İcra başçısı ölüm işini batırmaq istəyir... - ŞOK İDDİA
Tarix: 22-07-2015, 11:24 | Çap et
Gədəbəy rayonundan redaksiyamıza daxil olan şikayət məktublarının ardı-arası kəsilmək bilmir. Artıq dəfələrlə qeyd olunduğu kimi, bu şikayətlərin əsasında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun rayonun idarəçiliyində yol verdyi ciddi qanun pozuntuları və bu səbəbdən rayonda tüğyan edən məmur özbaşınalıqlarıdır. Yeni aldığımız məlumatlarda isə rayonun su təsərrüfatında yer almış ciddi problemlərdən bəhs olunur. İlk növbədə məlumatlarda bildirilir ki, 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq məqsədilə Gədəbəy şəhərinin su-kanalizasiya sisteminin yenilənməsi üçün ötən il dövlət büdcəsindən rayona 4 milyon manat məbləğində vəsait ayrılmışdır. Bu vəsaitlə su təchizatı və kanalizasiya xətlərinin təmiri, eləcə də yeni xətlərin çəkilməsi nəzərdə tutulmuşdu. Mənbələrin verdikləri xəbərə görə, bu işlərin icrasına elə 2014-cü ilin payızından başlansa da, bu günə qədər heç bir layihə sona qədər tamamlanmayıb. İlkin ayrılan məbləğin kifayət qədər böyük olmsıma baxmayaraq, bu ilin fevral ayında da eyni məqsədlər üçün əlavə olaraq daha 2 milyon manat vəsait ayrılıb. Lakin bütün bunların müqabilində indiyədək rayonda görülən işlərin ümumi dəyəri ayrılmış vəsaitlərin heç 20 faizini belə təşkil etmir. Mənbələr iddia edirlər ki, vəsaitlərin xərclənməsinə görə əsas məsul təşkilat olan Gədəbəy Sukanal İdarəsinin rəisi Yaşar Hüseynov müxtəlif maxinasiyalara əl ataraq, pulların nağdlaşdırılaraq mənimsənilməsinə şərait yaratmışdır. Təbii ki, bu maxinasiyalar Yaşar Hüseynov tərəfindən heç də özbaşına həyata keçirilməyib. İddialara görə Sukanal İdarəsinin rəisi bu əməlləri birbaşa Ramiz Yediyarovun göstərişləri əsasında icra edib. Elə əldə olunan “gəlilərin” də böyük bir hissəsi məhz başçıya təqdim olunub. Açıqlamalarda bildirilir ki, Yaşar Hüseynov bu məqsədlərlə müxtəlif firma və MMC-lərin xidmətlərindən yararlanıb. Məlum olduğu kimi belə maxinasiyalarda istifadə olunan “ilğım” şirkətlər sadəcə möhürə və bank hesabına malik olurlar. Bağlanılan müqavilələrdə nəzərdə tutulan işləri həyata keçürmək üçün isə, bu şirkətlərin nə maddi-texniki bazaları, nə də tələb olunan insan resursları olmur. Məhz elə bu səbəbdən də Gədəbəy şəhəri su təchizatı ilə bağlı bir çox ciddi problemlərlə üz-üzədir. Bu xüsusda məlumat verən mənbə ilk növbədə Quldurlu kəndi ərazisində yerləşən və Gədəbəy şəhərini içməli su ilə təchiz etməli olan su təmizləyici stansiya ilə bağlı müəyyən faktları diqqət mərkəzinə çəkir. Mənbə bildirir ki, faktiki olaraq stansiyanın funksionallığının təmin edilməsi üçün burada heç bir sutəmizləmə qurğusu mövcud deyil. Bununla belə, qəribə də olsa, stansiyanın fəaliyyətinə görə hər ay külli-miqdarda işıq pulu “silinir”. Sanki burada gecə-gündüz güclü nasoslar, aqreqatlar və digər qurğular fəaliyyət göstərir. İkinci bir tərəfdən isə, bu yaxınlarda stansiyanın mövcud su anbarında yaranmış başqa bir problem də Gədəbəy şəhərində ciddi fəsadların əmələ gəlməsinə səbəb olmuşdur. Mənbə bildirir ki, Quldurlu stansiyasındakı anbarda olan su bir müddət əvvəl gözlənilmədən yoxa çıxmışdır. Məsələni araşdıran mütəxəssislər müəyyən etmişlər ki, su anbarının dibində çatlar əmələ gəlmişdir ki, su da məhz bu çatlardan sızaraq yerin altına getmişdir. Nəticədə isə Gədəbəy şəhərinin böyük bir hissəsi, o cümlədən Mehdi Quliyev, Mir Cəlal Paşayev, M.Ə. Rəsulzadə və Şəhriyar küçələrində yerləşən binalar tamamilə susuz qalmışlar. Həmçinin yerli sakinlər tərəfindən də təsdiqlənən məlumatlarda bildirilir ki, su təchizaının dayandırılması və bu səbəbdən kanalizasiya sisteminin də işlək vəziyyətdə olmaması ərazinin, eləcə də bütün şəhərin sanitar vəziyyəti üçün son dərəcə ciddi problemə çevrilmişdir. Bəzi məlumatlı mənbələr isə, su təchizatının tezliklə bərpa olunmayacağı təqdirdə şəhərdə müxəlif infeksion xəstəliklərin yayıla biləcəyinə dair mütəxəssislər tərəfindən xəbərdarlıq olunduğunu da vurğulayırlar. Bu arada isə Gədəbəy Sukanal İdarəsinin görüntü yaratmaq məqsədilə az-çox həyata keçirdiyi təmir-quraşdırma işləri də müxtəlif insidentlərsiz ötüşmür. Bəzən isə bu işlər hətta bədbəxt hadisələrə belə səbəb olurlar. Bu xüsusda mənbə bildirir ki, bu ilin may ayının 23-də Vahid Rüstəmov küçəsində su xətlərinin təmiri məqsədilə aparılan qazıntı işləri zamanı RİH məsul işçisi Yusif Əliyevin mənzilinə çəkilmiş qeyri-qanuni qaz xətti aşkarlanıb və təsadüfən zədələnib. Həmin xəttin bərpa olunması cəhdləri isə, öz növbəsində əsas xəttə qoşulmuş digər bir xəttin,Yusif Əliyevin qonşusu, Böyük Vətən Müharibəsi veteranı Qasımov Musa Heydər oğlunun mənzilinə gedən qaz xəttinin “oynamasına” səbəb olub. Nəticədə Musa Qasımovun mənzilində qaz sızması baş verib. Lakin bu zaman mənzildə heç kəs olmayıb. Bir qədər sonra isə evə qayıdan Musa Qasımov işığı yandıran zaman mənzildə partlayış baş verib. Nəticədə ğır xəsarətlər alan veteran bir müddət sonra xəstəxanada dünyasını dəyişib. Mənbə bildirir ki, hətta yaxın insanlarının belə xeyir-şər məclislərində çox nadir hallarda iştirak edən başçı Ramiz Yediyarov Musa Qasımovun yas mərasiminə şəxsən özü də gəlib. Məqsəd isə bu olub ki, mərhumun ailəsini dilə tutaraq, onları hadisə ilə bağlı şikayət etməkdən çəkindirsin. Lakin başçı bu məqsədinə nail ola bilməyib. Belə ki, Musa Qasımovun ailəsi məsələnin araşdırılması tələbi ilə rayon prokurorluğuna artıq müraciət ediblər. Həmçinin mərhumun həyat yoldaşı Həqiqət Qasımova da redaksiyamıza müraciət edərək bunu təsdiq etmişdir.Daha sonra aldığımız məlumatda mənbə Gədəbəy Sukanal İdarəsinin rəisi Yaşar Hüseynov barədə maraqlı açıqlamalar təqdim edir. Bildirilir ki, Rabitə kollecinin məzunu olmuş Yaşar Hüseynov əvvəllər Gədəbəyin Telekommunikasiya qovşağında mühəndis vəzifəsində çalışıb və əslində onun hazırda tutduğu vəzifəyə uyğun ali təhsili belə yoxdur. Lakin rayonun baş memarı Elxan Vəliyevlə qohumluq əlaqələri Yaşar Hüseynovun karına gəlib. Belə ki, hazırda tutduğu vəzifəyə o, Ramiz Yediyarovdan məhz Elxan Vəliyevin xahiş etməsi nəticəsində təyin olunub. Bu gün isə, aldığımız məlumatlara görə, Yaşar Hüseynov vaxtının çox hissəsini Gədəbəy rayonu 24 saylı Yol İstismar İdarəsinin müdiri ilə birgə düzənlədikləri kef məclislərində keçirir. Məsələ bundadır ki, Gədəbəyşəhərinə çəkilən yeni su xəttinin üstündən keçən avtomobil yolunun asfaltlanmasını məhz 24 saylı Yİİ həyata keçirir.Biz artıq ötən saylarımızda dərc etdiyimiz materiallarda da belə bir fikri vurğulamışdıq ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun bu rayonda israrla həyata keçirdiyi talançılıq fəaliyyəti, öz neqativ təsirini rayonun bütün idarə və təşkilatlarının işinə göstərməkdədir. Məlum olduğu kimi, artıq üç ilə yaxındır ki, ölkənin əksər informasiya vasitələrində, o cümlədən bizim qəzetin səhifələrində Ramiz Yediyarov və onun komandasının Gədəbəy rayonuna divan tutması haqqında kifayət qədər məlumatlar dərc olunur. Lakin bütün bunlara rəğmən, Ramiz Yediyarov bu gün də Gədəbəy rayonunun icra hakimiyyətinin başçısıdır. Və gədəbəylilər hələ də başa düşə bilmirlər ki, bu yarıtmaz məmuru kimlər və niyə himayə edirlər...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq - “Regnum”
Bu gün, 14:00 |
|
|
|
• Fəlakətli zəlzələ xəbərdarlığı: - Yüz minlərə insan öləcək
Bu gün, 13:58 |
|
|
|
• Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19 |
|
|
|
• "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17 |
|
|
|
• "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15 |
|
|
|
• Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12 |
|
|
|
• “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10 |
|
|
|
• 19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06 |
|
|
|
• İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03 |
|
|
|
• Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01 |
|
|
|
• “Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00 |
|
|
|
• "Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58 |
|
|
|
• İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• “Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55 |
|
|
|
• Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54 |
|
|
|
• Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb - ARANI QATANLAR KİMDİR?
Bu gün, 12:46 |
|
|
|
• Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Bu gün, 12:43 |
|
|
|
• Yumurta bahalaşacaq? - Asossiasiya açıqlama yaydı
Bu gün, 12:37 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Simonyan BELƏ DEYİR
Bu gün, 12:32 |
|
|
|
• AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28 |
|
|
|
• İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23 |
|
|
|
• Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15 |
|
|
|
• Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11 |
|
|
|
• "Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07 |
|
|
|
• Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55 |
|
|
|
• Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53 |
|
|
|
• Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Parisin Tramp qorxusu: - Makron Avropanı "oyatmaq" istəyir
Bu gün, 11:48 |
|
|
|
• Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub
Bu gün, 11:42 |
|
|
|
• “Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31 |
|
|
|
• Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30 |
|
|
|
• “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27 |
|
|
|
• Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21 |
|
|
|
• Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18 |
|
|
|
• Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14 |
|
|
|
• Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11 |
|
|
|
• 92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09 |
|
|
|
• "Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06 |
|
|
|
• “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01 |
|
|
|
• Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59 |
|
|
|
• Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53 |
|
|
|
• Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42 |
|
|
|
• "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37 |
|
|
|
• "Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35 |
|
|
|
• "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29 |
|
|
|
|