Varidatı milyonlarla ölçülən icra başçıları... - Onlar kimin pulunu yeyirlər - Hesab vaxtı...
Tarix: 28-11-2014, 11:50 | Çap et
Azərbaycan dünyanın yeganə ölkələrindəndir ki, burda bəzi məmurlar tutduqları vəzifəyə əbədi, həm də qazanc mənbəyi kimi baxırlar. Bu gün vəzifədə təmsil olunan şəxslərin tərcümeyi-halına nəzər salanda görürük ki, onların bir neçəsi artıq 15-20 ildir kreslo sahibidirlər. Lakin dünyanın digər ölkələrində vəzifəli şəxslərin karyera müddəti bizdəki kimi uzunömürlü olmur.
Onlar iki-üç il, uzağı beş il işləyib daha sonra yerlərini başqalarına təhvil verirlər. Yadınızdadırsa, qəzetimizin əvvəlki saylarından birində "Ən varlı icra başçısı kimdir" başlığı altında yazı dərc etmişdik. Həmin məqalədə paytaxt rayonlarına rəhbərlik edən və ancaq var-dövlət yığmaq haqda fikirləşən bəzi icra başçılarının adı qeyd olunmuşdu. Bu gün isə sizə daha üç icra başçısının varidatı barədə məlumat vermək istəyirik. Hansı ki, həmin şəxslərin adı indiyə kimi bir sıra qalmaqallarda, o cümlədən biznes işlərində hallandırılıb. Başlayaq Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevdən. Son günlər adı mətbuatın gündəmindən düşmək bilməyən Adil Vəliyev icra hakimi postuna təyin olunana qədər biznes fəaliyyəti ilə məşğul olub. O, 2003-2012-ci illər ərzində özünün təsis etdiyi "Euro style" LTD şirkətində aktiv fəaliyyət göstərib. İcra başçısı təyin olunandan sonra isə şirkətin idarəçiliyini oğluna həvalə edib. Məmurun biznes fəaliyyəti ilə bağlı faktları diqqətinizə çatdırmamışdan öncə qeyd edək ki, Adil Vəliyev 20 aprel 1960-cı ildə Qubadlı rayonunda anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub. 1980-1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib. 1990-1992-ci illərdə Nərimanov Rayon İcra Hakimiyyətində şöbə müdiri və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, 1992-1996-cı illərdə Bakı şəhər Xalq deputatları sovetində təlimatçı və şöbə müdiri, 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyinin MMTİ-nin rəis müavini vəzifələrində işləyib. 2003-2012-ci illər ərzində özü təsis etdiyi "Euro style" LTD şirkətində çalışıb. Prezidentin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Apardığımz araşdırmalar nəticəsində bəlli oldu ki, Adil Vəliyevin biznes imperiyasına iri obyektlər daxildir. Belə ki, "Porsche Bakı" mərkəzi, "Audi" və "Wolksvagen" kimi nəhəng avtomobil satışı mərkəzlərinin bu məmura məxsus olduğu bildirilir: "Paytaxtın məşhur şadlıq saraylarından biri hesab edilən "Sarı gəlin" də onun sərəncamında idi. Deyilənə görə, o başçı vəzifəsinə təyin olunandan sonra şadlıq evini yaxın dostlarından birinə bağışlayıb". Əldə etdiyimiz məlumatlara görə, Adil Vəliyev 2012-ci ildən, yəni icra başçısı vəzifəsinə keçəndən bu yana şəxsi varidatını daha da artırıb. Məlumatlı mənbə vurğulayır ki, Sabunçu rayonunun mərkəzi ərazilərini bir növ söküb yenidən quran başçı özünü və yaxın ətrafındakı insanları da yaddan çıxarmayıb: "Onun əmri ilə Bakıxanov qəsəbəsində yol kənarında yerləşən obyektlərin bir neçəsi söküldü. Başçı bu işlərin yolun genişləndirilməsi məqsədilə aparıldığını desə də, sonradan sökülən obyektlərin yerində özünə göydələn ucaltdı. Onun Sabunçu rayonunun ərazisində yerləşən obyektlərinin sayı-hesabı yoxdur. Bakıxanov dəmir yol stansiyasının yaxınlığındakı "AQAT" şadlıq sarayı da başçının biznes şəbəkəsinə daxildir. Bir sözlə, rayon rəhbəri həm özünə, həm də yaxın qohum-əqrabasına mükəmməl şərait yaradıb. Sabunçu sakinləri isə müxtəlif problemlərin əlində aciz qalıblar". Adil Vəliyevin bacısı oğlu Şamil Həsənovun yaşadığı qlamur həyat isə başqa yazının mövzusudur. Ki, bu haqda gələn saylarımızda geniş məlumat verəcəyik. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev də ən varlı icra başçılarının sırasında göstərilir. Məlumat üçün bildirək ki, o 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub. 1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması" ixtisası üzrə, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakultəsini "hüquqşünaslıq" ixtisası üzrə bitirib. 2006-cı ilin mart ayının 3-dən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır. Mətbuat səhifələrində yazılan tənqidlərdən belə başa düşmək olar ki, Nəsib Məhəməliyev vəzifə səlahiyyətlərindən istifadə edərək qanunsuz torpaq satışı və digər xoşagəlməz işlərlə məşğul olub. Apardığımız qısa araşdırmaların nəticəsində öyrəndik ki, maliyyə imkanları hədsiz dərəcədə geniş olan məmur sahib olduğu kapitalın sayəsində paytaxtın bahalı ərazilərində ticarət obyektləri açmağa müvəffəq olub. Məlumata əsasən, başçının təkcə Nəsimi rayonu ərazisində onlarla ticarət obyekti fəaliyyət göstərir. Hələ bu harasıdır ki. Nəsib Məhəməliyevin "Vorovski"də dəyəri milyonlarla ölçülən imarəti, həyətində bir-birindən bahalı maşınlarının olması da yayılan məlumatlar arasındadır. Həmçinin qeyd etmək lazımdır ki, Nəsimi rayonunun rəhbərinin adı bir neçə dəfə qızıl biznesində çəkilib. Bildirilib ki, paytaxtdakı qızıl satışı mərkəzlərinin bir neçəsi icra hakiminin nəzarəti altındadır. İstənilən halda, vəzifəli şəxslərin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması qəbul edilən hal deyil. Adı müxtəlif qalmaqallarda hallandırılan icra başçılarından biri də Gülağa İslamovdur. Nə az nə çox düz 19 ildir ki, Xəzər Rayon İcra Hakimiyyətinə başçılıq edən məmur geridə qalan müddət ərzində saysız-hesabsız qanun pozuntularına imza atıb. Və nəticədə şəxsi sərvətini artırmağa nail olub. Etibarlı mənbələrin redaksiyamıza verdiyi məlumatlarda deyilir ki, Gülağa İslamovun Xəzər rayonunun ayrı-ayrı qəsəbələrində ət kəsimi məntəqələri, çay evləri, kafeləri, əyləncə mərkəzləri, avtomobil təmiri sexləri və avtoyuma məntəqələri var.
Kimin nəyi varsa sağlığına qismət olsun. Amma büdcə pullarına şərik çıxmaqla biznes imperiyası yaratmaq nə dərəcədə doğrudur bunu bilmirik. Görəsən, adları çəkilən icra başçıları bu qədər sərvətə halal pulla sahib çıxıblar, yoxsa?... Kimliyindən asılı olmayaraq, heç bir məmurun dövlət büdcəsinin pullarını mənimsəməyə, daha doğrusu, oğurlamağa haqqı yoxdur. Biz inanırıq ki, vəzifəsinə uyğun olmayan işlər görən, büdcə pullarını öz dədəsinin pulu kimi xərcləyən vəzifə sahibləri gec-tez cinayət məsuliyyətinə cəlb ediləcəklər. \\ gundelik-baku.com \\
Mövzu ilə bağlı hər üç icra başçısının mövqeyini işıqlandıra bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
• "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33 |
|
|
|
• Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28 |
|
|
|
• İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25 |
|
|
|
• Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
• Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10 |
|
|
|
• Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05 |
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
|