"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                 

ÇƏTİRALTI SÖZ... - NƏ BAŞ VERİR?
Tarix: 20-02-2025, 10:42 | Çap et
ÇƏTİRALTI SÖZ...
Fevralın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. Görüşün əsas mövzusu iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi və Ukraynanın ərazi bütövlüyü məsələsi olub. Zelenski görüşdə dəfələrlə Türkiyənin Ukraynaya verdiyi dəstəyin vacibliyini vurğulayıb və bu dəstəyin həm regionda, həm də beynəlxalq aləmdə sabitlik və təhlükəsizliyin qorunmasında mühüm rol oynadığını qeyd edib.

“Türkiyə Ukrayna böhranının sülh yolu ilə həllinə dair Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə mümkün danışıqlar üçün ideal məkandır”. Bu sözləri isə Türkiyə lideri səsləndirib.

"Türkiyə qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında mümkün danışıqlar üçün ideal yerdir", - Ərdoğan xüsusilə qeyd edib.

Dövlət başçısı bildirib ki, Zelenski ilə görüşdə o, Türkiyənin danışıqlar prosesini davamlı sülhlə başa çatdırmaq üçün hərtərəfli yardım göstərməyə hazır olduğunu vurğulayıb. Ərdoğan Rusiya ilə Ukrayna arasında “çox sayda günahsız insanın ölümünə və böyük dağıntılara səbəb olan” müharibənin dərhal dayandırılmasının zəruriliyini bəyan edib: “Sülhün əldə edilməsində uduzan yoxdur, indi bütün dünya birliyi Rusiya ilə Ukrayna arasındakı müharibədə sülhün əldə olunmasını gözləyir”.

Eyni zamanda Ərdoğan Ukraynanın ərazi bütövlüyü və suverenliyinin Türkiyə üçün əvəzsiz şərtlər olduğunu vurğulayıb.

Yerli və beynəlxalq analitiklər hesab edirlər ki, Zelenskinin Türkiyə səfəri ABŞ və Rusiya arasında gedən danışıqlara olan narahatlıqdan irəli gəlir. Bildirilir ki, ABŞ və Rusiya arasında aparılan danışıqların Ukraynasız baş tutması Zelenskinin narahatlığını artıran əsas faktor olub. Ekspertlərin qənaətincə, Ukrayna bu sövdələşmələrdən kənarda qaldıqca ölkə üzərindəki təzyiqlər daha da artacaq. Zelenski Ərdoğanın ABŞ Prezidenti Donald Trampla olan münasibətini göz önündə tutaraq, Türkiyə ilə əlaqələri gücləndirmək istəyir.

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran Kahramanmaraş Sütçü İmam Üniversitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor, azərbaycanlı analitik Toğrul İsmayıl deyib ki, məsələni 2022-ci ildən sonraya yox, müharibənin əslində başladığı 2014-cü ildən sonraya baxaraq şərh etmək lazımdır:

- Həmin dövrdə əslində Qərb dövlətləri Krım və Donetsk bölgəsinin Rusiya işğalında olmasına o qədər də ciddi yanaşmırdılar. Hesab edirəm ki, Rusiyanın ən böyük səhvi 2022-ci ildə hücuma keçməsi və Kiyevi də ələ keçirmək istəyi oldu. Bu, əslində Moskva üçün oyun idi və bu oyuna gəldi. Son üç ildə gedən müharibə Ukraynanın və Rusiyanın hərbi gücünün nə qədər olduğu, xüsusilə də rusların, müharibəyə nə qədər hazır olduğu suallarına aydınlıq gətirdi. Eyni zamanda, Qərbin də yanaşmasının nə olduğu açıq şəkildə bilindi. 2014-cü ildən 2022-ci ilədək Ukrayna istər ABŞ-ın, istərsə də Avropanın dəstəyi ilə müharibəyə hazırlaşdırıldı. Təbii ki, Ukrayna Rusiya qədər hərbi gücə sahib deyil. Lakin unutmaq olmaz ki, Rusiyanın 11 ildə Ukraynanın 20 faiz ərazisini işğal etməsi o qədər də Moskva üçün uğurlu deyil. Söhbət Ukrayna və Rusiyanın hərbi gücünü müqayisə etdikdə gəlinən nəticədən gedir. Rusiyanın hazırkı vəziyyəti də göz qabağındadır. Şimali Koreya ilə hərbi müttəfiqlik yaratdı, koreyalıları orduya cəlb etdi. Eyni zamanda, İranla hərbi müttəfiqliyə can atır, Tehrandan dronlar alır və s. Bəli, Rusiya üçün qazanc az olsa da, bu, Ukrayna üçün böyük itkidir. Həmçinin müharibə Ukrayna ərazisində getdiyi üçün çox böyük itkiləri var. Lakin demək istədiyim odur ki, Rusiya da çöküş astanasındadır. Bu gün Rusiyaya atəşkəs vacibdir. Bunun üçün müəyyən güzəştlərə də getməyə hazırdır. Belə vəziyyətdə ABŞ isə, daha doğrusu, Donald Tramp adminstrasiyası iqtisadi oyun oynayır. Vaşinqton indi Ukraynasız danışıqlara getməklə Rusiyadan nə qopara biləcəyini dəyərləndirir. Tramp məsələni alver predmetinə çevirir. Qarşıdakı müddətdə isə daşlar yerinə oturacaq. Məsələ heç də sadə deyil. Zelenskinin Türkiyəyə səfəri və verilən bəyanatlar isə əslində ABŞ və Rusiyaya bir mesajdır.

- Türkiyə mesajı budur ki, alverə imkan verməyəcək?

- Məsələ ABŞ-Rusiya alverinə imkan verməməkdə deyil. Avropanın göbəyində olan bir münaqişə ilə bağlı Türkiyə olmadan, ümumilikdə Avropa olmadan müzakirə aparmaq, hansısa razılaşmalar əldə etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, Türkiyə də bir Avropa ölkəsidir. Eyni zamanda, Ukrayna Türkiyənin dəniz qonşusudur, eyni region ölkələridirlər.Eyni zamanda, söhbət Ukraynadakı münaqişədən gedirsə, Ukraynasız bu münaqişəni həll etmək mümkün deyil. Bilirsiniz, Qara dəniz bölgəsindəki problemi Türkiyəsiz həll etmək mümkündürmü? Əlbəttə, mümkün deyil. Türkiyənin də, Ukraynanın da mesajı məhz budur. Zelenski bunu yaxşı başa düşür və ABŞ-Rusiya danışıqları gedən vaxt gəldiyi yer Ankara oldu.

- Zelenski Ankaradan bu dəstəyi aldımı?

- Türkiyənin, liderinin mövqeyi konkretdir: Ukraynanın ərazi bütövlüyü təmin olunmalıdır, suverenliyi saxlanılmalıdır. Yəni Ankaranın münaqişənin ilk başından tutduğu mövqe dəyişməyib. Ərdoğanın Zelenski ilə görüşündə Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin Ankara tərəfindən dəstəkləndiyini bəyan etməsi hesab edirəm ki, ABŞ-dan çox Rusiyaya verilən mesaj idi. Çünki Amerikanın bu məsələlər çox da marağında deyil. Vaşinqton üçün önəmli olan Donetsk bölgəsi də daxil olmaqla, sərbəst ticarət ərazisinin yaradılması, Ukraynanın da təbii sərvətlərini öz istəklərinə uyğun istifadə etməkdir.

- Bundan sonrakı prosesləri necə proqnozlaşdırmaq olar?

- Hesab edirəm ki, ABŞ-Rusiya, Avropa-Rusiya münasibətlərində yeni dönəmin başlanğıcıdır. Bu, müharibənin bitməsi anlamına gəlmir. Bəlkə də ilkin olaraq, keçici atəşkəs əldə olunsun. Yəni tərəflər bəlli bir nöqtədə qalırlar və atəşkəs əldə edilir. Bir növ, münaqişə dondurulur. Atəşkəs isə müharibənin bitməsi demək deyil. Baxın, 2014-cü ildə də atəşkəs oldu, münaqişə donduruldu, lakin 2022-ci ildə yenidən alovlandı. Ola bilər ki, yenə də atəşkəs olacaq və sülh sazişi üçün uzunmüddətli danışıqlar başlayacaq. Sülhü əldə etmək isə elə də sadə deyil.

- Rusiya-Ukrayna müharibəsində atəşkəs əldə edilməsi üçün ilk danışıqlar İstanbulda olmuşdu. Ərdoğan Zelenski ilə görüşündə bir daha bəyan etdi ki, Türkiyə ideal ev sahibidir. Ola bilərmi ki, yenidən Kiyev-Moskva görüşü və danışıqları Türkiyədə baş tutsun?

- Əslində Türkiyədə görüş, müzakirələr daha səmərəlidir. Məsələn, əvvəl Antaliyada forumda, daha sonra İstanbulda Kiyev-Moskva müzakirələri oldu. Hətta İstanbuldakı görüş daha uğurlu olmuşdu. “Taxıl sazişi”nə nail olunmuşdu. Düzdür, sonra Qərb dövlətlərinin təhriki ilə müəyyən razılaşmalar vardısa da, sonradan gündəmdən düşdü və müharibənin qaynar fazası davam etdi. Demək istəyirəm ki, doğrudan da Türkiyə danışıqlar üçün ideal yerdir. Bura həm Rusiyanın, həm də Ukraynanın qəbul edəcəyi meydandır. Amma Tramp yenə də iqtisadi zehniyyətlə müzakirə platforması kimi Səudiyyə Ərəbistanını seçib. Bunun səbəbi də oldur ki, ABŞ-la Səudiyyə arasındakı yaxşı münasibətlərdir. Eyni zamanda, Səudiyyənin neft ticarəti baxımından Rusiya ilə də münasibətləri normaldır. Lakin Zelenski Səudiyyədə danışıqlardan imtina etdi. Belə olan halda, Türkiyədə danışıqlar aparılması mümkündür. Yenə təkrar edirəm, Avropadakı münaqişəni Avropasız müzakirə etmək, nəticə əldə etmək mümkün deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru