Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq .....                     Fəlakətli zəlzələ xəbərdarlığı: .....                     Bakıda 3 000 manat maaşa VAKANSİYA .....                     "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" .....                     "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" .....                     Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? .....                     “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? .....                     19 İLİN “XƏSİS NAZİRİ”... .....                     İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, .....                     Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? .....                     “Ağdamda niyə narla foto çəkdirdin” sualına .....                     "Buna daha dözümüm qalmayıb" .....                     İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı .....                     “Lazım gəlsə, pasportumu da göstərərəm” .....                     Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb? .....                     Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib .....                     Cənub-şərq küləyi əsəcək .....                     Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb .....                     Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının .....                     Yumurta bahalaşacaq? .....                     Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır .....                     AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir .....                     İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? .....                     Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir .....                     Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: .....                     Bakıda 37 milyonluq parkı kim tikir? .....                     "Dövlət içində dövlət qurublar..." .....                     Oğlum dərin depressiyaya düşüb .....                     Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur .....                     Polisi təhqir edən rəis həbs edildi .....                     Parisin Tramp qorxusu: .....                     Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub .....                     “Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri .....                     Ukrayna şirkətləri Rusiyaya kömək ediblər .....                     “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb .....                     Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... .....                     Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? .....                     Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... .....                     92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi .....                 

Misir Mərdanovun dövründə vurulan zərərin hesabı nədən sorulmur? - Keçmiş nazirin yaxınlarını kim qoruyur
Tarix: 29-07-2015, 10:50 | Çap et
Misir Mərdanovun dövründə vurulan zərərin hesabı nədən sorulmur?
Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sabiq rəisi Allahverdi Dəmirov bir neçə il əvvəl tutduğu vəzifədən xaric edilsə də, barəsindəki söz-söhbətlər səngimək bilmir. Xatırladaq ki, Misir Mərdanovun xalası oğlu olduğu deyilən sabiq məmur vəzifədən çıxarılarkən həbs xəbəri yayılmışdı. Bildirilirdi ki, onu korrupsiya əməlinə görə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Amma sonradan rəsmi şəkildə bildirildi ki, Allahverdi Dəmirovla bağlı heç bir həbs-qətimkan tədbiri seçilməyib. Hətta bundan sonra da sabiq idarə rəisinin həbs olunduğu, sadəcə, bunun hansısa səbəbdən gizli saxlandığına dair iddialar ortadan yığışmadı. Bəzi versiyalara görə, o bir neçə gün həbsdə saxlandıqdan sonra nəyinsə müqabilində sərbəst buraxılıb. Başqa bir məlumatda isə deyilirdi ki, Allahverdi Dəmirovla Misir Mərdanovun şərikli asfalt zavodu olub. Sonradan onlar zavodu yüksək rütbəli şəxslərdən birinə satıblar. Həmin şəxs zavodu aldıqdan bir müddət sonra hesab edib ki, Misir Mərdanovla xalası oğlu obyekti ona baha qiymətə satıb. Məlumatda zavodun 6 milyon manata satıldığı iddia edilib.

Məhz bundan sonra Təhsil Nazirliyindəki korrupsiya faktları diqqət mərkəzində olub. İddialara əsasən, keçmiş idarə rəisi məhz bu zavodun qurbanı olub. Qeyd edək ki, Allahverdi Dəmirov Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə rəhbərlik etdiyi vaxtlarda bu sahədə kifayət qədər ciddi nöqsanlar aşkarlanmış və milyonluq yeyintilərlə bağlı faktlar ortalığa qoyulmuşdu. Məsələn, Təhsil Nazirliyinin inşa etdiyi iki məktəbin - Xəzər rayonu 123 və Suraxanı rayonu 85 saylı məktəblərin inşası zamanı ciddi pozuntuların və korrupsiya faktlarının olduğu aşkar edilmişdi. Onda bu məsələ o qədər şişdi ki, axırda dövlət başçısı nazirliyin tikinti ilə bağlı funksiyalarını əlindən alıb Bakı Şəhər İcra Hakimiyyətinə verdi. Bu olayla bağlı ictimai müzakirələr təzəcə səngiməyə başlamışdı ki, Sabunçu rayonundakı 311 saylı məktəb qalmaqalı ortaya çıxdı. Bəziləri məktəbin altından iriçaplı qaz və neft borularının keçdiyini, bəziləri burada keçmişdən qalma yanacaq anbarı olduğunu, bəziləri isə onun həyətindən mazut çıxdığını bildirdilər. Lakin bu məsələdə də Allahverdi Dəmirov sudan quru çıxmağı bacardı. Düzdür, o adının hallandığı bütün bu işlərə görə layiq olduğu cəzanı aldı- işdən çıxarıldı. Halbuki, külli miqdarda büdcə vəsaitini mənimsəməkdə ittiham edilən keçmiş məmur həbs olunmalı idi. Əgər sadalanan faktlar dərindən və obyektiv şəkildə araşdırılsaydı, sabiq idarə rəisi bu gün azadlıqda gəzə, biznesinə nəzarət edə bilməzdi. Bəli, düz eşidirsiniz. Təhsil Nazirliyinin bir çox keçmiş rəhbər işçisi kimi Allahverdi Dəmirovun da böyük imkanlarının olması barədə iddialar var. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən, Təhsil Nazirliyində uzun müddət Əsaslı Tikinti İdarəsinə rəhbərlik etmiş şəxs həyata keçirdiyi bəzi qanunsuz işlərin nəticəsində özünə böyük kapital toplamağa müvəffəq olub: "Onun dövründə tikilən təhsil müəssisələrinin əksəriyyəti hazırda bərbad vəziyyətdədir. Bu adam tikinti işlərini özünə yaxın şirkətlərə həvalə edir və nəticədə layihəyə ayrılan vəsaitlərin bir hissəsini təyinatı üzrə sərf etmirdi. Tikintidə ucuz materiallara üstünlük verirdi. Buna görə də ciddi fəsadlar üzə çıxıb. Onun idarəyə rəhbərlik etdiyi vaxtlarda Təhsil Nazirliyinin tikinti işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən on milyonlarla vəsait ayrılmışdı. Təəssüf ki, həmin pulların yetərli hissəsi Dəmirovun biznes şəbəkəsinin genişləndirilməsinə yönəldilib. Belə ki, onun şəhərin ən bahalı yerlərində mənzilləri, brend dükanları və Bakı kəndlərində qiyməti milyonlarla ölçülən imarətləri var. Digər tərəfdən, Misir Mərdanovun xalası oğlunun Novxanıda dəniz qırağında "Amore" restoranı, "Smart" oteli və Nərimanov rayonunun ərazisində "Gold" adlı böyük obyekti fəaliyyət göstərir". Bu cür möhtəşəm obyektləri tikmək, yaxud almaq üçün külli miqdarda pul lazımdır. Sizcə, bütün bunları Allahverdi Dəmirov vəzifə maaşı ilə həyata keçirə bilərdimi? Yox. Deməli, o vəzifədə işlədiyi dövrdə büdcədən ayrılan pulların əsas hissəsini şəxsi maraqlarına qurban verib. Lakin buna baxmayaraq, hazırda çox rahat şəkildə azadlıqda gəzir və dövlətin büdcəsindən kəsdiyi vəsaitləri xərcləməklə məşğuldur. Biz isə hesab edirik ki, aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələri onun nazirlikdəki fəaliyyət dövrünü hərtərəfli şəkildə araşdırmalı və adı külli miqdarda yeyintidə çəkilən sabiq rəisin barəsində müvafiq ölçü götürməlidirlər.
\\gundelik-baku.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq - “Regnum”
Bu gün, 14:00
Fəlakətli zəlzələ xəbərdarlığı: - Yüz minlərə insan öləcək
Bu gün, 13:58
Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19
"Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17
"Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15
Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12
“Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10
19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06
İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03
Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01
“Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00
"Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58
İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57
“Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55
Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54
Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb - ARANI QATANLAR KİMDİR?
Bu gün, 12:46
Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Bu gün, 12:43
Yumurta bahalaşacaq? - Asossiasiya açıqlama yaydı
Bu gün, 12:37
Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Simonyan BELƏ DEYİR
Bu gün, 12:32
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28
İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24
Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23
Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15
Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11
"Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07
Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55
Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53
Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50
Parisin Tramp qorxusu: - Makron Avropanı "oyatmaq" istəyir
Bu gün, 11:48
Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub
Bu gün, 11:42
“Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31
Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30
“Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27
Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21
Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18
Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14
Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11
92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09
"Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06
“Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59
Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54
Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53
Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44
Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
"Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37
"Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35
"Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru