“AZERCELL” İNDİ DƏ “EUROVISION”LA ALDADIR
Tarix: 5-05-2012, 16:12 | Çap et
ŞİRKƏTİN 4G YALANI NECƏ REALLAŞACAQ?
Azərbaycanın mobil operator bazarında hegemonluq edən “Azercell Telekom”Birgə Müəssisəsi həmişə olduğu kimi özünün reklam xarakterli yalan vədlərini ictimaiyyətə sırımaqda davam edir. Abunəçiləri müxtəlif vədlərlə aldadan mobil şirkət hər dəfə bir şirnikləndirici reklamla vətəndaşları soymaqla məşğuldur. Səbəbsiz yerə abunəçinin balansından əlavə pullar oğurlamaq, şəbəkədaxili endirimlərdə insanları aldatmaq, yüksək keyfiyyət adı ilə abunəçilərə müxtəlif xidmətlər təqdim etmək və sair. “Azercell”in bu şirnikləndirici yalanları artıq abunəçiləri bezdirib. Son vaxtlar isə şirkət abunəçilərinə daha bir biabırçı, yalançı vəd verib. Daha doğrusu hələ də bu vədi verir, amma həmişə olduğu kimi yəqin ki yerinə yetirmir. Necə deyərlər əvvəl necə olubsa, şirkət indi də eyni üsulla davam edir və vətəndaşlara yeni “torba” hazırlayır. Şirkətin növbəti vədi isə “Eurovision 2012” müsabiqəsilə bağlıdır. Müxtəlif canfəşanlıqla “Eurovision 2012” müsabiqəsinin sponsorluğuna nail olan şirkət indi də bu müsabiqədən yalanları ilə istifadə edəcək. Artıq bir aydır ki, “Azercell” bəyan edir ki, “Eurovision” ərəfəsində abunəçilər 4G tətbiq edəcək. Guya ki, “Eurovision”da “Azercell” abunəçiləri 4G-dən tam istifadə edə biləcəklər. Amma necə istifadə edəcəklər, bu bilinmir.
Dövlət qurumlarını ittiham edən şirkətin yalanları necə üzə çıxdı?
Məsələn, 2009-cu ildə səhv etmirəmsə “Azercell” bəyan elədi ki, ay camaat, Azərbaycana 3G texnologiyasını gətiririk və abunəçilər bu xidmətdən super istifadə edəcək. Əvvəlcə hamı buna inandı və dedilər ki, “Azercell” super xidmət göstərəcək. Amma, sonradan məlum oldu ki “Azercell” ölkədə keyfiyyətə fikir vermək istəmir. Bu şirkətin məqsədi yalnız müştərilərə yeniliklər barədə məlumat verib insanları aldadıb onlardan pul qoparmaqdır. Şirkət bu əməlində lap bəzi məmurlar kimidir. Məmurlar da vətəndaşlara söz verib onlardan rüşvət almaqda mahirdir axı. Elə “Azercell”də bu xətti tutub uzun-uzadı gedir. Nə keyfiyyətə fikir verir, nə də insanların rahatlığına. 3G-nin tətbiqi də “Azercell”in bu niyyətinə uyğun oldu. 2009-cu ildən 3G deyib Azərbaycana dad döyən “Azercell” iki il dən artıq bu işin üzərində işlədi və cəhd etdi ki, yalanları üzə çıxmasın. Çünki bu texnologiya yeni nəsil texnologiyası olduğundan “Azercell” abunəçiləri 3G-ni səbirsizliklə gözləyirdi. Amma, “Azercell”in bu cəhdi baş tutmadı. Təxminən iki ildən sonra “Azercell” zorla 3G-nin lisenziyasını ala bildi,özü də Azərbaycandakı bütün mobil operatorlardan sonra. 2009-cu ilin sonlarında “Azercell” 3G-yə hazır olduunu desə də, aidiyyəti qurumların araşdırmaları şirkətin bu yalanını üzə çıxardı. Məlum oldu ki, şirkət nəyinki 3G-ni yüksək səviyyədə, heç minimal səviyyədə də tətbiq edə bilmir. Buna görə də, onun müraciəti geri qaytarıldı ki, şirkət abunəçiləri aldada bilər, amma aidiyyəti dövlət qurumlarını yox. Ən azından ona görə ki, bu qurumlarda çalışanlar heç də “Azercell”in mütəxəssisləri kimi deyil. Bu prosesə cəlb edilənlər həmin sahə üzrə yüksək səviyyədə bilik və təcrübəyə malik mütəxəssislərdir. Ona görə də “Azercell”in bu niyyəti iflasa uğradı. İş orasındadır ki, “Azercell” hələ 3G üçün müraciət etməzdən əvvəl telekanallar vasitəsilə reklamlara başladı ki, bəs “Azercell” mobil operator bazarında ilk olaraq 3G tətbiqinə başlayır, yaxın günlərdə belə xidmət olacaq, elə istifadə olunacaq, abunəçilər bu xidmətdən dəhşət yararlanacaq və sair. Amma, sonra məlum oldu ki, “Azercell” i ümumiyyətlə 3G-yə yaxın buraxmırlar. Bu vədinin yalan çıxmağından pərt olan “Azercell” həmin vaxt başladı aidiyyəti qurumları ittiham etməyə ki, guya bu qurumlar bilərəkdən “Azercell”in 3G-yə qoşulmasını istəmir. Amma abunəçilər buna inanmadılar. Çünki rəsmi qurumlar həmin vaxt məlumatları yayıb “Azercell”in nəyə qadir olduğunu bəyan etdi.
3G 4 ilə reallaşmadı, 4G 40 günə alınacaq?
2011-ci ildə 3G-yə qoşulan “Azercell” 3-4 ildən artıq bu sistemə hazırlaşsa da, hələ bunun normal təıtbiqini həyata keçirə bilmir. Birincisi elə başlayaq 3G-nin ən asan və o qədər də qəliz olmayan videozəng xidmətinə. Mobil operatorda 3G istifadəyə verilərkən ilk olaraq bu xidmət aktivləşdirilir. Ona görə ki, bu xidmət 3G-nin çox asan bir xidmətidir. Digər operatorlar bu xidməti müştərilərə tam normal səviyyədə təqdim etsə də, “Azercell”in videozəng xidmətində hələ də problem yaranır. Əksər hallarda isə bi xidmətdən ümumiyyətlə istifadə etmək olmur. Daha dəqiq desək, 3G-ni dəstəkləyən mobil telefonlar videozəng edə bilmir. Düzdü, hamı kimi, “Azercell” də bu cür telefonlarda nömrəsinin 3G-ni dəstəklədiyini göstərir. Ekranda bu xidmətin loqini dasim olur. Amma gəlin görək bu xidmətdən istifadə səviyyəsi hansı səviyyədədir. Şəxsən mən özüm bu xidmətdən istifadə edə bilmirəm. Telefonum dəstəkləyir, Amma, “Azercell” buna imkan vermir. Daha dəqiq desək, “Azercell”in səviyyəsi. Şirkətin gücü 3G xidmətinin normal tətbiqüinə imkan vermədiyindən abunəçilər arasında tez-tez problemlər yaranır. Dəfələrlə bu xidmətdən istifadə bilməməyim barədə “Azercell”in müştəri xidmətlərinə müraciət etmişəm. Hər dəfə də eyni cavab almışam ki, guya telefonum bu xidməti dəstəkləmir. Amma, əslində istifadə etdiyim telefon aparatı bunu normal dəstəkləyir. “Azercell” isə bu cavabla sadəcə özünü müdafiə edir.
3G-si bərbad olan “Azercell”in 4G xülyası
3G-ni normal dəstəkləyə bilməyən bu şirkət 4G-ni necə dəstəkləyəcək, Allah bilir. Artıq son vaxtlarda şirkətin telekanalları bəzədiyi bu reklam çarxları adamı həm əsəbləşdirir, həm də düşündürür. Hər gün dəfələrlə “”Azercell” “Eurovision”da 4G tətbiq edəcək”. “Abunəçilərə misilsiz sürpriz”, nə bilim nə..deməklə yenə də yalanlarından əl çəkmir bu şirkət. Bu şirkətdən soruşan lazımdı ki, axı 4G-ni 1 aya necə tətbiq edəcəksən. Hələ şirkət 4G-nin lisenziyasını almayıb. Bu hamıya məlumdur. Belə olan halda şirkət necə dəstəkləyəcək 4G-ni mənə hələ də qaranlıqdı. Amma ola bilər ki, “Azercell” “Eurovision” başlayanda telefonların ekranına 3G loqosunu 4G ilə əvəzləsin. Bu mümkündür. Çünki o yalnız buna qadir ola bilər. Amma, inanıram ki, şirkət “Eurovision”da 4G-yə nail ola bilməyəcək. Ən azından ona görə ki, şirkət hələ 3G-ni tam tətbiq edə bilməyib. Tələsik ölkədə 4G şousu yaratmaq istəyən şirkətin xidmət səviyyəsini yaxın günlərdə görəcəyik. Onda yenə məlum olacaq ki, “Azercell” abunəçiləri necə aldatmaqda davam edir, bu niyyətindən əl çəkmir.
4G çoxdan Azərbaycandadır, oyan “Azercell”
Şirkətin ikinci sırıma yalanı isə budur ki, guya 4G-ni Azerbaycanda ilk dəfə “Azercell” tətbiq edəcək. Amma, şirkət rəhbərliyi hələ bilmir ki, artıq Azərbaycanda 4G çoxdan var. “Azercell”ə çatmır ki, Azərbaycanda fəaliyyət göstərən “Sazz” çoxdan data kartlar vasitesile Mobile Wimax texnologiyasi əsasında 4G xidmətini təqdim edib. Deyəsən “Azercell” hələ yatıb. Azərbaycanın internet məkanından xəbərsiz olan bu şirkət indi ayılıb ki, ölkəyə guya 4G data kart gətirir. 4G data kartı artıq Azərbaycanda az qala köhnə sistem kimi qəbul edilə. Belə getsə deyəsən “Azercell”i oyandırmaq lazım olacaq. Lazımdır ki bu şirkətə başa salınsın ki, artıq abunəçilər də bu yalanlardan doyub və şirkətin abonentliyindən imtina edib. Hazırda Azərbaycanda satılmış nömrələrin bir hissəsi, bəlkə də tam yarısı istifadə edilmir. Səbəb isə şirkətin abunəçilərə verdiyi belə yalan vədlər və insanların bezməsidir. / olaylar /
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17 |
|
|
|
|