Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                 

Pezeşkian öndədir, amma... - Qalibafın səsləri Cəlilinin şansını artırır
Tarix: 4-07-2024, 07:27 | Çap et
Pezeşkian öndədir, amma...
İranda iyunun 28-də keçirilən prezident seçkilərinin nəticələrə əsasən, birinci turunda islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlilinin heç biri 50 faizdən çox səs toplamadığı üçün onlar iyulun 5-də keçiriləcək ikinci turda mübarizə aparacaqlar. Seçki qərargahının nümayəndəsi Möhsün Eslaminin bildirib ki, 58,6 min seçki məntəqəsinin hamısında 24,5 milyon səs hesablanıb. Pezeşkian 10,4 milyon, Cəlili isə 9,5 milyon səs toplayıb.

İrandakı seçkilərin ikinci turunun gözləntiləri ilə bağlı fikrini AYNA ilə bölüşən Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, hər iki namizədin – həm Pezişkianın, həm də Cəlilinin növbəti İran Prezidenti olmaq şansı yüksəkdir:

“İndi bəzi fikirlər var ki, bu dəfə də mühafizəkarlar qanadının namizədi, yəni Cəlili Prezident olacaq, çünki helikopter qəzasında həlak olan İbrahim Rəisi mühafizəkar qanada mənsub idi. Yəni iki dönəm islahatçı hakimiyyətdə olursa, iki dönəm də islahatçı olmalıdır. Əslində İranda iki dönəm islahatçı, iki dönəm də mühafizəkarların seçilməsi ənənəsi şərti bölgüdür. Məsələn, Seyid Əli Xamneyidən sonra Prezident Əli Əkbər Haşimi Rəfsəncani, ondan sonra isə Məhəmməd Xatəmi iki dəfə seçilib. Demək istəyirəm ki, bu məsələ şərtidir. Ona görə də bu dəfə islahatçı seçilə bilməz demək doğru yanaşma sayılmır”.

“Əslində hansı qanadın namizədinin seçilməsinin o qədər də əhəmiyyəti yoxdur, rejimin ümumi siyasəti nədirsə, ona uyğun siyasət aparılacaq. İran Prezidenti olmuş Rəfsəncani, Xatəmi, Həsən Ruhani də islahat tərəfdarı olublar. Daha doğrusu, islahatçılar qanadının təmsilçisi olublar. Amma bunlar daha çox islahatı imitasiya, təlqin edirdilər. İslahatın aparılması üçün də başlıca şərt güc və maliyyə vəsaitinin olmasıdır. Nə XX əsrin əvvəlində, nə də Rəfsəncanidən sonrakı dövrdə islahatçıların arxasında güc olmadı. Hətta Müsəddiqin, Pişəvərinin, Şeyx Məhəmməd Xiyabaninin arxasında belə güc və maliyyə vəsaiti olmadı. Güc və maliyyə vəsaiti olmadığından bu islahat prosesləri və hərəkatları həmişə məğlub olub. Eyni zamanda, bu islahat hərəkatları xarici qüvvələr və beynəlxalq ictimaiyyət tərəfindən də ciddi şəkildə dəstəklənməyib. Bu dəstəkləməmə nəticədə İranda avtoritarizmin və diktaturanın daha da güclənməsi ilə müşahidə olunub”, - analitik vurğulayıb.

Mərkəz rəhbərinin sözlərinə görə, Pezeşkian və Cəlilinin mübarizə apardığı seçkilərdə hər hansı birinin qalib gəlməsi dəyişikliyə səbəb olmayacaq: “Onların hansının seçilməsi İranda nə demokratiyaya, nə islahata, nə azad bazara, demək olar ki, ümumi vəziyyətə heç bir təsir göstərməyəcək. Yaxın və Orta Şərqdəki müharibəyə, yaxud İranın nüvə proqramı ilə bağlı “Altılıq”la aparılan danışıqları da buraya əlavə etsək, fikrimcə, heç buna da təsir olmayacaq. Ötən dövrdə Xatəminin “Altılıq”la nüvə danışıqları çox uğurlu başlamışdı. Sonra elan etdilər ki, imzalanma mərhələsini saxlayaq prezident seçkisindən sonraya. Prezident seçkisində də Mahmud Əhmədinejadı seçdilər və danışıqlar mərhələsi sıfırdan başladı. Həsən Ruhaninin dövründə “Altılıq”la əhatəli razılaşma sənədi imzalandı, sonra gəldilər İbrahim Rəisini seçdilər və onun dövründə bütün bu məsələləri təftiş etməyə başladılar. Ruhanini tənqid etdilər, onu dövlətə xəyanətə qədər ittiham etdilər. Demək istəyirəm ki, sabah Pezişkian da hakimiyyətə gəlsə, dəyişən nəsə olmayacaq”.

“Hansı namizəd ikinci turda seçiləcəksə, ölkənin Ali Dini Lideri Ayətullah Seyid Əli Xamneinin tapşırıqlarını icra edəcək. İndi əsas sual budur: icraçı kim olacaq - Pezeşkian, yoxsa Cəlili? Birinci tur və sonrakı proseslər göstərir ki, Cəlilinin ikinci turda qalib gəlmək şansı çoxdur. Çünki mühafizəkar qanada mənsub olan Qalibaf ilk turda üçüncü yerdə qərarlaşdı və onun 16 faizdən bir qədər artıq səsi var. 38 faizdən bir qədər artıq səsi isə onunla eyni xəttin təmsilçisi Səid Cəlili əldə edib. İkisinin bir yerdə səsi 50 faizdən çox edir. Pezeşkianın səsi isə 43 faizə yaxındır. Buna görə də demək olar ki, Cəlilinin Prezident olmaq şansı daha çoxdur”, - politoloq fikrini tamamlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru