Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq .....                     Fəlakətli zəlzələ xəbərdarlığı: .....                     Bakıda 3 000 manat maaşa VAKANSİYA .....                     "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" .....                     "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" .....                     Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? .....                     “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? .....                     19 İLİN “XƏSİS NAZİRİ”... .....                     İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, .....                     Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? .....                     “Ağdamda niyə narla foto çəkdirdin” sualına .....                     "Buna daha dözümüm qalmayıb" .....                     İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı .....                     “Lazım gəlsə, pasportumu da göstərərəm” .....                     Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb? .....                     Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib .....                     Cənub-şərq küləyi əsəcək .....                     Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb .....                     Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının .....                     Yumurta bahalaşacaq? .....                     Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır .....                     AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir .....                     İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? .....                     Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir .....                     Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: .....                     Bakıda 37 milyonluq parkı kim tikir? .....                     "Dövlət içində dövlət qurublar..." .....                     Oğlum dərin depressiyaya düşüb .....                     Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur .....                     Polisi təhqir edən rəis həbs edildi .....                     Parisin Tramp qorxusu: .....                     Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub .....                     “Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri .....                     Ukrayna şirkətləri Rusiyaya kömək ediblər .....                     “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb .....                     Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... .....                     Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? .....                     Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... .....                     92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi .....                 

Bu şirkətdə də fəhlələrin haqqı yeyilirmiş... - ŞİKAYƏT VAR
Tarix: 21-08-2015, 10:45 | Çap et
Bu şirkətdə də fəhlələrin haqqı yeyilirmiş...
Son illər Azərbaycanda fəaliyyət göstərən bir çox inşaat şirkətlərinin fəaliyyətində müşahidə olunan neqativ hallar, həmin şirkətlərin potensial alıcılar arasında nüfuzunun düşməsinə səbəb olmuşdur. Bu proses şirkət rəhbərləri tərəfindən törədilən çoxsaylı maxinasiyaların və fırıldaqçılıq əməllərinin məntiqi nəticəsi kimi baş verir. Lakin inşaat şirkətlərini nüfuzdan salan başqa bir amil də vardır ki, bu da tikintidə çalışan usta və fəhlələrin qazandıqları pulların verilməməsi və ya tam verilməməsilə bağlıdır. Təəssüflər olsun ki, son vaxtlar redaksiyamıza daxil olan məlumatlarda məhz bu arzuolunmaz halın da getdikcə xoşagəlməz tendensiya halını alması vurğulanır. Digər tərəfdən isə, bu kimi ləyaqətsiz əməllərə əl atan bəzi şirkət rəhbərləri, bir çox hallarda özlərindən qat-qat daha artıq hörmət və nüfuza malik olan başqa şirkətlərin də nüfuzuna xələl gətirməyə çalışmış olurlar. Elə bu günlərdə redaksiyamıza ərizə ilə müraciət etmiş paytaxt sakini, vətəndaş Məmmədov Elçin Elxan oğlu tərəfindən təqdim olunan faktlar da növbəti belə bir hadisədən xəbər verir. Şikayətçi öz ərizəsində bildirir ki, o, 02 mart 2015-ci il tarixində, 19 nəfər işçi yoldaşı ilə birlikdə Nərimanov rayonu ərazisində, Təbriz küçəsində, “Çanaqqala” restoranının arxasında yeni inşa olunmuş 18 mərtəbəli binada təmir işlərinə başlayıblar. Briqada tərəfindən 3 ay və 20 gün ərzində binanın 9-cu mərtəbəsində 4 mənzildə və 14-cü mərtəbəsində daha 2 mənzildə təmir işləri aparmışdır. İşlərin sifarişçisi kimi “Bosson” inşaat şirkətinin rəhbəri olan Zaur adlı şəxs çıxış etmişdir. Həmçinin E.Məmmədov bildirir ki, “Bosson” şirkəti də öz növbəsində bu işləri “Paşa Holdinq”in tikinti şöbəsinin sifarişi ilə həyata keçirirmiş. Bu məqam isə, işçi briqadasının son qərarı verməsində əsas stimul olub. Elçin bildirir ki, tikinti işlərində çalışan bir çox ustalardan indiyədək “Paşa Holdinq”in bu sahədə fəaliyyətinə dair ancaq yaxşı sözlər və səmimi razılıq eşidib. İşçilərə pullarının vaxtlı-vaxtında verilməsi, sərfəli qiymətlər, əlverişli iş şəraiti və rejiminin yaradılması baxımından “Paşa Holdinq” inşaat sahəsində çalışan usta və fəhlələr üçün ən arzuolunan sifarişçilərdən biri hesab olunur. Beləliklə, göstərilən müddət ərzində 20 nəfərdən ibarət briqada inşaat materiallarının (kərpic, qum, sement) daşınması, arakəsmələrin sökülməsi və yeni planirovkaya uyğun tikilməsi, armaturların laqunda ilə kəsilməsi (2500 ədəd), divarlarda betona kontakt izolyasiyanın çəkilməsi, makina suvağı, şpatlyovka (astar və üzlük) vurulması, pərdə divarlardan kəsilmiş divarların yerinin rənglənməsi, 6 mənzilin tavanının metal profillərlə yığılaraq, alçibanla üzlənməsi, zibilin daşınması və digər işləri həyata keçirmişdir. Lakin, faktiki olaraq sifarişçi və icraçılar arasında vasitəçi rolunu oynamış “Bosson” şirkəti sən demə işçilərlə münasibətləri “Paşa Holdinq”dən tam fərqli şəkildə qururmuş. Bu xüsusda şikayətçinin ərizəsində deyilir: “İşlədiyimiz 3 ay və 20 gün ərzində Zaur bizə (20 nəfər işçiyə) 12 000 (on iki min) manat pul ödəmişdir. Halbuki, əldə olunmuş razılığa görə, 6 mənzildən hər birinin təmir işlərinə görə 8 000 (səkkiz min) manat, ümumilikdə isə 48 000 (qırx səkkiz min) manat ödəniləcəyi nəzərdə tutulmuşdu. Lakin Zaur bizə arxasında “Paşa Holdinq”in durduğunu bəyan edərək, pulumuzun qalan hissəsini verməyəcəyini bildirmişdir...” Bax elə məhz bu məqam, az öncə qeyd etdiyimiz etibardan sui-istifadə halının bariz nümunəsidir. Şikayətçinin deməyinə görə, “Paşa Holdinq”in tikinti şöbəsinə Araz Ağayev adlı şəxs rəhbərlik edir və o, Zaurla qohumluq əlaqələrindədir. Aydındır ki, belə olan vəziyyətdə Araz Ağayev öz yaxınına etibar edərək, onun şirkətini sərfəli müqavilə ilə təmin edib. Nəticədə isə...Nəticədə isə, Zaur binanın təmir işlərinə holdinq tərəfindən ayrılan vəsaitləri mümkün olan qədər mənimsəməyə böyük səylər göstərib və şikayətçilərin iddialarına görə bu sahədə kifayət qədər “bacarıqlı” ola bilib. Bu barədə ərizədə deyilir: “Əlavə olaraq bildirmək istəyirəm ki, bizim həmin binada işlədiyimiz müddət ərzində Zaur özünə Pirşağı qəsəbəsində üç bağ evi almışdır ki, bunlardan da birini Araz Ağayevə hədiyyə etmişdir. Bundan başqa Zaur yenə də həmin müddətdə, Həsən Əliyev küçəsində özünə üç kommersiya obyekti (dükan) və “Tonqal” restoranının yanında iki ədəd mənzil almışdır. Bundan başqa isə, Zaur atasına “Range Rover - Sport” markalı avtomobil də hədiyyə etmişdir. Qeyd edim ki, bütün bu haqsızlıqlarda Zaurun atasının da xüsusi iştirakı olmuşdur...” Qeyd edək ki, biz E.Məmmədovdan Zaurun aldığı mülk və obyektlər barədə haradan məlumatlı olduğu barədə də soruşduq. Cavabında isə şikayətçi bildirdi ki, Həmin obyektlərin də təmir işlərinə Zaur məhz onların briqadasından usta və fəhlələri cəlb edirdi.Sonda bunu da qeyd etmək istəyirik ki, biz artıq “Paşa Holdinq” MMC-nin direktoru cənab Mir Camal Paşayevə bütün bu baş verənlər barədə ətraflı məlumat vermişik. Öz növbəsində Mir Camal müəllim də daxil olan məlumatlar ətrafında ciddi araşdırma aparılacağını və istənilən halda haqq-ədalətin bərpa olunacağını vəd etmişdir.
\\bizimdovr.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq - “Regnum”
Bu gün, 14:00
Fəlakətli zəlzələ xəbərdarlığı: - Yüz minlərə insan öləcək
Bu gün, 13:58
Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19
"Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17
"Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15
Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12
“Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10
19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06
İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03
Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01
“Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00
"Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58
İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57
“Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55
Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54
Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb - ARANI QATANLAR KİMDİR?
Bu gün, 12:46
Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Bu gün, 12:43
Yumurta bahalaşacaq? - Asossiasiya açıqlama yaydı
Bu gün, 12:37
Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Simonyan BELƏ DEYİR
Bu gün, 12:32
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28
İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24
Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23
Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15
Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11
"Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07
Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55
Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53
Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50
Parisin Tramp qorxusu: - Makron Avropanı "oyatmaq" istəyir
Bu gün, 11:48
Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub
Bu gün, 11:42
“Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31
Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30
“Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27
Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21
Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18
Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14
Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11
92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09
"Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06
“Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59
Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54
Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53
Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44
Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
"Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37
"Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35
"Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru