ŞƏMSƏDDİN HACIYEVƏ ŞOK İTTİHAMLAR
Tarix: 24-04-2012, 11:37 | Çap et
İQTİSAD UNİVERSİTETİNİN REKTORU İLƏ BAĞLI QALMAQAL ŞİDDƏTLƏNİR
Professor Bədirxan Musayev: «…Ş.Hacıyev 2002-ci ildə mərhum Heydər Əliyevin tarixi çıxışını təhrif etməklə, həm keçmiş, həm indiki əməllərini, həm də rüşvətxor sistemini diqqətdən yayındırmaq istəyir. Bunlar o qədər harınlayıblar ki, artıq mərhum Heydər Əliyevin adından da böhtan danışırlar…»
DİA.AZ: - Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Zəfər Bayramovun bu günlərdə “Gündəm Xəbər» qəzetinə verdiyi müsahibədə yer alan fikirlər Azərbaycanda yeni iqtisadi kibernetikanın yaradıcısı, 6 ay əvvələ qədər bu universitetdə rektorun müşaviri və kafedra müdiri vəzifələrində işləmiş, Dövlət Mükafatı Laureatı, iqtisad elmləri doktoru, professor Bədirxan Musayev tərəfindən kəskin narazılıqla qarşılanıb. DİA.AZ-a müsahibəsində professor Bədirxan Musayev Zəfər Bayramovun bu açıqlamalarını, əslində, rektorun fikri kimi qəbul etdiyini deyərək, qarşı tərəfə də suallar yağdırıb:
- Zəfər Bayramov mənim səviyyəmdə deyil. Kimdir ki, onun elmi işi və ya köməkçi təyin olunması mənim üçün əhəmiyyət kəsb eləsin? O, dəvəquşu kimi boynunu quma soxub, açıqlamaları ilə özünü eybəcər formaya salıb.
- Amma Zəfər Bayramov Sizə çox ağır ittihamlar səsləndirib. Deyir ki, Siz rəhbərlik etdiyiniz kafedrada qeyri-sağlam mühit yaratmısınız. Həmişə kimlərinsə şantaj etmək məqsədiylə kompromat toplamısınız və sair.
- O adamın səviyyəsinə enmək istəmirəm. Amma madam sual verirsiniz, deyim ki, bu, tamamilə yalandır, böhtandır və birbaşa Şəmsəddin Hacıyevin «məhsulu»dur. Əgər belə olsaydı, nədən 25 oktyabr 2011-ci ildə kafedraya seçki zamanı 12 üzvdən 8-i mənə səs verib? Məqalənizin sonunda 1-2 kəlmə əleyhimə danışan Yalçın Hasızalovun elmi rəhbəri olmuşam, onu mən işə götürmüşəm və sair. Kafedra seçkisini təsdiqləyən 25 oktyabr tarixli protokolunu buyurun, oxuyun. Görün, bu və digərləri məni necə tərifləyir, necə yüksəklərə qaldırıblar! Sonradan onlara nə oldu? Ş.Hacıyev hansı tapşırığı verdi ki, min sifətə düşdünüz? Uzun illər bir yerdə işlədiyim adamların cəmi 6 gün sonra mövqeyini kəskin şəkildə dəyişmələrini görmək, acıvericidir. Bu, əsl repressiyadır. Görün, rektor müəllimləri nə günə salıb. Tanrı böyükdür, ges-tez özü də belə halla üzləşəcək.
Ömrümün 60 ilini bu universitetdə keçirmişəm. Rektordan başqa bütün vəzifələrdə işləmişəm. 10-15 rektor gəlib-gedib. Aralarında rəhmətə gedənlər də, sağ qalanlar da, vəzifədə olanlar da var. Jurnalistsiniz, gedin dəqiqləşdirin, görək, mən onlardan hansına böhtan atmışam? Kimdən dosye yığmışam? Kimi şantaj etmişəm? Tam əksinə, hamısı ilə aramızda qarşılıqlı hörmət olub. Digər tərəfdən, əgər həqiqətən də mən kafedrada qeyri-sağlam mühit yaratmışamsa, Şəmsəddin Hacıyev hələ kafedra müdiri olan zaman nədən iki qohumunu rəhbərlik etdiyim kafedraya işə götürmək üçün xahiş edirdi? Və yaxud 7 ildə niyə tədbir görməyib? Ayıbdır, toyuq toyuqluğu ilə su içəndə başını qaldırıb Allaha baxır. Bunların toyuq qədər də hünərləri yoxdur.
- Rektorun köməkçisi Sizi 1988-ci ildə universiteti bağlatdırmaqda, Moskvaya 40 anonim məktub yazmaqda da ittiham edib…
- Deyirəm də, bu məxluq boyundan çox yuxarı tullanır. Tutuquşuluq edincə, gedib rektora and verib soruşsun ki, həqiqət necə olub. Düzü, mən bilmirəm həmin vaxt bu Zəfər milisdə işləyirdi, yoxsa institutda. Ancaq həmin vaxtı Ş.Hacıyev İnstitutun Həmkarlar Komitəsinin sədri idi. Əvvəla anonim deyil, açıq mübarizə ilə Moskvaya 18 açıq məktub yazmışam.
- Bədirxan müəllim, ümumiyyətlə, institutun bağlandığı illərdə nə baş vermişdi? Niyə bu məsələdə adınız çəkilir?
- Təxmini indiki kimi ölümlə təqib olunurdum. İnstitutun partiya katibi, eyni zamanda, qəbul komissiyasının rəhbəri tərəfindən açıq təqib olunurdum. Məni tanıyanlar bilir, mən mübariz adamam. İndi utanmadan mənim guya o zaman mərhum Heydər Əliyevə qarşı olduğumu deyirlər. Elə olsa idi, bunu açıq demək cəsarətim də, qabiliyyətim də var. Ancaq bu, tam yalandı, faktı kobud təhrif edirlər. Həmin vaxtı bilirsiniz ki, Azərbaycana Ulu Öndər Heydər Əliyev deyil, başqası rəhbərlik edirdi. Respublika rəhbərliyinə və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə müraciət edib, təqiblərin durdurulmasını, qanunsuzluqların aradan qaldırılmasını xahiş etsəm də, məhəl qoyulmadı. Məcbur qalıb Moskvaya müraciət etdim. Məhz Moskvanın müdaxiləsi ilə institutda yoxlama aparıldı, təqsirkarlar layiq olduqları cəzaları aldılar. Eyni zamanda, yoxlama zamanı elə bir biabırçı faktlar ortaya çıxdı ki, SSRİ Nazirlər Kabinetinin, Siyasi Bronun qərarı ilə institut Leninqradın filialına çevrildi. Həmin vaxt institut rəhbərliyi və müraciət etdiyim orqanlar vaxtında tədbir görsəydilər, belə olmazdı. Bu, Moskvanın qərarı idi. Mən kiməm ki, Moskvanın qərarına təsir edim? Necə indi prezident İlham Əliyevə müraciət edib, İqtisad Universitetində təqib edilməyimdən, haqsız işdən çıxarılmağımdan, məhkəmələrə təzyiq etdirib, saxta qərarlar çıxarmalarından şikayət edirəmsə, o zaman da sırf ölümlə təhdid edilməyimlə bağlı SSRİ Mərkəzi Komitəsinə müraciət edib, tədbir görülməsini xahiş edirdim. İndi mən böhtan atanlar bir dönüb, keçmişə ləyaqətlə baxsınlar. Məni təqib edənlərin gözünü indikilər kimi pul elə tutmuşdur ki, onları nə tələbələrin bilik səviyyəsi, nə də institutun taleyi, nə də bir professorun təqib olunması maraqlandırırdı. Açıq şəkildə Azərbaycan iqtisadiyyatının kadrlarını kütləşdirirdilər. Şəmsəddin Hacıyevdən soruşuram, əgər həqiqət sən dediyin kimi idisə, ən azı rektor olduğun 7 ildə tabeliyində olmuşam, niyə bu müddətdə susdun?
- Bəs, Heydər Əliyevin universitetin yubileyində barənizdə çıxışına nə deyə bilərsiniz?
- Deyirlər yalançının, böhtançının dini-imanı olmaz. Deyilənlərin əksinə olaraq, hələ 1992-ci ildə indi hakimiyyətdə təmsil olunmuş bir neçə nüfuzlu ziyalı ilə Naxçıvanda Ulu Öndərin qəbulunda olarkən, o, cəsarətli mübarizə apardığım və ədaləti bərpa etdiyimə görə «molodes» sözünü də deyib. O, məni lap çoxdan tanıyıb. Hələ Milli Təhlükəsizlik Komitəsinin rəhbəri olan zaman məni düz üç dəfə ard-arda, özü də kapitalist ölkələrinə səfər edən qrupun rəhbəri təyin etmişdi. O vaxt belə imkan bir adama yalnız üç ildən bir yaradılırdı. Heydər Əliyev səmimiliyimi ikinci dəfə hakimiyyətə gəldikdən sonra da qiymətləndirdi. Universitetdə prorektor vəzifəsi təsis etdirib, məni o vəzifəyə qoydurdu. 7 il prorektor işlədikdən sonra, universitetdə rəhbər dəyişikliyi baş verdi. Məhz mərhum prezidentimizin tapşırığı ilə müşavir postu yaradılıb, ora təyin olundum. Bütün bunlar mərhum Əliyevin mənə verdiyi dəyərli qiymət idi. Əgər başqa cür olsaydı, Sizcə Heydər Əliyev bunları mənə edərdimi? İndi Ş.Hacıyev 2002-ci ildə mərhum Heydər Əliyevin tarixi çıxışını təhrif etməklə, həm keçmiş, həm indiki əməllərini, həm də rüşvətxor sistemini diqqətdən yayındırmaq istəyir. Bunlar o qədər harınlayıblar ki, artıq mərhum Heydər Əliyevin adından da böhtan danışırlar.
- Deyəsən, Heydər Əliyev orada ermənipərəst qüvvələrdən də söz açıb. Bu sözlərdə kimi nəzərdə tutub…
- Ulu Öndər mənimlə bağlı çıxışında «…yazılanlarda həqiqət vardı. Bu məsələ burada təlimatçı səviyyəsində həll oluna bilərdi», - deyərək, şikayətlərimdə həqiqət olduğunu, məsələnin Respublikada həll oluna biləcəyini, amma mafiozların buna imkan vermədiyindən söz açdı. Deyirlər, dil çaşar, düzünü deyər. Zəfər qəzetinizdə deyir ki, Ulu Öndər barmağını silkələdi ki, həmin bəzi akademiklər, professorlar burada oturublar. Mən akademik deyiləm, Heydər Əliyevin cəm şəkilində işlətdiyi professorlar sözü də mənə aid ola bilməz. Çünki mən indiki kimi, mafiozlarla tək mübarizə aparmışam. Bəli, orada Ulu Öndərin barmaq silkələyib, ermənipərəst qüvvələr dedikdə, erməni Aqanbekyanın respublikamızda 50 illik yubileyini təmtəraqlı keçirənləri, kisələrlə anonim məktublar göndərənlər deyəndə, yenə də onları, professorlar deyəndə mərhum Qadir Zamanovun rəhbərliyi ilə Moskvaya gedib özlərini Andoropovun maşının önünə atanları, mafioz dedikdə, o zaman institutun «Həmkarları»nın sədri Şəmsəddin Hacıyev başda olmaqla, institutun və respublikanın keçmiş rəhbərliyini və başqalarını nəzərdə tutduğu hamıya gün kimi aydın idi. İndi mən Şəmsəddin Hacıyevdən tələb edirəm, cəsarətin varsa, sən Ulu Öndərin akademik deyəndə kimi nəzərdə tutduğunu, ümumiyyətlə, kimləri nəzərdə tutduğuna aydınlıq gətir!
- Kimdir ki, o akademik?
- Zəfərdən, rektordan soruşun, cəsarətləri varsa, ad çəkərlər. Amma inanmıram…
- Köməkçi deyir ki, rektor sizdən kafedra müdirliyini buraxıb, müşavir vəzifəsində qalmağınızı təklif edib. Amma razılaşmamısınız….
- Yalandır. Zəfər qəzetinizə deyir ki, rektor Nazirlər Kabinetinin yaş senzini əsas gətirib guya bunu mənə deyib. Əvvəla mən kafedra müdiri olmaq istəməmişəm. 9 kafedra müdiri ilə bərabər, mən də rektora rəsmi müraciət etdim ki (həmin müraciətin surətini göstərir), kafedra müdiri olmaq istəmirəm. Çünki yeni qaydalara görə, o zaman maaşım azalırdı. İkincisi, Nazirlər Kabinetinin dondurulmuş bu qərarı dövlət mükafatları və elmi dərəcələri nəzərə alınaraq mənim statusumda olan alimlərə şamil olunmur. Bu, qanunda açıq yazılıb. Boş-boş böhtan atmaqdansa, heç olmasa qanunu oxusunlar, Məni 2011-ci ilin noyabrının 4-də müşavirlikdən, 11-də isə kafedra müdirliyindən çıxardı. Bilirsiz niyə? Mən «Reytinq» qəzetində cənab prezident İlham Əliyevə açıq müraciət edərək, rektor və ətrafının bütün rüşvət və siyasi təxribatlarını çılpaqlığı ilə açmağa başladım. Bundan sonra mənə təqiblər gücləndi. Rektor Qurban bayramı olmasına baxmayaraq, saxta tarixə əmri imzalamaqla, məni işdən azad etdi. Onun əmri imzaladığı gündən üç-dörd gün sonra da işdə, xidməti otağımda oturmuşam. Bir sözlə, Zəfərin bu dediyi də ağ yalandır.
- Deyəsən, işə bərpa ilə bağlı məhkəməyə də müraciət etmisiz...
- Bəli, amma Səbail məhkəməsinin hakimi Fuad Hüseynov Şəmsəddin Hacıyevin mandatının və pulunun qarşısında aciz qaldı. Zəfər qəzetinizdə açıqlamasında özü də bilmədən işdən azad olunmağımın, əslində, əmrdə yazıldığı kimi olmadığını, kökündə təxribatın durduğuna işarə vurub. Rektor isə əmrində yazıb ki, mən əmək funksiyamı yerinə yetirə bilməmişəm və s. Onun bu saxtakarlığını Avropa Məhkəməsinə qədər çıxaracam. Ümid edirəm ki, ölkə rəhbərliyi məsələyə müdaxilə edib, məni bu addımı atmaq məcburiyyətində qoymayacaqlar.
- Siz rektorun rüşvətxorluğundan, universitetdəki korrupsiyadan danışırsınız. Amma Zəfər Bayramov deyir ki, 4 yerdə evi var, bunu haradan əldə edib?
- (Gülür). Əvvəla o universitetdə yeganə professor idim ki, ən yüksək maaş alırdım -1200 manat. İkincisi tək mənim oğlumun aldığı bir aylıq əmək haqqı rektor başda olmaqla, yaxın ətrafının bir illik maaşı həcmindədir. «OVİR»in yanındakı ev qızımındır. Bayıldakı ev kök saldığımız mənzildir. Universitet əməkdaşları üçün tikilən binadan övladlarının himayəsində yaşayan və ayda 1200 manat əmək haqqı alan bir professorla bərabər, 200-250 manat əmək haqqı alan Zəfər də mənzil alıb. Ondan soruşun, bu günə qədər boş saxladığın həmin evi və xarici maşını hansı pulla alıb? Mən hamıya hesabat verməyə hazıram. Qoy başda Ş.Hacıyev olmaqla, onlar da sərvəti haqda konkret danışsınlar. Yenə də deyirəm, rektor siz jurnalistlərin iştirakı ilə debata gəlsin. O zaman kimin kim olduğunu görəcəksiniz.
- Bədirxan müəllim, Zəfər Bayramov onun elmi işi ilə bağlı dosye…
- (Sualı bitirməyə imkan vermir) Zəfər kimdir ki, onun işi və ya şəxsiyyəti mənim üçün maraqlı olsun? Dünənə qədər mənimlə görüşməyi özünə şərəf bilirdi. Gec-tez o biriləri kimi, o da yanıma minnətə gəlib, tövbə edəcək.Yaxşı olardı ki, o, əvvəllər bizdə prorektor işləyən, hazırda Gəncə Dövlət Universitetinin rektoru olan hörmətli Mirdamət Bağırovla keçmiş prorektor Şaiq Əsgərovu necə Şəmsədin Hacıyevlə üz-üzə gətirdiyindən danışaydı. Kimlər bunu gündəmə gətiribsə, rektor da bunu əla bilir. Sadəcə, onların adını da çəkməyə cəsarət etmirlər…
İndi rektorun «Şöhrət» ordeni almasından danışırlar. Əli İnsanovun həmyerlisi olan Zəfər, yəqin indi də xiffətini çəkdiyi sabiq nazirin harda olduğunu açıq xatırlamaqdan çəkinir. Unutmayın, kiməsə orden verilməsi, vəzifəyə qoyulması hələ o demək deyil k, onun bütün qanunsuzluqlarına göz yumulur. Belə «ağır» söhbətlərdənsə, Zəfər vaxtilə işdən qovulandan sonra Şəmsəddin Hacıyevə necə və kimin vasitəsiylə «xod» tapıb, yenidən mövqe sahibi olduğuna aydınlıq gətirsə, pis olmaz…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Bu gün, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Bu gün, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Bu gün, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
|