İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                 

Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Tarix: 24-01-2025, 07:27 | Çap et
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır?
Tramp Ukraynadakı müharibənin dayandırması üçün Putinə “kökə və kötək” seçiminə bənzər təklif irəli sürür. İlk diqqətçəkən məqam ultimatum xarakterli çağırışın niyə sosial media üzərindən edilməsidir: bu, pərdəarxası danışıqlarda nəticənin əldə edilməməsindən qaynaqlana bilər.

Trampın prezident seçilməsindən sonra Moskva və Vaşinqton arasında qeyri-rəsmi danışıqların aparıldığı, gizli təmasların qurulduğuna dair məlumatlar vardı. Hətta Rusiya nümayəndə heyətinin Vaşinqtona getdiyi, müzakirələrin davam etdiyi deyilir. Kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış “Intelligence Online” saytının iddialarına görə, qapalı təmaslarda Trampın andişməsindən bir ay sonra – fevral ayında Putinlə görüşün keçirilməsi və müharibənin bitirilməsi üzərində razılaşma əldə edilib. Hətta qarşıdakı həftələrdə ABŞ və Rusiya nümayəndələrinin Vaşinqtonda yenidən görüşəcəyi deyilir.

Qapalı təmasların davam etdiyi vaxt Trampın Putinə ultimatum verməsinin səbəbi tərəflərin razılaşa bilməməsidir. Danışıqlar masasında müzakirə edilən variantla bağlı müəyyən ehtimallar irəli sürmək mümkündür:

- Rusiyanın Ukraynada işğal etdiyi ərazilər üzərində nəzarəti de-fakto qəbul edilir; Kiyev təhlükəsizliyin verilməsi şərti ilə buna razılaşır, Trampın “Zelenski danışıqlara razıdır, Putin yox” sözləri, eləcə də Zelenskinin də “güclü təhlükəsizlik qarşılığında diplomatik yolla gedə bilərik” açıqlaması da bu fikri ön plana çıxarır;

Rusiyanın istəkləri isə təkcə Ukraynada işğal edilən ərazilər üzərində nəzarətin tanınması ilə yekunlaşmır. İstisna deyil ki, Moskva Ukrayna müharibəsindən öncə ABŞ/NATO-ya təqdim etdiyi “paket tələblərin” – NATO-nun genişlənməməsi, Ukraynanın Qərb və Rusiya arasında “tərəfsiz” bölgə olması və s. - müəyyən korrekt edilmiş formada olsa da, qəbul edilməsini istəyir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun Putin-Tramp görüşünün təşkili ilə bağlı “Vaşinqtondan daha aydın və konkret bir şey eşidəndə, qrafikləri və təşkilati məsələləri koordinasiya etməyə başlayacağıq” açıqlaması da o deməkdir ki, ABŞ ruslara istədiklərini vermək niyyətində deyil.

Tramp Rusiyanı məcbur etmək üçün Ukraynanı silahlandırmaq və müharibə meydanında dirəniş göstərmək xəttini dəstəkləmir, əvəzində sanksiyaları genişləndirməyi planlaşdırır. Rusiya ABŞ-ın indiyə qədər tətbiq etdiyi sanksiyalar qarşısında “ölməyib”, lakin “ölümcül zərbə” hesab edilən enerji sektoruna qarşı addımların gücləndirilməsi Moskvanı çətin vəziyyətə sala bilər. Trampın Davosdakı çıxışı - neft qiymətlərini aşağı salmaq hədəfi bunun anonsudur. Bu baxımdan, Rusiyanın Ukraynadakı ələ keçirdiyi ərazilər üzərində nəzarətin saxlanılması şərti ilə razılaşmanı qəbul etməsi ehtimalı bu dəfə daha güclü görünür.

Müharibənin indi dayanması bütün tərəflərə sərfəli görünür:

- Moskva iqtisadi və hərbi itkilər fonunda mövcud nəticələri “qələbə” kimi təqdim edə bilər: “Röyters”in mənbələrdən əldə etdiyi məlumatlara görə, Kremldə “xüsusi əməliyyatın” hədəfinə çatdığı və razılaşmanın mümkünlüyü fikri ön plana çıxır;

- Kiyev Kursk da daxil olmaqla Rusiyanın dərinliklərinə zərbələr endirsə də, bu, cəbhədəki vəziyyəti dəyişmək üçün yetərli olmadı: mövcud vəziyyətdə, xüsusilə Tramp Amerikasının yardımları dayandırması fonunda təhlükəsizlik qarantı əldə etməklə müharibəni dayandırmaq mümkün çıxış yolu kimi görünür;

- Ukrayna müharibəsini bitirmək Tramp Administrasiyasının təkcə “nəticə” əldə etməsi baxımından yox, növbəti hədəfə - İrana fokuslanması üçün də əhəmiyyətlidir.

Mümkün danışıqlar masasının qurulmasına qədər ABŞ-Ukrayna-Rusiya xəttində sərt ritorikanın müşahidə ediləcəyi gözləniləndir. Bu, danışıqlarda istədiyini almaq üçün prosesə “yüksək hədəflə” daxil olmaq gedişinə də bənzəyir.

Asif Nərimanlı - "DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Putin İrana gedəcək
Dünən, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Dünən, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Dünən, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Dünən, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Dünən, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Dünən, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Dünən, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Dünən, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Dünən, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Dünən, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Dünən, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Dünən, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Dünən, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru