Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                 

Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Tarix: 2-02-2025, 09:45 | Çap et
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək?
ABŞ prezidenti Donald Trampın Qəzza zolağını "təmizləmək" və fələstinliləri qonşu ölkələrə köçürmək təklifi müttəfiqlər və ərəb dövlətləri tərəfindən tənqid olunub və rədd edilib.

Ekspertlərin fikrincə, Qəzzanın 2.3 milyonluq əhalisinin məcburi şəkildə Misir və İordaniyaya köçürülməsi regionu qeyri-sabitliyə sürükləyə və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll perspektivlərini məhv edə bilər.

Lakin eyni zamanda qeyd olunur ki, bu radikal təklif dünyanın ən çətin münaqişələrindən birinə həll tapmaq məsuliyyətini regiondakı ABŞ müttəfiqlərinin üzərinə qoya bilər.

Londonda yerləşən "Chatham House" beyin mərkəzinin Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Sənəm Vəkil bildirib ki, Tramp Qəzza və İsrail mövzusunda son dərəcə həssas bir məsələdə ən radikal mövqeni tutur. Onun sözlərinə görə, "Tramp ABŞ-dən yardım və təhlükəsizlik baxımından asılı olan əsas müttəfiqlərə təzyiq göstərməklə yükün və məsuliyyətin bölüşdürülməsi hədəfinə nail olmağa ümid edir".

İki-dövlətli həll yolunun gələcəyi
Vaşinqton onilliklərdir ki İsraillə yanaşı, müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan iki dövlətli həll yolunu dəstəkləyir.

Lakin sərhədlər, yaşayış məntəqələri və Qüdsün statusu ilə bağlı dərin fikir ayrılıqları israillilər və fələstinlilər arasında irəliləyişə mane olub.

Fələstinlilər gələcək Fələstin dövlətinin Qəzza zolağını da əhatə etməsində israrlıdırlar. Buna görə də Trampın təklifi təkcə tənqidçilər deyil, Almaniya da daxil olmaqla ABŞ-nin müttəfiqləri arasında da narahatlıq yaradıb.

ABŞ-də yerləşən "Eurasia Group"un baş analitiki Qreqori Bryu deyib ki, Tramp hələ də İsrail-Fələstin münaqişəsinin gələcək həlli barədə aydın mövqe bildirməyib. "Lakin əgər ABŞ siyasəti fələstinlilərin Qəzzadan köçürülməsinə yönəlirsə, bu, müsbət irəliləyiş üçün məhdud imkanların olduğunu göstərir",- baş analitik əlavə edib.

Hazırda Qəzza sakinlərinin çoxu köçkün vəziyyətindədir və Fələstin anklavının böyük hissəsi İsrailin HƏMAS-a qarşı apardığı 15 aylıq dağıdıcı müharibə nəticəsində məhv edilib. Bu müharibə 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə gözlənilməz ölümcül hücumu ilə başlayıb.

İsrail və HƏMAS arasında döyüşlər yanvarın 15-də əldə edilən atəşkəs razılaşması çərçivəsində altı həftəlik dayandırılıb. Bu, müharibənin daimi dayandırılmasını, eləcə də Qəzzanın bərpasını nəzərdə tutan çoxmərhələli atəşkəs razılaşmasıdır.

Tramp yanvarın 25-də irəli sürdüyü təklifində Qəzza sakinlərinin mümkün köçürülməsinin müvəqqəti və ya uzunmüddətli ola biləcəyini bildirib.

Təl-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Eldad Şavitin fikrincə, İsrailin radikal sağçıları arasında fələstinlilərin Qəzzadan köçürülməsinə geniş dəstək var: "Onlar İsrailin bu ərazini işğal edib yeni yaşayış məntəqələri inşa edə biləcəyini düşünürlər".

Tramp fikirlərini ABŞ-nin regiondakı mühüm müttəfiqləri, böyük həcmdə yardım alan İordaniya və Misirlə paylaşdığını deyib. Lakin hər iki ölkə mülki əhalinin məcburi köçürülməsi ilə bağlı hər hansı addıma açıq şəkildə etiraz edib.

E.Şavit bildirib ki, İordaniya və Misirin təklifi qəbul etmələrini gözləmək "ağlabatan deyil", çünki onlar artıq 1948-ci ildə İsrailin yaradılması və 1967-ci ildəki Ərəb-İsrail münaqişəsi nəticəsində köçkün düşən milyonlarla fələstinlini sığındırıb.

Onun sözlərinə görə, bu ölkələrin daha çox qaçqın qəbul etməsi onların sabitliyi üçün böyük bir risk ola bilər.

Ekspertlər deyirlər ki, Qəzza sakinlərinin köçürülməsi və nəticədə müstəqil Fələstin dövlətinin perspektivlərinin məhv edilməsi İsrail ilə regional güc olan Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq cəhdlərini də əngəlləyə bilər.

"Bunun Körfəz regionunda, xüsusən də Səudiyyə Ərəbistanında müsbət qarşılanacağını gözləmirəm, çünki Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin dövlətinin yaradılmasında müsbət irəliləyişi İsrail ilə normallaşma üçün bir şərt kimi qoyub", - "Eurasia Group"un baş analitiki Q.Bryu deyib.

Son illərdə bir neçə ərəb dövləti ABŞ tərəfindən vasitəçilik edilən "İbrahim razılaşmaları" çərçivəsində İsraillə münasibətləri normallaşdırıb.

"Status-kvonu dəyişdirmək lazımdır"
Ekspertlər deyirlər ki, Vaşinqtonun müttəfiqləri və ərəb ölkələri arasında Trampın təklifinə qarşı sərt etiraz təklifin reallaşdırılmasının qeyri-mümkün olduğunu göstərir.

Q.Bryunun fikrincə, Trampın "hazırlıqsız şəkildə" etdiyi şərhlərdən çox mənalar çıxarmamaq lazımdır.

E.Şavit isə qeyd edib ki, Tramp böyük düşünməyi xoşlayır və o, öz müşavirləri ilə birlikdə status-kvonu dəyişdirməyə çalışa bilər. Onun məqsədi regiondakı tərəfləri münaqişəni çözmək üçün addım atmağa təhrik etməkdir.

"O, tərəfləri elə bir şəkildə silkələmək istəyir ki, onlar özləri üçün qəbul edib yaşaya biləcəkləri bir həll yolunu düşünsünlər", - israilli tədqiqatçı əlavə edib.

Şavitin fikrincə, "Tramp yeni bir Yaxın Şərq istəyir; o, Səudiyyə Ərəbistanının "İbrahim razılaşmaları"na qoşulmasını istəyir. Tramp regionda sülh yaradan və bunun üçün Nobel Sülh Mükafatını alan biri kimi görünmək istəyir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru