Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                 

Dünyada yeni müharibə modeli – Bəşəriyyəti təhdid edən "peycer əməliyyatı"
Tarix: 19-09-2024, 19:00 | Çap et
Dünyada yeni müharibə modeli
Livanda və Suriyada dünya gündəmini silkələyən əməliyyat keçirilib. Sentyabrın 17-si gecə saatlarında məlum oldu ki, Livanda fəaliyyət göstərən Hizbullah hərəkatının istifadə etdiyi rabitə vasitəsi olan peycerlər eyni anda partlayıb. Livan ərazisində istifadəı olunan rabitə qurğularının eyni anda partlaması nəticəsində 10 nəfər ölüb, 4 min nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yaralananlardan 500 nəfərin vəziyyəti olduqca ağırdır. Sonrakı gün verilən açıqlamalarda peycer partlayışları nəticəsində ölənlərin sayı artıb.

Analoji əməliyyat Suriyada da həyata keçirilib. İddialara görə bu əməliyyatlar İsrail tərəfindən həyata keçirilib. Livanın “Al Manitor” agentliyi hadisə ilə bağlı şərhdə yazır ki, Hizbullahla genişmiqyaslı müharibə ərəfəsində peycerləri partlatmaq İsrailin çoxdankı planı olub, amma bu plan tərəflər arasında müharibə genişlənərsə, həyata keçirilməli idi. Bildirilir ki, Hizbullah üzvlərindən bir neçəsi peycerlərdə xarici müdaxilə çiplərinin yerləşdirilməsindən sonra İsrail “B” planına keçib, yəni kütləvi partlayışlara əl atıb.

CNN yaydığı məlumatda iddia edib ki, Hizbullah üzvlərinə məxsus peycerlərin partlamasının arxasında İsrail kəşfiyyatı və ordusu dayana bilər.

“Livan boyu onlar insanın ölümünə, minlərlə insanın yaralanmasına səbəb olan əməliyyat İsrail kəşfiyyat xidməti Mossad və İsrail hərbçilərinin hərəkətlərinin nəticəsidir", - telekanalın jurnalistləri bildiriblər.

“The New York Times” qəzetinin yazdığına görə, hər peycerdə batareyanın yanında partlayıcı qurğu yerləşdirilib. Partlayıcı uzaqdan işə salmaq üçün açarla təchiz edilib. Mesajı aldıqdan sonra qurğular eyni vaxtda işə başlayıb.

Dünya mediası baş verən hadisəni yeni müharibə üsulu adlandırır. Analitiklər hesab edirlər ki, bu kibermüharibənin başlanğıcı sayılır.

“Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu AYNA-ya müsahibəsində bildirib ki, Livanda, qismən Suriyada və son məlumatlara görə, İraqda törədilən kibertəxribat mahiyyət etibari ilə müharibə adlandırıla bilər:

- Amma mülki əhalini də xeyli dərəcədə əhatə etdiyinə görə əslində kiberterrordur. Bu, bütün hüquq normalarına ziddir. Bununla yanaşı, əxlaqa, elm-texnologiya anlayışına ziddir.

İndiyədək dünya praktikasında müasir texnologiyalardan istifadə etməklə bu cür əməliyyat keçirilməmişdi. Əlbəttə, bu, hibrid əməliyyatdır. Məlumdur ki, peycerlərin içərisinə partlayıcılar yerləşdirilib, guya onun batareyaları xüsusi proqramla qızdırılır, partlayış yaranır, bunlar nağıldır. Həmin cihazların batareyalarının tərkibində partlayıcı xarakterli heç bir maddə yoxdur. Ən uzağı cihazlar alışıb yana bilər. Bir sıra mobil telefon modellərində belə problem var idi. Yəni öz-özünə alışma baş verirdi, əriyirdi və s. Amma partlayış baş vermirdi. Livandakı hadisədə isə söhbət cihazların insanları öldürən, onları şikəst edən, gözünü çıxaran, əlini qoparan şiddətli partlayışından gedir. Yenə deyirəm, bu elə bir əməliyyat deyil ki, hansısa silahlı dəstəni, hansısa terror qrupunu, yaxud da ordu hissəsini əhatə etsin. Göründüyü kimi, peycerlərin partlaması mülki əhaliyə də zərər yetirib. Demək ki, bu, kiberterror əməlidir. Bu isə həqiqətən də dünyada yeni bir mənzərə yaradır.

- Hansı mənzərəni nəzərdə tutursunuz?

- Şübhəsiz ki, pis vərdiş, pis nümunə yolxucu olur. Əlbəttə, digər ölkələrin də bu vasitəyə əl atacağı istisna deyil. Düşünmürəm ki, dünyada bu addımı atmağa imkanı olmayan ölkələr yoxdur. İsraildən qat-qat yüksək texnologiyası inkişaf etmiş ölkələr var. Məsələn, Avropa ölkələri, ABŞ, Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrdə texnoloji inkişaf daha çoxdur.

Əlbəttə, dünya yeni müharibə modelinə hazır olmalıdır. Bunun qarşısını necə almaq olar, kibermüharibə ilə necə mübarizə aparmaq olar, riskləri necə azaltmaq olar kimi suallar indi aktualdır.

- Bu suallara cavab varmı?

- Əlbəttə, kibertəhlükəsizlik artıq milli təhlükəsizliyin son dərəcə önəmli parçasına çevrilir. Düzdür, əvvəl də dövlətlərin kibertəhlükəsizlik konsepsiyaları mövcud idi. Amma indi bu məsələ əvvəlkindən qat-qat önəmlidir. Çünki bu, artıq reallıqdır.

- Əməliyyatın İsrail kəşfiyyatı tərəfindən həyata keçirildiyi iddiaları var ki, Təl-Əviv bunu nə təsdiq, nə də təkzib edir. Ümumiyyətlə, İsrailin bu addımı atmaqda məqsədi nədir?

- Artıq görünür ki, İsrail şimal istiqamətində Livana doğru hücuma keçməyə hazırlaşır. Yəqin ki, bu hücum ərəfəsində İsrail Hizbullah silahlılarını, onun dəstələrini müəyyən qədər də olsa, zərərsizləşdirmək, Livanda xof yaratmaq məqsədi güdür. Əhali arasında xof yaratmaq müharibələrdə çox vacib amillərdən biridir.

Bu hadisələr ona gətirib çıxara bilər ki, İsrail ABŞ-ın Yaxın Şərq siyasətinə faktiki olaraq təsir göstərmiş olur. Biz bilirik ki, hazırkı Ağ Ev adminstrasiyası İsraillə istər HƏMAS, istərsə də Hizbullah arasında danışıqların tərəfdarıdır. ABŞ istəyir ki, Yaxın Şərqdəki münaqişə sülh yolu ilə həllini tapsın, atəşkəs olsun. Amma Benyamin Netanyahu hökuməti bunda maraqlı deyil. Çünki münaqişədə atəşkəs əldə edilərsə, sülh əldə olunarsa, Netanyahu istefaya getməli olacaq. Heç onun özünün taleyinin necə olacağı da məlum deyil. Ona görə də, Netanyahu hökuməti əlindən gələni edir ki, müharibə vəziyyəti nəinki dəyişsin, əksinə, bir qədər də kəskinləşsin, böyüsün.

Burada əlbəttə, başqa niyyətlər də ola bilər. Məsələn, payızda ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir etmək niyyətinin olması da mümkündür. Netanyahunun bu məsələlərdə müttəfiqi Donald Trampdır. Tramp isə son hadisələr fonunda mövqelərini itirməkdədir. Netanyahu başa düşür ki, ABŞ adminstrasiyası demokratlarda qalarsa, Ağ Evin İsraillə bağlı siyasəti daha da sərtləşə bilər. Ona görə də Netanyahu hökuməti faktiki olaraq, ABŞ-ı Yaxın Şərqdəki konfliktə cəlb etmək istəyir, ilk növbədə də İranla. Biz gördük ki, İran İsrailin atdığı bütün addımlara baxmayaraq, münaqişəyə girmir. Ona görə yox ki, Tehran bundan çəkinir, sadəcə İranda anlayırlar ki, müharibəyə qatılsa, ABŞ istəsə də, istəməsə də İsrail tərəfindən müharibəyə qatılacaq.

- İsrail bu məqsədinə çata biləcəkmi?

- Qəribə vəziyyət yaranıb: ABŞ-da İsrailin əleyhinə olan, Qəzzadakı savaşın dayandırılmasını tələb edən əsas kəsim demokratların elektoratıdır. ABŞ bu müharibəyə cəlb olunsa, Demokratlar Partiyası elektoratının xeyli hissəsini itirə bilər. Digər tərəfdən, ABŞ müharibəyə qatılmasa, İsrailə dəstək verməsə, yenə də demokratlar uduzurlar. Çünki Amerika cəmiyyətində İsrail ən yaxın müttəfiq dövlət kimi qəbul olunur. Mən hələ İsrailin ABŞ-dakı böyük lobbi şəbəkəsini demirəm, hansı ki, bu şəbəkənin gücü məlumdur. Belə bir vəziyyətdə, görünən budur ki, İsrail ABŞ-İran arasındakı müəyyən dialoqları, kontaktları pozmağa çalışır, digər tərəfdən də elə bir şərait yaratmaq istəyir ki, demokratlar seçkidə məğlub olsunlar. Bu isə artıq birbaşa olaraq, ABŞ-ın daxili siyasətinə müdaxilədir. Demokratlar seçkidə qalib gələrsə, Netanyahuya cavab çox ağır olacaq. ABŞ heç bir dövlətə, gücə onun daxili siyasətinə qarışmağa imkan vermir, bunu heç kimə bağışlamır.

- Dediniz ki, bu, kiberterrordur. Belə bir terrora beynəlxalq reaksiya maraqlıdır...

- Dediyim kimi, bu, bütün beynəlxalq normalara, hüquqa birbaşa ziddir. Amma İsrail ekstremist dövlətdir və bu dövlətin siyasəti ancaq zorakılıq, militarizm üzərində qurulub. Bu səbəbdən də artıq Avropa da, müttəfiq ABŞ da buna etiraz edir. Hələ bu əməliyyat yenidir. Bu əməliyyatın geniş müzakirəsi olacaq, beynəlxalq müstəvidə mövzu ciddi qarşıdurma predmetinə çevriləcək. Çünki texnologiyalar bəşəriyyətin inkişafına, tərəqqisinə xidmət etməlidir. Amma bu, bir dövlət tərəfindən terror, təhdid vasitəsi kimi istifadə olunursa, burada artıq baxışlar dəyişir. Bu əməliyyat çox təhlükəlidir. Düşünürəm ki, kibertəhlükəsizlik məsələsi öz aktuallığını bir qədər də artıracaq. Dünya ölkələri qarşısında kiberterrordan qorunmaq üçün, anti-kiberterrorizm tədbirləri üçün yeni konsepsiyalar, fəaliyyət planının, resursların cəlb olunmasına başlanılacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru