"Əbülfəs Qarayevə məktub yazacam" - Şəkidən GİLEY
Tarix: 17-11-2017, 10:18 | Çap et
Mərhum prezident Heydər Əliyev həmişə öz ətrafındakı insanlara deyirmiş ki, incəsənət, mədəniyyət adamlarını diqqətdən kənar qoymayın. Çünki onlar çox həssas olurlar və hər şeyə görə ətrafdan, cəmiyyətdən, həyatdan tez küsürlər.
Məhz buna görə də, ümummilli lider həmişə incəsənət aləminin insanlarına həssaslıqla, sevgi və hörmətlə yanaşır, onları incitməməyə, daim qayğı göstərməyə çalışırdı. Lakin təəssüflə qeyd etmək istəyirik ki, bəzən ölkənin məmur ordusu sırasında elə adamlar tapılır ki, onlar çox asanlıqla, ağına-bozuna baxmadan, bu cür insanların həssas tərəflərinə toxunur, onları həyatdan küsdürürlər. Eynilə Sputnik Azərbaycan-ın Şəkidən olan həmsöhbəti Məhəbbət Abbasova misalında olduğu kimi. Şəkinin tarixən Azərbaycan mədəniyyətinin incilərindən olduğu kimsəyə sirr deyil. Rayonda indinin özündə də elə insanlar var ki, onlar həyatlarını incəsənətsiz təsəvvür edə bilmirlər. Məhəbbət Abbasova 1976-cı ildən Əfsər Şəkili adına klubda çalışıb. Sonradan ali təhsil alıb yenidən həmin klubda müdir kimi fəaliyyətini davam etdirib. 2015-ci ilin dekabrından mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qərarı ilə mərkəzləşdirmə adı altında ölkə ərazisində yerləşən klub və kitabxanaların bir çoxu bağlanıb. Həmin qərara əsasən, Şəkidə də 11 klub, 2 kitabxana qapadılıb. Onların sırasında Məhəbbət xanımın işlədiyi müəssisə də var idi. Ömrünün 40 ilini bu sahəyə həsr edən xanımın sözlərinə görə, rayonda elə klublar var ki, ayda bir dəfə qapısı açılır. Amma onların fəaliyyəti hələ də davam edir. Lakin onların klubu daim fəaliyyət göstərdiyi halda, bağlanıb. "Mən mədəniyyət sahəsini çox sevirəm. Özümü başqa sahədə təsəvvür edə bilmirəm. Ömrümün 40 ili bu müəssisədə keçib. Bir igidin ömrünü yaşadım. Oranı evim, ocağım bildim" – deyir Məhəbbət xanım. Klubun hansı səbəbdən bağlanmasına aydınlıq gətirmək üçün M. Abbasova dəfələrlə aidiyatı qurumlara müraciət etsə də, cavabsız qalıb: "Əmək Məcəlləsində qeyd olunub ki, uzun müddət bir sahədə çalışan şəxs özünün nöqsanı olmadan işdən uzaqlaşdırılarsa, o, işlə təmin olunmalıdır. İki ildir hər yerə müraciət etmişəm. Əvvəlcə icra başçısına müraciət etdim, o, çox laqeyd yanaşdı. Sonra məcbur olub Mehriban xanım Əliyevaya, habelə mədəniyyət və turizm nazirinə məktub yazdım".
"Mehriban xanımdan cavab gəlib. Təsəvvür edin, cavab gəlib, amma mənə xəbər verməyiblər. Bir gün yoldaşım Məşğulluq İdarəsinə gedib maraqlananda bilmişik ki, bizə cavab gəlib. Qurumdan bildirilib ki, işlə təmin olunum. Məşğulluq İdarəsi də məsələni bələdiyyəyə yönəldib. Bələdiyyə başçısı da deyir ki, "bizdə pul yoxdur". Mən onlardan pul istəmirəm, iş istəyirəm" — müsahibimiz danışır. Məhəbbət xanım Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalovaya müraciət etsə də, şikayətinə baxılmayıb: "Mirvari xanım mənə dedi ki, "get, nə istəyirsən, elə". Dedim, "Mənim qol- qanadımı niyə qırırsız? Mən intihar etmək həddinə çatmışam". Seminarların birində qayıdıb dedi: "Heç kim məni hədələyə bilməz. Biri gəlib deyir, intihar edəcəm, filan. Vecimə deyil. Gedin, nə istəyirsiz, edin". Mən də dedim ki, Əbülfəs Qarayevə məktub yazacam. Özü məktubdan qabaq gedib nazirlə görüşmüşdü". Həmsöhbətimizin işdən çıxarılmasının başlıca səbəbi onun ixtisasca filoloq olmasıdır: "Mənə arqument gətirirlər ki, "sənin ixtisasın uyğun gəlmir". İncəsənətin kökündə ədəbiyyat dayanır. Araşdırsan, mədəniyyət sahəsində çalışanların əksəriyyətinin incəsənətlə bağlılığı yoxdur. Tibb bacısı mədəniyyət evində çalışırsa, filoloq niyə işsiz qalmalıdır?" Qadın bir neçə dəfə intihara cəhd etdiyini, lakin hər dəfə ailəsinin buna mane olduğunu bildirir: "Bir dəfə son həddə çatmışdım. Özümü öldürmək qərarına gəlmişdim. Oğlum bunu hiss eləmişdi. Qabağımda diz çöküb yalvardı, ağladı ki, "ana, qurban olum, eləmə, heç olmasa, məni fikirləş". Bir müddət özümə gələ bilmədim. Fikirləşdim ki, bircə oğlum var, axı niyə ona bu əzabı yaşatmalıyam. Amma məni də başa düşün, artıq gücüm qalmayıb, özümlə bacara bilmirəm".
Bunları danışdıqca Məhəbbət xanım göz yaşlarını saxlaya bilmir. Söhbətə qoşulan həyat yoldaşı Elxan Çələbi deyir ki, əgər oğlu intihar cəhdinin qarşısını almasaydı, Məhəbbət xanım çoxdan həyatda yox idi.
"Xanımım mədəniyyətə, incəsənətə çox bağlıdır. Ömrünü bu sahəyə həsr eləyib. Lakin məmur özbaşınalığı imkan vermir ki, o, sevdiyi işlə məşğul olsun. Üstəlik şəkər xəstəsidir. Bu vəziyyət onun psixikasına mənfi təsir göstərir. Özünə nə isə edəcək deyə, qorxudan biz də rahatlıq tapa bilmirik" – deyə Elxan Çələbi bildirir. İndi M. Abbasovanın ailəsinin yeganə arzusu onun sevdiyi işlə məşğul olmasına şəraitin yaradılmasıdır. Maaşın azlığı, ya da heç olmaması bu ailə üçün bir o qədər də önəm daşımır. Əsas odur ki, Məhəbbət xanım gərəksiz bir insan kimi kənara atıldığını hiss etməsin. Dövlətin, əlaqədar qurumların, cəmiyyətin onun əməyinə ehtiyac duyduğunu, işləmək istəyinə hörmətlə yanaşdığını görsün. Bu, həm də həyatdan əlini, ümidlərini üzmüş, yeganə istəyinin hər gün hamı kimi iş paltarlarını geyinib iş yerinə getmək, insanlarla təmas qurmaq, sevdiyi işi görmək olan bir qadının, bir ananın yenidən həyata sarılmasına böyük dəstək olardı. Bu gün bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də boşluqların yaranmasının başlıca səbəblərindən biri həmin sahədə çalışan insanların öz peşələrinə marağının olmamasıdır. Bu peşələrə səmimi qəlbdən bağlanan insanları isə, təqribən Məhəbbət xanımın taleyi gözləyir. Rəhmətlik şair Qabil demişkən, "gərəksiz oluruq biz, səhv düşəndə yerimiz". Məhəbbət xanım da məsul şəxslərdən öz yerini tələb edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
|