Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə Regional şöbəsinin KOR NALBƏNDİ... - İLGİNC FAKTLAR
Tarix: 5-06-2021, 11:06 | Çap et
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə Regional şöbəsinin KOR NALBƏNDİ...
Gəncə şəhər sakini Ələsgərov Sənan Bəhman oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi təqdim edirik:

“Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna aid olan vəzifələrə qəbulu və işdən çıxarılması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Lakin Ayaz və Niyazi Rəhimov qardaşlarına bu qanunvericilik aktları tətbiq olunmur. Onlar istədikləri zaman dövlət qulluğuna aid vəzifələrə imtahansız qəbul olunurlar.

A.Rəhimov hazırda 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsində çalışır. Onun əmək fəaliyyətinə nəzər yetirsək, qanunsuz əməllərinə şahid olarıq. O, 23 aprel 2012-ci il tarixli, 1E1X02R000100 nömrəli müddətsiz əmək mü-qaviləsinə əsasən, Azərbaycan Respublikasının Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq (AzTEST) Mərkəzinin Gəncə ərazi sınaq və sertifikatlaşdırma şöbəsinə sektor müdiri vəzifəsinə qəbul olunub. Daha sonra onun müqaviləsinə dəyişiklik edilərək, əlavə iş yeri kimi 1E1X02R000101 nömrəli müddətli əmək müqaviləsi ilə həmin şöbənin bölmə müdiri vəzifəsinə keçirilib. 01 noyabr 2015-ci il tarixli, 1E1X02R000200 nömrəli müddətli əmək müqaviləsinə əsasən, o, həmin Komitə yanında Texniki Tənzimləmə və Standartlaşma üzrə Dövlət Nəzarəti Xidmətinə baş məsləhətçi vəzifəsinə qəbul olunub. Bu vəzifə dövlət qulluğuna aid vəzifə olduğundan, A.Rəhimov müsabiqə və müsahibədən keçə bilmədiyinə görə, uzun müddət bu vəzifədə müddətli əmək müqaviləsi ilə çalışıb və dövlət qulluqçusu statusu qazana bilməyib. Elə buna görə də, ona vəzifə maaşına əlavələr hesablanmayıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə Regional şöbəsinin KOR NALBƏNDİ...

17 aprel 2017-ci il tarixdə bu vəzifədən azad olunub və əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a”bəndinə əsasən, müəssisənin ləğvi ilə əlaqədar olaraq xitam verilib. Həmçinin, “AzSert” MMC-də əlavə iş yeri olaraq çalışıb.

Ölkə qanunvericiliyinə görə, dövlət qulluğuna aid vəzifə tutan şəxslərin müəyyən elmi və pedaqoji fəaliyyətlər istisna olmaqla, əlavə iş yerində çalışması qadağan edilmişdir. Lakin komitədə məsul vəzifə tutan Niyazi Rəhimov qardaşı Ayaz Rəhimovu qanunvericiliyin bu məhdudiyyətindən azad edib. O, 01 noyabr 2015-ci il tarixli, 1E1X02R000300 nömrəli müddətli əmək müqaviləsinə əsasən, “AzSert” MMC-də audit vəzifəsinə təyin etdirib. 21 iyun 2016-cı il tarixli, 1E1X02R000301 nömrəli müddətli əmək müqaviləsinə əsasən, növbəti müddətə əlavə iş yerində əmək fəaliyyətini davam etdirib. Həmin əmək müqaviləsinə 11 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilib.

12 may 2017-ci il tarixli, 1E1X02R000400 nömrəli müddətli əmək müqaviləsi ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxsinə aparıcı-auditor vəzifəsinə qəbul olunub. İşəgötürənin 11 sentyabr 2018-ci il tarixli müvafiq əmri ilə bu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilib. Ayaz və Niyazi Rəhimov qardaşları Azərbaycan Respublikasının Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvindən sonra öz şəxsi biznes fəaliyyətlərini “AQROSERT” MMC-də (VÖEN 1003957541) davam etdiriblər. Niyazi Rəhimov uzun müddət Azərbaycan Respublikasının Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb. Ayaz Rəhimov 29 sentyabr 2018-ci il tarixdə “AQROSERT” MMC-nin direktoru vəzifəsinə təyin olunub. Onun bu təyinatı saxtalaşdırılıb. 31 mart 2019-cu il tarixli, 1E1X02R000300 nömrəli müddətli əmək müqaviləsi bildirişi 29 sentyabr 2018-ci tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə daxil olunub. Saxtalaşdırma bununla da bitməyib. O, həmin cəmiyyətdə tutduğu direktor vəzifəsindən 26 dekabr 2018-ci il tarixdə “Dövlət qulluğu haqqında “ Azərbaycan Respublikası qanununun 33.1.1. maddəsi ilə azad olunub. Nazirliyin elektron informasiya sistemində xitam 27 dekabr 2018-ci il tarixli, 1E1X02R0005X0 nömrəli bildirişlə qeydə alınıb. Onun əmək müqaviləsi gələcəkdə rəhbər vəzifəyə təyinat ala bilməsi üçün saxtalaşdırılıb və nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində əvvəlki tarixə rəsmiləşdirilib.

A.Rəhimovun eyni vaxtda ayrı-ayrı iki iş yerində əsas iş yerində işləməsinə dair əmək müqaviləsi bildirişinin nazirliyin elektron informasiya portalına daxil edilməsi korrupsiya halını təsdiq edən faktdır.

Digər bir saxtakarlıq isə, qanunazidd olaraq dövlət qulluğuna aid olmayan bir fəaliyyət sahəsində çalışan Ayaz Rəhimovun işə qəbulu və işdən azad olunması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq 68 maddəsinin 2- ci hissəsinin “a” bəndinə əsasən yox, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununa istinad olunaraq həyata keçirilmişdir. Bu hal qanunvericiliklə qadağan olunub və yolverilməzdir.

Tərəfimdən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə 16 oktyabr 2019-cu il tarixdə etdiyim rəsmi müraciətə cavab olaraq İmtahan Mərkəzi tərəfindən daxil olmuş 28 dekabr 2019-cu il tarixli 03/08-22/4635 saylı məktubda bildirilmişdir: “Müsahibələrdə şəffaflığın təmin edilməsinə nümunə olaraq məktubunuzda adını çəkdiyiniz Ayaz Süleyman oğlu Rəhimovla keçirilən müsahibəni qeyd etmək olar. A.S.Rəhimov 30.05.2019-cu il və 06.11.2019-cu il tarixlərində dövlət qulluğuna qəbul üzrə keçirilən ümumi müsahibələrdə iştirak etmiş, müsahibə komissiyasının rəyinə əsasən, iddia etdiyi vəzifələrə uyğun hesab edilməmişdir”.

Buna baxmayaraq, Ayaz Rəhimov 2018-ci ilin dekabr ayından rəis vəzifəsinə uyğun olmadığı halda hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetində şöbə müdiri vəzifəsində işləyən Niyazi Rəhimovun qardaşı olduğu üçün nazir Sahil Babayev tərəfindən qanunvericiliyin tələbləri pozularaq ƏƏSMN-nin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə Regional şöbəsinin rəisi vəzifəsində işləyir.

Cənab Prezident!

Çıxışlarınızda dəfələrlə yüksək vəzifəli məmurlar tərəfindən qanunlarımızın pozulmamasını, məmur-vətəndaş münasibətlərində vətəndaş məmnunluğunun yaradılmasını, qohumbazlığın və korrupsiya hallarının qarşısının alınmasını qeyd etməyinizə baxmayaraq, ƏƏSMN-də qanunların pozulması və vətəndaşların konstitusion hüquqlarının pozulması halları nazir Sahil Babayev tərəfindən davam etdirilir. Xalqda dövlətə qarşı inamsızlıq yaradır”.

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru