"Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" .....                     Belarus Azərbaycana yeni səfir təyin edib .....                     Bayden Paşinyanı yeni tələyə salır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub .....                     Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir .....                     11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı .....                     Gəncə Ekoloji Park Kompleksində .....                     Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var .....                     Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb .....                     Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib .....                     Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... .....                     Paşinyan Rusiyadan .....                     “Azəriqaz” Qarabağ Qazisinə qarşı... .....                     Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı .....                     Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... .....                     Polisə rüşvət verən azərbaycanlı .....                     ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir .....                     "Aygünlə Röya yox, Hiss?" .....                     Afiəddin Məmmədova hökm oxunub .....                     "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... .....                     AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” .....                     “Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” .....                     Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... .....                     Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? .....                     Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib .....                     “Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” .....                     Tramp-Putin görüşü HARDA OLACAQ? .....                     Paşinyan yaxın zamanda istefa verəcək .....                     Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi .....                     Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: .....                     Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib .....                     Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard .....                     Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq! .....                     Vasif Talıbov üçün özəl gün: .....                     Polis Sənan Əsədzadə ilə bağlı ARAŞDIRMALARA BAŞLADI .....                     Şərurda `BUZ DÖVRÜDÜR`: Camaat soyuqdan donur... .....                     Yeni supernazirlik gerçəyə çevrilir .....                     Tramp seçilməsəydi, mühakimə olunacaqdı .....                     Azərbaycan nəqli sabah bərpa edəcək .....                     Gəncəyə yönləndirilən sərnişinlər üçün XÜSUSİ REYS .....                 

QUBA ÜSYANINDAN GERİYƏ QALAN ŞÜBHƏLƏR
Tarix: 2-03-2012, 18:21 | Çap et
QUBA ÜSYANINDAN GERİYƏ QALAN ŞÜBHƏLƏR

NƏDƏN QOLUZORLU HAKİMİYYƏTİMİZ QUBA SAKİNLƏRİNƏ “ƏSİR DÜŞDÜ”?

Martın 1-də Qubada kütləvi etiraz aksiyası keçirildi. Özlərini təhqir olunmuş hesab edən rayon sakinləri dövlət qurumlarına tabe olmayıb əvvəl icra hakimiyyətinin binasının bir hissəsini, sonra da icra başçısı Rauf Həbibovun şəhərdəki və kənddəki evlərini yandırdılar. Etirazçıların əsas hissəsi-minlərlə insan başçının şəhərin Heydər Əliyev prospektindəki evinin qarşısına toplaşmışdılar.

Ərazidə kifayət qədər daxili qoşunlar və polis olsa da onlar əsasən baş verənləri müşahidə etməklə kifayətlənirdilər. Etirazçılar həyətdəki yarımçıq tikililərin, hasarların üstünə çıxıb «Azadlıq», «İstefa», «Quba» və sair şüarlar səsləndirirdilər. Yanan evin tüstüsü ətrafı götürmüşdü. Bir qrup gənc icra başçısının həyətində hələ tikilib qurtarmamış yeni evin üstünə qalxaraq ora Azərbaycanın bayrağını sancdılar. Onlar bunu öz qələbələrinin təsdiqi kimi dəyərləndirirdilər.

POLİSİN MÜŞAHİDƏÇİLİYİ...

Aşağıda isə daxili qoşunlar və polis əhalini odda yanmaqdan, mümkün partlayışda xəsarət almamaqdan qorunmağa çağırırdılar. Başqa heç nə. Adətən istənilən aksiyanı uğurla dağıdan Azərbaycanın güc strukturları burada nədənsə öz bacarıqlarını nümayiş etdirmirdilər. Halbuki, aksiyanı dağıtmaq üçün onların ciddi əsasları var idi. İcra başçısının evi getdikcə daha çox alovlanır, qonşu evləri də təhlükəyə məruz qoyurdu. Eləcə də minlərlə etirazçının başqa radikal qərarlar qəbul edə biləcəkləri də istisna deyildi. Amma nəinki aksiyanı dağıtmağa, heç yanan evi söndürməyə də ciddi cəhd edilmirdi.

Hasarın üstündə Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı gözə dəyirdi. Onlar da arada bir evdən qalxan alova bir az su vurduqdan sonra dayanıb nəsə düşünürdülər.

Bir sözlə, polis və digər strukturlar camaatla birgə dayanıb evin necə yandığını seyr edirdilər.

Ərazidə yanğınsöndürən maşınlar yox idi. Sakinlər deyirdilər ki, bir qrup etirazçı küçənin başında yolu kəsib yanğınsöndürən maşınları ora buraxmır.

...HƏRƏKƏTSİZ ƏSGƏRLƏR

Amma nədənsə yanğınsöndürən maşınların buraxılmadığı əraziyə aksiyada saxlanıla biləcək adamların yığılması üçün nəzərdə tutulan xüsusi avtobuslar çox asanlıqla daxil olub öz zamanlarını gözləyirdilər.

Bir neçə saatdan sonra artıq aksiya iştirakçıları səkiyə qədər kənarlaşdırılmışdılar. Bayaqdan şüarlar qışqıran, icra başçısının evinin əşyalarını çıxardıb küçəyə tökən kütlə, indi yolun kənarında-səkidə müşahidəçi mövqeyində dayanmışdı. Aksiya iştirakçılarının qarşısında düzülmüş qalxanlı, dəyənəkli əsgərlərdən başqa küçə boyu düzülən maşınlarda da yetərincə əsgər var idi. Amma hamısı hərəkətsiz.

Rayonda internet işləmirdi. Hansı internet kluba baş çəkdimsə, ya bağlı idi, ya da şəbəkə yox idi. Niyə belə olduğunu soruşanda deyirdilər ki, dünən axşamdan-yəni aksiyadan bir gün əvvəldən internet yox dərəcəsindədir. Eyni sözü mənə internet kursları təşkil olunan ofislərdə də dedilər.

POLİSİN XƏBƏRDARLIĞI

Bir neçə saat sonra artıq icra başçısının evinin yanmasını seyr etməkdən yorulmuş aksiya iştirakçılarının böyük bir hissəsi Quba rayon polis şöbəsinə tərəf axışdı. Xeyli məsafə qət etməli olan aksiya iştirakçılarına yenə də heç kim mane olmurdu. Daxili qoşunların əsgərlərini daşıyan hərbi maşınlar sakitcə onların ardınca eyni istiqamətdə gedirdilər. Yenə də müşahidəçi qismində. Əhali polis şöbəsinə səhər aksiya zamanı saxlanılanları azad etmək üçün gedirdi. Getdilər, çatdılar və tələblərini də dedilər. Onları qarşılayan polis şöbəsinin yüksək rütbəli əməkdaşları əvvəl dağılışmalarını xahiş etsələr də, sonradan etirazçılara ciddi xəbərdarlıq da etdilər: «Ağlınız İcra Hakimiyyətinin binasına, yaxud başçının evinə getməsin. Bura bizim evimizdi, artıq hərəkət olsa, hamınızı bir -bir yığıb içəri salacağıq».

Aydın görünürdü ki, polis etirazçılarla istədiyi vaxt xahiş, istədiyi vaxt tələblə danışa bilir.

CAVABSIZ SUALLAR

Onu da deyim ki, belə situasiyalarda bir sıra suallar cavabsız qalırdı: Doğrudanmı Qubada ilk baxışdan göründüyü kimi vəziyyət nəzarətdən çıxmışdı, ya əhali lazım gəldikdə idarə edilə bilirdi?

Şəhərdə heç bir xüsusi vəziyyət hiss olunmur, hansısa postlar gözə dəymirdi. Halbuki, aksiya ilə bağlı şəhərə kənardan xeyli qüvvə cəlb olunduğu göz qabağında idi və bu proses davam edirdi. Polis şöbəsinin yaxınlığında aksiyaya qarşı qoyulacaq maşın, texnika da yetərincə idi. Və sonradan məhz onların vasitəsilə etirazçıları polis şöbəsinin yaxınlığında istənilən məsafəyə qədər uzaqlaşdırdılar da.

Bütün bunların fonunda mediaya mümkün qədər şərait yaradılır, çəkilişlərə mane olunmurdu.

NİYƏ ZİYA MƏMMƏDOV?

Aksiya iştirakçıları, eləcə də polisin dilindən arabir deputat Vahid Əhmədovun və nəqliyyat Naziri Ziya Məmmədovun adları eşidilirdi. Hər iki şəxsin rayonda olduğunu bilməyən yox idi. Amma bu məsələ də xarakter etibarı ilə açıq qalan sualların sayını artırırdı:

Əgər Vahid Əhmədov Qubadan deputat seçildiyi üçün belə bir vaxta özünü rayona çatdırmışdısa, bəs nəqliyyat naziri Ziya Məmmədov hansı səbəbdən orada idi? Hansı rəsmi əsasla nazir Qubada baş verənlərə səbəb olan hadisəyə görə əhalidən üzr istəyirdi? Axı camaatın dediyinə görə, onları icra başçısı təhqir etmişdi.

Nədən prezident belə bir qısa zamanda Quba rayon icra başçısını vəzifəsindən azad etdi? Axı ölkənin digər rayonlarının da icra başçılarından yetərincə narazılıqlar var.

QUBALILARI MEYDANA ÇIXARAN AMİL

Qubalılar deyirdilər ki, onların heysiyyəti ilə oynamaq olmaz. Hökumət vətəndaşına sahib çıxmasa xalq özü məsələni çözəcək.

Doğrudanmı hakimiyyət Qubada geri çəkildi?

Qubalılar həmin gün öz bayraqlarını-yəni Azərbaycanın bayrağını icra başçısının evinin üstünə sancmaq istədilər və sancdılar. Maraqlıdır, görəsən bunu bacarmaqda onlara kömək edən hansı amil idi?

İcra başçısının işlətdiyi ifadələr, istənilən vaxt sıradan çıxardıla bilən internet, polis şöbəsinin qarşısından kənarda aksiyaçılarla mülayim davranan polis, ya illərdir yığılıb qalan sosial problemlər?

Amma hansı səbəbdən olursa olsun, martın birində Qubada kimin qalıb, kimin gedəcəyini hakimiyyət yox, yerli əhali diqtə edirdi... Yəni sakinlər açıqca deyirdi ki, icra başçısı vəzifəsindən getməsə sakitləşən deyillər. Və sonda belə də oldu...

Murad TƏHMƏZOV DİA.AZ - QUBA ÜSYANINDAN GERİYƏ QALAN ŞÜBHƏLƏR










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58
Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43
Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17
Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11
11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10
Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08
Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05
Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04
Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01
Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00
Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58
“Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55
Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51
Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48
Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43
ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40
"Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37
Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34
"Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31
“Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20
Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14
Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11
“Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” - Bloomberg
Bu gün, 12:08
Tramp-Putin görüşü HARDA OLACAQ? - BAKIDA?
Bu gün, 12:04
Paşinyan yaxın zamanda istefa verəcək – Ağazaryan
Bu gün, 12:00
Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi - ODUR Kİ...
Bu gün, 11:59
Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: - "Səhhətim normaldır..."
Bu gün, 11:57
Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
Bu gün, 11:56
Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard - KİV
Bu gün, 11:55
Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq! - NƏ BAŞ VERİR?
Bu gün, 11:54
Vasif Talıbov üçün özəl gün: - General oğlu fotolarını paylaşdı
Bu gün, 11:51
Polis Sənan Əsədzadə ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:48
Şərurda `BUZ DÖVRÜDÜR`: Camaat soyuqdan donur... - "Gündüzlər nisbətən istilik olsa da..."
Bu gün, 11:46
Yeni supernazirlik gerçəyə çevrilir - zərurət və gözlənti
Bu gün, 11:42
Tramp seçilməsəydi, mühakimə olunacaqdı - HESABAT
Bu gün, 11:40
Azərbaycan nəqli sabah bərpa edəcək - Bolqarıstan
Bu gün, 10:41
Gəncəyə yönləndirilən sərnişinlər üçün XÜSUSİ REYS - AÇIQLAMA
Bu gün, 10:39
Suriyanın xarici işlər və müdafiə nazirlərinin Türkiyəyə səfəri gözlənilir - "TRT HABER"
Bu gün, 10:37
Petrosyanla Paşinyanın dostluğu niyə pozuldu? - “İravunk”
Bu gün, 10:15
Tanınmış vəkilin hesabları ələ keçirildi: Onun adından pullar yığılır - VİDEO
Bu gün, 10:04
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı? - İLGİNC...
Bu gün, 10:02
"Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz?" - NARAZILIQ VAR...
Bu gün, 09:53
Bu il Ermənistan üçün çətin və mürəkkəb keçəcək - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
"Bütün rayonlardan yalnız bir istiqamətə... - Bakıya doğru axın davam edir"
Bu gün, 09:47
Avropa "missiyası" iki il də Ermənistanda qalmaq istəyir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:45
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı QƏRAR
Bu gün, 09:39
Geologiya və Geofizika İnstitutunun şübhəli satınalmaları... - "Akademik təsadüf", yoxsa...
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru