Rejissoru aldadıb 25 minini aldı: müğənninin əridir .....                     Şəmsəddin Xanbabayev VƏFAT EDİB .....                     “Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” .....                     Azərbaycanda bu lizinq şirkəti .....                     Vuçiçi kim qaza gətirmişdi? .....                     Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı .....                     Dünyanın ən güclü orduları: .....                     “Amin Mərdəkanski”nin qətlinə görə .....                     Qadın onu baltalayan ərini bağışladı... .....                     "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında .....                     Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI .....                     MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu .....                     Samir Şərifov daha bir vəzifəsini .....                     Bakı ABŞ üçün niyə önəmlidir? .....                     AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb .....                     Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı .....                     Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu .....                     Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib .....                     Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib .....                     Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi .....                     Bakıda xanım müğənni vəfat edib .....                     Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür .....                     “Nə qədər cəsarətli rollar oynasam da, .....                     Putin və Pezeşkian Rusiya ilə İran arasında .....                     Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq .....                     Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib .....                     Monqolustanda nə baş verir? .....                     Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub .....                     Azərbaycanda 20 min manatlıq şirkət .....                     “Ömrüm boyu sayğılı nazirimə borcluyam” .....                     Həkimlər Lalə Şövkətə qadağa qoydu .....                     Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir .....                     Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır .....                     4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi .....                     Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? .....                     "İran Suriya itkisinin "ağrı-acı"sını .....                     Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir .....                     Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! .....                     Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi .....                     "Bakıya giriş ödənişli olsun" .....                 

"Baku City Hospital"da görün, NƏ İŞLƏR ÇEVRİLİR... - GİLEY
Tarix: 28-07-2022, 09:00 | Çap et
"Baku City Hospital"da görün, NƏ İŞLƏR ÇEVRİLİR...
Redaksiyamıza Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi 26 A ünvanda yaşayan Cəfərov Vasif Ağamusa oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova və surəti “Təzadlar” qəzetinə ünvanlı müraciət daxil olub. Vasif Cəfərovun dövlət başçısına və digər qrumların rəhbərlərinə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli cənab Prezident!

Mən dərdli bir ata kimi Sizə böyük ümidlə müraciət edirəm. Bu müraciətimdə mən Sizin xalqımızın mənafeyi və rifahı üçün apardığınız uğurlu siyasətə və nəhəng işlərə kölgə salan məmurlar barədə məlumat vermək istəyirəm. Beləki mən böyük haqqsızlıqla üz-üzə qalmışam. Gənc qızımı şikəst edən haqsızlıqlar barədə dəfələrlə ölkə məmurlarına və dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlamışam. Amma bütün bunlara məhəl qoyan tapılmır. Ümidim ancaq Sizədir.

Qısa olaraq bildirim ki, 19.04.2021 tarixində aeropot yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı qızım və nəvəm həyatını itirdi. Hadisə zamanı ağır xəsarət alan digər qızım Cəfərzadə Fidan Vasif qızı isə, 3 saylı şəhər xəstaxanasına yerləşdirildi. Vəziyyətinin ağırlığını nəzərə alaraq, xüsüsi təcili tibbi yardım maşını vasitəsi ilə qızımı “Baku City Hospital”a yerləşdirdik. Xəsdəxanada olduğu müddətdə bu tibb müəssiəsinə 21 min manat civarında pul ödəmişəm. Dəriman vasitələrinin alınmasına isə 12 min manat miqdarında pul xərcləmişəm. Müalicə müddətində Baku City Hospitalın maliyyə bölməsindən aldığım maliyyə hesabatlarında dəfələrlə artıq məbləğin yazıldığının şahidi oldum. Hər dəfə müraciətdən və uzun izahatlardan sonra haqlı olduğum aydın oldu və artıq məbləğlər hesabdan silindi. Ancaq bu hospitalda olan özbaşınalıq bununla bitmədi. Övladım ağır kəllə-beyin travması aldığından nəfəs almanı rahatlaşdırmaq məqsədi ilə planlı traxeostomiya əməliyyatının aparılması qərarına gəlindi. 28.04.2021 tarixində əməliyyat aparıldıqdan sonra, nəfəs vermə təmin edildi. Amma bu müddətdən sonra mənə ətraflı məlumat verilmədi. Yalnız 19.05.2021 tarixində əməliyyat zamanı səhvən qida borusunu zədələdiklərini etiraf etdilər. 19.05.2021 tarixində bronxoskopiya+biopsiya və Ezofaqoqastroduodenoskop edildi. Uzun müddət bu müayinələrin cavablarını gizlədirlər və yalnız məhkəmə qərarı əsasında City hospitaldan məcburi qaydada alındı. Qeyd edim ki, əməliyatda baş vermiş səhv nəticəsində qızımın 19.05.2021-05.06.2021 aralığında əlavə olaraq, reanimasiyada yatması aparılıb. Bu xəstəxanın səhvinə görə əlavə olaraq qızım reanimasiyada yatırdılıb.

Baku City Hospitalın rəhbərliyindən əməliyyatda səhvə yol vermiş cərrahın cəzalandırılmasını və vurduğu ziyana görə qızımın öz hesablarına əməliyyat etdirmələrini tələb etdim. Əvvəlcə Baku City Hospitalın baş həkimi Bayram Qorçiyev əməliyyata kömək edəcəklərini bildirsə də, sonradan telefon zənglərinə cavab verməyərək tələblərimi qulaq ardına vurdu. Qızımın həyatı təhlükəsini nəzərə alaraq, 05.06.2021 tarixində həmin hospitaldan çıxarmaq qərarına gəldim. Bir müddət bu əməliyyatı edə biləcək həkim axtarışı etdim və Bakı Sağlamlıq Mərkəzində qida və nəfəs borularının bərpası əməliyyatını icra etdirdim. 18.06.2021 tarixində Arif Ağayev tərəfindən aparılan qida borusunun bərpa əməliyyatına isə 12 min manat miqdarında ödəniş etmişəm. Bütün bu ittihamlara cavab vermək üçün Baku City Hospitalın rəhbərliyinə 14.06.2021 tarixli rəsmi müraciət ünvanladım. Amma hospital rəhbərliyi Vətandaşların Müraciəti Haqqında Azərbaycan Respublikasının qanunlarını pozaraq rəsmi cavab vermədi. Bütün bunlardan sonra Nərimanov Rayon Prokrorluğuna əməliyyatı icra etmiş həkimə qarşı cinayyət işinin açılması üçün ərizə ilə müraciət etdim. Nərimanov Rayon Prokrorluğuna Baku City Hospitalda baş vermiş özbaşınalıqdan şikayət etmişdim və övladımın qida borusunu səhvən kəsən həkim barəsində cinayyət işinin açılmasını xahiş etmişdim. Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən işin araşdırılması böyük köməkçisi Fəhmin Həsənova həvalə edilmişdi. Nərimanov Rayon Prorkrorluğunun müstəntiqi Fəhmin Həsənovun 01.09.2021 tarixli qərarından Nərimanov Rayon Məhkəməsinə şikayət verdim. Tural Ələkbərovun hakimlik etdiyi məhkəmə iş üzrə yekun qərar verildi. Nəticədə Fəhmin Həsənovun işə düzgün yanaşmadığı və düzgün qərara gəlmədiyi məlum oldu. 16.09.2021 tarixində Nərmanov Məhkəməsinin hakimi Tural Ələkbərovun qərarı ilə iş təkrar araşdırılmaya qaytarıldı. Mütəntiqin işə düzgün yanaşmadığı və səriştəsizlik etdiyi orataya çıxdı.

Nərimanov Rayon Prorkrorluğunun müstəntiqi Fəhmin Həsənov iş üzrə növbəti qərarını 25.10.2021 tarixində verdi. Müstəntiqin növbəti qərarı da eyni aqibətlə üzləşdi. Nərimanov Rayon Məhkəməsinə şikayət verdim. Hakim Hafiz Kamranovun sədirlik etdiyi işdə yekun qərar verildi. İş yenidən istintaqa qaytarıldı.

Növbəti dəfə Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən işin araşdırılması müstəntiq Aytəkin Əhmədovaya həvalə edilib. Aytəkin Əhmədova 04.03.2022 ci il tarixində iş üzrə qərar vermişdi. Həmin qərar 18.05.2022 tarixində rəsmi qaydada mənə təqdim edildi. 20.05.2022 tarixində Aytəkin Əhmədovanın 04.03.2022-ci il tarixli qərarından Nərimanov rayon məhkəməsinə şikayət verdim. Amma çox maraqlı bir hal ilə üzləşdim. Belə ki, məhkəmənin ikinci baxış iclasında Aytəkin xanım Nərimanov rayon prokroru Hidayət Nuribəlibəyovun 25.04.2022-ci il tarixli qərarını təqdim etdi. Bu çox təəcüblü bir hal idi. Əgər 04.03.2022-ci il tarixli qərar 25.04.2022-ci ildə ləğv edilmişdi isə və 28.04.2022-ci il tarixli qərar verilmişdirsə hansı səbəbdən Aytəkin Əhmədova mənə 18.05.2022-ci il tarixində ləğv edilmiş qərarı təqdim edirdi. Digər tərəfdən 04.03.2022-ci il tarixli qərardan 20.05.2022-ci ildə şikayət etdiyim halda hörmətli prokror necə 1 ay öncə ləğv qərar verib. Yəni prokror çox uzaqgörən olub və mənim 20.05.2022-ci ildə şikayət verəcəyimi bilirmiş?. Digər tərəfdən 24.05.2022-ci İldə Hidayət Nuribəlibəyovun qəbulunda olub 04.03.2022-ci il tarixində verilən qərar barədə iradlarımı bildirmişəm. Prokuror isə öz növbəsində Atəkin Əhmədovanı yanına dəvət edərək şikayətimi onunla birilikdə dinlədi. Əgər hörmətli prokrur qərarı ləğv etmişdi isə niyə həmən vaxtı Aytəkin Əhmədov yeni qərarını təqdim etmirdi? Belə qənyətə gəlmək olar ki, hörmətli prokror iddia tərəfinin şikayətindən 1 ay öncə köhnə tarixlə qərar verib Ginnesin Rekordlar kitabına düşmək isdəyib. Bu fakt özü göstərir ki, Nərmanov rayon prokrorluğu vətandaşın hüquqlarının bərpası əvəzinə 1 ildir Bakı City hospitalda olan özbaşınalığı ört-basdır etmək üçün bütün vasitələrə əl atır. Düşünürəm ki, bu iş məntiqi olan sadə vətəndaşa verilsəydi artıq məntiqi sonluğunu tapmışdı. Görün Aytəkin xanım nə qədər tələsibsə rəhbərinin qərarını belə öz qərarına salmağı unudub.

Hörmətli cənab Prezident!

Müraciət zamanı müstəntiqə aşağıdakı faktlar təqdim edilib.

Baku City hospitalın 05.06.2021 tarixli epkirizi.
EGE Hospitalda hospitalın 14.06.2021 tarixli Endoskopiya rəy.
3 saylı Şəhər xəstəxanasının epikrizi.
Baku City Hospitalda 19.05.2021 tarixində aparılan bronxoskopiya+biopsiya və Ezofaqoqastroduodenoskopiyanın rəyi (Bu rəy Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın xüsusi qərardadı əsasında City Hospitaldan Məcburi qaydada alınıb və aytəkin Əhmədovaya təqdim edilib).
Arif Ağakişiyevin xəstə üzərində əməliyyatı zəruri edən səbəblərə dair rəyi alınaraq üçün məhkəmə-tibbi ekspert qrupuna təqdim edilməsi üçün Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın xüsusi qərardadı.
Maliyyə pozuntularına dair maddi sübutlar.
Bütün bunlara baxmayaraq, müstəntik işə yenə də düzgün yanaşmayıb və qondarma bir qərar çıxarıb. Qərərın tam qanunsuz və deyərdim sifarişli olduğunu təsdiq edən faktları bir-bir qeyd etmək istərdim:

Qərarda traxeostomiya əməliyyatını icra etmiş həkim Rəşid Əliyevin izahatı yer alıb. İzahatda qeyd edilir ki, güya qızımın qida borusu qəza zamanı zədələnib. Halbu ki, 3 saylı Şəhər xəstəxanasının tərtib etdiyi epikirizdən də açıq aydın görünür ki, bu iftiradır. Yəni həkim yalan ifadə verib. Yalan ifadə vermək qanunverciliyin tələblərinə görə məsuliyyət yaradır. Müstəntiq isə açıq aşkar görünən yalan ifadəni diqqətə almayıb. 15.04.2022-ci il tarixli 150/MEŞ saylı ekspertiza rəyindən də qida borusunun qəzada zədələnmədiyi təsdiqini tapıb. Yəni Rəşid əliyev yalan ifadə verdiyi digər faktlada sübutunu tapır. Bu səbəbdən Rəşid Əliyev yalan ifadə verməyə görə ittiham olunmalıdır. Aytəkin Əhmədova bu faktı görməyib?
Baku City Hospitalın əməkdaşı Könül Şahməmmədova iş üzrə izahat verərək qeyd edib ki, güya 3 Saylı Şəhər xəstəxanasında aparılan əməliyyatlar barsində onlara məlumat verilməyib. Halbuki Şəhər xəstəxanasının təqdim etdiyi epikiriz birbaşa Könül xanımın özünə təqdim edilib.
Könül Şahməmmədova iş üzrə verdiyi izahatda bizə reanimasıya xərcləri üçün 50-70 faiz güzəştlərin edildiyini bildirib. Bununda heç bir hüquqi əsası yoxdur və yalandır. Qızım Baku City hospitalda müalicə olunduğu müddətdə maliyyə hesabatları alınıb. Bu hesabatlar müstəntiqə təqdim edilib və burada heç bir endirimin edilmədiyi faktı göz önündədir. Bir sözlə Könül xanım da istintaqa yalan ifadə verməkdən çəkinməyib.
Müstəntiq Aytəkin Əhmədova qərar verərkən MTE və PA birliyinin 30.08.2021 tarixli 725-Ş-21 saylı ekspert rəyinə istinad edib. Hansı ki, bu rəyin düzgün suallar əsasında alınmadığı və müstəntiq Fəhmin Həsənovun işə düzgün yanaşmadığı Nərmanov Məhkəməsinin hakimi Tural Ələkbərovun verdiyi qərarda öz əksini tapıb.
Müstəntiq Aytəkin Əhmədova qərar verərkən MTE və PA birliyinin 22.10.2021 tarixli 524 saylı ekspert rəyinə istinad edib. Hansı ki, bu təkrar rəyində düzgün suallar əsasında alınmadığı və müstəntiq Fəhmin Həsənovun işə düzgün yanaşmadığı Nərmanov Məhkəməsinin hakimi Hafiz Kamranovunverdiyi qərarda öz əksini tapıb.
6.Qərarda Bakı Sağlamlığ Mərkəzinin həkimi cərrah Arif Ağayevin izahatı yer alıb. Arif Ağayev Baku City hospitalda işləyən həmkarlarını qoruyacaq izahat verib. Əslində bu izahatdan çox həmkərlarını qoruyacaq ekspert rəyidir. İzahatda qeyd edilir ki, nəfəs və qida arasındakı dəliyin yaranması uzun müddət komotoz vəziyyəyin nəticəsidir. Qeyd etmək istəyirəm ki, Nərimanov rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanova Arif Ağayevin əməliyyatı zəruri edən səbəblərə dair rəyinin alınması üçün qərardad çıxarmışdı. Arif Ağayev Məhkəmə-Tibb eksperti olmadığını əsas gətirərək bundan imtina edib. Sual yaranır nə yaxşı indi həmkarlarının xeyrinə rəy vermək eşqinə düşüb?

Hörmətli cənab Prezident!

Qeyd edim ki, 11.02.2022-ci il tarixində Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın icraatında olan maddi və mənəvi ziyanın ödənilməsinə dair iş üzrə Baku Sağlamlığ Mərkəzinin həkimi Arif Ağayevin izahatına aşağıdakı şəkildə etiraz bildirmişəm: "Baku Sağlamlığ Mərkəzi tərəfindən təqdim edilmiş rəydə Arif Ağayevin izahatı yer alıb. İzahatda qeyd edilir ki, əməliyyatı zəruri edən səbəblər ailəsinə izah edilmişdir. Qeyd edim ki, bu rəy ekspertiza rəyi verilməsi üçün məhkəmə-tibbi ekspertiza qrupuna təqdim ediləcək. Ailəsinə bildirilib kimi ifadə ekspert qrupuna neçə təqdim ediləcək? Bu sözlər Arif Ağayevin həmkarlarını qorumaqdan başqa bir şey deyil. Arif Ağayev əməliyyatı zəruri edən səbəbin qızımın həyatı təhlükəsinin olduğunu və təcili əməliyyat edilməyəcəyi təqdirdə həyatını itirə biləcəyini deyib. İndi isə Arif Ağayev məhkəmə qərardadını heçə sayaraq izahat verib. Bu həkimin məhkəmə hakimiyyətini tanımamasından və ya məhkəmələrimizdə olan boşluqdan irəli gəlir? Məhkəmə qərarları hər bir şəxs və ya qurum üçün məcburidir. Arif Ağayevin qərardadın tələbini yerinə yetirmməsi hansı qanuna uyğundur? İnanıram ki, Nərimanov Rayon Məhkəməsi verdiyi qərardadın tələblərinin yerinə yetirməsi üçün müvafiq xəstəxanaya və həkimə göstəriş verəcəkdir".

17.02.2022-ci il tarixində Baku Sağlamlığ Mərkəzi tərəfindən aşağıdakı tərkibdə cavab almışam: "Sizin Bakı Sağlamlıq Mərkəzinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Müraciətinizdə qeyd edilən məsələ hazırda məhkəmə araşdırmasında olduğundan, məsələnin həmin müstəvidə həll edilməsini tövsiyyə edirik. Eyni zamanda bildiririk ki, prosessual qanunvericiliyə əsasən rəy bildirmək səlahiyyəti ekspert və ya mütəxəssis qismində cəlb edilən şəxslərə aiddir. Bu səbəbdən də Bakı Sağlamlıq Mərkəzi tərəfindən həkim Arif Ağayevin yazılı izahatı və xəstənin sağlıq durumunu əks etdirən epikriz artıq məhkəməyə təqdim edilmişdir".

16.06.2021 tarixində Bakı Sağlamlığ Mərkəzinin həkimi cərrah Arif Ağayevə müraciət edik. Arif Ağayev təcili əməliyyat edilməyəcəyi təqdirdə qızımın həyatını itirə biləcəyini qeyd etdi. Dərhal xəstəxanaya yerləşdirərək əməliyyata hazırladı. 18.06.2022 tarixində də əməliyyat icra edildi. Gördüyünüz kimi, özü də izahatında qeyd edib ki, nəfəs borusu daraldığında boğulurdu. Arif Ağayev bugün sözünü danır. Arif Ağayevidə vicdanı ilə baş-başa buraxıram. İnanıram ki, müstəntiqlərimiz yalan ifadə verənlərin qanun qarşısında cavab verməsini təmin edəcəklər.

Arif Ağayev bu patalogiyanın beynəlxaq təsnifata salındığını qeyd edib. 1,5 sm kəsiyin hansı beynəlxaq təsnifatda yazıldığını qeyd etməyib. Həmçinin beynəlxaq təsnifatda bu patologiyanın az qala əlifbaya sıqmayacaq sayda adı var. Qınamıram yəqin Arif həkim 1,5 sm olan kəsiyi beynəlxaq təsnifatda adlandırmağa hərif tapmayıb.
15.04.2022-ci il tarixli 150/MEŞ saylı ekspertiza rəyində qeyd edilib ki, güya qızımda boğulmlar olmayıb. Bu faktda cəfəngiyyatdır. Halbuki Arif Ağayev qızımın təcili əməliyyat edilməyəcəyi təqdirdə bğğularaq həyatını itirə biləcəyini qeyd edib. İndi sözünü danır. Hətta məhkəməni qərardadını heçə sayaraq əməliyatı zəruri edən səbəblərə dair rəyi əvəzinə izahat verir. İzahatda qeyd edir ki, əməliyyatı zəruri edən səbəblər ailəsin izah edib. Bununla Arif Ağayev ekspertlərin də düzgün qərara gəlməsinə əngəl olub.
Təqdim etdiyim faktdan da gördüyünüz kimi Baku City Hospitalda 19.05.2021 tarixində aparılan bronxoskopiya+biopsiya və Ezofaqoqastroduodenoskopiyanın rəyini gizlədirdi. (Bu rəy Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın xüsusi qərardadı əsasında City Hospitaldan Məcburi qaydada alınıb). Qızımın vəziyyətinin ağırlığını nəzərə alaraq, 14.06.2021 tarixli EGE Hospitalda Endoskopiya etdirdim. Nəticədə qida borusunda deşik olduğu ortaya çıxdı. Bayram həkim məni çağıraraq heç yerə şikayət etməməmi xahiş etdi və Vicdanına and içdi ki əməliyata köməklik göstərəcək. Əməliyyatdan sonra telefonlarıma cavab vermədi və Vicdanına and içdiyini unutdu. Məndə onu öz vicdanı ilə baş-başa buraxıb hüquq muhafizə orqanlarına müraciət etdim.
Qeyd edim ki, traxeostomiya əməliyyatı 28.04.2021 tarixində aparılıb. 19.05.2021 tarixində isə qida borusundakı dəliyin olduğu məlum olub. Yəni burda uzun müddətdən sövbət gedə bilməz və bu həkim səhlankarlığının nəticəsidir. Bu faktın ortaya çıxmaması üçün Baku City Hospital 19.05.2021 tarixli analizin nəticələrini gizlədirdi və yalnız məhkəmə qərardadı iləməcburi qaydada ortaya çıxarılıb.
Nərmanov Rayon prokrorluğunun müstəntiqi Aytəkin Əhmədova 28.04.2022-ci il tarixli qərar mənə göndərildiyini deyir. Maraqlı deyilmi şəhər daxilində poçt göndərişi 2 ay müddətinə çatdırılır?
13.Nərmanov Rayon Məhkəməsinin iclas barədə bildirişi poçt vassitəsi ilə 1 həftə müddətinə çatdırıldığı halda qərarın poçtla gəlməsinin 2 ay götürməsi maraqlı deyilmi?

Bütün bu faktlar göstərir ki, Nərimanov rayon prokroru yalnız 24.05.2022 tarixində məni qəbul etdikdən sonra belə bir qərara gəlib. Yalnız qərarə köhnə tarixə qeydiyyat edib.
Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov 25.04.2022-ci il tarixli qərarının nə bir nömrəsi var nə də Mənim Aytəkin xanımın 04.03.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayətimin olub olmamasına dair bir fakt.
Əgər 28.04.2022-ci tarixli qərar var idisə bu halda 24.05.2022-ci il tarixində Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov məni qəbul edərkən Aytəkin Əhmədovaya hansı səbəbdən suallar əsasında ekspertiza rəyi alıb qərara salmadığını irad tuturdu. Bu fakt bir daha sübuta yetirir ki, prokrorluq işini düzgün qurmur və köhnə tarixə qərar verərək özünü vəziyyətdən çıxarmağa cəhd edir.
27.05.2022-ci il tarixli məhkəmə baxışı olub. Əgər Aytəkin xanımın 28.04.2022-ci il tarixli qərarı var idisə hansı səbəbdən məhkəmə iclasında təqdim edilmədi? Yəni prokrorluq köhnə tarixə sənət hazırlamaq üçün növbəti iclasa qədər vaxt götürdü.
Hörmətli cənab Prezident!

Göstərilən faktları nəzərə alaraq aşağıdakıları xahiş edirəm:

Nərmanov Rayon Məhkəməsindən Nərimanov Rayon Prokrorluğunun müstəntiqi Aytəkin Əhmədovanın 28.04.2022 tarixli (390-C-21) qərarı ləğv edilməsi haqqında qərar çıxarmasını xahiş edirəm.
Cərrah Rəşid Əliyevin yalan ifadə vermə faktının arşdırılması üçün tədbir görülsün.
Bərpa əməliyyatını icra etmiş Arif Ağayevin də istintaqa təzadlı ifadə verməsi və məhkəmə qərarına məcburi qaydada əməl edilməsi barədə arşdırılma aparılması üçün göstəriş verilsin.
İşin Nərimanov Rayon Prokrorluğundan alınaraq yuxarı prokrorluq orqanının icraatına verilsin.
Fuad müəllim, rəsmi qaydada Sizin qəbulunuza yazılmağımı təmin etməyinizi xahiş edirəm.
Əsaslandırma:

Maddə 212. Cinayət işinin başlanmasının rədd edilməsi

212.3. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər.

Hörmətli Asif müəllim, Sizdən xahiş edirəm, müraciətimi ictimailəşdirərək məsələnin həllində mənə köməklik edəsiniz.

Əvvəlcədən Sizə dərin təşəkkürümü bildirirəm!”
//tezadlar.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rejissoru aldadıb 25 minini aldı: müğənninin əridir - FOTO
Bu gün, 22:40
Şəmsəddin Xanbabayev VƏFAT EDİB
Bu gün, 22:38
“Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” - deputat
Bu gün, 19:00
Azərbaycanda bu lizinq şirkəti - LƏĞV OLUNUR
Bu gün, 18:58
Vuçiçi kim qaza gətirmişdi? – Səbəblər aydın olur
Bu gün, 18:11
Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı - Klinika isə susur...
Bu gün, 18:09
Dünyanın ən güclü orduları: - Neçənci yerdəyik?
Bu gün, 18:05
“Amin Mərdəkanski”nin qətlinə görə daha bir nəfər TUTULUB
Bu gün, 17:57
Qadın onu baltalayan ərini bağışladı...
Bu gün, 17:52
"AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:46
Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI - Qusarda DƏHŞƏT
Bu gün, 17:41
MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu - İTTİHAM VAR...
Bu gün, 17:33
Samir Şərifov daha bir vəzifəsini İTİRƏCƏK
Bu gün, 17:26
Bakı ABŞ üçün niyə önəmlidir? – “Həmin il hərbi əməliyyatlar zamanı Azərbaycan…”
Bu gün, 17:14
AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb - FOTO
Bu gün, 17:12
Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib
Bu gün, 17:07
Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu – 516 milyonluq depozit hara gedib?
Bu gün, 17:02
Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib - TASS
Bu gün, 16:59
Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib
Bu gün, 16:48
Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 16:48
Bakıda xanım müğənni vəfat edib - FOTO
Bu gün, 16:32
Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür - Sergey Markov
Bu gün, 16:23
“Nə qədər cəsarətli rollar oynasam da, həyat yoldaşım ilk gündən tapşırıb kı...”
Bu gün, 16:22
Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq
Bu gün, 16:14
Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq - SİYAHI
Bu gün, 16:12
Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?
Bu gün, 16:09
Monqolustanda nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 16:01
Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub - SİYAHI
Bu gün, 15:57
Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 15:46
“Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Bu gün, 15:43
Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Bu gün, 15:39
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 15:37
Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30
4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26
Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24
"İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22
Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14
Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06
"Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05
Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03
"Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02
Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00
Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00
Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42
“Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37
Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31
Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22
Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20
“Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru