“Problemlərimizi bir qulağından alıb, o biri qulağından ötürürlər” - NARAZILIQ!
Tarix: 22-11-2021, 11:36 | Çap et
Həzi Aslanov metrostansiyası yaxınlığında “Tvins” Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən inşa edilmiş hündürmərtəbəli binaların bir qrup sakini öz narazılıqlarını bildirmək üçün yığıncaq təşkil edib. Biz də həmin bölgədə sakinlərinin problemlərini dinləməyə çalışdıq.
Hündür binaların ortasında ətrafı dəmir simlərlə örtülü, beton örtüklü bina həyətində bir qrup bina sakini öz narazılıqlarını ora dəvət edilmiş media nümayəndələrinə bildirirdilər. Narazılıq “Tvins” MTK-nın onlara satdığı binada bir çox tikinti işlərinin yarımçıq qalmasından, keyfiyyətsiz tikinti materialları ilə inşa edilmiş maşın parklama yerindən, uşaqlar üçün əyləncə parkı kimi ayrılan yerdə bir balaca da olsun yaşıllığın olmamasından və bu kimi problemlərin onlara narahatlıq verdiyindən şikayətlənirlər.
İlk öncə, uşaqların gəzib, oynadığı bina həyətinə göz gəzdirdik. Həqiqətən də yer örtüyü asfalt və betondan ibarət idi. Ətrafda bir neçə yelləncək quraşdırılsa da, heç bir ot örtüyünün, ağacın olmaması və həmin yerin ətrafına dəmir simlərin çəkilməsi, oranı uşaqların əylənəcəyi məkandan daha çox, faşist Almaniyasının “Auşvitz” həbs düşərgəsinə bənzədirdi. Elə sakinlər də yaşayış yerindən daha çox həbs düşərgəsini xatırladan bu yerdə onlarla mülki vətəndaş kimi yox, sanki yeni hərbi xidmətə gəlmiş əsgər kimi davrandıqlarını bildirirlər. Azad Mahmudov adlı bina sakini qeyd edir ki, binanı özləri idarə edə bilmirlər: “Saat olur 20:00 işığı söndürürlər. Axşam saat 22:00-da qapılar bağlanır. Ay qardaş, yayın günüdür, biz saat 00-a, 01-dək oturmaq istəyirik, istirahət etmək istəyirik. Qapılar bağlanır, qıfıllanır, vəssalam. Deyirlər: “Çıxın, dağılışın, gedin evinizə!”. Biz əsgər deyilik ki, axşam saat 22:00-da “adboy” komandası verilən kimi hamı getsin evinə yatmağa. Elə biri saat 22-dən sonra işdən gəlir, dincəlmək istəyir. Binanın həyətində oturacaq yerləri yoxdur. Yalvarırıq ki, bura oturacaqlar yerləşdirin. Binanın alt hissəsində hamısı obyektlərdir. Hamısının üzərində “satılıb” yazılır. Bu binada səkkiz yüz ailə yaşayır. Səkkiz yüz ailəni ən azı, dörd nəfərə vurduqda, hər ailə üzvü dörd nəfərdən ibarət olsa, 3200 nəfər bu həyətə yerləşə bilər? Hələ bura heç yüz nəfər toplanmayıb, indidən polislər təzyiq göstərirlər ki, dağılışsınlar, pandemiyadır, bu qədər adamın yığışması doğru deyil və sair” – bina sakini bildirib.
Daha sonra bir qrup bina sakininin, yaxud da elə özünü bina sakini kimi təqdim edən bir neçə nəfərin “Tvins” MTK-dan narazı olan digər qrup bina sakinlərini təxribatda, tikinti şirkətinin üzərinə şər-böhtan atmaqda ittiham etdiklərini gördük. Onlardan biri bildirdi ki, binada hər şey qaydasındadır və binanın komendantı da onların hər bir problemini həll edir: “İndi deyirlər ki, komendant problemlərimizi həll etmir, tikinti şirkəti bunlara laqeyd yanaşır, yüz cür yalan danışırlar, bunlar hamısı yalan söhbətlərdir. Gedin, baxın, görün, hansı binada, hansı yaşayış yerində burdakı qədər səliqə-sahman, rahatlıq var? Gedin, liftləri, pilləkənləri, maşın parklama yerlərini çəkin. Özünüz görəcəksiniz ki, hər şey qaydasındadır” - deyə, MTK-dan razılıq edən sakinlərdən biri bildirdi. Biz də onun bu xahişini yerə salmamaq üçün binanın maşın parklama yerinə, liftlərinə, bloklara, icarəyə verilən obyekt sahələrinə nəzər yetirdik. Ancaq təəssüf ki, bu sakinin dediyi heç də özünü tam doğrultmadı. Binanın bloklarından birinə daxil olduqda, yerdəki mərmərlərin ortadan çatlayıb, qopması, divar üzlüklərinin çatlayıb, divardan ayrılması, balkonlarda yarımçıq qalmış təmir işləri, hansı ki, bura mərmər daşlar döşənməli idi, amma biz orda beton və ovulmuş daşlardan və sement parçalarından başqa heçnə görə bilmədik. Daha sonra maşınların park edilməsi üçün ayrılan əraziyə - binanın zirzəmisinə endik. Necə deyərlər, bura maşın parkı deməyə min şahid lazım idi. Park adlandırılan bu yer iki hissəyə bölünmüşdü – tam təmirli, rəqəmlərlə xüsusi olaraq ayrılmış səliqəli, işıqlı, gözoxşayan həqiqi parklama yeri, hansı ki, burada az da olsa, bir neçə avtomobil dayanmışdı və bu avtomobillər heç də “kasıb malı”na bənzəmirdi. Digər ikinci hissədə isə tikinti işləri yarımçıq qalmış, taxta, beton, sement, daş-dəmir qalıntıları binanın zirzəmisini zibilxanaya döndərmişdi. Bizi buralarla tanış edən bina sakini bildirdi ki, həmin bu”parkalama” yeri üçün onlardan aylıq əlli manat yığırdılar: “Bax, gördüyünüz bu yer üçün bizdən aylıq əlli manat istəyirdilər, indi qaldırıblar 70 manata. Sabah da yəqin, yüz manat edəcəklər. Burda maşın saxlamaq üçün hansı şərait var? Hələ güya burda bina sakinləri üçün hovuz tikəcəkdilər. Hovuzun yerinə baxın. O da qalıb yarımçıq”.
“Tvins” MTK-nın “altı təzək, üstü bəzək” prinsipi ilə inşa etdiyi bu binada öz problemlərini işıqlandırmaq üçün yığılan bina sakinlərinə digər bir qrup sakinin “təxribatçı, yalançı, hətta “bunlara fikir verməyin, hamısı müxalifətçidir” deməsi, diqqətimizdən qaçmadı. Daha sonra öyrəndik ki, bu şəxslər MTK-nın bu binalarda ucuz qiymətə kirayə ev verdiyi işçiləri, hətta MTK rəhbərliyinin yaxın qohum-əqrabalarıdır, onda hər şey bizə daha yaxşı aydın oldu.
Narazı sakinlərdən biri qeyd etdi ki, bu şəxslərin çoxusu MTK-nın işçiləridir və bu binalarda kira qalırlar: “Qarşı tərəfdə olan şəxslərin iyirmi nəfərindən on beş nəfəri buranın işçiləridir. Bu binada həmin işçilər kirayə qalırlar, yanlarında olanlar da həyat yoldaşları, övladlarıdır. Bunlar bizimlə elə dava edirlər ki, güya bura bizdən daha çox yanacaqlar.Mənim öz evimə məndən daha çox kim yana bilər ki? Bunlardan biri elektrik işçisidir, biri santexnik işləyir, üçü maşın parklamasına baxır və sair. Parklamaya girən kimi, deyir: “pulunu ver, gir, yoxsa ver arxaya!” Mən burdan ev almışam, harda dayanmalıyam ki? Maşınımı harada saxlamalıyam? Mənim üç min manatlıq maşınım var. Bunlar bir ilə məndən üç min manat pul istəyirlər. Mən elə bir ildən sonra maşını bunlara təhvil verməliyəm? Mən artıq altı ilə yaxındır ki, buradan ev almışam. Bina təzə tikiləndə bir blok tikib, nümunə kimi göstərdilər: “Bəli, bloklarımızda qol qoyulan yerlər mərmərdən olacaq, evlərdə pəncərələrin altlıqlarının hamısı mərmər olacaq. Bir blok tikildi, evlərin hamısı satılandan sonra bloklara qapı da qoyuldu, təhvil verildi. Bir blok nümunə kimi tikildi, camaat aldandı. İndi mənim aldığım evin nə qapısı var, nə pəncərələrdə mərməri var. Hətta özüm neçə dəfə istəmişəm ki, həmin yerləri təmir edim. Deyirik: “bura niyə qapı qoymamısınız?” Deyirlər: “Sənin yüz manatın yoxdur, qapı qoyasan?”. Bu da MTK sahibinin bizə verdiyi cavab. Mənim yüz manatım var. Yəqin eşitmiş olarsınız, bir məsəl var, deyir: “Xan mənim beş qəpiyimə qalıb”. İndi bunlar mənim beş qəpiyimə qalıb. 16 mərtəbəli binadır, hər etaba bir mərmər qoymalı idin. MTK-nın rəhbərləri də hacılardır. Birinin adı Etibar, digərinin də adı Fərhaddır. Bunlar binanı tikəndən sonra təhvil-təslim edib, çıxıb gediblər. Amma burda olan komendantlığa bir söz deyirik, deyir: “Rəhbərliyə müraciət edib, sizə cavabını deyəcəm”. Biz hələ də o rəhbərliyin kim olduğunu anlaya bilmirik. Biz evin çıxarışını keçən il aldıq. Ancaq mən özüm bir ilə yaxındır, pul ödəmirəm. Ona görə ödəmirəm ki, məndən alınan pul hara gedir, nəyə xərclənir, biz bilmirik. Özləri etiraf edir ki, təkcə, kommunaldan aya 13-15 min manat pul yığılır. Bu pulların hamısı həyətə xərclənə bilməz ki. Hamısı məvacib verilə bilməz ki. Pullar yoxa çıxır. Sakinlər deyir: “Yığılan pulların hesabatını göstərin bizə, biz bilək ki, bu pullar hara xərclənir”. Heç onu da göstərmirlər” – deyə, bina sakini komendantlıqdan və tikinti şirkətindən narazılığını bildirib.
Daha sonra öyrəndik ki, binanın komendantı olan Zakir bəyin hər iki övladı da bu binada müəyyən vəzifə sahibləridir. Onlardan biri burada mühasib vəzifəsində çalışır. Sakinlərin dediyinə görə, buranı bir ailə idarə edir.
Son olaraq bildirək ki, sakinlərin neçə müddətdir narazılıq etdiyi problemlər həll olunmazsa, onlar bu barədə məhkəməyə müraciət edəcəklərini bildiriblər: “Neçə müddətdir, bu problemləri dilə gətiririk, nə komendantlıq tərəfindən, nə də şirkət tərəfindən heç bir addım atılmayıb. Bizə qarşı çox laqeyd yanaşırlar, söz deyirsən, bir qulağından alıb, o biri qulağından ötürürlər gedir. İstədik ki, bir-birimizi başa düşək, normal şəkildə problemimizi bildirib, həll olunmasını görə bilək. Amma görürük ki, nəticə yoxdur. Elə özümüz deyib, özümüz eşidirik. Bu dəfəki yığıncağımız yenə bunlara təsir etməsə, yəqin ki, məhkəmədə görüşməli olacağıq” –deyə, sakinlərdən biri əlavə edib. Bizimyol.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14 |
|
|
|
• Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12 |
|
|
|
• ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01 |
|
|
|
• Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59 |
|
|
|
• Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57 |
|
|
|
• Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56 |
|
|
|
• Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53 |
|
|
|
• Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39 |
|
|
|
• “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35 |
|
|
|
• “PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32 |
|
|
|
• Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30 |
|
|
|
• Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24 |
|
|
|
• Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20 |
|
|
|
• Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17 |
|
|
|
• Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10 |
|
|
|
• ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08 |
|
|
|
• Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02 |
|
|
|
• Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58 |
|
|
|
• "Qayınanamın ayaqlarından öpərəm"
Bu gün, 14:43 |
|
|
|
• Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb
Bu gün, 14:41 |
|
|
|
• Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32 |
|
|
|
• "Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02 |
|
|
|
• Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00 |
|
|
|
• “Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58 |
|
|
|
• ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
• Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56 |
|
|
|
• Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53 |
|
|
|
• “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50 |
|
|
|
• İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47 |
|
|
|
• Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46 |
|
|
|
• "Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43 |
|
|
|
• NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39 |
|
|
|
• İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32 |
|
|
|
• Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30 |
|
|
|
• Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25 |
|
|
|
• Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22 |
|
|
|
• “1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19 |
|
|
|
• Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16 |
|
|
|
|