İran və Pakistan gərginliyi NİYƏ YAŞANDI?.. - BİTDİMİ?
Tarix: 20-01-2024, 08:37 | Çap et
 İran və Pakistan qarşılıqlı zərbələrdən sonra diplomatik əlaqələrin bərpası ilə bağlı razılıq əldə edib. Toqquşmanın uzunmüddətli olmayacağı gözlənilən idi: tərəflərin heç biri bunda maraqlı deyil, hücum və cavab zərbəsinin “terrorçuları zərərsizləşdirmək” adı altında edilməsi də bunu göstərir, eyni zamanda hər iki tərəfin sıx əməkdaşlıq etdiyi ölkələr, xüsusilə Çin prosesin genişlənməsinin əleyhinədir; Lakin İran-Pakistan qarşıdurması niyə yaşandı sualı açıq olaraq qalır. Pakistanın İran ərazisinə zərbə endirməsi adekvat cavab baxımından anlaşılandır, İranın hücumu isə birmənalı deyil. Və bunun arxasında İranın həm daxili, həm də regional müstəvidə hədəflərinin olduğu bəllidir. Daxili hədəf: SEPAH post-Xameneyi dövrünə hazırlaşır; İranda hakimiyyətin hərbçilərə ötürülməsi prosesinə hazırlıq getdiyinə dair məlumatlar var, mövcud iqtidarın əsas missiyası da budur. Post-Xameneyi dövrünə hazırlıq məqsədi daşıyan bu prosesdə SEPAH və ordu arasında (Baqerinin rəhbərlik etdiyi qruplar) ziddiyyətlər, hətta toqquşmalar müşahidə edilir. SEPAH-ın nəzarəti tamamilə ələ almaq üçün “xarici təhlükə” ssenarisini işə salacağı, daxili sabitliyi mühafizə etmək məqsədilə aktiv əməliyyatlara başlayacağı əvvəldən gözlənilirdi. Hətta Azərbaycanla qarşıdurmanı qızışdıran SEPAH-ın əsas hədəflərindən biri də bu idi, lakin Türkiyə faktoru, eləcə də Cənubi Qafqazda maraqlı tərəflər bu ssenarinin reallığını arxa plana atır. Əvəzində SEPAH-ın diqqəti Bəlucistana yönəldəcəyi mümkün ssenarilərdəndir. - birincisi, bu bölgənin İranın parçalanması ssenarisində potensial təhlükə olması ciddidir; - ikincisi, Pakistan ərazisində “Ceyş ül-Ədl”ə zərbə endirən İran Sistan-Bəlucistan bölgəsindəki bəluclar üzərində də təzyiq atmosferini gücləndirir; Bu hücumlar SEPAH-a daxili ictimai rəydə (burada İran ictimaiyyətindən daha çox, İran elitası nəzərdə tutulur) “ölkəni müdafiə edən qüvvə” imicini gücləndirmək üçün lazımdır. Çünki “keşikçilər korpusunun” elita daxilində “qalxan imici” ciddi şəkildə zədələnib: - Məhsa Əmini etirazlarının qarşısını ala bilmədilər və ciddi şəkildə “qan itirdilər”; - Qasım Süleymaninin öldürülməsindən indiyə qədər ciddi “qisas” əməliyyatı keçirə bilməyiblər: Kirmanda yenə Süleymaninin anım mərasimində baş verən partlayışlardan sonra da (ki, bu partlayışın məhz SEPAH-ın İraq, Suriya və Pakistana zərbə endirməsinə əsas yaratmaq məqsədi daşıdığı istisna edilməməlidir) “dişsiz” siyasət yürütdülər; - İsrailin Qəzzaya genişmiqyaslı hücumu qarşısında faktiki səssiz qaldılar; SEPAH İraqa, Suriyaya və Pakistana eyni anda zərbələr endirərək, belə demək mümkünsə, “yığılıb qalan qisası” aldığı görüntüsü yaradır. Və İran inqilabının əsas “qoruyucuları” olduqlarını nümayiş etdirirlər. Regional hədəf: İsrail-Həmas müharibəsi, ardınca Yaxın Şərqdə eskalasiya riskinin aktualaşdığı vaxt İran “əzələ nümayişi” sərgiləyir, xüsusilə İraq və Suriyada ABŞ və İsrail hədəflərinə hücuma etməklə buna cəhd göstərir. Bu, həm Kirmandakı partlayışın “qisası”na, həm daxili və “müqavimət oxu” adlandırdığı və proksi qüvvələrinin yayıldığı coğrafiyanın ictimai rəyini “yemləməyə” hesablanıb - hərçənd, Tehranın zərbə endirməmişdən öncə Vaşinqtonu məlumatlandırması təcrübəsi bu dəfə də eyni addımın atıldığı versiyasını gücləndirir -, həm də ABŞ-İsrail cəbhəsinə qarşı mübarizə apardıqlarını sərgiləyirlər. Lakin bütün bunlar – SEPAH və onun daxili-regional hədəfləri, Qəzza müharibəsinin bölgədə yaratdığı vəziyyət və s. – Pakistana niyə hücum edildiyi sualına tam cavab vermir. İstisna deyil ki, İranın Pakistana hücumu onun əsas rəqibi Hindistanla əlaqələndirilmiş ssenaridir və daha çox “yoxlama” məqsədi daşıya bilər. Və bu “yoxlama hücumu”nun nəqliyyat dəhlizləri uğrunda mübarizədən qaynaqlandığını demək mümkündür. - Çin-Pakistan İqtisadi Dəhlizində (CPEK) Bəlucistanda yerləşən Qvadar limanı önəmli nöqtələrdəndir; - İran bu bölgədəki nəqliyyat dəhlizlərində Qvadar limanının yox, Çabahar limanının seçilməsinə çalışır; - Hindistan-İran-Ermənistan nəqliyyat dəhlizinin aktuallaşmasındakı səbələrdən biri də limanlar uğrunda mübarizə idi; Və əsas diqqətçəkən məqamlardan biri SEPAH-ın Pakistana hücumundan bir neçə gün öncə Hindistan və Ermənistanın İrandan keçərək, Ermənistana və oradan Avropaya çıxan ticarət yolunun bu ilin may ayına kimi açılmasına dair razılaşmanın əldə edilməsidir. Bu kontekstdə İranın Pakistana hücumu bölgənin eskalasiyaya sürüklənməsi və layihələrin arxa plana keçməsi ssenarinin “yoxlanılması”, bunun mümkün olub-olmadığının sınaqdan keçirilməsi ola bilərdi. İstisna deyil ki, İslamabadda Tehranın niyyətini anladıqları üçün dərhal adekvat zərbələr endirməklə bu ssenarinin mümkünsüzlüyünü nümayiş etdirdilər.
Asif Nərimanlı - diaaz.space


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46 |
|
|
|
• Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44 |
|
|
|
• İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31 |
|
|
|
• “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21 |
|
|
|
• Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19 |
|
|
|
• Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08 |
|
|
|
• TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57 |
|
|
|
• Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55 |
|
|
|
• Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47 |
|
|
|
• “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42 |
|
|
|
• "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41 |
|
|
|
• "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39 |
|
|
|
• “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33 |
|
|
|
• “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26 |
|
|
|
• Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23 |
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
|