Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                 

SABİRABADDA GƏRGİNLİK VAR
Tarix: 5-05-2012, 13:38 | Çap et
SABİRABADDA GƏRGİNLİK VAR

MALİYYƏ İDARƏSİNİN MÜDİRİ RESTORAN BİZNESİNDƏ REKORDÇUDUR...

DİA.AZ: - Sabirabadda insan hüquqlarının pozulması adi hal almışdır. Vətəndaşlar dərdini deməyə yer tapmır. Yeganə ümüd yeri bildikləri Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovdur, o isə nəinki insanların şikayətini dinləmək istəmir, əslində bu şikayətlər onun üçün maraqlı da deyil. çünki redaksiyaya şikayət etmiş Qalaqayın kəndində olarkən sakinlərin özləri ilə görüşəndə onların söylədikləri təəssüf hissi doğururdu: "...Nazim İsmayılovu şəxsi biznesi maraqlandırır. Onun Sabirabad rayonunun Qalaqayın kəndində quraşdırdığı Asfalt zavod müasir texniki tələblərə cavab vermədiyi üçün rayon mərkəzinə və ətraf kəndlərə hər gün tonlarla tüstü qurumu tökülür... Dəfələrlə desək də tədbir görən yoxdur...".

Başçının asfalt zavodu problemə çevrilib

Zavoda bitişik yaşayış binalarının sakinləri bizə acı göz yaşları ilə bildirdilər ki, "Nazim İsmayılovun Asfalt zavodu burada inşa edildikdən sonra azyaşlı uşaqlarımızda və yaşlı insanlarımızda astma xəstəliyi yaranmışdır. Bu haqda dərdimizi deməyə yer tapmırıq. Tapa bilsək belə onsuz da əlac edən yoxdur. Nazim İsmayılov Sabirabad rayonunun İcra başçısı təyin edildikdən sonra bəzi idarə müdirləri də onun iş adamı olmasından istifadə edərək, öhdələrinə düşən dövlət işləri ilə məşğul olmaqdansa, rayonun bir çox mənzərəli yerlərində restoranlar açmaqla məşğuldurlar. Baxmayaraq ki, bu məmurlar sənədləşmədə həmin torpaqları və üzərində apardıqları tikinti işlərini ya övladlarının, ya da yaxın qohumlarının adına sənədləşdiriblər".

Sabirabadın maliyyə idarəsinin müdiri restoran biznesində rekordçudur...

DİA.AZ-ın əməkdaşı bildirir ki, Sabirabadda olarkən şikayətçilər- Elçin Azadov və Adil Quliyev isə daha bir maraqlı məsələyə toxundular və dedilər ki, bu məsələni maliyyə naziri Samir Şərifovun diqqətinə çatdıraq: "Qəzetinizin obyektivliyi naminə sizə üz tutduq, rayona dəvət etdik. Maliyyə naziri Samir Şərifovun yəqinki xəbəri yoxdur ki, Rayon Maliyyə İdarəsinin müdiri Hüseynağa Gülüşov bölgədə büdcə vəsaitlərinin xərclənməsinə ciddi nəzarət etmək əvəzinə, Sabirabadda restoran tikintisi yarışında birinci yerdə gedir. Rayonun girəcəyində hektarlarla yararlı torpaq sahəsini zəbt edərək orada otel tipli restoranlar inşa etdirən Hüseynağa Gülüşovun bu qədər maliyyə vəsaitini haradan alması istər-istəməz müəmmalı sual doğurur. Rayon mərkəzində də Hüseynağa Gülüşova məxsus bir neçə topdansatış ticarət mərkəzləri var. Hüseynağa Gülüşova məxsus "Yaşıl bağ" restoranlar şəbəkəsində nahar edin, görün sizə kassa çeki təqdim edəcəklərmi? Qətiyyən! çünki maliyyə idarəsinin müdiri ilə Ərazi Vergilər İdarəsinin əməkdaşları da əlbirdirlər, bir-birini həmkar bilərək bu məsələyə baş qoşmurlar. Nəğd hesablaşma aparılan belə bir iaşə obyektində bu nə özbaşınalıqdır?"

Təbii ki, vaxt azlığı səbəbindən məsələyə aydınlıq gətirmək imkanımız olmadı, amma inanırıq ki, 5 saylı Ərazi Vergilər İdarəsi adı çəkilən restoranlar şəbəkəsində kassa aparatından niyə istifadə edilməməsi səbəbinə aydınlıq gətirəcək.

Sabirabad şəhər İcra nümayəndəsi ilə şəhər Bələdiyyəsinin sədri min hoqqadan çıxır...

Digər şikayət və giley-güzarın bir ünvanı da RİH başçısının himayəsindən gen-bol istifadə edən Sabirabad şəhər Ərazi İcra nümayəndəsi Əhədağa Əliyevlə şəhər bələdiyyəsinin sədri Şamil Qasımov barədə idi. Sabirabad şəhər sakini, Qarabağ müharibəsi iştirakçısı A.Rəhimov bizimlə söhbətində bildirdi ki, onlar əlbir olub rayon mərkəzində torpaq satmaqla işlərini bitmiş hesab edirlər: "...Əhədağa Əliyevin və Şamil Qasımovun sayəsində rayon mərkəzində "göbələk" obyektlərin sayı o qədər artmışdır ki, hətta küçələrin bir tərəfindən digər tərəfinə keçməyə belə yer qalmamışdır. Əslində bu tikililərin qanunu sənədləri belə yoxdur. Yalnız Əhədağa Əliyevin "Bura sənindir" deməsi vətəndaşların küçələrdə qanunsuz tikinti aparmasına bəs edir. Sözsüz ki, bütün bu torpaq satma əməliyyatı İcra başçısı Nazim İsmayılovun xeyir- duası ilə edilir. Amma mənim kimi torpaq uğrunda vurruşmuş birisi getsin, gör nə məzənnə deyəcək, şərt qoyacaqlar...".

Təmir pərdəsi altında görülən işlər

Bakıdakı təmir-bərpa işlərinin təsiri Sabirabada da gedib çıxıb. Amma fərqli formada. Məsələn, rayonda olarkən bizə maraqlı bir məsələdən danışdılar. Şəhərin mərkəzi küçələrində yaşayan sakinlərin verdiyi məlumatdan aydın olurdu ki, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait, əslində, başqa təyinatların xərcinə çevrilir. Təmiri isə ayrı-ayrı iş adamları və idarə müdirlərinin şəxsi hesabına ödətdirilir.

Şəhərin mərkəzində gördüklərimiz də fakt idi. Belə ki, dövlət tərəfindən ayrılan vəsait hesabına çoxmərtəbəli binaların təmir-bərpa işləri, əslində, gözdən pərdə asmaq kimi bir şeydir. çünki bu təmir işləri məşhur "çölü bəzək içi təzək" atalar sözünü xatırladır. Adı çəkilən binaların həyətləri, zirzəmiləri, giriş hissələri isə bərbad gündə idi. Bunu sakinlər özləri bizə göstərib gülürdülər. Zirzəmilərdə yığılan çirkab suları təmizlənmədiyindən birinci mərtəbələrdə yaşayan insanların hansı xəstəliklərə məruz qalmasını şərh etməyə ehtiyac qalmır.

Yeri gəlmişkən, rayon mərkəzində ayrı-ayrı küçələrdə yığılıb qalan zibil qalıqları ətrafa üfünət iyi saçır. Sözsüz ki, bu da vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Rayondaxili yollar isə elə bərbad vəziyyətdədir ki, heç bəyənmədiyimiz sovetlər dönəmində də belə vəziyyət mövcud deyildi. Bəs Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hara qeyb olur?

Əksinə, müstəqilliyimizin ilk illərində Sabirabad rayonunun həm mərkəzi yolları, həm də kənd yolları çox yaxşı vəziyyətdə idi. İndi isə bu yaxşılıqdan əsər-əlamət yoxdur. Dövlətin bu sahəyə ayırdığı pullar isə yetişmiş sulu armud kimi "Xeyirxah iş adamları" tərəfindən rahatca udulur.

Sabirabad rayonunun Mexaniki Suvarma İdarəsi, bir də təbiətin sınağı...

Yaz fəslinin ortaları olmasına baxmayaraq hələki təbiət Muğan bölgəsinə öz yağışını əsirgəməkdə davam edir. Bunun nəticəsidir ki, vətəndaşlar əkdiyi məhsulları süni suvarma yolu ilə həyata keçirməyə məcburdurlar. Sabirabad rayonunun Mexaniki Suvarma İdarəsi bu baxımdan aqrar sahənin işçilərinin arzularını ürəylərində qoymuşdur. İdarənin yarıtmaz fəaliyyəti nəticəsində rayonun bir çox kəndlərinin əkin sahələrinə və həyət bağlarına su verilmir. Əvəzində isə bu idarənin su nasosları ayrı-ayrı qanunsuz balıqçılıq təsərrüfatlarının su hovuzlarına su doldurmaqla məşğuldur. Sözsüz ki, qanunsuz balıqçılıq təsərrüfatlarına verilən su təmənnasız deyil. Nəticədə şəxsi xeyir görən mexaniki suvarma idarəsidir, zərər çəkən isə kənd təsərrüfatı işçiləri, ümumilikdə isə ölkə iqtisadiyyatı. Dəhşətli haldır ki, rayonun Qaragüney -Sabirabad maqistral yolunun mühafizə zolağında külli miqdarda süni balıqçılıq gölləri vardır. Həmin göllərdən suyun sızması nəticəsində adı çəkilən yol çökərək yararsız vəziyyətə düşmüşdür. Rayonda isə nədənsə hamı bütün bunlara göz yumur. Bunun da səbəbi var. Səbəbi odur ki, belə xoşa gəlməz səbəbdən dağılmış yolların əsaslı təmiri və yenidən bərpası üçün dövlət büdcəsindən pul qoparmaq asandır.

Rayonda olarkən bizə məlumat verildi ki, Sabirabad rayon 35 saylı Yol İstismar İdarəsinin rəhbərliyi rayon ərazisindən keçən respublika əhəmiyyətli yolların mühafizə zolağında salınmış balıq göllərinin sahiblərindən aylıq haqq alır. Bu yerdə böyük şairimiz M.Ə.Sabirin "Millət necə tarac olur-olsun nə işim var" məşhur kəlamı yada düşür...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru