Nə yediyimizin fərqindəyikmi? - TƏHLÜKƏ
Tarix: 22-08-2017, 10:28 | Çap et
Az qala, hər gün hansısa ərzaq məhsulunun saxta və keyfiyyətsiz olması ilə bağlı TV-lərdən xəbərləri izləyirik. Rəsmi qurumların nümayəndələri bu yöndə araşdırmaların aparıldığını, nəzarət prosesinin həyata keçirildiyini iddia etsələr də, real mənzərə bir qədər fərqlidir. Məlumdur ki, ölkədə istehsal olunan, eləcə də kənardan gətirilən ərzaq məhsulları ilə bağlı ortaya çıxan problemlər cəmiyyəti ciddi şəkildə narahat edir. Son dövrlər bununla bağlı ictimai müzakirələr aparılsa da, hökumətin aidiyyatı qurumları bəyanat verməkdən, yaxud faktların şişirdildiyini iddia etməkdən başqa bir iş görmürlər. Ancaq fakt odur ki, Azərbaycanda leş ətləri satışa çıxarılır, insan orqanizminə zərərli məhsullardan kolbasa, sosika istehsal edilir, heç bir gigiyenik qaydalar gözlənilmədən müxtəlif adlarda sular qablaşdırılır. Yüzlərlə fakt göstərmək olar ki, hər biri ayrı-ayrılıqda ölkə əhalisinin qida məhsulları ilə bağlı təhlükəli vəziyyətlə üz-üzə olduğunu sübuta yetirsin. “Reytinq” qəzetinin əməkdaşı real vəziyyəti araşdırmaq, hazırkı durumdan çıxış yolları ilə bağlı bir sıra ekspertləri danışdırıb. Onların arqumentli cavablarından ayıdan olur ki, ölkənin qida təhlükəsizliyi ciddi təhdid altındadır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov «Reytinq»ə deyib ki, bu sahədə vəziyyət olduqca pisdir. Onun sözlərinə, qida məhsullarının istehsalı və satışı ilə məşğul olan biznes qurumlarının daha çox pul qazanmaq istəyi ön plana çıxdığı üçün keyfiyyət məsələsi arxaya keçib. Satışda insan həyatı üçün təhlükəli qidalar var Ekspert bu sahədə qanunvericilik bazasının da bərbad olduğu qənaətindədir: «Cəmiyyəti insanlar yox, qanunlar idarə etməlidir. Amma Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı qanun yoxdur. Qanun olmayan yerdə mütləq cinayət baş verir. Azərbaycanda külli miqdarda təhlükəli qidalar var ki, onlar həm daxildə istehsal olunur, həm də xaricdən gətirilir”. Ölkə başçısının bu ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı sərəncamına da diqqət çəkən Eyyub Hüseynov bildirib ki, Azad İstehlakçılar Birliyi (AİB) həmin prosesi izləyir. Həmin agentliyin dünya standartlarına uyğun formalaşması və fəaliyyəti üçün səylər göstərir: “İnsanlar bilməlidir ki, onların həyatı sağlam qidadan asılıdır. Böyük Hippokrat deyirdi ki, insan nə yeyirsə, odur. Azərbaycanda qidaların hansı səviyyədə olduğunu bilmək üçün apteklərə nəzər yetirmək lazımdır. Bu gün bütün apteklərdə insanlar növbəyə dayanıb. Bunun özü də sübut edir ki, ölkədə külli miqdarda təhlükəli qidalar satılır”. Səhiyyə Nazirliyi faktı ört-basdır edir AİB sədri nəzərə çatdırıb ki, Azərbaycanda təhlükəli qidalarla bağlı problem hər zaman olub. Onun sözlərinə görə, iki il öncə biznes qurumlarının yoxlanılmasına ara verilməsi ilə bağlı qərar bu sahədə vəziyyəti daha da ağırlaşdırıb. Yəni, bəzi işbazlar yoxlamaların olmadığından istifadə edərək təhlükəli qidaları satışa çıxarırlar: «Biz dəfələrlə demişik ki, insanların sağlamlığının keşiyində dayanan orqanla, sertifikat verən orqan bir-birindən ayrılmalıdır. Əgər hansısa sənaye üsulu ilə istehsal olunan məhsuldan zəhərlənmə olarsa, insanlar nə sizə, nə də mənə müraciət etməyəcəklər. Belə bir hal olan kimi Səhiyyə Nazirliyinə müraciət edirlər. Səhiyyə Nazirliyinin işçiləri tibbi müdaxilə edir, mədəni yuyur, ancaq zəhərlənmənin nədən olduğunu ortaya qoymurlar. Çünki hansısa ad açıqlansa, onda Səhiyyə Nazirliyinə başqa ittihamlar irəli sürülə bilər. O zaman bu nazirlik verdiyi sertifikata görə məsuliyyət daşımalı olar. Belə olan halda, Səhiyyə Nazirliyinin təhlükəli qida istehsal edən, yaxud satan hansısa şirkəti hədəfə gətirməsi inandırıcı deyil, heç eləmir də. Elə bu səbəbdəndir ki, Azərbaycanda zəhərlənmə göstəricisi ümumdünya göstəricilərindən dəfələrlə az göstərilir. Yəni, bu sahədə ciddi gizlətmə var”. Artıq 20 ildir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə məşğul olduğunu bildirən AİB sədri qeyd edib ki, bu müddət ərzində bir dəfə də olsun, görməyib ki, dövlət orqanları zəhərlənmə baş verəndə kütləvi istehsal olunan malın adını çəksinlər. Buna səbəb isə iki fərqli missiyanı eyni qurumun həyata keçirməsidir. İqtisadiyyat Nazirliyi qaçaqmalçıları müdafiə edir E.Hüseynov bu sahədə baş verən qanunsuzluq və əyintilərin ört-basdır edildiyini də nəzərə çatdırıb. Onun iddasına görə, bütün bunlar nəyinsə qarşılığında həyata keçirilir: «Ölkə prezidenti biznes qurumlarını yoxlamalardan azad etməsini rüşvət hallarının azalması və qiymətlərin aşağı düşməsinə hesablayırdı. Lakin elə olmadı, qiymətlər yenə qalxdı. Təəssüf ki, biznes qurumları bu vəziyyətdən sui-istifadə edirlər. Bizə gələn ard-arda şikayətlər göstərir ki, çox keyfiyyətsiz və saxta qida məhsullarını camaata satırlar. Bilirsiz, bu məsələyə ciddi yanaşılmalıdır. Birincisi, qida təhlükəsizliyi ilə bağlı qanun qəbul olunmalıdır. İkincisi, bu qanunu icra edən dövlət orqanlarının fəaliyyəti rüşvətsiz, tərəfsiz, şəffaf və qərərsiz olmalıdır. İqtisadiyyat Nazirliyi 190 ştatla 9 mərtəbəli binada yerləşir və dəfələrlə təhlükəli qidalarla bağlı verdiyimiz məlumatlarımıza əhəmiyyət vermirlər. Bizə cavabları o olur ki, məhkəməyə müraciət edin. Bu yaxınlarda təhlükəli kofelərin satılması barədə İqtisadiyyat Nazirliyinə məlumat verdik. Bizdən soruşurlar ki, harda satılır, satan şirkətin VÖEN-nin deyin. Sonra məlum olur ki, nazirlik qaçaqmalçılıq yolu ilə ölkəyə kofe gətirənlərin tərəfini saxlayır”. Dövlət orqanları insanların aldadılmasına göz yumur E.Hüseynov «İvanovka» markası altında keyfiyyətsiz məhsulların satılması ilə bağlı dəfələrlə məsələ qaldırsa da, onun bu xəbərdarlığına da əhəmiyyət verməyiblər: “İnsanları aldadırlar, amma dövlət orqanları heç bir iş görmür. Bu, anormal və yolverilməzdir. Hesab edirəm ki, bu məsələdə dövlət orqanlarının kompleks səyi olmalıdır. Biz qida təhlukəsizliyi agenliyindən çox şey gözləyirik». Kolbasaların tərkibində insan əti aşkarlanıb Onu da əlavə edək ki, Rusiyanın "Mortadel” ət kombinatında istehsal olunan kolbasaların tərkibində insan ətinin aşkar edildiyi ilə bağlı məlumatlar verilib. İddia olunur ki, kombinatın "Kral” və "Dənəvər servelat” kolbasaları üzərində aparılan tədqiqatlar zamanı tərkibində insan əti olduğu müəyyən edilib. Bildirilir ki, kimsəsiz meyitlər ət kombinatına təhvil verilir və onların əti kolbasalara vurulur. Bu barədə fikirlərini bölüşən Eyyub Hüseynov bildirib ki, Azərbaycan istehsalçısı buna risk etməz: "Azərbaycan istehsalçısının belə məhsul istehsal etməsi mümkün deyil. Xarici ölkələrdə ola bilər. Lakin xarici ölkələrdə istehsal edilmiş və tərkibində insan əti olan kolbasaların Azərbaycana idxalı istisna edilmir. Ola bilər ki, gətirilir və satılır. Ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur, qanun olmayan yerdə də cinayət baş verir”. E.Hüseynov "Mortadel” ət kombinatında istehsal olunmuş kolbasaların Azərbaycana idxal edilib-edilmədiyindən xəbərsiz olduğunu da bildirib. Əlavə edib ki, Azad İstehlakçılar Birliyi kolbasaların tərkibini müəyyən edən unikal cihaz əldə edəcək: "Həmin cihaz kolbasanın tərkibində donuz, at yaxud eşşək əti olduğunu müəyyən edəcək. İstehlakçılar üçün təmənnasız olaraq istifadə edəcəyik. Kim istəsə, aldığı kolbasanı gətirib, tərkibini yoxlatdıra bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
|