Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? .....                     Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI .....                     Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... .....                     Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! .....                     ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? .....                     İrəvan əslində Bakının gedişlərini təkrarlayır... .....                     "Mənim evimə bir qəpik pul girmir..." .....                     İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi .....                     Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? .....                     Yevlaxda həkimlər sağaltmır, öldürür... .....                     İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb .....                     Zirəddin ən qorxunc proqnozlarını açıqladı .....                     UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ .....                     Sağlamlıq haqqında arayış BİZNESİ... .....                     Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi .....                     ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? .....                     Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? .....                     Ermənistan: Qərbin “Troya atı” .....                     Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib .....                     Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi .....                     Moskva paradına kimlər dəvət olunub? .....                     Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia .....                     ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? .....                     İran və Rusiya gizli danışıqlar aparır .....                     Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası .....                     İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? .....                     Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? .....                     Ermənistan dörd qonşunun hədəfinə çevrildi .....                     Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər .....                     Bu holdinqin maliyyə problemləri bitmir .....                     Xəstəxanada səs-küy salan həkim .....                     Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi .....                     Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi .....                     Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib .....                     Aktrisa Çimnaz Sultanova vəfat edib .....                     ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: .....                     Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? .....                     “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” .....                     Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına .....                     İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb .....                 

Əhalini donduran “Azəriqaz”ın “qış nağılı”: - İnsanlar bu "nağıla" inanmır
Tarix: 30-01-2021, 12:33 | Çap et
Əhalini donduran “Azəriqaz”ın “qış nağılı”: Cəmi bir həftə əvvəl Bakıda havanın temperaturu bir qədər aşağı düşdü və paytaxt sakinləri maye qazın verilişi ilə bağlı ciddi problemlə üzləşdilər.

Maye qaza tələbatın çoxaldığı bir vaxtda bu problemin yaranması qaz təsərrüfatının necə idarə olunmasını bir daha ortaya qoydu. Digər tərəfdən son zamanlar smart sayğacların mexaniki sayğaclarla əvəzlənməsi ilə bağlı narazılıqlar kütləvi xarakter almağa başlayıb.

Belə ki, sayğaclar dəyişildikdən sonra qaz sərfiyyatının dəfələrlə artığı bildirilir ki, bunun da reallığı əks etdirməsinə ciddi şübhələr var.

“Azəriqaz” İstehsal Birliyinin rəhbərliyi buna müxtəlif səbəblər gətirsə də, onlar inandırıcı görünmür. Hökumətin isə bu məsələdə israrlı olduğu müşahidə olunur. 2 gün əvvəl Baş nazir Əli Əsədovun rəhbərliyi ilə respublikanın qaz təsərrüfatında mövcud problemlərə, o cümlədən qazdan səmərəli və təhlükəsiz istifadə qaydalarına həsr olunmuş videoformatda iclas keçirilib. İclasda mövcud problemlərin həlli istiqamətində müzakirələr aparıldığı, müvafiq tapşırıqlar verildiyi bildirilir.

Qeyd edək ki, iclasda Baş Prokurorluğunun, Energetika, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadiyyat nazirliklərinin, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, SOCAR-ın və “Azəriqaz” İB-nin rəhbərliyi iştirak edib.

Azərbaycanın qaz təsərrüfatında mövcud olan problem yalnız smart sayğacla bağlıdır ki, hökumət, həmçinin “Azəriqaz” İstehsalat Birliyi öz fəaliyyətini əsasən bu istiqamətdə qurub?

İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın qaz təsərrüfatının cox ciddi problemləri var:

“Ən ciddi problem BP şirkəti tərəfindən ölkəyə hədiyyə edilən səmt qazı ilə bağlıdır, o səmt qazı ki, hər il yüzlərlə insanın canını alır. Azərbaycanda qaz təmizləyici zavod yoxdur, halbuki əhaliyə verilən qazın 80-90 faizi belə bir zavoddan keçməlidir. Neftlə birlikdə çıxan səmt qazı yanarkən aralıq maddələr alınır. Bunlar da zəhərləyici maddələrdir. Harda ki, havasızlıq olur, orada dəm qazı yaranır və insanları zəhərləyir. Əslində, məişətdə istifadə olunan qaz səmt qazı ola bilməz. Dünya təcrübəsində - məsələn, Meksikada səmt qazını əhalinin istifadəsinə verilməsi üçün onu zənginləşdirirlər, onun tərkibindəki yanar karbohidratların çəkisini 60-70 faiz artırırlar. Əgər mətbəxdə məişət avadanlıqlarının altı hiss olursa, deməli, bu səmt qazıdır və təhlükəlidir. Məişət üçün nəzərdə tutulan qaz hiss etməməlidir”.

Akif Nəsirli deyir ki, sayğaclarla bağlı ortaya çıxan problem qaz təsərrüfatı ilə bağlı deyil:

“Bu, Azərbaycandakı oğru, korrupsioner məmurların yaratdığı problemdir. Smart tipli sayğacların qoyulmasına 2009-cu ildən başlayıblar. Bu cür sayğacların istifadə müddəti 27 ildir. İndi istismar müddəti başa çatmamış sayğacların dəyişdirilməsində əsas səbəb odur ki, ağıllı sayğaclarla oğurluq etmək, vətəndaşa əlavə sərfiyyat yazmaq mümkün deyil. Yəni burada möttəkirliyə yer yoxdur. Bu “Azəriqaz”a, rüşvətxor, korrupsioner məmurlara sərf etmir. Mexaniki sayğaclar isə oğurluq mənbəyidir. Hələ ki, həyət evlərində bunu dəyişiblər, əgər cəmiyyətdə buna qarşı etiraz güclənməsə, hündürmərtəbəli binalarda da bunu edəcəklər. Burada möhtəkirlik, oğurluq olacaq, əhalinin çoxlu borcu yığılacaq, Prezidentə müraciət edəcəklər ki, əhalinin bunu ödəmək imkanı yoxdur və xahiş edirik, tədbir görülsün. Xatırladım ki, 10 il bundan əvvəl belə borcların silinməsi ilə bağlı tədbir görülmüşdü. Beləcə, yenidən “Azəriqaz”ın hesabına milyonlar ayrılacaq. 10 il qabaqkı hadisəni yenidən təkrarlamaq, büdcədən milyonlar oğurlamaq üçün şərait yaradırlar. Yeni qoyulan mexaniki sayğaclarda artıq sərfiyyat yazılması ilə bağlı şikayətlər mətbuatda yer almaqdadır. Yəni hökumətin o boyda iclasında geriyə addım atılması ilə bağlı müzakirələr aparılır”.

İqtisadçı deyir ki, smart sayğaclar mütərəqqi, Avropa ölkələrində təcrübədən keçib:

“Ola bilər ki, mart sayğacların qiyməti bahadır. Hardasa 250 manata smart sayğaclar, 80 manata isə mexaniki sayğaclar başa gəlir. Smart sayğacların bir detalı var - onun qiyməti 1-2 manatdır. Həmin element 9 ildə bir dəfə dəyişilməlidir. Onu dəyişməklə həmin sayğacların 27 il fəaliyyət göstərməsi mümkündür. Bundan sonra isə onlar əsaslı təhlil edilir. Təhlildən çıxan sayğaclar yenidən quraşdırılır. Avstriyada bu cür sayğaclar 30 ildən çox işlədilir. Azərbaycanda isə cəmi 11 ildir bu cür sayğaclar quraşdırılıb və istismar müddəti başa çatmamış sayğaclarla biz vidalaşırıq, konkret məsələ isə bundan ibarətdir ki, bununla bizim oğurluq etmək imkanlarımız yoxdur”.

Qış aylarında, soyuq günlərdə qazın verilişində fasilələrin yaranmasına gəldikdə isə, Akif Nəsirli bildirib ki, bu, yayda qaz təsərrüfatçılarının heç bir təmirlə məşğul olmamaları ilə bağlıdır:

“Qaz kəmərlərində vaxtaşırı yoxlama aparılmır, ümumiyyətlə, təsərrüfat normal işləmir. Əslində abonentlə müqavilələr də işlək deyil. Həmin müqavilələrdə göstərilməlidir ki, yanacağın verilişi kəsilən zaman kompensasiya ödənilməlidir. “Azəriqaz”-la abonentlər arasında bağlanan müqavilələrdə belə bir bəndin olması vacibdir ki, qurumda məsuliyyət hiss etsinlər. “Azəriqaz”da bilməlidirlər ki, abonentin qazı kəsildiyinə görə cərimə ödəyəcək. Müqavilədə isə bütün bəndlər şirkətin hüquqlarını müdafiə edir. Abonent isə heç həmn müqavilələri oxumur, ümumiyyətlə, bu cür müqavilələr işlək sayılmır. Bundan da istifadə edərək, kefləri nə zaman istəyir qazı kəsirlər, sızma var, qəza var. Guya ki, qəzanın olması normal haldır. Əslində isə bu normal deyil və şirkəti məsuliyyətə cəlb etməyin mexanizmi işlənməlidir. Bunu isə vətəndaş cəmiyyəti etməlidir. Bu gün haqqını tələb edən yoxdur, ona görə də tək “Azəriqaz” yox, bütün dövlət şirkətləri “at oynadır”.

Qaz təsərrüfatında problemləri müzakirə edən hökumətin tariflərə yenidən baxması, əhaliyə verilən qazın qiymət artımı ilə bağlı qərar verməsi gözləniləndirmi?

İqtisadçı qiymət artımının baş verəcəyini düşünmür:

“Çünki artıq yanacağın qiymətində artımlar edilib və bu ölkədə kifayyət qədər bahalaşmaya səbəb olub. Ona görə də yaxın zamanlarda qazın qiymətinə yenidən baxılacağını, qiymət artımının baş verəcəyini gözləmirəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30
Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28
Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25
Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20
ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12
İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10
"Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06
İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02
Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00
Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53
Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41
UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39
Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36
Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32
ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28
Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23
Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05
Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02
Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14
Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59
ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53
Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru