İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                 

Qızınmadıq istisinə, kor olduq tüstüsünə... - İcbari tibbi sığorta haqqı artır, bəs keyfiyyət?
Tarix: 7-11-2023, 10:19 | Çap et
Qızınmadıq istisinə, kor olduq tüstüsünə...
Azərbaycanda icbari tibbi sığorta haqlarının artırılması təklif edilir. Bu günlərdə millət vəkili Rəşad Mahmudov bildirib ki, icbari tibbi sığorta üçün yığımların artırılmasına ehtiyac var. Çünki Türkiyədə bu rəqəm 12 faizdir.
"Bizdə də ən azından bir faiz artırmaqla səhiyyəmizin bir sıra problemlərini həll edə bilərik. Beynəlxalq mühitdə imicimizə zərbə vuran bir məsələ var. Bu, bəzi nadir xəstəliklərin dövlət proqramına salınmamasıdır. Düzdür, ötən il kistoz fibroz salındı, lakin əlavə iki-üç xəstəlik var ki, onlar da dövlət proqramına salınmalıdır" - R.Mahmudov deyib
Amma deputatın bu fikri birmənalı qarşılanmır.
"Yığımları artırmaqdansa, vəsaiti səmərəli xərcləmək lazımdır"
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a bildirib ki, icbari tibbi sığorta yığımlarının artırılmasındansa, bu vəsaitin səmərəli istifadəsinə fokuslanmaq lazımdır. Onun fikrincə, səhiyyədə effektiv idarəetməni təşkil etmədən, icbari tibbi sığorta yığımlarının artırılması barədədə düşünmək tezdir.
M.Məmmədli bildirir ki, ancaq icbari tibbi sığortanın mexanizmi tam işlək vəziyyətə gəldikdən sonra bu barədə fikirləşmək olar: "İqtisadiyyatda aparılan islahatlar nəticəsində vergiyə cəlb olunan isqtisadi fəaliyyət növlərinin də sayı artır. Bu isə şəffaflığı artırır. "Tibbi sığorta haqqında" qanuna son dəyişiklikdən sonra onsuz da icbari tibbi sığorta yığımı vəsaitlərinin kifayət qədər artımı nəzərdə tutulur. Mənim fikrimcə, hazırki icbari tibbi sığorta faizi qənaətbəxşdir. Çünki, icbari tibbi sığorta faizləri müəyyənləşərkən əhalinin də sosial vəziyyəti nəzərə alınır".
İcbari tibbi sığorta haqları keyfiyyətin yüksəldilməsinə yönəldilməlidir
İqtisadçı Natiq Cəfərli də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, icbari tibbi sığorta yığımı faizlərini artırmaq yox, yığılmış vəsaitin daha səmərəli istifadəsi, eləcə də bu vəsait qarşılığında göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi barədə düşünmək lazımdır:
"Çox təəssüf ki, bizim deputatlar keyfiyyət dəyişikliyinin vacibliyindən danışmaq əvəzinə, qiymət artımının, verginin artırılmasını təklif edirlər. Nəzərə almaq lazımdır ki, baha xidmətin yüksək də keyfiyyəti olmalıdır. Amma bu gün vətəndaşların böyük əksəriyyəti icbari tibbi sığorta zərfinə daxil edilmiş tibbi xidmətlərdən bəhrələnə bilmirlər. Ümumiyyətlə icbari tibbi sığorta zərfi çərçivəsində göstərilən tibbi xidmətlərdən xeyli sayda məlumatsız insan var. Məlumatı olanlar isə xidmət səviyyəsi aşağı olduğundan icbari tibbi sığorta haqqı ödəsə də bəhrələnə bilmir".
Ekspertin sözlərinə görə, bundan başqa, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sahəsi çox dardır. Bu da vətəndaşlara əlavə problem yaradır:
"İnsanlar laborator xidmətlərdən tutmuş, diaqnostika və müalicəyə qədər keyfiyyətli tibbi xidmət üçün özəl tibb müəssisələrinə müraciət etməli olurlar. Çünki, söhbət sağlamlıqdan gedir. Bir sıra cərrahi əməliyyatlar var ki, onları icbari tibbi sığorta qarşılamır. Ona görə də, ancaq bu sadalanan problemləri həll etdikdən sonra icbari tibbi sığorta yığımlarını artırmaq olar".
N.Cəfərli deyir ki, icbari tibbi sığorta yığımlarının artırılması vergilərin artırılması deməkdir:
"Deputatlar da anlamalıdırlar ki, istənilən icbari yığım vergi növüdür. Bu faktiki olaraq vergilərin artırılmasıdır ki, bu da hazıirki iqtisadi durumda məqsədəuyğun deyil".
İqtisadçının fikrincə, İcbari Tibbi Sığorta Agentliyi icbari tibbi sığorta yığımlarının xərclənməsi ilə bağlı ictimaiyyətə geniş açıqlama verməlidir. Vergi ödəyiciləri bilməlidir ki, yığımlardan nə qədəri onların sağlamlığının qorunmasına, nə qədəri inzibati xərclərə yönəlib. Çünki, əksər hallarda toplanan vəsaitlər inzibati xərclərə daha çox yönəlir:
"Binanın saxlanılması, avadanlıqların alınması, iş yerlərinin açılması və avtomobillərin alınmasına daha çox xərclənir, nəinki vətəndaşlara. Bununla bağlı qurum ciddi audit hesabatı verməlidir ki, toplanan vəsaiti hansı formada xərcləyib".
İcbari tibbi sığorta haqları artırılsa, qeyri-leqal işləyənlərin də sayı artacaq
Həmsöhbətimiz onu da əlavə edib ki, icbari tibbi sığorta haqlarının artırılması, qeyri-leqal işləyənlərin sayını da artıra bilər. Halbuki, dövlət bütün biznesin kölgə iqtisadiyyatından çıxaraq leqallaşmasına çalışmalıdır.
"Səsləndirilən təklif isə kiçik və orta sahibkarlığı kölgə iqtisadiyyatına itələmək deməkdir. Belə halda insanlara işləmək sərf etməyəcək. Yaxud da onlar öz dövriyyələrini gizlətməyə çalışacaqlar. Stimullaşdırma isə əks istiqamətdə olmalıdır ki, iş adamları, kiçik sahibkarlar öz fəaliyyətlərini tam leqallaşdırmağa can atsınlar. Bu təklif hazırda vətəndaşlara bunun əksini təşviq edir" - ekspert deyib.
Əhalinin icbari tibbi sığorta üçün ödədiyi vergi nəyə xərclənir?
İcbari Tibbi Sığorta Agentliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin gəlirləri 2 393 243 970,0 manat, xərcləri 2 393 243 970,0 manat məbləğində təsdiq edilib. 2023-cü ildə icbari tibbi sığorta fondunun gəlirlərinin 1 263 820 170,0 manatı dövlət büdcəsindən ayırmalar, 1 134 108 420,0 manatı əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması, 129 711 750,0 manatı səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait, 764 665 340,0 manatı isə işəgötürən və işçi tərəfindən icbari tibbi sığortadan formalaşıb. İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin xərcləri isə 2 241 239 633,0 təsdiq edilib.
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin Aparatının saxlanma xərcləri 31 500 000,0 manata, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin saxlanma xərcləri isə 30 000 000,0 manata başa gələcək. İcbari tibbi sığorta ödənişləri və dotasiya məbləği, cəmi 1 803 778 570,0 manatdır. Dərman, sarğı ləvazimatının və materiallarının alınması xərcləri 128 000 000,0 manatdır. Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait 129 711 750,0 manat təşkil edir.
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının, kadr təminatının və digər xərclərin maliyyələşdirilməsi üçün174 809 683,0 manat xərc müəyyənləşib. Sığorta ehtiyatları 81 904 337,0, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri 70 000 000,0, bank xərcləri 100 000,0 manat təsdiqlənib.
İcbari Tibbi Sığorta Agentliyindən sorğumuza cavabda o da bildirilib ki, 2022-ci ildə İTS-nın tətbiqi ilə bağlı xərclərin maliyyələşməsinə 1302891,44 min manat vəsait sərf olunub. Bu vəsaitin 1211940,39 min manatı dərman sarğı materiallarının alınmasına xərclənib. İTS-nin tətbiq edildiyi ərazilərdə tibb müəssisələri üzrə xərclərin 90 951,05 min manatı TƏBİB-in tabeliyinə verilmiş tibb müəssisələrində göstərilməsi mümkün olmayan ixtisaslaşdırılmış tibbi xidmətlərin özəl və təsərrüfat hesablı dövlət tibb müəssisələrində göstərilməsi üzrə sığorta ödənişlərinin payına düşür.
Artıq bərbərlər, rəqqaslar, dərzilər də icbari tibbi sığorta haqqı ödəyir
Xatırladaq ki, "Tibbi sığorta haqqında" qanuna təklif olunan son dəyişikliklə, toylarda, şənliklərdə və digər təbirlərdə aparıcılıq, çalğıçılıq və rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi və bərbər fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən ödəniləcək.
Həmçinin Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı "Fərqlənmə nişanı" alınarkən ödəniləcək.
Beləliklə, bu sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.
Məlumat üçün onu da bildirək ki, hazırda icbari tibbi haqları ilə bağlı tələb olunan məbləğ əhalinin sosial statusuna görə fərqlidir.
Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?
Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək.
Digər şəxslər üçün icbari tibbi sığorta haqqı nə qədərdir?
Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər. Bu məbləğ hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı halda vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar) icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.
Məlumat üçün onu da əlavə edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3 344-ə çatdırılıb. Bu xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.
//Sputnik Azərbaycan//


Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru