FRANSIZ SƏFİRİN SOYQIRIM QATIQLAMASI VƏ...
Tarix: 2-05-2012, 12:58 | Çap et
"DİPLOMATLAR MÜXALİFƏTLƏ GÖRÜŞƏ BİLƏR VƏ BU NORMALDIR"
Fransanın Azərbaycandakı səfiri Qabriell Kellerlə müsahibəni diqqətinizə çatdırırıq:
- Cənab səfir, yaxında Azərbaycanı tərk edirsiniz. Növbəti səfirin adı sizə məlumdurmu?
- Mən ölkəni tərk etdikdən bir neçə gün sonra xələfim Azərbaycana gələcək. Onun adı Paskal Mönyedir. O, diplomatdır və bir neçə il ərzində Fransanın “Thales” firmasında aparıcı vəzifələri tutub.
- Bakıdakı missiyanız bir çox mühüm hadisələrlə üst-üstə düşüb və onlardan biri prezident Sarkozinin Azərbaycana səfəri olub. Bakıda qeyd edildi ki, prezident Azərbaycana bir neçə saatlıq gəlib, səfərindən əvvəl isə İrəvanda bir gün qalıb, orada Azərbaycan üçün xoşagəlməz bəyanatlar verib. Bu səfəri, həmçinin hökümət orqanları ilə müxalifətin bəyanatlarını şərh edə bilərsinizmi?
- Prezident Nikola Sarkozi Azərbaycana 2011-ci il oktyabrın 7-də Ermənistandan gəlib və orada bir günün axşamını növbəti günün isə səhərini Bakıda keçirib. Onun İrəvanda Azərbaycan üçün xoşagəlməz bəyanatlar verdiyini demək doğru deyil. Onun Bakıda prezident İlham Əliyevlə (biri nahar olmaqla) iki görüş keçirmək, Azərbaycanın birinci xanımına Fransanın ən prestijli medalını təqdim etmək , iki ikitərəfli sazişin imzalanmasında iştirak etmək, Bakının gələcək fransız liseyinin təməl daşını qoymaq üçün zəruri olan vaxtı qalmışdı. Azərbaycanın dövlət orqanları Fransanın dövlət başçısının ilk səfərindən və səfərin nəticələrindən məmnunluq ifadə ediblər. Müxalifətin reaksiyaları isə mənə təbii göründü: bütün ölkələrdə müxalifətin höküməti və hökümətin həyata keçirdiyi xarici siyasəti tənqid etməsi normaldır.
- Digər mühüm hadisə, Fransa Senatında qondarma erməni soyqırımının inkarına görə cinayət cəzasının tətbiq edilməsi haqqında qanun barədə gedən müzakirələr olub. Bu müddətdə Fransa səfirliyi qarşısında siyası partiyalar və ictimai təşkilatlar çoxsaylı etiraz aksiyaları keçiriblər. Fransa əleyhinə olan əhval-ruhiyyə pik həddə çatıb. Fransada "ermənipərəst"" tendensiyaları və ümumiyyətlə etnik Ermənilərin ölkənizdəki rolunu və yerini necə dəyərləndirirsiniz? Soyqırımın inkarına görə cinayət cəzası haqqında qanun barəsində nə deyə bilərsiniz?
- Fransa parlamentində erməni soyqırımının inkarına görə cinayət cəzasının tətbiq edilməsi haqqında qanunun səsə qoyulmasına olan münasibət bu mövzunun burada nə qədər həssas olduğunu mənə göstərdi. Haqlısınız, ikitərəfli münasibətlər bundan bir neçə həftə ərzində zərər çəkdi. Qanunun Konstitusiya Şurası tərəfindən senzurası bu epizoda son qoydu. Bu hadisə həm də Fransada hakimiyyətin bölüşdürülməsini çox yaxşı əks etdirdi belə ki, Ali Məhkəmə orqanı hakimiyyətdən və ya parlamendən qaynaqlanan qanunun mətnini, Konstitusiyaya müvafiq olmadığı halda, uyğunsuz hesab etmək iqtidarındadır.
Eyni zamanda qeyd etdim ki, bu qanuna olan reaksiyalar Azərbaycanda Türkiyədən daha təmkinli idi. Mövzunun mahiyyətinə gəldikdə isə hesab edirəm ki, 1915 və 1916-cı illərdə Anadolunun erməni əhalisinin soyqırımı həqiqətən də olub. Bizim üçün bu müəyyən edilmiş tarixi bir faktdır. Yeri gəlmişkən, əsas məsul şəxslər osmanlı məhkəmə orqanları tərəfindən mühakimə edilərək ölüm cəzasına məhkum olunublar.
Soyqırımın tanınması təqribən bir əsr bundan əvvəl Türkiyə Respublikasının mövcud olmadığı və Azərbaycanın da bir dövlət kimi mövcud olmadığı bir dönəmdə baş vermiş hadisələrə şamil olunur. Bu tanınma heç bir hazırki dövlətə qarşı yönəlməyib və heç də onilliklər sonra baş vermiş hadisələrlə müqayisə edilə bilməz.
Şərqi Anadolu ermənilərinin 1915-ci ildə soyqırıma məruz qaldığını hesab etmək heç də ermənilərin sonra etdiklərinin razılıqla qəbul edilməsi demək deyil və ya, bu soyqırıma görə 1915-ci ilin türk hakimiyyətinin məsuliyyət daşıdığını hesab etmək, heç də sonradan türkdilli xalqların çəkdiyi əzabların inkar edildiyi demək deyil.
Bununla yanaşı, hesab edirəm ki, Tarixin şərhi istər qanunverici, istərsə də icraçı olmaqla siyasi hakimiyyət tərəfindən diqtə olunmamalıdır. Tədqiqatçılar azadlıqlarını saxlaya bilməlidirlər, əlbəttə, onlar da öz növbələrində yazdıqlarının məsuliyyətini daşımalıdırlar.
- Xocalı soyqırımı Fransada niyə müzakirə olunmur? Bu informasiya qıtlığı və ya Azərbaycan propaqandasınn zəif olması ilə bağlıdır, yoxsa fransızlar inana bilmirlər ki, ermənilər özləri də soyqırım törədə bilərlər? Sizin Xocalıda baş verənlərdən məlumatınız varmı?
- Xocalı qətliamı Fransada tanınır və bununla bağlı bu il Fransada keçirilən anım mərasimlərində Fransanın parlament üzvləri də iştirak ediblər. Soyqırımın və ya soyqırım aktının qəbul edilməsi üçün bir Beyləlxalq Məhkəmənin onu soyqırım kimi tanıması zəruridir. Məsələn, keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı (KYBJT) 1995-ci ilin Srebrenitsa qətliamını soyqırım aktı kimi tanıdı.
- Yaxınlarda bəzi media orqanları həyat yoldaşınız barədə xoşagəlməz məlumat yaydılar. Məsələyə aydınlıq gətirmək və ya şərh bildirmək istərdinizmi?
- Həyat yoldaşıma dair psevdo-informasiyalar onun öz vətənində həyata keçirdiyi siyasi fəaliyyətin nəticəsidir. Ölkəsində paytaxt meri vəzifəsi üçün namizədliyi zamanı o, cəsarətli fikirlər səsləndirmişdir və bu günədək korrupsioner iş dairələrinin siyasətə təsirinə qarşı çıxır. Təəssüf ki, bu ilk dəfə deyil ki o, böhtanların qurbanıdır.
- Rəsmi Bakını tənqid edən ölkələrin və ya təşkilatların ermənilərə işlədikləri ya da Azərbaycanı sevmədikləri barədə bəyanatlarını şərh edə bilərsinizmi? Siz məsələnin bu formada qoyulması və "Azərbaycanın nə etməli olduğuna kimsə göstəriş verə bilməz" fikri ilə razısınızmı?
- Azərbaycan çox mühüm ölkədir və böyük gələcəyi var. Hesab edirəm ki özündən və dəyərlərindən əmin olan bir ölkə tənqiddən qorxmamalıdır, nə də onu gizli məqsədlərin olması ilə izah etməyə çalışmamalıdır. Tənqidi qəbul edə bilmək möhkəmliyin və özünə inamın göstəricisidir. Şübhəsiz, kimsə Azərbaycana nə etməli olduğunu diqtə edə bilməz, lakin onun üzv olduğu və qarşısında öhdəlik götürdüyü təşkilatlar onun bu öhdəliklərə riayəti barədə qiymətləndirmələr aparmaq ixtiyarındadırlar. Xarici diplomatlarla müxalifətin görüşlərinə olan bəzi rəsmi reaksiyalar məni şoka salır.
Demokratiyalarda belə görüşlər adi və tamamilə normal haldır. Azərbaycan diplomatları fəaliyyət göstərdikləri demokratik ölkələrdə müxalifətlə görüşən zaman destabilizasiya cəhdləri ilə ittiham olunmurlar. Bununla əlaqədar, almaniyalı həmkarıma qarşı başlanmış bu məkrli təbliğat məndə ikrah hissi doğurur və mən ona öz dəstəyimi bildirirəm.
- Sizcə, ikitərəfli münasibətlərdə ən mühüm nədir: neft və qaz yoxsa daha nə isə?
- İkitərəfli münasibətlər canlı orqanizm kimidir: balanslı şəkildə mövcud olmaq üçün müxtəlif orqanların olması vacibdir. İerarxiya qurmağa çalışmaq bir orqanizmdə ürəyin yoxsa beyinin daha əhəmiyyətli olduğunu soruşmağa bənzəyir.
Karbohidrogenlər Azərbaycanla Avropa Birliyi arasında birinci plana malik əhəmiyyət daşıyır, eyni əhəmiyyət institusional əməkdaşlığa, insanlar və cəmiyyətlər arasında olan münasibətlərə, hüquqi dövlətə riayət edilməsinə də şamil edilir.
- Azərbaycan öz ərazilərini müharibə yolu ilə azad etmək istəyir, lakin ona bildirilir ki, müharibəyə başlamaq lazım deyil və onu Dağlıq Qarabağın müstəqilliyini tanımağa sövq edirlər. Sizcə bu ədalətlidirmi?
- Bildiyimə görə, heç bir ölkə Azərbaycanı Dağlıq Qarabağın müstəqilliyini tanımağa sövq etmir. Bu nə Fransa nə də Avropa Birliyi tərəfindən edilir, əksinə onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar.
- Sizcə, Azərbaycan daha çox Avropa ölkəsidir, nəinki şərq ölkəsi? Avropa Birliyinin Azərbaycanı qəbul etməyə hazır olmadığını deyən Azərbaycan rəsmiləri ilə razısınızmı?
- Azərbaycanın zənginliklərindən biri də Avropa ilə Asiyanın, Qərblə Şərqin qovuşuğunda yerləşməsidir. Avropa Birliyinə daxil olmaq üçün namizədliyi irəli sürmək zəruridir, bu isə baş verməyib.
- Avropa Birliyinin Azərbaycana və ümumilikdə Qafqaza nə üçün ehtiyacı var?
- Öz təhlükəsizliyi üçün Avropa Birliyinin sabit və çiçəklənən ətraf mühitə ehtiyacı var. Bu, həm onun, həm də onu əhatə edən ölkələrin marağındadır. Şərq Tərəfdaşlığının mahiyyəti də bundan ibarətdir.
- Ərəb baharı Azərbaycanda baş verə bilərmi? Buna səbəb nə ola bilər?
- Azərbaycan vətəndaşları özləri üçün, gələcəkləri üçün, gələcək nəsillər üçün və ölkələri üçün arzu etdiklərinə uyğun tədbirlər barədə özləri qərar verməlidirlər. Ətraf ölkələrdə baş verən hadisələrin onlara təsir etməsini və ya onları ilhamlandırmasını onlar özləri deməlidirlər
Fransa və beynəlxalq ictimaiyyət bu prosesdə onları yalnız müşayət edə, azadlıq və demokratiya dəyərlərini müdafiə edə bilərlər.
- Hazırda Fransada seçklər keçirilməkdədir. Bu barədə nə deyə bilərsiniz ?
- Seçkilərin ilk turu aprelin 22-də keçirildi, amma heç bir namizəd tam üstünlük əldə etməyib: seçkilərin ikinji turu mayın 6-da olacaq. Seçicilərin iştirakı fəal idi, belə ki, 80 % seçici səsvermədə iştirak etdi. İkinci turda hansı namizədin qalib gələcəyini bu gün kimsə əminliklə deyə bilməz, amma qalibin kim olacağından asılı olmayaraq, dövlət qurumları və Fransa xalqı nəticə ilə razılaşacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Dünən, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Dünən, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Dünən, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Dünən, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Dünən, 15:28 |
|
|
|
|