Bakının son tələbi masaya qoyuldu: .....                     Tramp niyə Qrelandiyanı almağa can atır? .....                     Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı .....                     “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub .....                     AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib .....                     Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu .....                     Bakı bu dəfə tramvaya görə söküləcək: .....                     Lənkəranda YAŞIL TERROR .....                     Daha yüksək zirvələrə .....                     Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər .....                     Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün .....                     Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi .....                     Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? .....                     Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu .....                     Burun əməliyyatlarında ölüm riski .....                     İrəvan hökuməti hələ də eyni yanlış addımları atır .....                     "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" .....                     Belarus Azərbaycana yeni səfir təyin edib .....                     Bayden Paşinyanı yeni tələyə salır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub .....                     Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir .....                     11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı .....                     Gəncə Ekoloji Park Kompleksində .....                     Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var .....                     Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb .....                     Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib .....                     Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... .....                     Paşinyan Rusiyadan .....                     “Azəriqaz” Qarabağ Qazisinə qarşı... .....                     Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı .....                     Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... .....                     Polisə rüşvət verən azərbaycanlı .....                     ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir .....                     "Aygünlə Röya yox, Hiss?" .....                     Afiəddin Məmmədova hökm oxunub .....                     "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... .....                     AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” .....                     “Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” .....                     Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... .....                     Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? .....                 

“TRİBUNADA ODLU-ALOVLU ÇIXIŞ EDƏNLƏR”...
Tarix: 6-03-2012, 23:33 | Çap et
“TRİBUNADA ODLU-ALOVLU ÇIXIŞ EDƏNLƏR”...

“ MİTİNQDƏ KRUPSKAYA KİMİ EVDƏ OTURDULAR”

Mirzə SAKİT: “ İclasbazlıqlar ancaq bu hakimiyyətin ömrünü uzatmağa xidmət edəcək”
Bir müddətdir Avropada olan keçmiş siyasi məhbus satirik yazar Mirzə Sakit gunxeber.com-a müsahibə verib.
- Mirzə Sakit, son vaxtlar çox sakitsiz…Nə işlə məşğulsunuz?
- Mən elə həmişə sakit adam olmuşam. Baxmayaraq ki, çox dostlar məni “sakit”siz kimi qəbul ediblər. Lakin müəyyən ümumi məsələr var ki, belə vaxtlarda sakit olmaq mümkünsüzdür. Nə işlə məşğul olmağıma gəldikdə isə hhazırda Brüsseldəyəm və bura da PEN klubun dəvəti ilə gəlmişəm. Burda da öz yazılarımla məşğul oluram.
- Şeirlərinizi də əvvəlki kimi görmürük, yalnız sosial şəbəkələrdə yayımlayırsız. Az yazırsız yoxsa çap etmirlər?
– Mən indi heç bir çap mətbuatında dərc olunmuram. Yəqin ki, sizə də məlumdur ki, vaxtı ilə işlədiyim “Azadlıq” qəzetindən qeyri-qanuni uzaqlaşdırıldığıma görə bir müddət heç bir qəzetdə yazılarım getmədi. Sonradan “Xural” qəzetində şerlərim və məqalələrim dərc olunmağa başladı. Bu da çox uzun sürmədi, hamımızın bildiyimiz kimi qəzetin baş redaktoru Əvəz Zeynallını şərləyərək həbsə atdılar və qəzet də fəaliyyətini dayandırdı. İndi mənim yeganə tribunam sosial-şəbəkələrdir. Hesab edirəm ki, elə də passivlik göstərmirəm və müəyyən qədər fəaliyyətimdə məsuliyyətliyəm.
- Müsahibələrinizin birində demişdiz ki, AXCP və “Azadlıq” qəzeti rəhbərliyinə “Mirzə Sakiti iş götürməyin” tapşırığı verilib. Bu tapşırığı kim(lər) verib?
– Əgər mən işdən çıxarılıramsa, aydın məsələdir ki, bu qəzet rəhbərliyinin göstərişi əsasında olur. Bəli, yenə təkrar edirəm, mənim “Azadlıq” qəzetindən uzaqlaşdırılmağım qeyri-qanuni və sırf anti-demokratik şəraitdə keçirildi. Hələ indiyə qədər də mənə qarşı atılan bu səhv addımın kökündə konkret nə dayandığını tam dərk edə bilmirəm. O vaxta qədər bir-neçə dəfə qəzetin əvvəlki rəhbərliyini haqlı olaraq, tənqid etmişdim. Hesab edirəm ki, həmin adamları mən hələ bir az yumşaq tənqid etdim. İlboyu demokratik dəyərlərdən danışan bəzi insanlar mənim bircə tənqidimə duruş gətirə bilmədilər və nəticə də göz qabağında. Sən demə mən gözləməli imişəm ki, mövcud hakimiyyət süquta uğrayandan sonra “bismillah” edib bizim muxalifətçi dostları tənqid edim. Təsəvvür edin ki, bir tənqidə dözümsüzlük göstərib məni işdən kənarlaşdıran insanlar, hakimiyyətdə olsaydılar və əllərindəki bütün səlahiyyətlərdən hansı metodlarla istifadə edərdilər. Bilirəm ki, mənim haqlı açıqlamalarım zaman-zaman mənə qarşı potensial etiraz doğurub, lakin həqiqəti deməməyin özü insanın yoxluğuna bərabərdir. Sən haqqı de, qoy kimsələrsə ondan sənə qarşı dayandoldurum silah kimi istifadə etsinlər. Ancaq ədalət elə bir gercəklikdir ki, az vaxtdan sonra o özünü göstərəcək.
- Təklif olsa yenidən “Azadlıq”da yazarsınızmı?
- Bir vaxtlar belə bir fikrim var idi ki, əgər mənə “Azadlıq”dan yenə təklif gələrsə, bəli, mən o qəzetə qayıdaram. Çünki mən “Azadlıq” qəzetinə qarşı yox, konkret şəxslərə qarşı ittiham səsləndirmişəm. Qəzet bu işdə günahkar deyil. Tutaq ki, hansısa dindar şarlatanlıqla məşğuldusa buna Quran neyləsin axı…hərgah mənim dinlə də bağlılığım olmasa bunu bir misal kimi çəkdim. Etiraf edim ki, mən “Azadlıq” qəzetini həmişə özüm üçün ən oxunaqlı qəzetlərdən hesab edirəm və hər gün o qəzeti bir-neçə dəfə internetdən izləyirəm. Bir sözlə mən “Azadlıq” qəzetinə bir mətbu orqan olaraq, həmişə böyük önəm vermişəm. Ancaq buna baxmayaraq, bundan sonra hətta təklif də gəlsə belə mən o qəzetə qayıtmaram. Səbəbini də bununla izah edə bilərəm ki, bir vaxtlar mənim əleyhimə həmin qəzetin rəhbərliyi səviyyəsində eynilə YAP-ın “zəhmətkeşlərdən ibarət etiraz edənlər” kampaniyasına bənzər bir hadisə oldu. Demək, qəzetin rəhbərliyi bir siyahı tərtib etmişdi və həmin siyahıda yazılmışdı: “Mirzə Sakit nə üçün “Azadlıq” qəzetində işləyə bilməz” və həmin siyahıya qəzetin əməkdaşlarına imza atdırmışdılar. Sonralardan həmin o imza atanların bəziləri mənə dedilər ki, vallah, mən neyləyə bilərdim axı, orda işləyirəm, imza atmasaydım, sənin gününə düşərdim. Mən həmin vaxt onlardan birinə dedim ki, Allah eləməsin sənin bu günə düşməyini mənim günümlə ölçəsən, get öz gününə ağla. Amma onu da deyim ki, bəziləri imza atmaqdan imtina etmişdilər, o adamlar ki, “dişbatmaz” idilər.
- Azərbaycandakı ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiz?
– Azərbaycandakı siyasi durum nəinki sizə, mənə…bu dünyaya məlumdur. Belə bir despot və cəngəllik qanunları ilə idarə olunan ikinci bir ölkə ağlınıza belə gətirməyin. Hələ çox illər öncə mən yazılarımda da bəzi tədbirlərdəki çıxışlarımda da qeyd edirdim ki, əgər biz bu hakimiyyəti diktatura və avtoritar rejim adlandırırıqsa, deməli, bu rejim ilə yumşaq dildə danışmaq özü sadəlöhvlükdən xəbər verir. Bundan ötrü keçmiş illərdən bəri biz ancaq məmurların və prezidentin mülklərini, milyardlarını hesablayıb mühasiblik etməməliyik. Tarixlər boyu zora qarşı zor içlənməyibsə heç nəyə nail olmaq mümkün olmayıb. Aydın məsələdir ki, Azərbaycan xalqı bu hakimiyyəti qətiyyən sevmir və hətta nifrət edir. Bax, bu nifrətdən istifadə edib xalqın içərisinə doğru getmək lazımdır. İclasbazlıqlar ancaq bu hakimiyyətin ömrünü uzatmağa xidmət edəcək. Həmin iclaslarda da uzun illərdir demək olar ki, eyni insanlardır
biri danışır, o digəriləribi də əl çalıb “Eşq olsun” deyirlər. Mən həmin insanların çəkdikləri zəhmətə laqeydlik etmirəm, çünki özüm də həmin insanlarla o iclaslarda bir yerdə olmuşam. Yeni və sərt bir fikir formalaşmalıdır.
- Müxalifətin İctimai Palata formatında perspektivini görürsüzmü?
– Bu yerdə mən öz əvvəlki fikrimdə qalıram və bildirirəm ki, İctimai Palatanın perspektivi şəxsən bir vətəndaş olaraq, məni qane etmir. Mən bu fikrimi İP-in bir-çox üzvlərinə də demişəm. Baxmayaraq ki, özüm bu gün də İP-in üvzüyəm. Bir-neçə dəfə müşahidə etdim, ilk 2 aprel və ondan əvvəlki -sonrakı mitinqlərdə 400-ə qədər üzvü olan İP-in demək olar ki, 10 faizi mitinqlərdə görünmədilər. O adamlar ki, həmin iclaslarda tribunada Lenin kimi odlu-alovlu çıxışlar edirdilər. Amma nəticə gözlənilən mərhələlərdə Krupskaya kimi evdə otururdular…Hərçəndi Krupskaya da bəzən Leninin böyründə olardı…
Bir sözlə əgər İP-in fəaliyyətsizliyi belə davam edərsə, onun adını dəyişib “Əbədi iclas” “Əİ” qoymaq lazım gələcək.
-Son günlər əsas müzakirə mövzularından biri də İsa Qəmbərin Müsavat başqanlığından gedib-getməməsidi. Sizcə İsa Qəmbərin getməsi, ya qalması lazımdır?
- Bu məsələ qətiyyən müzakirə predmetinə çevrilməməlidir. Qanunu şah etməyi məhz musavatçılardan gözləmək lazımdır. Ağlınıza da belə gətirməyin ki, İsa Qəmbər başqanlıqda qalacaq, bu mümkün deyil. İsa Qəmbər dəfələrlə öz fikrini izah edərək bəyan edib ki, mən nizamnaməni poza bilmərəm. Əgər bu gün Musavat Partiyasında doğrudan da İsa bəyin başqanlıqda qalmasını istəyənlər varsa, daha mənim sözüm yoxdur. Musavat yüz ilin partiyasıdır, güman edirəm ki, yüzillik bir partiyaya başqanlıq edən İsa Qəmbər özündən sonra bu partiyanı elə İsa Qəmbər kimi idarə edə biləcək ən azı 5-6 perspektivli kadr hazırlamamış olmaz. Bir də ki, İsa bəyin yenidən başqanlıqda qalmasını istəyənlər əslində İsa bəyə hörmət yox, sadəcə, gələcəkdə bu partiyanı daha da gücləndirmək əvəzinə tənbəllik edənlərdir.
- Mirzə, gələcək planlarınız nədir?
– Gələcək planlarım haqda mənə əvvəlcədən danışmaq nəsə düşmür. Bir vaxtlar dedim ki, üç yeni kitabımın nəşri olacaq, amma nəşr evi əvvəl razılıq verdisə də sonra verdiyi sözün arxasından qaçdı. Həyat yoldaşım illər uzunudur ki, axşam mən evə gələndə deyir: – A kişi, gəl bir az da bu ailəmizin problemlərindən danışaq daaa… Mən də adəti üzrə həmişə demişəm ki, arvad, çox yorğunam, səhər Allah qoysa yuxudan qalxaq, söhbət edərik. Səhərlər də yuxudan qalxıb bir stəkan çay içəndən sonra evdən çıxırdım. Yoldaşım arxamca deyirdi ki, bəs noldu, səhər söhbət edəcəkdik. Mən də: – Axşam, axşam deyib çıxıb gedirdim. Çünki bilirdim ki, ailə probleminin çözülməsi sonluğu pul-paraya gətirib çıxaracaq, o da müşkül məsələdir. Hər halda hər bir insanın öz gələcək planları olduğu kimi mənim də öz arzularım var. Bu arzuları gerçəkləşdirmək üçün gərək işıqlı yollar da açıq olsun və azadlığa çıxa bilək. Deməliyəm ki, azadlığa çıxmaq üçün əvvəlcə o işıqlı yolun səmtini tapmalıyıq. Hər ikisi öz əlimizdədir. Heç kim bizə kənardan bunu verməyəcək.
Onsuz da gələcək cənclərindir, gəlin onların payına düşən bu zaman bölgüsünə əl vurmayaq. Gənclərə uğurlar arzulayaq, elə bir uğur ki, bir zamanlar onlar da geriyə boylananda özlərindən arxada qalan ləpirlərindən zövq ala bilsinlər.

Gunxeber.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28
“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17
Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06
Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05
Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55
Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40
Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30
Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02
Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00
İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58
"Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58
Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43
Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17
Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11
11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10
Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08
Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05
Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04
Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01
Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00
Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58
“Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55
Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51
Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48
Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43
ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40
"Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37
Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34
"Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31
“Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20
Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14
Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11
“Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” - Bloomberg
Bu gün, 12:08
Tramp-Putin görüşü HARDA OLACAQ? - BAKIDA?
Bu gün, 12:04
Paşinyan yaxın zamanda istefa verəcək – Ağazaryan
Bu gün, 12:00
Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi - ODUR Kİ...
Bu gün, 11:59
Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: - "Səhhətim normaldır..."
Bu gün, 11:57
Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
Bu gün, 11:56
Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard - KİV
Bu gün, 11:55
Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq! - NƏ BAŞ VERİR?
Bu gün, 11:54
Vasif Talıbov üçün özəl gün: - General oğlu fotolarını paylaşdı
Bu gün, 11:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru