Əhmədzadə Siyəzəndə fermerlərə necə problem yaradır... - ŞİKAYƏT
Tarix: 1-05-2017, 09:42 | Çap et
“Əkin sahələrini çirkab sularla suvarırıq, ona görə də məhsul götürə bilmirik. Susuzluq, pulsuzluq bizi kənd təsərrüfatından uzaq salıb". Böyük Həmyə Siyəzənin mərkəzinə yaxın kəndlərdəndir. Kənd sakini Nazim Hacıyev deyir, kənddə suvarma suyu olmadığından əkin sahələrini arxlardan axan çirkab sularla suvarmağa məcburdurlar. Böyük həmyəlilər, əsasən meyvə, tərəvəz əkini ilə məşğul olurlar. Taxıl əkən də var.
Nazim Hacıyevin həm taxıl sahəsi, həm də həyətində çoxlu gilas ağacları var: “Bir neçə dəfə taxıl əkdim, susuzluqdan zərərə düşdüm. Bu il də əkmişəm, görək necə olur. Həyətdə 200-ə yaxın gilas ağacı var. Çox idi, qışda istilik olmadığından yarısını qırıb odun kimi istifadə etdik, hardasa 200-ə yaxın qalıb. Ancaq vaxtında suvara bilmədiyim üçün ağaclar quruyur, bar vermir”.
Üstəlik də, ağacların dərmanlanması problemə çevrilib. Dərmanın qiyməti bahalaşıb. Nazim Hacıyev bundan əvvəl gilasdan mənfəət götürdüyü günləri də unuda bilmir:
"Vaxtlar vardı maşınlar gecədən düzülürdü məhəlləyə, püşk atardıq, kimin bəxtinə düşsə, meyvəni ona verərdim. Özü də "şampan" sortudur. Gəlib qapıdan maşınlara yükləyib birbaşa Rusiyaya aparırdılar. Heyf o günlərdən".
Kənd sakini Məhəbbət İsmayılova deyir, kənddə, demək olar ki, bütün ailələrin əkinə yararlı torpaqları var. Gəl ki, torpaq kəndliyə baxır, kəndli torpağa... Məhəbbət İsmayılova davam edir: “Tək bizim kənddə yox, bütün Siyəzəndə eyni durumdur. Hamının torpağı var, heç kəs əkə bilmir. Birincisi, suvarma bərbaddır, ikincisi¸ kəndliyə torpağı əkməyə subsidiya verən yoxdur, subsidiyalar müəyyən adamlara ayrılır, kimdir mənim kimi dabanıyırtıq kəndliyə subsidiya ayıran ki, get torpağını ək. Gör nə aləmdirsə, kənddən toplayıb şəhərə bazara satmağa aparmaqdansa, gedib Xaçmazdan, Qubadan alıb gətirib burda bazarda satırıq”.
Kəndlilər kənd təsərrüfatının "dirilməsi"ndən ötrü hökumətin yardım əli uzatmasını istəyirlər. Çünki rayonda adamların məşğul olmağa işi yoxdur.
Siyəzən rayon icra hakimiyyətindən isə bildirilib ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciətdən sonra kənddəki su kanalları təmizlənib. Kəndlilərin suvarmada problemi olmayacaq: "Bu problemlər həll olunur, bu öz yerində... Ancaq günahı suyun, torpağın üstünə atmaq bir az doğru çıxmır. Adamlar özləri də əvvəlki kimi kənd təsərrüfatına can yandırmırlar. Tənbəlləşiblər, hamı şəhərdə yaşamaq, ofis işində çalışmaq istəyir, bu da var".
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən isə bildirilib ki, Taxtakörpü su anbarından Samur-Abşeron kanalında qidalandırma kanalının çəkilişi davam edir. Kanalın suyundan həm Siyəzənin, həm də Xızının kəndlərindəki əkin sahələrinin suvarılmasında istifadə olunacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Bu gün, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Bu gün, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Bu gün, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Bu gün, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
|