Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                 

ETİBAR ƏLİYEVİN GİZLİ BOSSLARI KİMDİR?
Tarix: 26-03-2012, 14:44 | Çap et
ETİBAR ƏLİYEVİN GİZLİ BOSSLARI KİMDİR?

PREZİDENTİN GÖSTƏRİŞİ İLƏ HƏBS OLUNAN BANKİR KİMƏ GÜVƏNİR?

DİA.AZ: - Məlum olduğu kimi, «TexnikaBank»ın rəhbəri Etibar Əliyev bir neçə günlük həbsdən sonra azadlığa buraxıldı və bununla da ortaya çox ciddi şübhə toxumu səpmiş oldu. Doğrudur, hakimiyyətin bu vaxta qədər yürütdüyü siyasət, nümayiş etdirdiyi davranışlar da zəmin yaradır ki, Azərbaycan vətəndaşında bu kimi hallara bir vərdiş yaransın. Amma bu dəfə məsələnin tamam fərqli ampluada olması kifayət qədər diqqətçəkici oldu.

Söhbət burada ilk əvvəl Etibar Əliyevin suçunun olub-olmamasından gedir. Normal məntiq də bunu diqtə edir ki, əgər həqiqətən də bankirin hansısa formada günahı var idisə, o zaman nədən sonradan azadlığa çıxdı? Yox, əgər Etibar Əliyevin günahsız olduğu sübuta yetirilibsə, o zaman bu həngamə nəyə lazım idi? Hər halda, bu gün Etibar Əliyevin yenidən «TexnikaBank»ın rəhbərliyində qalma məsələsinin özü belə proğblemə çevrilib.

Xatırladaq ki, keçən günlərdə Etibar Əliyevin azadlığa hansı şəraitdə çıxması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. Həmin məlumatlarda da deyilirdi ki, Etibar Əliyev azadlığının müqabilində külli miqdarda varidatından da vaz keçməli olub. Amma bank rəhbərini azadlığa daşıyan yollar bu qədər hamar olmayıb və bu işdə ona yardım edən gizli şəxslər də var.

Mötəbər mənbənin bildirdiklərindən belə aydın olurdu ki, Etibar Əliyevin azadlığa çıxa bilməsi üçün ən böyük dəstəyi verənlərdən biri tanınmış iş adamı, onlarla şirkət sahibi, Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinin yaxın dostu İlham Rəhimlidir. Mənbəmiz iddia edir ki, İlham Rəhimli uzun illərdir ki, Etibar Əliyevlə həm dostluq əlaqələrinə və həm də işgüzar əməkdaşlığa malikdir.

DİA.AZ-a mənbənin söylədikləri: «İlham Rəhimlinin şirkətlərinin bütün bank əməliyyatları təsadüfi deyil ki, «TexnikaBank»la həyata keçirilir. Bu bankda həm də İlham Rəhimlinin qara əməliyyatları da həyata keçirildiyindən bu iki şəxsi bir-birilərinə çox mübhəm əlaqələr birləşdirir».

Məlumatlardan o da aydın olur ki, əslində «TexnikaBank» dünənə qədər bir çoxlarının qara pullarının yuyulmasında əsas vasitə olduğundan Etibar Əliyevin həbsdə uzun müddət qalması ilk gündən ağlabatan görünmürdü. Elə buna görə idi ki, Etibar Əliyevin həbsi xəbəri mətbuat üün də inandırıcı gəlməmişdi və bu xəbər qəzet səhifələrinə daha gec yol tapmışdı. Çünki kifayət qədər informasiyalı əksər qəzetçilər belə bir hadsəni ilk gündən inandırıcı hesab etmirdilər.

Redaksiyamızın əldə etdiyimi məlumatlarda o da bildirilir ki, Etibar Əliyev həbsdən azad edilsə də, onun yenidən «TexnikaBank» rəhbərliyinə dönüşü imkansızdır. Bu barədə mənbəmizin söylədikləri: «Təbii ki, Etibar Əliyevi himayə edən qüvvələr bu xəbərin ictimailəşməsinin qarşısını almağa çalışırdılar və onların niyyəti belə idi ki, ümumiyyətlə, xəbərlər yayılmamış Etibar Əliyevi azadlığa çıxarsınlar. Lakin mətbuat nəhayətdə hadisəni işıqlandırdı və planlar pozuldu».

Maraqlıdır ki, hələ də rəsmi qaynaqlar bu faktları işıqlandırmağa həvəs göstərmirlər. Yalnız bank bu barədə açıqlama verərək, fəaliyyətini əvvəlki qaydada davam etdirdiyini açıqladı. Bu isə ortada kifayət qədər qaranlıq məqamlaorın olmasından xəbər verir.

DİA.AZ-ın əldə etdiyi son məlumatlarda isə bildirilir ki, Etibar Əliyevin himayədarları onu yenidən «TexnikaBank»a rəhbər gətirə bilmələri üçün hərəkətə keçiblər və hətta bu məqsədlə araya saldıqları elçilərinin vasitəsilə genişmiqyaslı işlər də görürlər. Nədən ibarətdir bu işlər? Mənbəmiz bildirir ki, ilk növbədə bütün bu əməliyyatın həyata keçirilməsinin məxfiliyinin qorunması başlıca hədəf kimi götürülüb. Yəni nəyin bahasına olursa-olsun bu yöndə mətbuat susdurulmalıdır. Elə buna görə də hətta qəzetlərin əksəriyyətinin pul gücünə susdurulduğu da bildirilir.

Digər tərəfdən, sözügedən himayədar çevrəsi Etibar Əliyevlə bağlı «yuxarıların» təkrar xeyir-duasının alınması üçün də çaba sərf etməkdədirlər. Xatırladaq ki, bankir həbs olunduğu zaman «Turan» agentliyi tərəfindən belə bir ehtimal irəli sürüldü ki, Etibar Əliyev Gürcüstan prezidenti Mixeil Saakaşvilinin Azərbaycan prezidenti İlham Əliyevdən xahişinin ardından həbs olunub. Yəni Etibar Əliyev Gürcüstandan olan iş adamının külli miqdarda pulunu mənimsəyib və bununla bağlı gürcü dövlət başçısı Azərbaycan prezidentindən tədbir görməsini xahiş edib. Və prezident də dərhal Etibar Əliyevin həbsi ilə bağlı müvafiq göstəriş verir.

DİA.AZ-a bu barədə mənbəmiz bildirir ki, əslində bu məsələdə Gürcüstan prezidentinin müstəsna rolu həqiqətən də olub və prezident İlham Əliyev Saakaşvilinin xahişinin ciddi şəkildə araşdırılması ilə bağlı təlimat verib. Və bundan sonra Milli Təhlükəsizlik Nazirliyi hərəkətə keçərək gürcü dövlət başçısının iddia etdiklərinin həqiqət olduğunu müəyyən edib və dərhal da Etibar Əliyevin həbsi ilə bağlı addım atılıb. Lakin bundan sonra Etibar Əliyevin himayədarları hərəkətə keçib.

Mənbəmizin məlumatlarında bildirilir ki, Rusiyameyilli qüvvələrin nəzarəti altında olan Etibar Əliyevə elə dəstək də həmin qüvvələr tərəfindən verilir. Yuxarıda da vurğulamışdıq ki, Etibar Əliyevlə bağlı açıq xahişdə Rusiyanın yenidən seçilmiş prezidenti Vladimir Putinin yaxın dostu İlham Rəhimli bulunub. Halbuki əsas himayədar Rusiyanın Azərbaycandakı bir nömrəli adamı hesab olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.

Beləliklə, aydın olur ki, prezident İlham Əliyevin göstərişi ilə həbs olunan Etibar Əliyev hakimiyyət içindəki rusiyayanlı qüvvələrin dəstəyi ilə təkrar azadlığını qazanır. Lakin onun yenidən banka rəhbər gətirilməsi işi hələ də müşkül problem əhəmiyyətindədir.

Araşdırmalarımız davam edir. Bizi izləyin…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru