Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? .....                     Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu .....                     Burun əməliyyatlarında ölüm riski .....                     İrəvan hökuməti hələ də eyni yanlış addımları atır .....                     "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" .....                     Belarus Azərbaycana yeni səfir təyin edib .....                     Bayden Paşinyanı yeni tələyə salır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub .....                     Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir .....                     11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı .....                     Gəncə Ekoloji Park Kompleksində .....                     Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var .....                     Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb .....                     Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib .....                     Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... .....                     Paşinyan Rusiyadan .....                     “Azəriqaz” Qarabağ Qazisinə qarşı... .....                     Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı .....                     Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... .....                     Polisə rüşvət verən azərbaycanlı .....                     ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir .....                     "Aygünlə Röya yox, Hiss?" .....                     Afiəddin Məmmədova hökm oxunub .....                     "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... .....                     AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” .....                     “Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” .....                     Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... .....                     Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? .....                     Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib .....                     “Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” .....                     Tramp-Putin görüşü HARDA OLACAQ? .....                     Paşinyan yaxın zamanda istefa verəcək .....                     Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi .....                     Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: .....                     Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib .....                     Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard .....                     Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq! .....                     Vasif Talıbov üçün özəl gün: .....                     Polis Sənan Əsədzadə ilə bağlı ARAŞDIRMALARA BAŞLADI .....                     Şərurda `BUZ DÖVRÜDÜR`: Camaat soyuqdan donur... .....                 

ETİBAR PİRVERDİYEVİ ÇÖKDÜRÜRLƏR
Tarix: 10-04-2012, 13:38 | Çap et
ETİBAR PİRVERDİYEVİ ÇÖKDÜRÜRLƏR

“AZƏRENERJİ”DƏKİ MAXİNASİYALAR TƏFTİŞ OLUNUR

“Azərenerji” prezidenti Etibar Pirverdiyevin maxinasiyalari nəhayət ki, rəsmi şəxslər tərəfindən də etiraf edildi. Uzun müddətdir ki, mediada, ictimai qurumlarda bu məsələ müzakirə obyektinə çevrilmişdi. Amma, “Azərenerji” rəhbəri bu özbaşınalıqları adi hal kimi qəbul edir, ittihamları cavabsız qoyurdu. Amma bir neçə gün öncə Milli Məclisdə bu məsələnin qabardılması artıq faktların konkret olduğunu təsdiqlədi. Millət vəkili, tanınmış hüquqşünas Çingiz Qənizadə qurum rəhbərini korrupsiyada və mənimsəmədə suçladı. Deputat Milli Məclisdə Etibar Pirverdiyevin qanunsuz hərəkətlərini konkret faktlar əsasında açıqladı. O bildirib ki, cənab Pirverdiyevin qanunsuzluqlarına son qoyulmalı, yol verdiyi korrupsiya faktları prokurorluq orqanları tərəfindən araşdırılmalıdır.

Çingiz Qənizadə iqtisadi rayonlarda su elektrik stansiyalarının tikintisində “Azərenerji” QSC-nin bir sıra qanun pozuntusuna yol verdiyini bildirib. Onun sözlərinə görə, “Azərenerji” həmin rayonlarda bu obyektlərin tikilməsilə bağlı “Azenko” ilə müqavilə bağlayib. 2011-ci il 30 dekabra qədər həmin obyektlərin açılışı nəzərdə tutulsa da, onların üçündə cəmi 11 faiz iş gedib, qalanlar barədə isə məlumat yoxdur: “Hesab edirəm ki, dövlətin və cənab prezidentin siyasətinin bir təzahürü olardı ki, bu məsələ həll olunsaydı. Buna görə kim məsuliyyət daşımalıdır? Təəssüf ki, bu qanunsuzliqlar barədə Hesablama Palatasının qərarı elə “Azərenerji”yə göndərilib. Lakin Hesablama Palatasının prokurorluqla müqaviləsi var və həmin qərar prokurorluğa göndərilə bilərdi. Çünki burada milyonlarla manat vəsaitdən söhbət gedir. Düşünürəm ki, belə qanun pozuntuları Etibar Pirverdiyevlə “Azenko” nun əməkdaşlığının nəticəsidir ki, milyonlarla manat dövlət vəsaiti mənimsənilir”. Millət vəkili bəyan edib ki, məsələ ilə bağlı Hesablama Palatası və Baş Prokurorluğa müraciət edəcək.

“Azenko” vasitəsilə mənimsənilən milyonlar

Məsələ tam aydındır. Artıq hamı bilir ki, “Azenko” Tikinti Şirkəti birbaşa Etibar Pirverdiyevə məxsusdur. Ona görə də, “Azərenerji”nin bütün tikinti işləri bu şirkət tərəfindən həyata keçirilir. Etibar Pirverdiyev ən iri layihələrin həyata keçirilməsində tender keçirməli olduğu halda, bu prosesi demək olar ki keçirmir. Rəsmiyyətdə əlbəttə ki, “Azərenerji”tenderləri keçirdiyini deyir. Amma, bu tenderdən “Azərenerji”dən başqa heç kimin xəbəri yoxdu. Bütün tenderlər, iri layihələr “Azenko” tərəfindən birbaşa həmin şirkətə verilir və milyonlarla vəsait şirkətin büdcəsinə köçürülür. Sonrası isə məlumdur. Həmin milyonlar adı müstəqil olan bu tikinti şirkətinin balansından silinərək mənimsənilir. Artıq bununla bağlı onlarla konkret fakt mətbuatda dərc edilib. Amma, hələ ki məsələ araşdırılmayıb və “Azərenerji” şefinin fəaliyyəti yoxlanılmayıb. Bundan istifadə edən Etibar Pirverdiyev də əməllərini davam etdirir. İş o yerə çatıb ki artıq məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb.
Pirvderdiyev Bayraq Meydanındakı mənimsəməni necə ört-basdır etdi

Məsələn, “Azenko” Tikinti Şirkəti Bakının Bayraq Meydanının inşasını həyata keçirdi. Bu prosesdə hansı biabırçılıqların baş verməsi də ictimaiyyətə məlum oldu. Milyonlarla manatın ayrıldığı Bayraq Meydanının inşasında baş verən maxinasiyalar çox keçmədi ki, özünü göstərdi. Bayraq Meydanı istifadəyə veriləndən bir ay sonra bayraq laxladı. Bu biabırçı fakt təkcə Azərbaycanda deyil, bütün dünyada məlum oldu. Çünki, Bayraq Meydanında dalğalanan Azərbaycan bayrağı dünyanın ən böyük bayrağı idi və bütün dünyanın diqqəti bu meydanda idi. Bir aydan sonra meydanın tikintisində baş verən nöqsanlar nəticəsində Azərbaycan bayrağının əyilməsi bütün dünyada yayıldı. Əslində bu adi proseslər kimi deyildi. Azərbaycan bayrağının əyilməsi Azərbaycanın beynəlxalq nüfuzuna da mənfi təsir etdi. Dünyanın ən böyük bayrağı olan Azərbaycan bayrağı təhlükə qarşısında qaldı. Bundan istifadə edən, Azərbaycana düşmən kəsilən dövlətlər Etibar Pirverdiyevin şirkətinin bu əməlini əllərində əməlli başlı “bayraq” etdi, Azərbaycana qarşı mənfi imic yaratmağa başladı. Məlum oldu ki, bu prosesdə də külli miqdarda yeyintiyə yol verilib və tikinti işləri olduqca keyfiyyətsiz aparılıb. Ayrılan vəsaitin təyinatı üzrə xərclənməməsi Azərbaycanın büdcəsinə də, nüfuzuna da zərbə vurdu.

“Azenko”nun biabırçı fəaliyyəti tək bununla bitmir. Ölkənin enerji sistemindəki iri layihələri bu şirkətin həyata keçirməsinin nəticəsidir ki, bu sustem artıq çökmək üzrədir. Hər il dövlət büdcəsindən hərbi sahədən sonra ən çox vəsaitin ayrıldığı bu sahə iflic vəziyyətə düşüb. “Azərenerji” ayrılan vəsait hesabına enerji sistemində problemlərin həll olunduğunu desə də, əslində bu sahədə problem həddindən çoxdur. Ayrılan vəsaitlərin məbləği durmadan artdıqca enerji sahəsindəki problemlər də artır. Çünki, ayrılan vəsaitin əksər hissəsi təyinatı üzrə xərclənmir və problemlərin aradan qaldırılması barədə xərclənmir.
Milyonların mənimsənilməsi Çingiz Qənizadəni ayağa qaldırdı

Elə millət vəkili Çingiz Qənizadəni də danışmağa vadar edən bu cür problemlərdir. O Azərbaycan üçün əhəmiyyətli olan iqtisadi rayonlarda su elektrik stansiyalarının inşasının həddindən artıq ləngiməsindən narahatdır və millət vəkili bunu dövlətin inkişafına təxribat kimi qiymətləndirib. Təsəvvür edin ki, “Azərenerji” həmin iqtisadi rayonlarda su elektrik stansiyalarını 2011-ci ilin sonuna kimi inşa edib təhvil verməli idi. Artıq 2012-ci ilin birinci rübü başa çatsa da, su elektrik stansiyalarından xəbər yoxdur. Çingiz Qənizadənin araşdırmaları zamanı məlum olub ki, “Azərenerji” prezidenti Etibar Pirverdiyev bu məsələdə həddindən artıq nöqsanlara, qanunsuzluğa yol verib. Müəyyən edilib ki, su elektrik stansiyalarınıln tikilib istifadəyə veriləcəyi vaxtdan 4-5 ay keçməsinə baxmayaraq, bu prosesdə cəmi 11 faiz iş görülüb. “Azərenerji” ASC bu işi görmək üçün yalançı tender keçirib və əlbəttə ki, tenderin qalibi “Azenko” şirkəti olub. Həmin şirkət isə işi görmür. İndi ortada nə ayrılan milyonlar var, nə də görülən iş. Milyonlar xərclənib, amma hələ işin 89 faizi görülməyib. Maraqlıdır, dövlət büdcəsindən ayrılan bu qədər vəsait birdən-birə necə yoxa çıxıb? Bu məsələ ilə heç bir aidiyyəti qurum maraqlanmayıb. Millət vəkili isə maraqlananda dəhşətə gəlib və məcburiyyət qarşısında fakt Milli Məclisə çıxarılıb. Çingiz Qənizadə dövlət büdcəsinin milyonlarla manatının birdən-birə mənimsənilməsinə göz yummağın cinayət olduğunu iddia edib və bununla bağlı prokurorluğa müraciət edəcəyini deyib.
Deputatın araşdırması Pirverdiyevi bitirəcək

Etibar Pirverdiyevin deyəsən sonu yaxınlaşır. Bu vaxta qədər ictimaiyyət arasında müzakirə edilən faktlara əhəmiyyət verməyib maxinasiyalarla məşğul olan cənab Pirverdiyev deyəsən bu dəfə pis ilişib. Artıq millət vəkilləri tərəfindən fəaliyyəti araşdırılan “Azərenerji”şefinin bununla da sonunun çatdığını demək olar. Çünki, bu məsələyə Milli Məclis səviyyəsində müdaxilə edilməsi, Etibar Pirverdiyevin qanunsuzluqlarının bu səviyyədə qabardılması adi müzakirə ola bilməz. Cənab Pirverdiyevin artıq narahat olmasına dəyər. Millət vəkilinin müraciətinin prokurorluq orqanları tərəfindən cavabsız qalması, hansısa bir hərəkətin törədilməməsi inandırıcı deyil. Ən azından bu müraciət “Azərenerji” şefinin fəaliyyətinin araşdırılması ilə nəticələnməli və hansısa bir tədbir görülməlidir. Araşdırmalar zamanı isə ortaya daha hansı faktların çıxacağını gələcək göstərəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02
Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00
İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58
"Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58
Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43
Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17
Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11
11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10
Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08
Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05
Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04
Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01
Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00
Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58
“Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55
Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51
Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48
Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43
ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40
"Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37
Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34
"Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31
“Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20
Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14
Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11
“Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” - Bloomberg
Bu gün, 12:08
Tramp-Putin görüşü HARDA OLACAQ? - BAKIDA?
Bu gün, 12:04
Paşinyan yaxın zamanda istefa verəcək – Ağazaryan
Bu gün, 12:00
Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi - ODUR Kİ...
Bu gün, 11:59
Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: - "Səhhətim normaldır..."
Bu gün, 11:57
Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
Bu gün, 11:56
Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard - KİV
Bu gün, 11:55
Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq! - NƏ BAŞ VERİR?
Bu gün, 11:54
Vasif Talıbov üçün özəl gün: - General oğlu fotolarını paylaşdı
Bu gün, 11:51
Polis Sənan Əsədzadə ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:48
Şərurda `BUZ DÖVRÜDÜR`: Camaat soyuqdan donur... - "Gündüzlər nisbətən istilik olsa da..."
Bu gün, 11:46
Yeni supernazirlik gerçəyə çevrilir - zərurət və gözlənti
Bu gün, 11:42
Tramp seçilməsəydi, mühakimə olunacaqdı - HESABAT
Bu gün, 11:40
Azərbaycan nəqli sabah bərpa edəcək - Bolqarıstan
Bu gün, 10:41
Gəncəyə yönləndirilən sərnişinlər üçün XÜSUSİ REYS - AÇIQLAMA
Bu gün, 10:39
Suriyanın xarici işlər və müdafiə nazirlərinin Türkiyəyə səfəri gözlənilir - "TRT HABER"
Bu gün, 10:37
Petrosyanla Paşinyanın dostluğu niyə pozuldu? - “İravunk”
Bu gün, 10:15
Tanınmış vəkilin hesabları ələ keçirildi: Onun adından pullar yığılır - VİDEO
Bu gün, 10:04
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı? - İLGİNC...
Bu gün, 10:02
"Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz?" - NARAZILIQ VAR...
Bu gün, 09:53
Bu il Ermənistan üçün çətin və mürəkkəb keçəcək - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru