ZİYA MƏMMƏDOVUN AVTOBUS AYIBI
Tarix: 14-03-2012, 17:32 | Çap et
NN-NİN 798,3 MİLYON DOLLAR XƏRCLƏDİYİ AVTOBUSLARDA BİABIRÇILIQ
DİA.AZ: - Sərt keçən qış aylarında qısa fasilələrlə davam edən küləkli-çovğunlu qar paytaxtın avtobus nəqliyyatındakı problemləri daha da qabartdı. Təxminən ay yarım davam edən bu vəziyyət paytaxtın sərnişin nəqliyyatı infrastrukturunda idarəetmə sisteminin yarıtmaz vəziyyətdə olduğunu üzə çıxardı. Güclü qarlı və şaxtalı hava şəraitində Nəqliyyat Nazirliyi avtobusların iş qrafikini rəsmi olaraq yarıya qədər azaltdı. Qarlı və şaxtalı günlər geridə qaldıqca başqa bir problem özünü büruzə verməyə başladı. Bu dəfə avtobus salonlarına yayılan palçıq qarışıq su evdən işə, işdən evə tələsən sərnişinlərin üst-başını çirkləndirməklə ictimai narazılıq yaratdı. Qardan sonra yuyulmayan avtobuslarda salonlardan qalxan toz-torpaq isə sərnişinlər arasında növbəti narahatlığa səbəb oldu. Elə indi də paytaxt sakinlərinin narazılığına səbəb olan problemlərdən biri sərnişindaşıma xidməti göstərən avtobuslarda antisanitariya şəraitinin hökm sürməsidir. Belə ki, ilk görünüşdə avtobusların salonunda və oturacaqlardakı natəmizlik dərhal diqqət çəkir.
798,3 milyon dolların «yuduğu» avtobuslar
Mütəxəssislər mövcud problemi avtoparklarda nəqliyyat vasitələrinə texniki qulluğun göstərilməməsi ilə əlaqələndirirlər. Ekspertlərin fikrincə, bu problem daha çox nəqliyyat şirkətlərinin və sürücülərin laqeydliyindən, qismən də avtobusların köhnəliyindən yaranır. Ancaq qəribədir ki, hazırda Bakıda sərnişindaşıma xidməti göstərən avtobusların əksəriyyəti dövlətin ayırdığı vəsait hesabına Nəqliyyat Nazirliyi tərəfindən xaricdən yenicə gətirilib. Hətta bu avtobusların bir qisminin xəttə buraxılmasının hələ bir ili tamam olmayıb. Xatırladaq ki, Nəqliyyat Nazirliyi Bakı şəhərində sərnişindaşıma xidmətinin yaxşılaşdırılması məqsədilə 2008-ci ildən xaricdən iritutumlu avtobuslar gətirməyə başlayıb. Həmin il avtobusların alınmasına və gətirilməsinə dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə 25 milyon manat ayrılıb. Ümumilikdə isə Azərbaycan hökuməti 2008, 2009 və 2010-cu illərdə Almaniya, Koreya, Çin, Özbəkistan və Belorusdan 948 ədəd iri və orta tutumlu avtobus alaraq paytaxtın daxili sərnişindaşıma sistemini tamamilə yenidən qurub. Bu müddət ərzində müxtəlif markalı avtobusların xaricdən alınmasına və gətirilməsinə 798,3 milyon dollar xərc çəkilib. Dövlət büdcəsi hesabına Bakıya gətirilən bahalı və keyfiyyətli avtobusların hər birinə ən azı 100 min dollar xərclənib. Hətta bəzi markalardan olan avtobusların alınma və gətirilmə xərclər daha yüksək olub. Məsələn, Almaniya istehsalı olan «MAN» markalı avtobusların biri Azərbaycan hökumətinə 250 min dollara başa gəlib.
Çirkli avtobuslarla «Eurovision»?
Maraqlıdır, bu qədər böyük məbləğli vəsaitlərin xərcləndiyi avtobuslarda xidmətin səviyyəsi niyə bu qədər aşağıdır? Paytaxtın avtobus parkının tam şəkildə yenilənməsinə baxmayaraq, avtobuslardakı mövcud natəmizlik Nəqliyyat Nazirliyini, onun müvafiq qurumlarını narahat etmirmi? Bəs, «Eurovision» kimi beynəlxalq səviyyəli tədbirə hazırlaşan Bakıda sərnişin avtobuslarının fiziki görünüşü, xidmətin səviyyəsi şəhərə təşrif buyuran avropalı qonaqları razı salacaqmı? Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov həmişəki kimi nikbindir. Onun sözlərinə görə, hazırda paytaxtın nəqliyyat sektorunda çox cüzi problemlər var ki, onlar da «Eurovision» yarışmasına qədər həllini tapacaq. Nazirlik rəsmisi avtobusların salonlarının çirkli və toz-torpaqlı olmasının bir səbəbini də şəhərin özünün natəmiz olması ilə əlaqələndirir. Onun sözlərinə görə, son illər paytaxtda genişmiqyaslı tikinti və yenidənqurma işləri aparıldığından şəhərdə toz və palçıq çoxalıb. Bu isə gün ərzində 12 saatdan çox xidmət göstərən sərnişin avtobuslarının da çirklənməsinə səbəb olur: «Belə məsələlər daha çox Bakı Şəhər İcra Hakimiyyətindən asılıdır. Onlar şəhəri təmiz saxlasalar, küçələrdə, yollarda qazıntı işləri aparılmasa, avtobuslar da təmiz olar».
Avtobuslar parklarda yox, həyətlərdə «gecələyir»
Xatırladaq ki, hələ sovet dövründə Bakıda sərnişindaşıma xidməti göstərən avtobuslar iş saatı başa çatdıqdan sonra bir qayda olaraq avtoparklarda saxlanılırdı. Burada avtobuslar hər gün yuyulmaqla yanaşı, texniki servis xidmətlərində xüsusi yoxlamalardan da keçirdi. Sürücülər isə adətən, səhər saatlarında avtoparka gələrək yuyulmuş və texniki baxışdan keçmiş avtobusları götürüb işə başlayar və axşam yenidən avtoparka qaytarardı. Namiq Həsənov deyir ki, eyni növ xidmət hazırda da var və sərnişinlərin daşındığı avtobuslarda təmizliyə, sanitar vəziyyətə mütəmadi olaraq nəzarət olunur. Ancaq onun sözlərinə görə, sovet dövründə bu nəzarət sistemi vahid mərkəzdən idarə olunurdu və avtobuslar avtoparka daxil olan kimi ilk olaraq yuyulurdu: «İndi isə Bakıda sərnişindaşıma xidməti özəl şirkətlərin əlindədir və avtobuslarda təmizliyə, sanitar və texniki vəziyyətə də şirkətlər özü məsuliyyət daşıyır. Mənim bildiyimə görə, indi Bakıda sərnişindaşıma xidməti göstərən şirkətlərin, o cümlədən «Nihad motors»un, «Transgeyt»in, «Saf» LTD, «Çinarlı» MMC-nin özünün avtoparkları var və orada avtobuslara bu xidmətlər göstərilir. Nəqliyyat Nazirliyi isə ümumi nəzarəti həyata keçirir». Nəqliyyat Nazirliyinin rəsmisi onu da bildirir ki, təmsil etdiyi qurum avtobuslarda xidmətin səviyyəsinin yüksəldilməsi, sürücülərin yol hərəkəti və sərnişinlərlə davranış qaydalarına necə əməl etdiyini yoxlamaq məqsədilə mütəmadi reydlər keçirir. Onun sözlərinə görə, belə reydlərdə avtobusların texniki vəziyyətinə və təmizlik məsələlərinə xüsusi diqqət yetirilir: «Yoxlamalar zamanı hansısa qüsurlar aşkarlanırsa, həmin avtobusun qapıları möhürlənir və məsələ araşdırılır. Əgər avtobusun natəmiz olmasında sürücünün, yaxud da həmin nəqliyyat vasitəsinin hüquqi sahibinin günahı sübut olunursa, müvafiq qaydada cəzalandırılır. Köhnə marşrutlarda belə problemlər daha çoxdur. Ancaq paytaxta yeni gətirilən avtobuslarda natəmizliyin ciddi problem olduğunu düşünmürəm». Amma ortada olan reallıq bundan ibarətdir ki, marşrut avtobuslarında təmizlik işlərinə lazımi diqqət yetirilmir. Avtobuslarda atılan tullantılar həftələrlə təmizlənmir. Yağış yağanda sərnişinlərin ayağında avtobusun içərisinə yayılan palçıq yuyulmur. Belə halların üstündən bir neçə gün keçməsinə baxmayaraq, növbəti dəfə marşruta minəndə vəziyyəti ötən gün gördüyün kimi görürsən. Avtobusların salonlarında hökm sürən natəmizliyə görə sürücülərin günahlandırmaq düzgün deyil. Günah paytaxtın yollarında olan palçıqdadır. Paytaxt küçələri palçıq içərisindədir. Sərnişin ayaqqabısı palçıqlı halda marşruta minir, bu zaman zir-zibil salonda qalmalı olur. Sürücü avtomobili idarə etməlidir, təmizlik işləri ilə isə qarajlarda məşğul olmalıdırlar. Avtobuslar xəttə buraxılmazdan əvvəl yuyulub təmizlənməli, texniki baxışdan keçməlidir. Bu işlərlə avtodayanacaqlarda məşğul olmalıdırlar. Lakin avtobusların böyük əksəriyyəti heç qarajlara da getmir, onlar gecələr parklarda yox, sürücülərin öz həyətlərində saxlanılır. Ona görə də avtobusların salonları aylarla yuyulmur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Dünən, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Dünən, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Dünən, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Dünən, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Dünən, 15:28 |
|
|
|
|