Neftçalada "Yezid" peyda olub... - ŞİKAYƏT
Tarix: 2-05-2017, 09:38 | Çap et
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun qanunsuz hərəkətləri, işındə yol verdiyi nöqsanlarla bağlı redaksiyamıza rayon sakini Gülməmməd Qaçay oğlu Əliyev və Qaramanlı kəndində yaşayan Atamoğlan Dursun oğlu Mirzəyev tərəfindən şikayət məktubu daxil olub. Şəhər sakini Gülməmməd Qaçay oğlu Əliyev şikayət məktubunda yazır ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinə ayrılan tonlarla yanacaq idarədən kənar başqa adamlara satılır. İdarənin həyətində gördüyünüz bu maşınların isə heç biri bu idarəyə məxsus deyil. Millətinsəsi.info-ya şikayətçinin yazdığına görə idarəyə məxsus oilmayan qeyri adamlar idarənin yanacağından istifadə edirlər. Təbii olaraq, pulu Elçin müəllimə saymaq şərti ilə. Ona görədə illərdir bu idarəyə müdirlik edən Elçin Əsədov “bacarığı” sayəsində Bakıda və Neftçalada möhtəşəm villalara sahibdir. Hazırda Neftçalanın əksər kəndlərinin suvarma suyu ilə təminatının acınacaqlı vəziyyətdə olduğunu qeyd edən şikayətçinin sözlərinə görə, xüsusilə Aşağı Qaramanlı, Pirəbbə, Cəngan, Qədimkənd, Ballıcalı, Xol Qarabucaq, Mürsəqulu və Şorkənd kəndlərində əhali suvarma suyuna həsrətdir: “Səbəb dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi, müəyyən məqamlarda yeyintiyə yol verilməsidir. Rayon sakinlərindən Qaramanlı kəndində yaşayan Atamoğlan Dursun oğlu Mirzəyev isə qeyd edir ki, rayon camaatı dəfələrlə məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətində olaraq, problemlə əlaqədar ətraflı məlumat veriblər. Lakin indiyədək heç kim Elçin Əsədovun buraxdığı səhvləri aradan qaldırması ilə bağlı heç bir tədbir görməyib: “Görünür, onun “Meliorasiya və Su Təsərrüfatı” ASC-də güclü himayədarı var”. Bu gün Neftçalada kənd təsərrüfatı ilə məşğul olmağın mümkünsüz olduğunu vurğulayan sakinlər bunun başlıca səbəbi kimi suvarma suyunun olmaması, uzun fasilələrlə verilməsini göstərirlər: “Biz Neftçalalıların tək dolanışıq yeri dəniz, yəni balıqçılıq və bir də kənd təsərrüfatıdır. Lakin Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun yarıtmaz fəaliyyəti nəticəsində rayonun əksər kəndləri suvarma suyu ilə təchiz olunmadığından camaat olduqca ağır vəziyyətlə üz-üzə qalıb. Torpaq sahələrimiz boş-boşuna qalıb, bizsə heç nə əkib-becərə bilmirik. Axı, su olmayan yerdə nə əkmək, nəyi becərmək olar? Təbii ki, heç nəyi. Vallah, artıq dərdimizi deməyə adam da tapa bilmirik. Hara, kimə müraciət ediriksə, bizi ya başlarından edirlər, ya da ümumiyyətlə olub-bitənlərə əhəmiyyət vermirlər. Suvarma suyu olmadığından heyvandarlıqla da məşğul ola bilmirik. Son illər rayon camaatından demək olar ki, heç kim kənd təsərrüfatından xeyir götürə, nə də ki, mal-qarasını artıra bilib”. Neftçala Suvarma sistemləri İdarəsinin rəisi Elçin Əsədovun nəzarətində olan SİB –lərin (Sudan İstifadə edənlər Birliyi ) fermerlərlə qanuna uyğun qaydada müqavilə bağlamaqda maraqlı olmadığını bildirən rayon camaatı iddia edir ki, onlar , dövlət rüsumundan əlavə hər hektara 200 manat pul tələb edir: “Bu isə biz Neftçalalıların narazılığına səbəb olur. Axı, niyə biz SİB-ə nə isə artıq bir şey ödəməliyik. Dövlət rüsumu nə qədərdirsə biz də həmin məbləği ödəməyə hazırıq. Ondan artığını verə bilmərik. Lakin qarşı tərəf ya bunu başa düşmür, ya da ki, israrla başa düşmək istəmir. Məhz elə buna görə də Elçin Əsədovun rəhbərlik etdiyi idarə camaata divan tutur. Belə ki, torpaq sahələrini əkmək istəyən rayon sakinləri ərazilərini suvarmaq üçün mütləq qarşı tərəfin də maraqlarını nəzərə almalıdır. Söz yox ki, istifadə olunan suyun müqabilində dövlət tərəfindən nəzərdə tutulmuş rüsum var. Yəni, hər kubmetr suya görə ödənilən məbləğ mövcuddur. Lakin Neftçala Suvarma Sistemləri İdarəsi üçün qanunda nəzərdə tutulan məbləğ əhəmiyyət kəsb etmir. Çünki idarənin özünün müəyyən etdiyi rüsumlar var və suvarma suyu istəyən hər kəs həmin məbləği ödəməlidir. Əks halda, hara və kimə şikayət etmənizdən asılı olmayaraq heç kimə su verilmir”. Bundan başqa bir neçə gün bundan əvvəl Neftçaladan bir qrup balıq yetişdirən sahibkar saytımız vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edərək, Elçin Əsədovun onları “soğan qabığı kimi soymasına” “dur”, deyilməsini xahiş etmişdilər.
(Əhməd Əhmədzadənin Neftçaladakı kadrının milyonluq su biznesi-http://milletinsesi.info/index.php?newsid=27284) Onu da qeyd edək ki, Neftçala rayonu ölkənin balıqla təminatında əsas yerlərdən birini tutr. Yəni bu çox vacib ərzaq məhsulunun yetişdirilməsi və insanlarımızın süfrələrinə çatdırılması üçün çalışırlar. Yetişdirilən balığın böyük əksəriyyət hissəsi isə süni gölməçələrdə yetişdirilir. Hazırda mövsüm başlayır və sahibkarlar gölməçələrə kiçik balıqları buraxırlar. Təbii ki, balıqları suya buraxmaq üçün gölməçələrə su vurulmalıdır. Lakin balıq yetişdirən və ölkəni kənd təsərrüfatı malları ilə təmin edən sahibkarlar qanuni yolla bu gölməçələrə su vura bilmirlər . Çünki Neftçala Suvarma Sistemləri İdarəsi onlara su verməkdən imtina edir. Tələb isə çox konkret və açıqdır.Balıq yetişdirilən gölməçələrə su vurulması üçün hər bir hektara görə 200 manat pul istəyir. Pulunu verən suyunu alır, verə bilməyən isə ala bilmir. Hər şey bu qədər bəsit və bu qədər konkretdir. Xatırladaq ki, Neftçala rayonunda balıq yetişdirmək üçün 10 min hektardan artıq süni gölməçə fəaliyyət gösətir. Hər bir sahibkar rentabelli işləmək üçün minimum 50 hektarı əhatə edən süni gölməçədə balıq yetişdir. Və adi riyazi hesablama da göstərir ki, 50 hektar süni gölməçəni suyla doldurmaq üçün sahibkar Elçin Əsədova 10 min manat verməlidir. Toplam rəqəm isə 2 milyon manatdan artıq edir. Etiraf etməliyik ki, hər bir sahibkarın dövlət rüsumundan savayı Elçin Əsədova bu qədər pul verməyə zorlanması son nəticədə balığın bazarda çox bahalaşmasına səbəb olur. Və hər bir sahibkar tələb olunan bu pulu ödəyə bilmir. Yəni faktiki olaraq sahibkarı “soyub soğan qabığına göndərən” Elçin əsədov həm də balığın bazarda ən azından 80-90% bahalaşmasına yol açır. Daxil olan şikayət məktubları ilə bağlı idarə rəisi Elçin Əsədovun telefonla mövqeyini öyrənmək istəsək də, o zəngimizə cavab vermədi. Buna baxmayaraq Millətinsəsi olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq. Nia.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Bu gün, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Bu gün, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Bu gün, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Bu gün, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
|