Müharibə Ağ Evdə kimi prezident edəcək? - AKTUAL
Tarix: 14-10-2024, 11:19 | Çap et
ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris İsrail - Livan sərhədində, həmçinin Qəzza zolağında gərginliyin azaldılması və atəşkəsin təminini vacib hesab edir.
O, bu barədə jurnalistlərə açıqlamada deyib.
"Biz həm Livanda, həm də Qəzza zolağında baş verənlərlə bağlı atəşkəsə nail olmalıyıq. Bu istiqamətdə gecə-gündüz çalışırıq. Bu müharibələr bitməlidir və gərginliyin azaldılmasına nail olmalıyıq", - deyə o, əlavə edib.
Harrisin bu sözləri İsrailin İranın 1 oktyabr raket hücumlarına cavab hazırlaması fonunda diqqəti çəkir.
“Axios”-un xəbər verdiyi kimi, ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin İrana qarşı planlaşdırdığı cavab zərbəsinin miqyasını müəyyənləşdirməyə çalışıblar.
Yaxın Şərqdə vəziyyət 7 oktyabr 2023-cü ildə Qəzza zolağından Fələstin HƏMAS hərəkatının döyüşçülərinin İsrail ərazisinə soxulmasından sonra kəskin şəkildə pisləşib. Bu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və təxminən 250 nəfərin girov götürülməsi ilə nəticələnib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab kimi təqdim ediblər. İsrail isə Qəzzanın tam blokadasını elan edib və həmçinin Livan və Suriyanın bəzi bölgələrinə cavab zərbələri endirib. Bundan sonra isə Fələstin anklavında quru əməliyyatı həyata keçirilib.
Regionda gərginliyin yeni dalğası İsrailin 23 sentyabrdan etibarən Livana kütləvi zərbələr endirdiyi "Şimal oxları" adlı hərbi əməliyyata başlamasından sonra baş verib. Bu hava hücumlarının hədəfi "Hizbullah"ın liderləri idi. Daha sonra Livan ərazisindən İsrailin şimal bölgələrinə raket hücumlarının intensivliyi artıb, o cümlədən Təl-Əvivə hücumların sayı çoxalıb.
1 oktyabrda isə İran İsrail dövlətinə qarşı kütləvi raket hücumu həyata keçirib. Vəziyyət gərgin olaraq qalır və İsrailin İrana hücumu gözlənilir.
İsrailli politoloq Yuri Boçarov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, amerikalı siyasətçilərin bugünkü çıxışları 99% hallarda yalnız öz seçicilərinə yönəlir. Onun sözlərinə görə, Kamala Harrisin siyasi komandası Co Baydenin “sülhsevər” xəttini davam etdirərək münaqişənin bütün tərəflərini danışıqlar masasına əyləşməyə çağırır:
"Bununla da onlar aydın şəkildə ikiüzlülük edirlər, çünki bu cür təkliflərlə yalnız rəsmi şəxslərə - İsrail, Livan, hətta İran rəhbərliyinə müraciət olunur. Lakin əsas hərbi münaqişə təşkilatçıları olan HƏMAS, “Hizbullah”, “Müsəlman Qardaşlar”, Suriyadakı İranpərəst milislərin liderlərini və digər müxtəlif terror təşkilatlarının rəhbərlərini diqqətdən kənarda qoyurlar.
Bu təşkilatlar İranın tam maliyyə və hərbi dəstəyi ilə İsrailə qarşı müstəqil müharibə aparırlar. Bununla belə, bir variant da var. İsrail ABŞ-dən Livanda hərbi əməliyyatların dayandırılmasını Qəzza sektorundakı bütün girovların geri qaytarılması ilə əlaqələndirməsini tələb edib.
Amma HƏMAS-ın lideri Sinvarın hazırda Livanın və “Hizbullah”ın problemlərini həll etmək istəyəcəyi ehtimalı azdır. Çünki o, həyatını xilas etmək üçün girovlardan istifadəni düşünür. Sinvar İsrailə qarşı döyüş bölgəsini bütün region üzrə genişləndirməkdə maraqlıdır.
Bu da Qəzza sektorundakı terrorçulara təzyiqlərin zəifləməsinə və ona hakimiyyəti saxlamağa imkan verəcək. O, döyüşlər bitdikdən sonra onun həyatına zəmanət verilməsi xahişi ilə Qətər hakimiyyətinə müraciət edib. Cavab isə belə olub ki, əvvəlcə girovlarla bağlı məsələ, sonra isə digər məsələlər həll oluna bilər”.
“Donald Trampın prezidentliyi dövründə ABŞ-nin xarici siyasəti necə olacaq? Yaxın Şərqdə və Ukraynada müharibələr Trampın prezident seçilməsinə səbəb ola bilərmi?” suallarına cavab verən ekspert qeyd edib ki, istənilən namizədin seçki zamanı dediyi sözlər yalnız qalib gəlmək məqsədi daşıyır:
“Seçkilərdən sonra reallıq qalibin ritorikasını və planlarını tamamilə dəyişə bilər. Tramp ABŞ-də İsrail lobbisinə və hökumətinə verdiyi bütün vədlərində çox ardıcıl olub. Nəticədə, çox ciddi və siyasi cəhətdən problemli olan öhdəliklərinin əksəriyyətini yerinə yetirib. O, ABŞ səfirliyini Qüdsə köçürdü, Qüdsü İsrailin paytaxtı kimi tanıdı və ABŞ-nin İsrailin 1967-ci ildə Suriyanın işğal etdiyi Colan yüksəklikləri üzərində suverenliyini tanıdığını bəyan etdi.
ABŞ, əslində, İsrailin ilhaqını tanıyan yeganə ölkədir. Təbii ki, Trampın mövqeyi və Yaxın Şərq üzrə verdiyi bir çox bəyanatlar İsrail hökumətində çox müsbət qarşılanır. Bununla belə, ABŞ-nin daxili seçkilərində beynəlxalq məsələlər əksər amerikalı seçicilər üçün əsas prioritet deyil. Onları daha çox yerli iqtisadiyyat və hökumətin sosial gündəliyi maraqlandırır.
Lakin Bayden administrasiyasıın Yaxın Şərqdəki “məğlubiyyəti” və onun dünyadakı ciddi münaqişələri, o cümlədən Ukrayna cəbhəsindəki qarşıdurmanı həll edə bilməməsi Trampa öz rəqibləri ilə mübarizədə müəyyən üstünlüklər verir. Belə ki, Baydenin Yaxın Şərqdəki istənilən uğursuzluğu indi Trampın gələcək uğuru kimi təqdim olunur.
Ona görə də İsraildə hakimiyyətdə Benyamin Netanyahu və onun ultrasağ hökuməti olduğu müddətdə Livanda və Qəzza sektorunda hərbi əməliyyatların mümkün qədər uzun davam etməsi üçün əllərindən gələni edəcəklər. Bu halda İsrail, əsasən, terrorçu strukturları bölgədən təmizləməklə öz problemini həll edir. O, ABŞ-nin təzyiqinə baxmayaraq, dolayı yolla Trampa rəqibi ilə mübarizədə kömək edir, demokratlar isə beynəlxalq məsələləri həll edə bilməməkdə ittiham olunur.
Bunun Trampa qələbə qazandıracağını söyləmək çətindir, amma hələlik hər kəs öz cari problemləri ilə məşğuldur. Adətən strateji tərəfdaşlıqlar buradan yaranır. Öz problemlərini həll etmək üçün başqa bir dövlətə kömək etməlisən, onun problemlərini həll etmək sonda sənə kömək etməlidir. Bu, adi merkantil hesablamadır. İndi isə buna beynəlxalq çoxvektorlu siyasət deyilir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
|