MDB dövlət başçıları görüşəcəklər .....                     Restoran və şirkət rəhbərləri belə aldadılıb .....                     İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb .....                     Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında .....                     Milyonluq ordu üçün AB-dən tələb .....                     İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub .....                     Brayza Trampın Azərbaycanla bağlı planı barədə .....                     "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" .....                     Bu şirkətlər vətəndaşları aldadır .....                     Arabir yağıntılı olacağı ehtimalı var .....                     Məşhur müğənninin Bakıyla bağlı paylaşımına .....                     “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir .....                     Milli Qəhrəmanın “PKK”çı oğlu öldü .....                     Novruzda Əfv sərəncamı olacaq? .....                     “Nəsimi” metrostansiyasının çıxışındakı .....                     ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... .....                     Daha 5 `kosmetoloq` İFŞA OLUNDU .....                     Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... .....                     "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" .....                     Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” .....                     Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı .....                     Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb .....                     Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi .....                     "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... .....                     Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! .....                     Azər Rəcəbovun müavini yenidən həbs edildi .....                     Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR .....                     İrəvan Moskvanın əsəblərini tarıma çəkir .....                     Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? .....                     Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa .....                     MİDA sakinləri etiraza qalxdı .....                     "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" .....                     Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı .....                     Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib .....                     Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb .....                     Azərbaycan belə tələb irəli sürüb, ancaq... .....                     Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib .....                     Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... .....                     "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." .....                     Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb .....                 

Mikayıl Cabbarovun müəmmalı kadr transferləri... - Bakı təhsilinə təm-təraqla rəhbər gətirilən gənc kadr niyə səssizcə geri aparıldı?..
Tarix: 27-12-2014, 13:21 | Çap et
Mikayıl Cabbarovun müəmmalı kadr transferləri...
Təhsil Nazirliyində kadr və struktur islahatlarının nəticəsində ötən ildən təhsil sahəsinə gələn gənc kadrların bəzilərinin sonrakı aqibəti nədənsə müəmmalı qalıb. Mikayıl Cabbarovun təyinatından az sonra nazirliyin informasiya şöbəsinə müdir vəzifəsinə gətirdiyi Elnur Əliyevin timsalında bunu deməyə əsas var. Həm Bakıda, həm də xaricdə hüquqşünas ixtisası üzrə təhsil almış E.Əliyevin gənc kadr kimi yüksək vəzifəyə irəli çəkilməsinin, təbii ki, nazirliyin fəaliyyətində müsbət dəyişikliklər yaradacığına ümidlər olmamış deyildi. Uzun müddət təhsil sistemində oturuşmuş kadrların sürətlə əvəzlənməsi M.Cabbarovun nazir kimi fəaliyyətə başladığı ilk dövrlərdə dəyişikliyə inam da yaratmışdı. Hər kəs gözləyirdi ki, 90-cı illərdən qalmış və artıq yaşlanmış bəzi məmurların daha gənc, enerjili mütəxəssislərlə əvəzlənməsi səmərəsini verəcək. Lakin ötən müddət ərzində bu gözləntilərin özünü doğrultmaması təəssüf hissi doğurur.

Mikayıl Cabbarovun müəmmalı kadr transferləri...

Bundan əlavə, yeni kadrların da bir yerdən digərinə tez-tez transferi bəzi müəmmalı suallara yol açır. Keçən dərs ilinin başlanması ərəfəsində nazirin əmri ilə Elnur Əliyev Bakı şəhəri üzrə Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsinə təyin olunmuşdu. Keçmiş müdir Nailə Rzaquliyevanın tutduğu vəzifədən azad olunmasından sonra idarənin müdiri vəzifəsi birinci müavin E.Əliyevə həvalə olundu. Mətbuatda təhsil sisteminə «İçərişəhər»dən gəldiyinə dair məlumatlar yayılan E.Əliyevin bir illik fəaliyyəti dövründə Bakı təhsilində nə kimi uğurlu islahatları həyata keçirdiyi, hansı müsbət dəyişikliklərə imza atdığını deyə bilmərik. Ən azı ona görə ki, bu barədə nə rəsmi xəbərlərdə, nə də məktəb həyatının reallığında əsaslı bir yeniliyə rast gəlməmişik. Əksinə, ötən dövrdə E.Əliyevin haqqında daha çox nazirin yaxın adamı, hətta, bəzi məlumatlarda xalası oğlu kimi təqdim edilən biri kimi təhsilin bir sıra sahələrini «özəl olaraq kurasiya edən» məmur imici formalaşıb. Biz onun barəsində mətbuatda yayılmış «qara qutu» oxşatmasının səbəblərini, xaricdə təhsilə göndərilənlərin seçilməsi proseduru və ya xaricdə verilmiş diplomların tanınmasında söz sahibi olmasına dair məlumatların özəlliyinə də varmırıq.

Görünən odur ki, «uğurlu kadr islahatı» kimi təqdim olunan Elnur Əliyevin təyinatının hansı səmərə verdiyini söyləməkdə çətinliklər var…

Daha maraqlısı isə odur ki, E.Əliyevin Bakı şəhəri üzrə Təhsil İdarəsinə rəhbər vəzifəyə gətirilməsi nə qədər təm-təraqlı təqdim edilmişdisə, onun həmin vəzifədən getməsinə dair rəsmi məlumat verilmədi. Ümumiyyətlə, N.Rzaquliyevadan sonra idarəyə müdir təyin olunmayıb. Hazırda idarənin rəsmi internet səhifəsində də müdir bölməsi boşdur. Müavinlər bölümündə isə yalnız 3 müavinin adı göstərilir ki, E.Əliyev isə onların sırasında yoxdur.

M.Cabbarovun «yaxın adamı»nın qəfil gətirildiyi vəzifədən səssizcə uzaqlaşdırılması təbii ki, suallar yaradır. Nazirlikdən Bakı təhsilinə gətiriləndən sonra da «eyni funksiyaları» yerinə yetirən Elnur Əliyevin 200-dən çox orta məktəbin işinə rəhbərliyi nəyi dəyişdi? Yoxsa, bu transferlə Elnur Əliyev üzərinə düşən missiyanı 1 il ərzində tam yerinə yetirmiş sayılır? Bəs nəzərdə tutulan dəyişikliklər, «perspektivli kadr islahatı» vədləri nə oldu? Ötən il ərzində barəsində yalnız tənqidi çıxışlar, müraciətlər, xəbərlər yayılan Elnur Əliyevin yenidən əvvəlki işinə qaytarılması nazir M.Cabbarovun növbəti «kadr islahatı»dır, yoxsa bu «səssiz transferin» özəl səbəbləri var?

Bu sualların ünvanlandığı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Analitik.az-a bildirib ki, Bakı şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsi Elnur Əliyevə həvalə edilmişdi. Hazırda isə E. Əliyev Təhsil Nazirliyində informasiya şöbəsinin müdiri vəzifəsində çalışır və fəaliyyətini davam etdirir.

Bu qədər… əlavə məlumat verilmir. Ancaq digər mənbələrdən daxil olan məlumatlarda məsələnin göründüyü qədər sadə olmadığı, E.Əliyevin gəliş-gedişinin təfərrüratları barədə kifayət qədər ilginc xəbərlər dolaşır. Əvvəlcə, dövriyyəyə E.Əliyevin, guya, təhsil sistemində oturuşmuş kadrlarla baş-başa gəlməsi səbəbindən nazirliyə geri aparılmasına dair məlumatlar buraxılıb. Guya, M.Cabbarov özünə yaxın adamını «qoca qartalların» əlindən alaraq, daha sakit – əvvəlki vəzifəsinə qaytarıb. Lakin, bununla yanaşı, «qayıdışın» nazirin özünün də iradəsindən asılı olmadığına, özəl səbəblərinin mövcudluğuna dair məlumatlar daha ilgincdir. Səbəblərin, xüsusilə, E.Əliyevin özü ilə, şəxsi həyatı ilə bağlı olduğu, M.Cabbarovun isə başqa seçimi olmadığından təm-təraqlı təyinatını geri götürmək məcburiyyətində qaldığı bildirilir. Təhsil sisteminə kənardan gəlmiş E.Əliyevin bəzi « qəribə özəllikləri» ilə də təhsil mühitinə uyğun olmadığına dair daha yuxarı (həm də vacib) orqanların məlumatlandırılması onun səssizcə «geri çağırılmasını» labüd edib.

Mikayıl Cabbarovun müəmmalı kadr transferləri...

Deyilənə görə, hazırda işlədiyi şöbə müdiri vəzifəsi də onun üçün son yüksək vəzifə ola bilər. Söhbət təkcə E.Əliyev barəsində 1 il ərzində mətbuatda yayılan oxşatmalardan, xaricdə təhsil və diplomların tanınması, təhsil işçilərinin narazılığına səbəb olan «nəzarət mexanizm»lərindən getmir. Daha doğrusu, əslində bu məlumatlar səbəb deyil. Əsl səbəb kifayət qədər müəmmalı və inanılmaz məlumatlarla bağlıdır. Bunu fakt olaraq nazirin də bildiyi və yaxın adamının təyinatının uğursuzluğu ilə barışdığı söylənilir.

Hər halda Elnur Əliyevin Mikayıl Cabbarovun çox yaxın, həm də inanılmış adamı olmasını təkzib edən rəsmi və ya qeyri-rəsmi açıqlamalara rast gəlməmişik. Bu gün də şöbə müdirinin nazirə çox yaxın olduğu deyilir. Onların arasında münasibətlərin dəyişməsindən söhbət getmir. Ən azı bu baxımdan Təhsil Nazirliyinin «E.Əliyev müəmması» elə müəmma olaraq da qalmaqdadır…Necə ki, nə Bakıda, nə də ümumi respublika üzrə təhsilin keyfiyyətində gözəçarpan dəyişiklik yoxdur…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09
Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07
İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02
Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00
Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54
İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51
Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50
"Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48
Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43
Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41
Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35
“MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34
Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27
Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25
“Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23
ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17
Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10
Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03
"İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59
Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55
Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51
Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45
Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41
"Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37
Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33
Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28
İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25
Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05
Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59
MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57
"AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42
Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39
Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33
Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26
Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17
Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15
"Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04
Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01
Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59
Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58
Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47
Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36
Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28
İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23
Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22
15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16
Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru