TƏHLÜKƏ: Əgər başçı müavini 14 yaşlı qıza əxlaqsız deyə bilirsə... - BELƏ HARA GEDİRİK?
Tarix: 18-07-2022, 09:24 | Çap et
 Lənkərandakı 4 saylı məktəbin direktoru Yeganə Əsgərovanın gözü qarşısında icra başçısının müavini Rəsilə Əliyevanın 9-cu sinif şagirdi Aliyə Camalovanı vəhşicəsinə döyməsi barədə məlumat artıq dövlət qurumlarının nəzarətindədir: DİN dərhal, məlumat yayılan gün – 15 iyulda artıq araşdırılma başladığını bildirdi, iki gün sonra isə Baş Prokurorluq izahatlar alındığı, ekspertiza təyin edildiyini elan, qanunvericiliyə uyğun qərar veriləcəyini vəd etdi; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də münasibətini açıqlayıb və hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edib və s.
Ümid edirik ki, iddia yoxlanacaq və günahkar mütləq cəzasını alacaq, həm də ən qısa müddətdə.
Ona görə də tələsməyək – bəlkə, Rəsilə Əliyeva haqlıdır, 14 yaşlı uşağı qəddarcasına, vəhşicəsinə döyməyib, ona böhtan atılır?
Bu sualla da gəldik əsas məsələyə və təəssüf ki, əksəriyyətin diqqətdən kənarda qoyduğu məqama: axı, Rəsilə Əliyeva açıqlama vermişdi və hadisəni danışmışdı!
Hər kəs dilinin altında gizlənib – elə başçı müavini də. Ona görə Rəsilə Əliyevanın məlum açıqlamasından sitatları təhlil edək:
“Aliyənin anası haçandan ortaya çıxdı? O, heç bilmir ki, qızı kimlə yaşayır və onu kim saxlayır. Onun qızı əxlaqsızdır və biabırçı videoları var”.
Böyük bir şəhər-rayonun icra başçısının müavininin ifadələrindən, leksikonunda olan və ictimai açıqlamasında istifadə etdiyi sözlərdən şoka düşmək olar. Necə yəni “onu saxlayırlar”?
Bir rayonun icra başçısının müavini kiməsə qarşı bu cür ittihamlar irəli sürə bilər? İttiham edilən şəxs 14 yaşlı qız uşağıdırsa, ümumiyyətlə, vəziyyət daha da qəlizləşir: bir xanım məmur, rayona rəhbərlik edənlərdən biri 14 yaşlı uşağı necə əxlaqsız adlandıra bilər? Hansı haqq-hüquqla? 14 yaşlı bir uşağın taleyi ilə necə belə oynamaq olar?
Bu uşaq hələ yetkinlik yaşına belə çatmayıb, dünyanı dərk etmir. Ona ictimai şəkildə əxlaqsız demək qətiyyətlə olmaz və çox ciddi hüquqi məsuliyyət yaradır.

R.Əliyeva böyük bir hüquqi məsuliyyət daşıdığını bilə-bilə bunu deyirsə, bir vəzifə adamına yaraşmayan davranışdır – vəzifəsinə arxayın olub, insanların şərəf və ləyaqətini alçaltmaq olmaz; yox, məsuliyyətini dərk etmirsə, onda onu bu vəzifəyə necə seçiblər?
R.Əliyevanın Aliyəni döyüb-döyməməsi olduqca mübahisəlidir, bəlkə də döyməyib. Ancaq başçı müavinin bu sözləri Aliyəni döyməkdən betərdir, onun taleyini, gəncliyini, gələcəyini məhv etməkdir: döyübsə, 3-5 gündən sonra onun zədələri keçib gedəcək, ancaq bu cür ağır ifadələr qız uşağını ömrünün sonuna qədər təqib edəcək.
“Sinif şagirdlərinin adından ona-buna videolar atıb. Belə qızın məktəbdə qalıb oxuması düzgün deyil. Mənim qızımla da rəfiqə deyil və ola bilməz. O, hansı ailədə böyüyüb, bilinmir. Aliyənin xalası kimdi, onu əvvəl kim saxlayıb, gedin onları araşdırın”.
Son cümləyə diqqət edin: Aliyənin ailəsi haqda da ağır ifadələrdən istifadə edir və ümumilikdə bu ailəni xar edir.
Bu qadının-xanımın-məmurun kiçik bir açıqlamasında iki dəfə ardıcıl “onu saxlayırlar” ifadəsindən istifadə edilib. Bu nə kompleksdir belə? Bir xanım-məmur bu sözdən nə yaman bərk yapışıb?
“Sadəcə olaraq o videoları mən əldə etmişəm və polis bölməsinə də təqdim etmişəm”.
Bir icra başçısının müavininin fəaliyyət dairəsində 14 yaşlı uşağın “birabırçı videosu"nu əldə etmək də varmış. Başçı müavininin işi-gücü budurmu? R.Əliyeva hansı əsasnamə ilə işlədiyini izah edə bilərmi?
Bir ananın, xanımın, icra başçısının müavininin 14 yaşlı qızın videolarını əldə etməsini və onu polisə verməsini təsəvvürünüzdə canlandırın! Bir rayonun icra başçısının müavininin 14 yaşlı qız uşağı ilə necə bir intriqa apardığını göz önünə gətirin!
Heyrətlənməmək üçün mütləq Rəsilə Əliyeva kimi düşünmək lazımdır.
Yeri gəlmişkən, bu xanım məktəblərdən birində adi müəllim olub, bir müddət öncə qadınların vəzifələrdə təmsilçiliyinin faizini qaldırmaq üçün PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin təlimatı ilə başçıların humanitar məsələlər üzrə müavinlərinin xanımlardan, həm də gənc xanımlardan təyin edilməsi dalğasında başçı müavini vəzifəsinə sahiblənib. Niyə o seçilib? – bu, bizim işimiz deyil!
Bizim işimiz olansa budur: müdirin katibi, katibəsi bilirsinizmi nə demək idi?
Müdir olmayanda onu əvəz edə biləcək yüksək intellektli, savadlı, idarə-müəssisə-qurumun fəaliyyətini idarə və koordinasiya etməyi bacaran peşəkar.
Hansı sovet müəssisəsində katib və ya katibə bu funksiyanı daşıyırdı? “Katib” demək olar ki, yox idi, o vəzifəni məhz “katibə” statusuna isə müdirlər düşürmüşdü.
Maraqlıdır, niyə bəzi başçıların humanitar məsələlər üzrə müavinləri özlərini “klassik katibələr” statusunda görür? //AXAR.AZ//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Bu gün, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Bu gün, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Bu gün, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Bu gün, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
|