Misir Mərdanovun adamı vətəndaşı incidir - FOTOLAR
Tarix: 15-11-2017, 10:23 | Çap et
“Hürriyyət”in 27-30 oktyabr tarixli sayında "Dəmirovun milyonluq torpaq sahəsini ələ keçirmək cəhdi" sərlövhəli yazıda Ramanada baş verən qanunsuzluqlardan bəhs etmişdik. Anons xarakterli yazımızda qeyd etmişdik ki, “İstehsalat Təmir Tikinti” ASC-nin onlarla səhmdarının xəbəri olmadan, 5 hektara yaxın torpaq sahəsinin yüksək səlahiyyətli məmurlardan birinin yaxın adamları tərəfindən qanunsuz olaraq özəlləşdirilməsinə cəhd olunur: “Şəkildə gördüyünüz torpaq sahəsi vaxtilə Sabunçu rayonu Raman qəsəbəsi 2-ci sahə deyilən ərazidə yerləşən Qaz-aparat zavoduna məxsus olub. Rayon sakini Xəlilov Mehman Əli oğlu 1996-cı ildən zavodun gözətçisi, rəsmi işçisi olaraq öz ailə üzvləri ilə birgə bu torpaq sahəsində tikilmiş “finski” evdə yaşayıb. 1996-cı ildə Allahverdi Dəmirov adlı şəxs “Azəriqaz” QSC İstehsalat Kombinatına məxsus 5 hektar ərazini qanunsuz yollarla ələ keçirib. Belə ki, saxta sənədlər əsasında bu ərazi “İstehsalat Təmir Tikinti” ASC-nin balansına verilib. Sonradan isə bu səhmdar cəmiyyətin AKKORD-la birləşdiyi haqda informasiyalar var”.
Yazıda onu da vurğulamışdıq ki, hazırda A.Dəmirov həmin ərazini özəlləşdirərək satmaq niyyətindədir: “Hətta artıq bu ərazinin özəlləşdirilməsi üçün rəsmi şəxslərlə anlaşma əldə edildiyi də bildirilir. O cümlədən torpağa müştəri də tapılıb. Lakin “İstehsalat Təmir Tikinti” ASC-nin üzvü olan Mehman Xəlilov və ailəsinin sözügedən ərazidə yaşaması Allahverdi Dəmirovun öz çirkin niyyətini gerçəkləşdirməsinə imkan vermir. Bunun üçün də o, bütün yollarla M.Xəlilovun ailə üzvlərinə təzyiq göstərərək, onları həmin ərazidən çıxarmağa çalışır”.
Bəs, Allahverdi Dəmirov kimdir və onun bu qanunsuz əməllərinin arxasında hansı məmur dayanır? Digər tərəfdən, o da maraqlıdır ki, hazırda “Azəriqaz”ın balansında olan ərazini necə və hansı yollarla özəlləşdirmək istəyirlər?
Bu və digər çoxsaylı suallara aydınlıq gətirməzdən öncə qeyd edək ki, məlum dəstə 1996-cı ildən Qaz-aparat zavodunda gözətçi işləyən Mehman Xəlilovu və ailə üzvlərini yaşadıqları evdən uzaqlaşdırmaqla, həmin ərazini tam olaraq satmağı düşünürlər. Bu məqsədlə də ailə üzvlərinə ardıcıl olaraq təzyiqlər edilməkdədir.
“Allahverdi Dəmirov 5 hektarlıq ərazini özünün şəxsi mülki kimi hasara aldı”
Bununla bağlı Xəlilzadə Asiman Mehman oğlu tərəfindən redaksiyamıza daxil olan şikayət məktubunda vurğulanır:
“Allahverdi Dəmirov Təhsil Nazirliyinin Təmir-Tikinti İdarəsinin müdiri işlədiyi müddətdə dövlət tərəfindən məktəb tikintiləri üçün ayrılmış kubik-daşları, sementi, qumu mənimsəyərək, həmin əraziyə gətirib, yardımçı təsərrüfatın təxminən 5 hektarlıq ərazisini özünün şəxsi mülki kimi hasara aldı.
Onu da qeyd edək ki, A.Dəmirov saxtakarlıq yolu ilə guya həmin yardımçı təsərrüfatı səhmdar cəmiyyətə çevirərək, külli miqdarda dövlət vəsaitini mənimsəyib. Uzun müddətdir ki, həmin yardımçı təsərrüfatda atam gözətçi kimi işləsə də, eyni zamanda həmin Təmir-Tikinti Səhmdar Cəmiyyətinin üzvü olsa da, hal-hazırkı müddətə qədər nə gözətçi kimi əmək haqqını, nə də səhm payını tam ala bilməmişdir.
Sonradan səhmdar cəmiyyət AKKORD təşkilatı ilə birləşdi. Lakin bundan məharətlə istifadə edən A.Dəmirov torpaq sahəsində özü üçün şəxsi fermer təsərrüfatı yaratdı. Hazırda həmin 5 hektar torpaq sahəsini milyonlarla manata naməlum şəxslərə sataraq, dövlətə külli miqdarda ziyan vurmaq, məni isə ailəmlə birlikdə həmin yardımçı təsərrüfatdan qovmaq niyyətindədir. Bu səbəbdən də, hər gün A.Dəmirovun qoçuları gəlib mənə və ailəmə hədə-qorxu gələrək, bizi qovmaq istəyir. Üstəlik, həyətyanı sahəmizdən çıxmayacağımız təqdirdə bizi polis orqanları vasitəsilə həmin təsərrüfatdan qovduracağı ilə hədələyir”.
“Bizi 20-22 illik yaşayış yerimizdən çıxararaq, küçəyə atmaq niyyətindədirlər”
Şikayətçi deyir ki, yardımçı təsərrüfatın bir tərəfində yerləşən evlərini və həyətyanı sahələrini tərk etmək üçün A.Dəmirovun ələltıları tərəfindən onlara mütəmadi təzyiqlər edilir: “Müxtəlif məmurlardan istifadə edərək, hədə-qorxu üsulu ilə bizi 20-22 illik yaşayış yerimizdən çıxararaq, küçəyə atmaq niyyətindədirlər. Niyyətlərinə çatmaq üçün bir müddət əvvəl özünü sahə müvəkkili kimi təqdim edən Elçin adlı şəxsin əməliyyatçı kimi tanıtdığı, lakin adını və soyadını gizləyən, eləcə də onlarla birlikdə gələn, özünü yer sahibinin rəsmi nümayəndəsi kimi təqdim edən, lakin heç bir etibarnamə göstərməyən Faiq adlı şəxsi həyətimizə göndərərək atama hədə-qorxu gəlmiş, tezliklə buranı tərk etməyimiz barədə xəbərdarlıq etmişlər”.
Müəllif yazır ki, bütün bu təzyiqlər nəticə vermədikdən sonra yardımçı təsərrüfatın işıqlarını söndürməklə, ailə üzvlərini qaranlığa qərq ediblər: “Elektrik enerjisini bərpa etmək üçün “Azərişıq” ASC-nin Bakıxanov qəsəbəsində yerləşən, Sabunçu rayonuna baxan şöbəsinə müraciət etsəm də, bildirdilər ki, A.Dəmirovun qoçuları bizə elektrik enerjisi verilməməsi barədə tapşırıq veriblər. Bu hadisədən sonra qonşuların mərhəmətinə sığınmağa məcbur olduq. Belə ki, qapıbir qonşumuzdan müvəqqəti elektrik enerjisi alsaq da, bazar günü olmasına baxmayaraq “Azərişıq” ASC-nin nümayəndəsi gələrək, qonşudan aldığımız elektrik enerjisini dayandırmayacağımız təqdirdə, qonşunun da işığını kəsəcəyini bildirərək, enerji qaynağından istifadəmizə son qoydular. Mən etiraz edərək, qonşunun qanunla sayğacdan istifadə etdiyini və mənim onunla müvəqqəti razılaşdığımı bildirsəm də, tapşırığın “yuxarı”dan verildiyini bildirdi”.
“Ya Dəmirovdan rüşvət alıblar, ya da təzyiqə məruz qalıblar...”
A.Xəlilzadə qey edir ki, bu məsələ ilə bağlı təkrar “Azərişıq” ASC-yə müraciət edib: “Məsələnin müsbət həllinə razılıq alsam da, “Azərişıq” ASC-nin Bakıxanov qəsəbəsində yerləşən Sabunçu rayon şöbəsi bizim ailəyə elektrik enerjisi verilməsindən imtina etdi. Sözlərindən belə aydın oldu ki, ya Dəmirovdan rüşvət alıblar, ya da təzyiqə məruz qalıblar.
Daha öncələr də hədə-qorxu gəlmək üçün dəfələrlə gəlmiş, özünü Faiq kimi təqdim edən şəxs bundan sonra qaz və su verilməsinin də dayandırılacağına nail olacaqlarını bildirmişdir. Hətta bu şəxs evimizin üstündən ekskavatorla keçəcəyini bildirir.
Allahverdi Dəmirov korrupsiya yolu ilə mənimsədiyi dövlət torpaqlarını satmaq və özünü sığortalayaraq, maskalamaq üçün 9 saylı Notariat Kontorunun Rəşadət adlı rəisi ilə sövdələşmişdir. Belə ki, A.Dəmirov bir neçə il əvvəl yardımçı təsərrüfatda tikdirdiyi evə Xan adlı yaxın qohumunu yerləşdirmişdir. Həmin şəxsin bildirdiyinə görə, ərazi artıq Rəşadət adlı şəxsindir. Lakin Notariat Kontorunun rəisinin dəyəri milyonlarla manatla ölçülən bu ərazini hansı əmək haqqı ilə alması qaranlıq olaraq qalır.
Bəzi qeyri-rəsmi məlumatlara görə, Rəşadəti polis orqanlarında xidmət edən yüksək rütbəli məmur himayə edir. Bu torpaq sahəsində yerləşən bəzi tikililəri də həmin Mehman adlı məmurun İlkin adlı oğlunun adına sənədləşdirməklə, 5 hektarlıq ərazini mənimsəyərək, satmağa çalışrılar”.
Bəs, 9 saylı Notariat Kontorunun Rəşadət adlı rəisi dəyəri milyonlarla ölçülən ərazini necə almaq istəyir? O cümlədən, söhbət hansı Mehman və İlkindən gedir? Ümumiyyətlə, bu isimlərin arxasında hansı məmur dayanır.
Bu və digər suallara növbəti saylarımızda cavab tapa biləcəksiniz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
|