Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Tarix: 26-12-2024, 16:22 | Çap et
 Ərazi iddiaları yenə gündəmdədir. Bu dəfə müxtəlif dövlətlərə qarşı ərazi iddiasında rolunda çıxış edən Amerika Birləşmiş Ştatlarıdır. Bu ölkənin yeni Prezidenti Donald Trampın iş başına keçmədən müxtəlif dövlətlərə qarşı ərazi iddiaları böyük narahatlıq yaradıb. Kanadanı ABŞ-ın 51-ci ştatına çevirəcəyini deyən Tramp Danimarkaya məxsus Qrenlandiyanı da ələ keçirəcəyini vurğulayıb. Tramp ötən prezidentliyi dövründə Qrenlandiyanı tələb etmişdi. Bu səbəbdən Danimarka-ABŞ münasibətləri gərginləşmişdi. Kanada və Danimarka rəsmiləri Trampın iddialarını rədd ediblər. Heç bir ölkə Amerikanın istəyi ilə ərazisindən imtina etməz. Trampın növbəti hədəfi Panama olub. Foto paylaşımında “ABŞ-a xoş gəldin, kanal” yazan Ağ Evin yeni sahibi bu dəfə Panama kanalına iddiasını ortaya qoyub. Tramp bu sürətlə getsə cənub qonşusu Meksikaya da ərazi iddiası irəli sürəcək. Onsuz da Amerika formalaşdığı illərdə Meksikadan xeyli ərazi qoparıb. Amerikanın ən böyük ştatı Texas vaxtilə Mekskiaya məxsus olub. 1920-ci ildə açılan Panama kanalını ABŞ inşa edib. Tikinti 10 il uzanıb və ağır şəraitdə aparılıb. Tikinti zamanı minlərlə insan həlak olub, bunların içərəsində ABŞ vətəndaşları da olub. Kanal uzun illər ABŞ mülkiyyətində olub, yalnız 1977-ci ildə imzalanan müqaviləyə görə, kanal 1999-cu ildə Panamaya təhvil verilib. Panama dövləti kanalının istifadəsinə görə, hər il milyardlarla dollar qazanır. Bu Panamanın dövlət büdcəsinin əsasını təşkil edir. Bu səbəbdən Trampın “kanal Amerikaya məxsus olacaq” iddiası Panamada narahatlıq doğurmaya bilməz. ABŞ-ın yeni Prezidenti kanalın Panamaya təhvil verilməsini Vaşinqtonun səhv qərarı adlandırıb. Ağ Evin gələcək sahibi Panama dövlətinin kanalının istifadəsinə görə ABŞ şirkətlərindən yüksək tariflər aldığını bildirib. Trampın iddiası Panama kanalından istifadə edən ölkələrin də narahatlığına səbəb olub. Misal üçün hazırda ABŞ-la Çin arasında ticarət müharibələri genişlənib. Pekin narahatdır ki, Panama kanalı ABŞ-ın nəzarətinə keçsə kanaldan istifadə edən Çin ticarət gəmilərinə yüksək tariflər tətbiq olunacaq və ya ümumiyyətlə keçidə məhdudiyyətlər qoyulacaq. Panama dövlətinin Çinlə sıx əlaqələri var. Bu amil Vaşinqtonu narahat edir. Panama dövləti Pekinin xahişi ilə Tayvanla bütün diplomatik əlaqələri kəsib. Buna cavab olaraq Çin Panama dövlətinə yatırımlar həyata keçirib. Çin Panama limanlarından birinin idarə edilməsinə 900 milyon dollar yatırım qoyub. Bundan başqa Çin kanal üzərindən körpü tikintisinə 1.5 milyard dollar xərcləyib. Çin ayrıca, Panama dövlətinə 2 milyard dollar həcmində humanitar yardım edib. Pekin bütün bu xərcləri ona görə həyata keçirib ki, Panama kanalından rahat istifadə edə bilsin, ticarət gəmiləri Çin məhsullarını zamanında son ünvana çatdırsın. Kanal ABŞ-ın nəzarətinə keçəcəyi halda bu Çin iqtisadiyyatına da mənfi təsir edəcək. Bu səbəbdən Pekin Panama dövləti ilə birgə Trampın kanalı sahiblənməsi səylərinə qarşı mübarizə aparacaq.
“Atlas” Araşdırmalar Mərkəzi "DİA-AZ"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22 |
|
|
|
• “Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18 |
|
|
|
• 'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13 |
|
|
|
• “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09 |
|
|
|
• “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06 |
|
|
|
• Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01 |
|
|
|
• “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59 |
|
|
|
• 4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56 |
|
|
|
• Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52 |
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09 |
|
|
|
• PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Dünən, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Dünən, 15:50 |
|
|
|
• Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Dünən, 15:48 |
|
|
|
• Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Dünən, 15:44 |
|
|
|
• Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Dünən, 15:36 |
|
|
|
• Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 15:34 |
|
|
|
• Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Dünən, 15:32 |
|
|
|
|