“SSİ RETAİL”ın çirkli biznesi... - İTTİHAM
Tarix: 2-07-2019, 12:10 | Çap et
Bir neçə ay öncə Bakıda, “Ladi Sharm” brend geyim mağazalarında saxta etikətlərlə satışa çıxarılan malların aşkar olunması ictimaiyyət arasında birmənalı qarşılanmadı. Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarəzı Baş İdarəsinin aşkar etdiyi bu cinayət əməlində kimlərin günahkar olmasından çox, alıcıların aldadılması daha çox müzakirə olundu. Daha sonra dövri mətbuat,elektron kütləvi informasıya vasitələri və sosial şəbəkələr bir çox brend geyim mağazalarında analoji halların baş verməsi barədə geniş məlumatlar yaydı. Sonra da sanki qurbağa gölünə daş atdılar. Hər şey öz axarına döndü.
Aktualinfo.org olaraq bu yöndə apardığımız araşdırmalar tam yekunlaşmasa da, əldə etdiyimiz bəzi məlumatların oxucular arasında böyük maraq doğuracağını nəzərə alaraq bir sıra məqamları geniş ictimaiyyətin diqqətinə çatdırmaq istərdik. Xarici ölkələrə tez-tez gedən tanışların sözlərinə görə Bakıdakı brend geyim mağazalarının əksəriyyətində satılan mallar, xarıcdə alınma qiymətindən qat-qat baha satılır.Əgər nəzərə alsaq ki, bu mağazalar xarici ölkələrdən geyim mallarını və digər aksesuarları topdansatış qiymətinə alırlar,onda qiymətlərin daha da çox baha olduğunu görmüş olarıq. “Ladi Sharm” mağazasındakı məlum olaydan sonra Bakıda sorgusu aparılmış bir çox brend mallar mağazasında məhsulun sertifikatı və alınma qiyməti müxtəlif bəhanələrlə gizlədildiyi məlum oldu. Bunun da səbəbi bəllidir. Xarıcdən gətirilən malların gömrük bəyannaməsində ölkəyə gətirilən malların istehsal tarixindən tutmuş, alınma qiymətlərinə qədər bütün məlumatlar göstərilir. Həmin bəyyannaməyə əsasən tutulan gömrük rüsumundan əlavə gəlirdən dövlətə vergi də nəzərdə tutulur. Amma görəsən gömrük bəyannaməsində göstərilənlər mallarla gətirilənlər eynimi olur? Yaxud da sözügedən malların satışından dövlətə vergi ödənilirmi?
Aktualinfo.org-un apardığı araşdırdrmalardan belə məlum oldu sözügedən brend geyim mağazalarının böyük əksəriyyəti imkanlı dövlət məmurlarına məxsusdur və bu mağazalarda il ərzində külli miqdarda vergidən yayınma hallarına yol verilir. Qeyd edək ki, dünyaca məşhur “New Yorker”,”Next”, “Manqo” və “Celio” kimi brend malların Bakı şəhərindəki mağazalarda satışını “SSİ RETAİL” Məhdud Məsuliyyətli Cəmiyyət həyata keçirir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departemində vergi ödəyicisi kimi qeydiyyata durmuş “SSİ RETAİL” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Nizami rayonu,Heydər Əliyev prospekti 115 də qeydiyyatdan keçib. Nizamnamə kapitalı 25000000.00 manat olan cəmiyyətin Vergilər Nazirliyində qeydiyyata alınmış rəsmi nümayəndəsi Qarayev Şahin Saleh oğludur. Azərbaycanda 25000000.00 manat nizamnamə kapıtalına malık bir MMC sahıbınin o qədər də tanınmadığı başqa mətləblərdən də xəbər verir. Yəni Şahin Qarayevin adı burada formal olaraq da göstərilə bilər.09.06.2003 cü ildən dövlət qeydiyyatına alınmış cəmiyyətin hüquqi ünvanı Səbail rayonu Rəsul Rza ev 3 göstərilib. Qeyd edək ki, “New Yorker”,”Next”, “Manqo” və “Celio kimi brend geyim mağazaları Bakının ən məşhur ticarət mərkəzlərində geniş mağazalar icarəyə götürüb ki, elə bu mağazaların aylıq icarə haqqı milyonlarla vəsait edir. Sahıbı “SSİ Retail” MMC olan mağazalar tərəfindən məlumatlara görə il ərzində külli miqdarda vergidən yayınma hallarına yol verir. Bu da onların qanunsuz yollarla külli miqdarda vəsaitlər əldə etməsinə gətirib çıxatrır. Əldə olunan həmin qanunsuz gəlirlər isə müxtəlif yollarla xarici ölkələrə ötürülür. Məsələn məlumatlara görə “SSİ Retail” MMC-nin hesablarından İsrailə, Pribaltika ölkələrinə və bir çox Avropa ölkələrinə tez -tez pullar köçürülür. Pulların hansı məqsədlə köçürülməsi bizə məlum olmasa da, MMC-nin tez- tez bank hesablarını dəyişməsi barədə bizə verilən məlumatlarda şübhəli məqamlar çoxdur. Məlumatlara görə “SSİ RETAİL” MMC il ərzində ofşor zonalara təyinatı məlum olmayan pullar köçürür ki, sonradan iz itirmək məqsədi ilə bank hesablarını dəyişir. Bəs görəsən həmin pullardan Vergilər Nazirliyinin, Dövlət Maliyyə Nəzarəti Xidmətinin məlumatı olurmu? İl ərzində ölkədən çıxarılan külli miqdarda pulun hansı məqsədlə çıxarılmasından şübhəsiz bütün quruimlar xəbərdar olur. Buna sadəcə göz yumulur. Bəs sözügedən cəmiyyətin Azərbaycanda vergidən yayınmaq yolu ilə əldə etdiyi pulları xarıci ölkələrə köçürməkdə məqsədi nədir?
Qeyd edək ki, ofşor zonalar dünya biznesində vergidən yayınma və çirkli pulların yuyulmasında əsas sahələrdən biridir. Məlum olduğu kimi bu gün Britaniya, ABŞ Atlantik okeanında yerləşən adalarda ofşor zonalar daha geniş yayılıb. Məlumatlı şəxslərin sözlərinə görə bu, yalnız Qərb ölkələrinə xas olan hal deyil. Ərəb dövlətlərinin də nəzarətində olan ofşor zonaları var. Ərəb ölkələrinin ofşor zonaları ilə qərb dövlətlərinin ofşor zonası arasında fərq ondan ibarətdir ki, Qərb dövlətlərində ofşor zonalarda ticarət, biznes, iqtisadi əməliyyatlarla bağlı məlumatlara çıxış daha asandır. Ərəb dövlətlərinin ofşor zonasında oraya qoyulan kapital, kapitalın kimə məxsus olması, həcmi, dövriyyəsi ilə bağlı məlumatlar bir növ kommersiya sirri sayılır
Məsələn Karib adaları çirkli pulların yuyulmasında ən çox adı hallanan ölkələrə (Nevis, Vircin adaları, Sent-Vinsent və Qredadin) aiddir. Həmin ölkələrdə ya vergilər ümumiyyətlə olmur, ya da vergilər ofşor şirkətlərə şamil edilmirsə, Men adalarında (Qernsi və Cersi – Şimali Avropa) ofşor şirkətlər vergi ödəmirlər. Bir neçə yüz funt il illik ödənişdən başqa audit, maliyyə hesabatlılığı tələb olunmur. Bunlardan fərqli olaraq Aralıq dənizi ölkələrində (Cəbəllütariq, Kipr) şirkət sahibləri haqqında məlumatlar açıq olur. Audit yalnız Kiprdə tələb olunur. Yeri gəlmişkən, postsovet məkanı ölkələrinin iş adamları əsasən Kiprin ofşor zonalarından istifadə edirlər. Qeydiyyatın bir qədər baha olduğu zona isə nüfuzlu Avropa ölkələri İsveçrə, Lixtenşteyn və Lüksemburqdur. Məlumatlara görə Cənub-Şərqi Asiya və Sakit okean ölkələrindən isə ofşor zonaya Honkonq, Sinqapur, Malayziya, Labuan adası daxildir. Burada audit tələb edilir, sahiblər haqqında detallar qeydiyyatdan keçirilir. Honkonq və Sinqapurda vergi yoxdur Göründüyü kimi qanunsuz yollarla əldə olunan gəlirlərin leqallaşdırılması məqsədilə pulların xaricdə yuyulması üçün bizlərə bəlli olan nə qədər yerlər var. Bəs bizlərə məlum olmayan görəsən nə qədər belə yerlər var? Ölkədən ofşor zonalara pullar hansı yollarla ötürülür. Bunun bir neçə üsulu var. Nizamnamə kapitalı 10-15 manat olan bir MMC yaradılır. Həmin MMC nin bank hesabından hansısa bir xarıcı ölkədən mal material, avadanlıq alınması üçün xaricdə yaratdıqları özlərinə məxsus firmalara pul köçürülür.Maraqlıdır görəsən Azərbaycanda dövləti aldatmaq bu qədərmi asan və sadədir? Əlbəttə yox,sıradan bir şəxs ölkədən qanunsuz olaraq heç 1000 manat belə cıxara bilməz. Bu pulları ancaq xarıcı ölkələrdə milyonlarla dəyəri olan əmlak alanlar çıxara bilər. Onlar kimlərdir?
Bir neçə aydır ki, bir sıra dövlət məmurlarının xarici ölkələrdəki var dövləti barədə dövri mətbuatda yayılan məlumatlar ölkə ictimaiyyətinə heç də sirr deyil. Demək olar ki, sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti bu yayılanlara hansısa formada münasibət bildirir, narazılığını ifadə edir. Azərbaycan Beynəlxalq Bankı ətrafına baş verənlərdən sonra Milli Bankın rəhbəri Elman Rüstəmovun, onun qudası Meliorasıya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadənin, sabiq Vergilər nazırı Fazıl Məmmədovun, keçmiş Kənd Təsərrüfatı nazıri İsmət Abbasovun xarici ölkələrdə üzə çıxan əmlaklarına hər gün bir yeni sima daxil olur.Artıq bu siyahıya rayon İcra Hakimiyyəti başçılarının da adları əlavə edilir ki bu da əhalı arasında geniş müzakirələr yaradır, narazılıqlara səbəb olur. Əhalinin narazılığına səbəb olan bu kimi talama halları məhz ofşorlar vasıtəsi ilə həyata keçirilir. İndi təsəvvür edin bir MMC il ərzində vergidən yayınmaq yolu ilə əldə etdiyi gəlirləri çox asan yollarla xarıcə çıxara bilirsə,əlində səlahiyyətləri olanlar nələr edir? Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|