Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir? - İDDİA
Tarix: 24-05-2019, 09:22 | Çap et
Azərbaycanda regionların inkişafı Dövlət Proqramına uyğun olaraq, hər yerdə olduğu kimi Zaqatala rayonunda da son illər böyük işlər görülüb, təhsil, səhiyyə müəssisələrinin, inzibati binalarının, yeni yolların tikintisi və əsaslı təmir işləri aparılıb, su və kanalizasiya sisteminin çəkilişi həyata keçirilib. Rayon mərkəzində Heydər Əliyev parkı müasir üslubda yenidən qurulub və parkın ərazisində ümummilli lider Heydər Əliyevin abidə kompleksi ucaldılıb. Burada Heydər Əliyev Mərkəzi, o cümlədən Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Müalicə- Diaqnostika Mərkəzi tikilərək istifadəyə verilmiş, rayon Mərkəzi Xəstəxanası, 3500 yerlik şəhər stadionu, rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, əlil və şəhid ailələri üçün 64 mənzilli 2 yaşayış binası inşa edilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, yeni iş yerləri açılmış, geniş abadlıq-quruculuq işləri aparılmışdır.
Bütün bunlar çox sevindirici bir haldır. Hərçənd ki, zaqatalalılar bu quruculuq işlərinə heç də ürəkdən sevinmirlər. Belə ki, bu parlaq quruculuq işlərinin arxasından bu gün hamı külli miqdarda dövlət vəsaitinnin talan olunmasından danışır. Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin bu kimi əməlləri barədə dövrü mətbuat, elekton informasiya vasitələri və sosial şəbəkələrdə yayılan məlumatlar heç də görünənlərin hamısı deyil. Burada əhalini narahat edən, Mübariz Əhmədzadənin bir yerli sakin kimi rayon üçün deyil, özü üçün çalışmasıdır. Məlum olduğu kimi son dövrlər regionların sosial iqtisadı inkişafı dövlət proqramı çərçivəsində bütün rayonlara, o cümlədən Zaqatala rayonuna da kifayət qədər böyük məbləğdə maliyyə ayrılsa da göstərilən vəsaitlərə rəğmən ciddi heç bir iş görülməyib və ya daha da böyük işlər görmək olardı. Məhz buna görə də əhali arasında icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var.
Aktualinfo.org redaksiyasına verilən məlumatlara görə bir çox məsələsərdə İcra başçısına rayon icra Hakimiyyətin Memarlıq və Tikinti şöbəsinin müdiri Fərman Əhmədov lap yaxından kömək edir. Kömək edir deyəndə, rayonda aparılan bütün tikinti və yenidənqurma işlərinə bir başa nəızarət edən Fərman Əhmədov dövlət büdcəsindən ayrılmış vəsaitlərdən əlavə sakinlərdən, kiçik sahibkarlardan yığdığı vəsaitləri toplayıb başçıya çatdırır. Biz yuxarıda son dövrlər Zaqatalada aparılan quruculuq işlərindən yazmışıq və bunu əbəs yerə etməmişdik. İndi təsəvvür edin Zaqatalada aparılan bu quruculuq işlərinə nə qədər vəsaitlər xərclənib.Təkcə Zaqatalada inşa edilən Heydər Əliyev Parkına, Heydər Əliyev Mərkəziin tikintisinə rəhbərlik etmiş Fərman Əhmədovun buradan külli miqdarda vəsait mənimsədiyi də bu gün rayonda dolaşan ən aktual mövzu, dildən düşməyən söz-söhbətdir. Sakinlərin sözlərinə görə keyfiyyətsiz və tələm-tələsik başa gələn bu işlərin hamısının artıq yenidən təmir olunmasına ehtiyac var. Dövlət büdcəsindən milyonların silinməsi bahasına başa gələn yolları yenidən dağıdıb, yenidən çəkdirən Mübariz Əhmədzadə və onun baş memar qohumu Fərman Əhmədovun yaşayışı yaxşılaşdıqca, xalqın güzəranı daha da pisləşir.
Məlum olduğu kimi Prezident İlham Əliyevin Zaqatala rayonuna son səfərindən sonra Zaqatala şəhərində sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Zaqatala Rayon İcra Hakimiyyətinə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılmışdı. Lakin görəsən Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə ayrılan vəsait həqiqətənmi məqsədli şəkildə istifadə olunub? Sözügedən işlərə binaların dam örtüklərinin dəyişdirilməsi, fasad hissələrinin, blok və pilləkənlərin təmiri də daxil olub. Lakin gəlin gedək görək .Zaqatala şəhərinin Natiq Məmmədov, Çingiz Mustafayev və Vasif Qurbanov küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri necə aparılıb? Rayonda Prezidentin Sərəncamla ayırdığı vəsaiti hesabına görülən işlər başçı Mübariz Əhmədzadə və baş memar Fərman Əhmədovun yeyinti sahəsi kimi qələmə verilir. Sakinlərin sözlərinə görə onsuz da rayonda daş üstünə daş qoymağa icazə veməyən, hər hansı fərdi yaşayış evinin tikintisi üçün müxtəlif sənədlər tələb edən Fərman Əhmədovun son illlər Zaqatala rayonunda gördüyü işlərin hamısı bunlar deyil.
Son illər rayonun daxılı maliyyə mənbələri hesabına aparılan tikinti, təmir və abadlıq işləri həyata keçirilib. Əhmədzadələrin Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni binasının,Zaqatala Müalicə-Diaqnostika Mərkəzinin tikintisindən, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının təmirindən, Zaqatala Uşaq İncəsənət Məktəbinin binasının təmirindən, rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün yeni yaşayış məhəlləsinin tikintisindən, sözügedən məhəllədəki məktəb binasının, uşaq bağçasının, tibb məntəqəsinin və digər obyektlərin tikintisindən, rayonun bir çox kəndlərindəki yeni məktəblərin tikintisindən və bir çox orta məktəb və uşaq bağçalarının əsaslı təmirindən əldə etdikləri gəlirlər barədə artıq dövrü mətbuatda çoxdan yazılıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadənin qardaşı olan Mübariz Əhmədzadənin var dövləti barədə də mətbuatda kifayət qədər yazılıb. onların qohumu,baş memar Fərman Əhmədovun rayonda görülən bu işlərin müqabilində əldə etdikləri nə qədər gizlin saxlannılsa da, sakinlərin sözlərinə görə Bakıdakı çoxsaylı mülk və obyektlərə yönəlib. Bir sözlə sakinlərin redaksiyamızın əməkdaşlarına bildirdiklərinə görə Zaqatalanın tək problemi Əhməd Əhmədzadə, Mübariz Əhmədzadə deyil, həm də baş memar Fərman Əhmədovdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|