Bakıda qazandıqlarını xaricdə qumara qoyan məmurlarımız kimlərdir? - İlginc iddialar
Tarix: 2-12-2014, 11:12 | Çap et
Bildiyiniz kimi, ölkəmizdə kazinoların fəaliyyəti yasaqlanıb. Kazinoların fəaliyyətinə son qoyulandan sonra isə qumar oyunlarının həvəskarları bunun üçün Gürcüstana, Rusiyaya, Şimali Kiprə getməyə məcbur qalıblar. Bu da çox böyük məbləğdə pulun Azərbaycandan çıxmasına səbəb olur.
Xatırladaq ki, bu günlərdə "The Guardian" qəzeti Rusiyaya birləşdirilən Krımın ardınca Soçidə də kazinoların fəaliyyətinə icazə verilməsinin Gürcüstanda qumar biznesinə təsirlərini araşdırıb. Rusiya hökuməti ümid edir ki, kazinolar Krımın və Soçinin iqtisadi inkişafına təkan verəcək, Qara dəniz sahillərinin Las-Veqasına çevriləcək. Məqalədə deyilir ki, Rusiya 2009-cu ildə ölkədə kazinoların fəaliyyətini məhdudlaşdırıb, cəmi 4 şəhərdə kazinoların fəaliyyətinə icazə verilib. Bundan istifadə edən Gürcüstan isə qumarbazları cəlb etmək üçün kazinoların fəaliyyətini tamamilə liberallaşdırıb. Azərbaycan və Türkiyədə kazinoların fəaliyyətinə qadağa qoyulması, Ermənistanda qumar biznesinin məhdudlaşdırılması qonşu ölkələrdən də müştərilərin Gürcüstan kazinolarına axımasına səbəb olub. İndi isə Soçidə kazinolara icazə verilməsi Gürcüstanda qumar biznesinin gəlirlərinə ciddi təsir edə bilər. 2013-cü ildə Gürcüstan büdcəsinə kazinolardan 50 milyon dollardan çox vəsait daxil olub. Qəzet yazır ki, son illərdə Soçidən 370 kilometr cənubda yerləşən Batumi liman şəhəri oyun biznesinin mərkəzinə çevrilib, çünki orada kazino işlətmək üçün xərclər Tiflisdən daha aşağıdır.
Batumidəki "Peace Casino"nun maliyyə direktoru Mehmet Esen deyir ki, o, rəqabətdən narahat deyil. Çünki ruslar Gürcüstan kazinolarının müştərilərinin cüzi hissəsini təşkil edir. "Bizim müştərilərimizin çoxu Türkiyədən və Azərbaycandan gəlir. Son vaxtlar İrandan gələnlərin sayı da artıb. Rusiyalı azartlar isə daha çox Makao və ya Monte-Karloya üz tutur" - deyə Mehmet Esen Böyük Britaniya nəşrinə bildirib. Bütün dünyada kazino şəbəkələri olan "Princess Cazino İnternational"ın direktoru Mustafa Yılmaz isə deyir ki, Soçi kazinoları Azərbaycan, Gürcüstan və Türkiyədən bəzilərini cəlb edə bilər. Çünki Batumidə turizm mövsümü cəmi bir neçə ay davam edir. Soçidə isə həm qışda, həm yayda istirahət etmək mümkündür.
Lakin hələlik Soçidə kazino işlətmək üçün şərtlərin necə olacağı, vergi dərəcələri və s. məlum olmadığından Rusiya şəhərində qumar biznesi qurmaq istəyən xaricilər azdır. Göründüyü kimi, Batumidə, ümumiyyətlə, Gürcüstanda fəaliyyət göstərən kazinoların müştəriləri arasında azərbaycanlılar üstünlük təşkil edir. Qeyd edək ki, hələ bir müddət əvvəl bu məsələ gündəmə gəlmiş və bəzi məmurların qumar oynamaq üçün Gürcüstana getdiyi vurğulanmışdı. Həmin ərəfələrdə bəzi vəzifəli şəxslər təşvişə düşərək adlarının açıqlanacağından qorxmuşdular. Məsələnin yenidən gündəmə gəlməsi Batumidəki kazinolara gedən azərbaycanlı məmurların kimliyinin üzə çıxarılmasını zəruri edib. Mötəbər mənbələrdən əldə etdiyimiz məlumatlarda deyilir ki, hazırda müxtəlif vəzifələrdə, əsasən də aşağı postlarda təmsil olunan bəzi şəxslər ay ərzində bir neçə dəfə Gürcüstana, həmçinin Rusiya və Şimali Kiprə gedib qumar oynayaraq azarlarını öldürürlər. Mənbənin sözlərinə inansaq, xaricdə qumar oynayan bəzi məmurlar əksər hallarda külli miqdarda pul uduzurlar: "Vəzifəli şəxslərdən bir neçəsini tanıyıram ki, onlar qumarsız dayana bilmirlər. Belələrinin arasında müxtəlif rayonların maliyyə idarələrinin rəisləri, təhsil şöbələrinin müdirləri, bəzi icra hakimiyyətlərinin məsul əməkdaşları var. Azərbaycanda kazino oyunlarına icazə verilmədiyindən onlar ya Gürcüstana, ya da Rusiyaya üz tuturlar. Hazırda vəzifə tutan bəzi məmurlarla yanaşı, bir neçə sabiq məmur da qumar oynamaq üçün xaricə yollanır. Onların qumarda uduzduqları məbləğ isə yüz minlərlə hesablanır. Bu şəxslər Azərbaycanda qeyri-qanuni yollarla əldə etdikləri vəsaitləri xarici kazinolarda uduzurlar. Hətta deyilənə görə, məmurlardan biri bir neçə ay əvvəl Batuminin məşhur kazinolarından birində Gürcüstan vətəndaşına 500 min dollar uduzub. Üzərində əlavə pul olmadığından onu kazinoda "zaloq" saxlayıblar. Yalnız yaxın adamları pulu gətirəndən sonra azərbaycanlı məmuru sərbəst buraxıblar. Gürcüstan və Rusiyadakı kazinoların əsas qazancı azərbaycanlıların hesabınadır". Yayılan başqa məlumatlara görə, ölkəmizin aidiyyəti qurumlarının səlahiyyətli şəxsləri xaricdəki kazinolarda qumar oynayan azərbaycanlı məmurların izinə düşüblər. Yəqin ki, yaxın günlərdə həmin şəxslərin kimliyinə aydınlıq gətiriləcək.
(Ardı var) \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
• "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33 |
|
|
|
• Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28 |
|
|
|
• İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25 |
|
|
|
• Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
|