İrəvana təqdim edilib. Həmin şərtlərin heç birində ölkələrin ərazi bütövlüyü şübhə altına alınmır. Biz davamlı olaraq beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığıprinsipi əsasında addımlar atırıq.

Bir neçə gün əvvəl cənab Prezident İlham Əliyev Berlindəki çıxışında bildirdi ki, əgər kənardan müdaxilələr olmasa, mövcud vəziyyətdən kimlərsə sui-istifadə etməzlərsə, o zaman sülh sazişinin imzalanması mümkündür.

- Demək olarmı ki, sülh sazişi üçün əsas problemlər aradan qalxıb?

- Azərbaycanla Ermənistan arasında adətən “düyün nöqtəsi” Qarabağdakı separatçı qurumun varlığı, Ermənistanın separatçılara dəstəyi və İrəvanın Qarabağa iddiası idi. Azərbaycan yeni reallıq yaradıb, artıq Ermənistanın leksikonunda Qarabağa iddia yoxdur. Söhbət Ermənistanda hakimiyyətdə olanların, cəmiyyətin böyük kəsiminin leksikonundan gedir, azsaylı revanşist müxalif qüvvələrin deyil. Bu gün biz masada Ermənistanın iddiaları arasında “Dağlıq Qarabağ” adlı şərt görmürük. Ermənistan zaman-zaman bu prosesi “Qarabağ erməniləri” anlayışına transformasiya etmək istədilər, bu istiqamətdə müəyyən təzyiq halqası formalaşdırmağa çalışdılar. İndi bu proses də arxada qalıb. Hesab edirəm ki, bu gün “düyün nöqtələri” sülh masasında mövcud deyil. Belə olan təqdirdə rəsmi Bakı İrəvanın sülh sazişi sənədi ilə bağlı hansısa yeni şərtlər qoyması üçün əsas görmür.

Prezident İlham Əliyev bu yaxınlarda ADA Universitetindəki beynəlxalq tədbirdə açıq şəkildə bildirdi ki, Azərbaycan görsə ki, Ermənistan yenidən hansısa terminlərdə ilişib qalırlar, hansısa terminlərin müzakirəsini uzun-uzadı aparmaq istəyirlər, bu o deməkdir ki, İrəvan sülh istəmir, vaxt qazanmaq niyyətindədir. Vaxt qazanmaq niyyəti də ondan qaynaqlana bilər ki, Ermənistan Fransadan, Hindistandan, Yunanıstandan silah tədarük etsinlər, necə deyərlər, özlərinə gəlsinlər və əvvəlki iddialarını irəli sürməyə cəhd etsinlər. Təbii ki, bu, xəyaldır. İstənilən halda, rəsmi Bakının mövqeyi bəllidir, şərtləri ortadadır. Sülh sazişi Azərbaycan üçün olmazsa-olmaz anlamı daşımır. Bəli, Azərbaycan sülh istəyir, amma saziş olmazsa da, biz heç nə itirmirik. Ərazi bütövlüyümüz bərpa olunub, sərhədlərimizə, ərazilərimizə nəzarət ordumuzun əlindədir. Sülh Ermənistana lazımdır ki, bataqlığa tam yuvarlanmaqdan xilas olsun.

Bütün hallarda, sülh sazişi istiqamətində proses davam edir. Son vaxtlar biz prosesdə sürətlənmə də müşahidə edirik. Ümumiyyətlə, sülh prosesini ləngitməyə əsas yoxdur və hər kəs anlayır ki, regionda sülh üçün zaman yetişib. Sülhə əngəl yaratmaq istəyən xarici qüvvələr əlbəttə, var. Amma məsələn, Almaniya kansleri cənab Prezident İlham Əliyevlə birgə mətbuat konfransında bildirdi ki, bu il sülh ili olmalıdır. Yəni artıq dünya da etiraf edir ki, sülh sazişinin imzalanması üçün bir maneə qalmayıb.

- Əngəl qalmayəbsa, saziş niyə imzalanmır?

- Mən dedim axı, müəyyən qüvvələr sülhü istəmirlər. Məsələn, Fransanın mövqeyi bəllidir. Düşünürəm ki, rəsmi İrəvan, ümumilikdə Ermənistan hakimiyyəti iradə nümayiş etdirməlidir. Rəsmi İrəvan sülhə əngəl yaratmaq istəyən dairələrə “yox” deməyi bacarmalıdır. Eyni zamanda, Ermənistan hakimiyyəti daxildəki revanşist kəsimə qalib gəlməyi bacarmalıdır. Qeyd etmək lazımdır ki, rəsmi İrəvanın işğalda olan 4 kəndin qaytarılması ilə bağlı iradəsi təqdirəlayiq haldır. Düzdür, Ermənistan bu qərarı öz xoşu ilə vermədi, amma hər halda, müsbət addım idi. Eyni zamanda, kəndlərin qaytarılmasına etiraz edən azsaylı kəsimə qarşı rəsmi İrəvanın yanaşması da adekvat oldu. Hesab edirəm ki, Ermənistan hakimiyyətim müstəqil davrana bilərsə, sülhə əngəl dairələrin sözü ilə oturub-durmağı kənara qoyarsa, sazişin imzalanması üçün hansısa əngəl yoxdur.

- Xarici işlər nazirlərinin Almatıda görüşü olacaq. Bu görüşdən nələr gözlənilir?

- Bilirsiniz, sülh prosesi ilə bağlı bütün detallar ictimaiyyətə açıqlanmır. Ona görə də məsələ ilə bağlı proqnozlar ictimaiyyəti yanılda bilər, prosesin gedişi barədə yanlış təsəvvürlər formalaşa bilər. Amma ötən dövr onu göstərdi ki, Azərbaycan diplomatiyası ölkəmizin milli maraqlarını qoruyur, danışıqlarda buna əsaslanılır. Demək olar ki, bütün müzakirələr Azərbaycanın maraqlarının təmininə yönələcək. Amma müəyyən mənada demək olar ki, nələrsə razılaşdırılacaq. Dediyim kimi, yekun sülh üçün bu gün hansısa maneə yoxdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru