Qazax sakini kimdən narazılıq edir? - İTTİHAM
Tarix: 23-10-2017, 10:21 | Çap et
Sputnik Azərbaycan-a məktubla müraciət edən E. Əzimov bildirib ki, Qazax icra qrupunun rəisi Ramiz Şəmmədov 200 manata görə onu həbs etdirmək istəyir: "Məndən açıq şəkildə zorla rüşvət istəyir. Mən bilmirəm alimentimi ödəyim, yoxsa Ramizə pul verim. Qazaxda hər kəs gözəl bilir ki, Ramizin haqqını verməyənlər çox sərt cəzalandırılır. Bircə o qalıb ki, mən Ramizin əlindən qaçaraq, aprel döyüşlərində iştirak edən oğlumu da götürüb, başqa bir ölkənin sərhədində ağ bayraq qaldırıb vətəndaşlıq istəyəm". Şikayətçi bildirir ki, oğlu Əzimov Xəyal Elşad oğlu ötən ilin aprel döyüşlərində iştirak edib və qarın nahiyəsindən yaralanıb. Bu ilin fevral ayında Ağdamda gedən döyüşlərdə kəllə-beyin travmasıyla yenidən hospitala düşüb: "Bir ay öncəyə qədər Bakıda Mərkəzi Hərbi Hospitalda müalicə olunurdu. Hazırda Gəncə hərbi hospitalda müalicə olunur. 1 ildir ki, mən yaralı oğlumun arxasınca Qazax-Bakıya, Bakı-Gəncə yollarında qalmışam. İşdən də qazandığım pulları bu yollarda xərcləyirəm". Elşad Əzimov bildirir ki, bu ilin yanvar ayıda Bakıda daş karyerində sürücü kimi işə düzəlib. Lakin Ramiz Şəmmədov onu aldadaraq Qazax rayonuna çağırtdırıb: "Mən Bakıda olanda Ramiz Şəmmədova zəng vurub işə düzəldiyimi və maaşımı alan kimi alimenti ödəyəcəyimi bildirdim. Ramiz Şəmmədov isə məni aldadaraq dedi ki, eləcə gəl bir ərizə yaz, get yenə işinlə məşğul ol. Fevralın 13-də iş yerindən 2 günlük icazə alıb Qazax məhkəməsinə gəldim. Ramiz Şəmmədov tabeçiliyində olan Ceyhun Babaşova göstəriş verdi ki, protokol yaz. Ceyhun Babaşov rəisi Ramiz Şəmmədova mənim yanımda müraciət etdi ki, bəlkə vaxt verək, xəbərdarlıq yazaq. Ramiz Şəmmədov isə ona qəti göstəriş verdi ki protokol yaz. Sonra məni məhkəmə qarşısına çıxardılar və 15 sutka verdilər. Lakin mən çox gözəl bilirəm ki, Ramizə "hörmət" etsəydim, onun dediyi kimi ərizəylə canımı qurtara bilərdim. Çünki o özü bu işi bağlamaq üçün məndən 50 manat istəmişdi. Heç bir bildiriş və ya xəbərdarlıq vermədən mənim 15 sutka həbs olunmağım hansı qanuna və hansı reallığa sığır? Bu özbaşınalıq qanunsuzluq deyilsə bəs nədir?" Daha sonra şikayətçi bildirir ki, ayrıldığı həyat yoldaşına 4 ay əvvəl 580 manat aliment pulu ödəyib: "Bakıda alver etdiyim puldan ödədim. Sonra belimdə ağrılar başladı və müayinə zamanı məlum oldu ki, onurğamda 4 mm yırtıq var. Mən ayaq üstə dayana bilmirdim və 2 aya qədər yataq şəraitində olmuşam. Diaqnostikadan sənədim də var. Bu səbəbdən iş qabiliyyətimi itirdim və işləyib alimenti ödəyə bilmədim". E. Əzimov bildirir ki, qohum evində qalır. Alimenti ödəyə bilmək üçün işi də yoxdur. Pasportuna "stop" qoyulduğu üçün ölkədən kənara çıxıb çalışa da bilmir. Məsələ ilə bağlı Qazax rayon İcra Qrupunun rəisi Ramiz Şəmmədovla əlaqə saxladıq. O bildirdi ki, adı çəkilən şəxsdən rüşvət tələb edilməyib, ondan ödəməli olduğu aliment tələb edilib: "Deməli, 2015-ci ildən Elşad Əzimovdan hər ay 80 manat məbləğində aliment pulu alınıb Əşrəfova Vüsalə Məhəmməd qızına verilməlidir. Əzimov həmin dövrdən bu günə qədər həmin puldan bir qədər ödəyib. Amma hazırda şəxsin 1500 manat məbləğində aliment borcu var. Bununla da bağlı 15 gün müddətinə inzibati qayda da həbs də olunub. Ancaq həmin şəxs bundan heç bir nəticə çıxarmayıb. Sonra vətəndaş bizə bildirib ki, 10 sentyabrda borclu olduğu məbləğdən 700 manat ödəyəcək, amma ödəməyib. Bununla bağlı qeydiyyatda olduğu ünvana da getmişik. Qardaşı ilə danışdıq və o bizə bildirdi ki, Elşad Bakıda yaşayır. Buna görə də biz onunla bağlı həm axtarış, həm də məcburi tapılıb gətirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün qərar vermişik". R. Şəmmədov bildirdi ki, onlar E. Əzimovdan yalnız borcunu verməsini tələb edirlər. Vətəndaşdan başqa heç bir məbləğ tələb edilməyib: "O bir dəfə izahat verib və gedib. Bildirmişdi ki, o Bakıda işləyir və qızın hesabına ödəniş edəcək. Etməyib. Buna görə də onun ölkədən çıxışına qadağa qoyulub. E. Əzimov ya aliment pulunu ödəməlidir, ya da Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb ediləcək". Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, Ailə Məcəlləsinə əsasən, borclu olan tərəf alimenti ödəmədən ölkəni tərk edə bilməz: "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı var. Bu qərarda qeyd edilir ki, alimenti üzrsüz səbəbdən ödəməyən və ya bununla bağlı icra məmurunun tələblərini yerinə yetirməyən şəxslərə inzibati tənbeh növü seçilir və bu cəza seçilərkən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati tənbehin məqsədi inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdən, habelə yeni inzibati xəta törədilməsinin qarşısını almaqdan ibarətdir. Bu baxımdan, aliment ödəməyən şəxslərə inzibati cərimənin tətbiqinin hansı səmərəsi olması nəzərdən keçirilməli, icra sənədlərinin icrasına real şərait yaradılması üçün daha təsirli vasitələrdən istifadə olunmalıdır". Ekspert bildirir ki, qərəzli olaraq alimenti ödəməyən şəxslərə Cinayət Məcəlləsində nəzərdə tutulan cəzaların təyini zamanı məhkəmələr cəzanın məqsədini diqqətdə saxlamalıdır: "Qısacası, qanunlar tətbiq edilərkən vətəndaşın vəziyyəti araşdırılmalıdır. Aliment ödəməməsinin üzrlü səbəbi yoxdursa, inzibati tənbehdən sonra Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə (məhkəmə qərarını icra etməkdən boyun qaçırma) məsuliyyətə cəlb edilə bilər". F. Həmidlinin sözlərinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə müvafiq olaraq 1 uşağa görə qazancın və ya başqa gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə 1/3 hissəsi, 3 və daha çox uşağa görə yarısı tutulur. Əgər alimenti verəcək şəxsin qazancı yoxdursa və ya dəyişkən qazancı varsa, bu zaman tərəflərdən birinin marağı əhəmiyyətli şəkildə pozularsa və s. hallarda aliment tələb edən şəxsin xahişi ilə sabit pul məbləğində tutula bilər. Bu zaman maddi və ailə vəziyyəti və digər hallar nəzərə alınır. Hüquqşünas bildirir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
|