"Qərbin Ermənistan üzərindən həyata keçirmək istədiyi çirkin planları Azərbaycan neytrallaşdırır" - deputat
Tarix: 16-04-2024, 08:33 | Çap et
 Hazırda faktiki olaraq üçüncü dünya müharibəsinin başladığını demək olar. Azərbaycanın şimal va cənub qonşularının da iştirakı ilə yeni müharibə "hava"sı mövcuddur. Dünyanın yenidən "parçalanması" və yenilənməsi planlanan "sərhəd"lərin formalaşması prosesi davam edir. Bəs bu "dəyişikliklər" Azərbaycana necə təsir edəcək? Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün dünya qaynayan qazana bənzəyir. Dünya nizamında nüfuz və mövqe uğrunda mübarizə günü-gündən dərinləşir. Güclü ölkələrə müharibələrin hesabına daha da güclənmək istəyir. Bu da dünya iqtisadiyyatını çətinliklərlə üzləşdirir. Azərbaycan da dünya birliyinin bir üzvüdür. Bir tərəfdə sonu görünməyən Rusiya-Ukrayna savaşı, digər tərəfdə İsrail Həmas müharibəsi hər gün minlərlə canlar alır, yaşayış məntəqələri yerlə yeksan olunur, mülki insanlar didərgin vəziyyətinə düşür. Bununla yanaşı, yeni bir münaqişə ocağı da qızışmaqdadır.
“Dünən İranın İsrailə atdığı hava zərbələri, Qərbin İsrailə dəstək verməsi və İranın əməliyyatı başa çatdığını bildirməsi dünya nizamında yeni bir narahatlıq vəziyyət yaratmışdır. İran geri çəkilsə də, “İsrail İranın hücümüna qarşı səssiz dayanacaqmı?” kimi bir sual da meydana gəlir. Təbii ki, belə bir gərgin dünya nizamında ölkəsini xarici təsirlərdən qorumaq və bütün ölkələrlə balanslaşdırılmış siyasət yürütmək hər bir dövlət başçısının gücündə deyil. Hətta deyə bilərik ki, bəzi dövlət rəhbərləri düşünülməmiş yanlışlıqlara yol verərək, öz ölkəsini də müharibələrin iştirakçısına çevirir. Bu rəngarəng dünyada Azərbaycan dövləti Prezident İlham Əliyevin yürütdyü düşünülmüş beynəlxalq siyasəti sayəsində ölkəmizin milli maraqları qorunub saxlanılır və qonşuların açıqladığı təxribat yönümlü çağırışlardan kənarda dayana bilirik. Dövlətimiz dost ölkələrlə dostluğa sadiqliyini qoruyub saxlayır, digərləri ilə də müstəqil siyasətini davam etdirir”-deyə deputat bildirib.
Azər Badamov qeyd edib ki, ağrılı yerimiz olan torpaqlarımızın 30 illik işğalına son qoyulub. Bu gün isə biz müharibənin başa çatdığını, sülh və əməkdaşlığın başlanmasına hazır olduğumuzu bəyan edirik. Təəssüf ki, ABŞ və Aİ Cənubi Qafqazı da yeni bir müharibə ocağına çevirmək istəyir. Bütün baş verən proseslərə baxmayaraq, dövlət başçısının düşünülmüş siyasəti Qərbin də Azərbaycana qarşı Ermənistan üzərindən həyata keçirmək istədikləri çirkin planlarını neytrallaşdırır. Azərbaycan həm sülh və əməkdaşlıq siyasətini unkişaf etdirir, həm də gücünü artırır. O cümlədən, dünyanı narahat edən qlobal problemlərin həlli istiqamətində töhfələr verən nadir ölkələrdəndir.
“Məsələn, Qoşulmama Hərəkatına uğurla sədrilik etdik, mütəmadi olaraq Mədəniyyətlərarası Humanitar Forumları keçiririk, Fransanın neokolonializm siyasətini ifşa etmişik, Formula yarışlarının keçirilməsinə töhfə veriririk, iqlim dəyişikliklərinə qarşı dünyanı həmrəyliyə çağıran COP29 beynəlxalq konfransına ev sahibliyi edirik və s. belə beynəlxalq tədbirlərin müəllifi olur. Bu, ölkəmizin niyyətinin və gələcəyə baxışlarının ifadəsidir. Təbii ki, dünya birliyi bizim beynəlxalq səylərimizi dəstəkləyir və Azərbaycan nüfuzlu, etibarlı tərəfdaş kimi imicini möhkəmləndirir. Bütün bu uğurlarımızın müəllifi Prezident İlham Əliyevdir”-deyə deputat bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
• Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49 |
|
|
|
• “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42 |
|
|
|
• Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40 |
|
|
|
• Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32 |
|
|
|
• Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27 |
|
|
|
• Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22 |
|
|
|
• Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20 |
|
|
|
• SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17 |
|
|
|
• Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15 |
|
|
|
• “Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09 |
|
|
|
• "Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58 |
|
|
|
• SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51 |
|
|
|
• "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25 |
|
|
|
• Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18 |
|
|
|
• Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17 |
|
|
|
• Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12 |
|
|
|
• Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10 |
|
|
|
• Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06 |
|
|
|
• Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59 |
|
|
|
• Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57 |
|
|
|
• Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53 |
|
|
|
• "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52 |
|
|
|
• Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49 |
|
|
|
• Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48 |
|
|
|
• TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25 |
|
|
|
• Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17 |
|
|
|
• Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00 |
|
|
|
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59 |
|
|
|
• Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49 |
|
|
|
• "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48 |
|
|
|
|