İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                 

Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Tarix: 17-11-2024, 08:42 | Çap et
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir
Trampın xarici siyasət üzrə təyinatları qarşıdakı 4 ildə Vaşinqtonun strategiyasının İsrail və Hindistan ətrafında qurulacağını göstərir. Yeni təyinatların İsraillə bağlı baxışlarına “İrana qarşı müharibə” də daxildir. Sual budur ki, “müharibələr dayanacaq” devizi ilə seçilən Tramp hökuməti Səddamı devirən C.Buş hökuməti kimi Yaxın Şərqə yeni bir “səlib yürüşü” təşkil edəcəkmi?”

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Trampın formalaşdıracağı hökumətin əsas üzvlərinin profili diqqət çəkir:

“Çinə və İrana qarşı radikal mövqe sərgiləyənlər, eyni zamanda İsrail tərəfdarları üstünlük təşkil edir. Həmçinin sionizmin əsas teoloji dəstəkçisi olan və ABŞ-da böyük gücə malik yevangelist təriqətinin də Tramp hökumətində təmsil olunacağı müəyyən mənzərə formalaşdırır və daha çox bu mənzərəyə diqqət yetirilir. Amma hökumət üzvlərinin kim olmasının ABŞ-ın xarici siyasətini müəyyənləşdirəcəyini düşünmürəm. Çünki bunun konkret səbəbləri var”.

Əli Zülfüqaroğlu bildirib ki, Tramp hakimiyyəti dönəmində Vaşinqton fərqli siyasət yürüdəcək:

“ABŞ 30 il öncə olduğu kimi fövqəlgüc deyil. ABŞ-ı güclü edən əsas amil dollardır və onun hesabına formalaşan donanması və dünyanın əksər ölkələrindəki hərbi bazalarıdır. Bu gün dollar çöküş prosesinə qədəm qoyub. Artıq dollara alternativ valyutaların əsası qoyulur.

Dolların sürətlə dəyər itirməsi ABŞ daxilində iqtisadi problemlərə yol açır və bu, getdikcə dərinləşir. İqtisadi problemlər səbəbi ilə ABŞ-ın dünyanın müxtəlif ölkələrində hərbi bazalar saxlaması və müxtəlif bölgələrdə müharibələr aparması mümkün deyil”.

Siyasi şərhçi əlavə edib ki, ABŞ-ın hansı siyasi kursu yürüdəcəyi ilə bağlı fikir söyləmək üçün Trampın seçkidən öncə açıqlamalarına və qələbədən sonra etdiyi çıxışa nəzərə salmaq lazımdır, çünki burada çox incə və diqqətçəkən məqamlar var:

“Tramp seçkidən öncə bildirmişdi ki, “mən prezident olsam “dərin dövləti” yox edəcəyəm”, qələbədən sonra isə “əngəllərə baxmayaraq qalib gəldik”-deyə vurğuladı. “Dərin dövlət” FED və onun arxasında olan qlobalçıların sahibi olduğu banklardır ki, bu güc Trampı müxtəlif məhkəmə prosesləri, şantaj və sui-qəsdlə əngəlləməyə çalışırdı. Bu onu deməyə əsas verir ki, Tramp öncə ABŞ daxilində düşmənlərinə qarşı mübarizəyə başlayacaq, halbuki təkcə Trampın deyil, ümumiyyətlə, bəşəriyyətin düşmənləridir. Yəni Trampı ABŞ daxilində hələ bundan sonra ciddi problemlər gözləyir”.

Siyasi ekspert deyib ki, Trampın qələbədən sonrakı çıxışında komanda üzvlərindən birinə “onun çox gözəl ailəsi var”,- deməsi də sıradan bir ifadə deyil:

“Tramp bununla qlobalizmi sıradan çıxarmağa çalışdığı dəyərlər sisteminin qorunacağına vurğu edir. Yəni qlobalizmi rədd edir və dəyərlər sisteminin prioritet olacağını önə çəkir.

Digər diqqətçəkən ifadə isə ABŞ-ın özünün də neft istehsalını kəskin artıracağı ilə bağlıdır. Yəni ABŞ neftin ucuzlaşmasına çalışacaq”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, İsrail-İran müharibəsi coğrafi şərtlər baxımından mümkün deyil:

“Bu müharibəni yalnız ABŞ başlada bilər. Amma ABŞ-İran müharibəsi başlayarsa, Tramp seçki öncəsi verilmiş vədlərin əksinə hərəkət edəcək ki, bu da növbəti dönəm üçün respublikaçıların hakimiyyətdə qalmasını çətinləşdirə bilər. Halbuki Tramp dönəmi sadəcə uzaq perspektiv üçün aparılacaq siyasətin başlanğıcıdır. Yəni növbəti seçkidə respublikaçıların hakimiyyətdə qalması yürüdüləcək siyasi fəaliyyət üçün başlıca şərtdir. Bunun üçün isə seçkiöncəsi verilən vədlərə əməl etmək və ölkə daxilində iqtisadi problemləri həll etmək lazımdır. Müharibələr isə bunun üçün başlıca əngəldir.

Digər tərəfdən, əgər ABŞ İranı vurarsa neft kəskin bahalaşa bilər ki, bu Vaşinqtonun maraqlarına qətiyyən cavab vermir. Neftin bahalaşması iqtisadi baxımdan ABŞ üçün arzuolunmaz olmaqla yanaşı, eyni zamanda Rusiyanın güclənməsinə şərait yaradacaq. Bu da xüsusilə Ukrayna savaşı kontekstində ABŞ-ın Rusiyaya təzyiqini təsirsiz edə bilər. Çünki Tramp Rusiya ilə münasibətlərini normallaşdırmağa çalışır ki, uzlaşma üçün Rusiya güclənməməlidir. Bu təkcə Ukrayna amili ilə bağlı deyil. Yəni Tramp Ukraynaya dəstəyini maksimum azaldacaq, eyni zamanda Rusiya ilə kəskin münasibətləri yumşaltmağa çalışacaq”.

Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, Bayden administrasiyasının Ukrayna üzərindən Rusiya ilə qarşıdurmaya getməsi ABŞ-ın əleyhinə işlədi:

“Nəticədə Rusiya-Çin, Rusiya-Şimali Koreya, Rusiya-İran arasındakı münasibətlər daha da inkişaf etdi. Dolayısı ilə Rusiya-Çin-Şimali Koreya-İran ittifaqı formalaşdı. Tramp isə Çinlə ticari savaşın davam etdirilməsinin, bunun üçün isə Rusiya ilə münasibətlərin kəskinləşdirilməməsinin tərəfdarı idi. Gəlinən nəticə Trampın haqlı olduğunu göstərir. Ona görə də Trampın formalaşdıracağı hökumət üzvlərinin kim olması Birləşmiş Ştatların xarici siyasətində həlledici amil ola bilməz. Qənaətimcə, Vaşinqton Çinə qarşı ticari savaşları davam etdrəcək, eyni zamanda İranın iqtisadi cəhətdən çökdürülməsinə yönəlik fəaliyyətini gücləndirəcək. Bir sıra bölgələrdə ordusunu çıxarması da mümkündür. Doğrudur Trampa qarşı dirəniş güclü olacaq. Çünki ilk prezidentliyi dönəmində Suriyadan ordunun çəkilməsi qərarını verən Trampa bunun həyata keçirildiyi ilə bağlı yalan məlumat verilmişdi. Tramp bundan prezident postundan gedəndən sonra xəbər tutmuşdu. Bu rıçarqlar yenə də Trampa problemlər yaratmağa çalışacaqlar. Amma düşünürəm ki, Tramp bu dönəm istəklərini böyük ölçüdə reallaşdıra biləcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru