AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                 

Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Tarix: 23-11-2024, 15:00 | Çap et
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...”
Rusiya-Ukrayna müharibəsi artıq yeni mərhələyə qədəm qoyub. ABŞ Prezidenti Co Baydenin Kiyevə Amerika silahı olan ATACMS-la Rusiyanın dərinliklərindəki hədəflərə zərbə vurmağa icazə verməsi qərarından sonra eskalasiya yüksələn xətlə inkişaf etməkdədir. Qərardan bi gün sonra Ukraynanın ATACMS uzaqmənzilli raketlə Rusiyanın Bryansk vilayətinə zərbələr endirib.

Bu mərhələdə Rusiyanın da cavabı özünü çox gözlətmədi. Rusiya ordusu Ukrayna ərazisinə nüvə başlığı daşıya bilən ballistik raketlə zərbə endirdi. Ukrayna tərəfi Rusiyanın beynəlxalq müqavilələri pozaraq qitələrarası ballistik raketdən istifadə etdiyini bildirsə də, Moskvadan bu təkzib olunub. Rusiya tərəfi qitələrarası ballistik yox, ortamənzilli ballistik raketdən istifadə edildiyini açıqlayıb. Bununla yanaşı, Rusiyadan nüvə silahından istifadə edilə biləcəyini də istisna etməyən bəyanatlar səsləndirilir. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində artıq münaqişənin qlobal xarakter aldığını bildirərək Avropa ölkələrinə təhdidlər yağdırıb.

Baş verənləri AYNA-ya müsahibəsində şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, Rusiya-Ukrayna cəbhəsində aktivliyin səbəbi ABŞ Prezidenti Co Baydenin Kiyevə Amerikanın uzaqmənzilli silahlarından Rusiya ərazilərinin dərinliklərindəki hədəfləri vurmağa icazə verməsidir:

- Baydenin bu icazəni seçkilərdən əvvəl yox, seçkilərdən sonra verməsi bir çox suallara aydınlıq gətirir. ABŞ Demokratlar Partiyası hakimiyyətdən getdiyi vaxt bu qərarı verməklə Ukrayna münaqişəsinə öz töhfəsini vermək niyyətindədir. Hətta məlumatlar var ki, Bayden Trampla seçkilərdən sonra Ağ Evdəki görüşdə bu məsələni müzakirə edib və Trampın diqqətinə belə icazə veriləcəyini çatdırıb.

Bilirsiniz, ATACMS silahları Ukraynada əvvəldən var idi. Bu elə məsələ deyil ki, iki gün əvvəl Bayden qərar verir, dünən ATACMS Kiyevə gətirilir və bu gün də ondan Rusiya ərazisinə zərbə endirilir. Bu, əvvəldən düşünülmüş, nəzərdə tutulan planın tərkib hissəsidir. Ola bilsin ki, Demokratlar Partiyasının namizədi Kamala Harris seçkilərdə qalib gəlsəydi ATACMS-dan Rusiya ərazilərinə atəş açmaq icazəsi bir qədər ləngiyərdi. Əvvəldən planlaşdırılmışdı, “B” variant kimi nəzərdə tutulmuşdu ki, Harris seçkilərdə məğlub olarsa, Kiyevə bu icazə veriləcək. Əsas sual odur ki, bu qərar kimə xeyir, kimə zərərlidir?!

- Bu suala cavabınız maraqlıdır...

- Məncə, bu, Ukrayna üçün xeyirlidir. Ona görə yox ki, Ukrayna bu silahlardan Rusiya ərazisinə zərbə endirməkdə sərbəstdir. Məsələ burasındadır ki, Ukrayna müharibəsi artıq Rusiya-Ukrayna müharibəsi kontekstindən çıxır, münaqişə qloballaşır. Onsuz da müharibə qloballaşmışdı, sadəcə bunun rəsmi təsdiqi yox idi. Yeri gəlmişkən, Ukrayna ordusunun keçmiş komandanı, Britaniyadakı hazırkı səfir Valeri Zalujnı bildirdi ki, artıq Üçüncü Dünya müharibəsi başlayıb. Bu isə o deməkdir ki, müharibə Rusiya-Ukrayna səviyyəsindən çıxıb. Bunun isə əlbəttə, Ukrayna üçün xeyirli nəticələri ola bilər. Artıq qlobal güclər və faktiki olaraq NATO müharibəyə cəlb edilməkdədir. Savaşın nəticəsindən asılı olaraq hər bir güc öz nəsibini alacaq.

- Zalujnının Üçüncü Dünya müharibəsinin başlaması ilə bağlı fikirlərini bölüşürsünüzmü?

- Baxın, Rusiya müəyyən qədər Çinin silahlarından istifadə edir. Eyni zamanda, Şimali Koreya silahları və canlı qüvvəsi ilə Rusiyaya dəstək verir. İranın PUA-ları Rusiya ordusunun istifadəsindədir. Digər yandan isə Qərb maliyyə və silah-sursat yardımı baxımından Ukraynanın yanındadır. Düzdür, canlı qüvvə ukraynalılardan ibarətdir, amma silah-sursat, hərbi texnika Qərbin tədarüküdür. Eyni zamanda, Rusiya ərazisinin dərinliklərinin ATACMS kimi Amerika silahı ilə vurulmasına icazə verilir. Bu, nüvə silahının istifadə edilmədiyi Üçüncü Dünya müharibəsi deməkdir. Dünya savaşının qaşı-gözü olmur ki...

ABŞ-ın son qərarı və Rusiyanın ballistik raketlə Ukraynanı vurması onu göstərir ki, münaqişə genişlənməyə doğru gedir və eskalasiyanın artan xətlə inkişafı gözləniləndir.

- Putin rus xalqına müraciətində bir sıra mesajlar verdi. Bu mesajların arxasında nələr dayanır?

- Rusiya lideri Qərbi, xüsusilə də Avropa ölkələrini açıq şəkildə təhdid etdi. Ballistik raketdən Rusiya ordusunun istifadə etməsi hərbi-diplomatik mesaj idi. Ardınca isə Putin açıq şəkildə bildirdi ki, Ukraynadan Rusiyaya atılan silahların istehsal olunduğu ölkələrin hərbi obyektləri hədəf olacaq. Kreml rəhbəri konkret Böyük Britaniyanı təhdid etdi və Londondan başqa İngiltərənin Mançester, Liverpul kimi şəhərlərinin adını çəkdi və bildirdi ki, bu şəhərlərdəki hərbi obyektlər vurula bilər. Bu, təhdid öz yerində, amma Rusiya Britaniyadakı hərbi obyektləri vurarsa, İngiltərə ordusu sakit dayanmayacaq ki... London da Rusiyaya adekvat cavab verəcək. Britaniya ordusunun Baş Qərargahının rəis müavini Rusiyaya sərt cavab verdi. Onun ifadəsi belə idi: “Biz bu gündən hazırıq”. Yəni Putinin xalqa müraciətində təhdidlər edə bilər, amma Moskva NATO ilə müharibədə həqiqətən maraqlıdırmı? Məncə, bu, o qədər də sadə deyil.

Hər kəsə, bütün dünyaya məlumdur ki, Rusiya təkcə Ukrayna ilə kifayətlənmək niyyətində deyil. Şərqi Avropa ölkələrinə, Baltikyanı ölkələrə Rusiyanın hücum etmək niyyəti var. Bu isə NATO-Rusiya qarşıdurmasının rəsmi elanı deməkdir. Məncə, Moskvadakılar bu qədər reallıq hissini itirə bilməzlər.

- Rusiya yenə də dünyanı nüvə silahı ilə təhdid edir. Putin doğrudan da nüvə silahına əl ata bilərmi?

- Ukraynadakı müharibə və Qərbin Kiyevə dəstəyi başlayan gündən Rusiya nüvə ilə dünyanı şantaj etməkdə, qorxutmaqdadır. Yəni Kremldən “nüvə silahına əl ata bilərik” mesajı ilk deyil. Hətta Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev nüvə silahlarından istifadənin real olduğunu dedi. Putin o vaxtkı müdafiə naziri Sergey Şoyquya nüvə başlıqlarını hazırlıq vəziyyətinə gətirməklə bağlı açıq mətnlə tapşırıq vermiş. Rusiya lideri elə bilirdi ki, Qərb bundan sonra geri çəkiləcək. Gah taktiki nüvə silahından istifadə ediləcəklərini bəyan etdilər, gah Ukraynanı yer üzündən silməklə hədələdilər. Amma bu təhdidlər qarşısında Qərb geri çəkilmədi, Ukraynaya dəstəyini dayandırmadı. Və göründüyü kimi, bu gün Rusiya dərinliklərinin vurulması üçün Kiyevə icazə verilir. Demək ki, nüvə silahına əl atmaq kimi təhdidlə Rusiya Qərbin geri çəkilməsinə müvəffəq ola bilmir. İnanmıram ki, Rusiya nüvə silahından istifadə edəcək. Sadəcə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə gününədək bu təhdidlər ediləcək. Rusiya ümidlidir ki, Tramp ABŞ Prezidenti postuna oturandan sonra vəziyyət səngiyəcək, Qərbin Kiyevə dəstəyi azalacaq. Bu vaxtadək üstünlüyünü qorumağa çalışacaq. Ondan sonra yəqin ki, danışıqlar prosesi başlayacaq. Tərəflər masaya əli güclü oturmaq haqqında düşünürlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru