“İRANDA İSLAM, AZƏRBAYCANDA GEY PARAD?!”
Tarix: 19-04-2012, 13:34 | Çap et
“ÜNVANI SƏHV SALIBLAR”
“İranda “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə həyata keçirilən kampaniya Azərbaycana təzyiq göstərmək, guya ölkəmizin islami dəyərlərdən geri çəkildiyi haqqında rəy formalıaşdırmaq, Azərbaycanın dindar vətəndaşlarında dövlətə qarşı inamsızlıq yaratmaq məqsədi daşıyır”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.
Onun sözlərinə görə, İranın dini dairələri əhaliyə belə bir ideya təlqin edirlər ki, guya “Eurovision-2012” zamanı Azərbaycanda gey-parad keçiriləcək və bu məsələ hakimiyyət və cəmiyyət tərəfindən dəstəklənir: “İranın www.ansar-tabriz.com saytının məlumatına görə, Ruhullah Becani İran prezidenti Əhmədinecata məktub yazaraq bildirib ki, “26 mayda sünni Azərbaycanda gey-parad keçiriləcəyi təqdirdə, biz Təbriz əhalisi ilə Azərbaycanın bu şəhərdəki konsulluğunu bağlayacağıq”. Lakin faktlar göstərir ki, İranın özündə seksual inqilab yaşanır. 2011-ci ildə bu ölkədə seksual zəmində 1950 cinayət işinə baxılıb. Onlardan 1410-u uşaqbazlıq və eynicinslilərin seksual əlaqələri barədə olub. Maraqlıdır ki, bu halların böyük hissəsi İranın Qum şəhərində baş verib. Əldə olunan məlumatlara görə, Qum homoseksualizm və uşaqbazlığın ən geniş yayıldığı İran şəhəridir. Yeri gəlmişkən, “sünni Azərbaycan” termini İran-Ermənistan əməkdaşlığının məhsuludur. İran saytları farsca antiazərbaycan yazılar yazır. İranın Ermənistandakı səfirliyinin erməni əməkdaşları bu yazıları rus dilinə tərcümə edir, sonra rusdilli erməni saytlarında yerləşdirilir. Bu proses İranın prezident aparatı və İranın Bakıdakı mədəniyyət mərkəzinin rəhbəri Ocaq Necat tərəfindən koordinasiya edilir. Ermənilər İsrailə hörmət əlaməti olaraq rus dilində “sionist” terminini “sunnit” termini ilə əvəzləyirlər. Nəticədə, İranın dediyi “sionist Azərbaycan” ermənilərin tərcüməsində “sünni Azərbaycana çevrilir”.
Bakıda “Eurovision” Mahnı Müsabiqəsinin keçirilmə müddəti yaxınlaşdıqca bəzi ölkələrdə və qüvvələrdə narahatlıqlar artır. Bu narahatlıqların içərisində hər növü vardır. İrandan olan narahatlıq, narazılıq bir ayrı cürdür. Yarışmanın keçirilməsinə 40 gündən də az vaxt qalıb, amma ortalıqda hansısa bir gey-parada hazırlığın real əlamətləri yoxdur. Təxminən 6-7 ay bundan qabaq kimsə, hansısa bir saytda məlumat yayılıb, sonra da dərhal təkzib olunsa da, İran üçün hələ də bu məlumat qüvvədədir. İranın mətbu orqanları zurna-kəranay orkestri düzəldib gecə-gündüz Bakıda gey-paradla bağlı çalsalar da, ortalıqda bir şey yoxdur, bu məlumatın mənbələri sırasına yenisi qoşulmur. O baxımdan İran özü ara-sıra Azərbaycanda gey-paradın keçiriləcəyi ilə bağlı fikirləri gündəliyə gətirir.
www.ansar-tabriz.com saytında yazılanlara da bu qəbildən yanaşmaq daha düzgündür. Azərbaycanda gey-parad olmayacaq, bu, dəqiqdir. Çünki ölkənin və millətin sahibi var və o, bu məsələyə münasibətini bildirib. Kimsə gey-parad imitasiyası yarada bilər. İstisna deyil ki, İran İslam Respublikasından kimsə gey-parad imitasiyasında iştirak edə bilər, çünki statistikalar İranın gey-paradın təşkili üçün bazasının olduğunu göstərir. Bu ölkənin gey-parad təşkilində marağı da göz qabağındadır.
İranın bəzi din xadimlərinin və yaxud din adından danışanlarının əcaib məntiqi vardır. Yuxarıda göstərdiyimiz statistika islami dəyərdən danışan bir dövlət üçün faciədir. Və ya İran parlamentinin müvəqqəti kəbin - siğə ilə bağlı qəbul etdiyi qanun İranın həm etik-əxlaqi dəyərlərə, həm də qadınlara münasibətinin göstəricisidir. İran rəhbərliyinin, dini liderlərin xəbəri, sanksiyası olmadan parlamentdə müasir dövrdə müsəlman qadınını fahişəliyə sürükləyən belə bir qanun qəbul edilə bilməzdi. Hətta qırmızlı fənərli Amsterdamda qadınların cinsi istismarı reqlamentləşdirilib. Yəni bir kişi ilə əlaqədə olan qadın digər kişi ilə 6 saat sonra əlaqədə ola bilər. İranda siğə haqqında qanun qadının cinsi istismarına reqlamenti qadağan edir.
Şah dövründə İran xalqına cəmi bir şey qadağan olunmuşdu. Mollalar bundan istifadə edib şahı devirdilər: - bu gün İranda əhaliyə Tasuada iştirak etmək qadağandır; - ilaxır çərşənbəni qeyd etmək günahdır; - İran əhalisi hətta Quranın yandırılmasına etiraz edə bilməz.
Təbrizin ənsari-hizbullahları bunların dərdini çəksin.
Siğə haqqında qanun aləmi qarışdırıb. Bir gündə bir neçə kişi ilə əlaqədə olan qadının doğduğu uşağın atası kim hesab olunacaq, ata necə müəyyənləşəcək?! Təbrizin ənsari-hizbullahları belə işlə məşğul olan qadın və kişilərin üzərində nəzarət qoysun. Dinin beli qırılan yerdir. Bir sual məni yaman düşündürür-elə arvadın doğduğu uşaq müctəhid ola bilərmi?
Təbrizin ənsari-hizbullahları Təbrizdəki konsulluğumuzu qovmaqla məşğul olmasın, enerjisini sadaladığımız işlər üçün qorusun.
İranın dini liderlərinin Azərbaycanda gey-paradı bu qədər aktuallaşdırmasının digər məqamları da ola bilər. İranda Azərbaycandakı gey-paradı İslam dininin vəziyyəti ilə əlaqələndirirlər. Fikrimizcə, düzgün yanaşmadır: Azərbaycanda gey paradçılıq nə vəziyyətdədirsə, İranda da İslam dini o vəziyyətdədir.
Azərbaycanda kifayət qədər tolerant, lakin öz dəyərlərinə, adət-ənənələrinə sadiq cəmiyyət mövcuddur. Azərbaycan cəmiyyəti və hökuməti heç bir halda gey-parad kimi milli mentalitetimizə, dinimizin tələblərinə zidd aksiyaların keçirilməsinə tərəfdar ola bilməz”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
|