İrana dörd istiqamətdə həmlə: İllərdir "yatan təhlükə"ni oyatdılar - İNCƏLƏMƏ
Tarix: 16-01-2024, 09:36 | Çap et
Politoloq Vüqar Zifəroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Britaniya və ABŞ-nin Yaxın Şərqdəki qüvvələri “Ənsarallah” qruplaşması, yaxud husilərə qarşı əməliyyata başlayıb. Artıq husilərin Yəməndəki mövqelərinə hava zərbələri endirilib. Sizcə, bu addımın arxasında hansı məqamlar var, proses davamlı olacaqmı?
- Ümumiyyətlə, son həftələrdə Qırmızı dənizdə aktivlik artıb. Buna ilkin səbəb kimi hazırda Qəzzada davam edən İsrail-HƏMAS savaşını göstərə biləriksə, ikinci səbəb husilərin Qırmızı dənizdə ciddi təsir imkanlarına malik olmasıdır. Bu da son 15-20 gündə dənizdə toqquşmalarla müşayiət olunan aktivliyə gətirib çıxardı.
Hələ 2000-ci illərin əvvəllərində husilər fəallaşanda bəzi ərəb dövlətləri problemlərin olacağı mesajını vermişdilər. Artıq “Ənsarallah” 2014-cü ildə paytaxt Sənanı ələ keçirdikdən, Yəmənin cənubu ilə kifayətlənməyib şimalda bəzi əraziləri nəzarətə götürdükdən və özünü “legitim hökumət” elan etdikdən sonra proseslər kəskin məcraya yönəldi.
Ərəb dövlətləri həmin dövrdə problemin köklü şəkildə həlli məsələsini qaldırdılar, hətta bununla bağlı Qərblə dialoqa getdilər. Amma Qərb seyirçi mövqedə durmaqla yanaşı, nəticəsi və perspektivi bəlli olmayan bir “Ərəb NATO-su” ideyasını ortaya atdı.
Gözlənildiyi kimi, bu layihə özünü doğrultmadı, ərəb ölkələri buna qoşulmadılar. Yaxın Şərqə ciddi təsirləri olan, ümumilikdə İslam sivilizasiyasının iki önəmli ölkəsi Türkiyə və Pakistan bu prosesdən kənarda qaldı. Belə olan halda “Ərəb NATO-su” ideyasının perspektivli olacağını düşünmək sadəlövhlük olardı. Beləliklə, müəllifi Qərb olan ərəb koalisiyası 2016-18-ci illərdə husilərə qarşı əməliyyatlar aparsalar da, bu da nəticəsiz qaldı.
Artıq 2022-ci ildən husilərə qarşı barışmaz mövqedə dayanan ərəb dövlətlərinin belə onlarla dialoqa getmək üçün addımlar atdığını görməyə başladıq. Bir sözlə, problemin kökü bu günə aid deyil.
ABŞ dövlət katibi Blinken bir neçə gün əvvəl bildirdi ki, bu əməliyyatlara problemin kökünün daha da dərinləşməməsi üçün başlayırlar. Blinken unudur ki, problem artıq böyüyüb, daha da böyüməməsi məsələsi var. İndi başqa bir maraqlı məqam ortaya çıxır: Qərb əməliyyatlara başlayan vaxt ərəb ölkələri passiv dayanır. Həm də haqlı olaraq passivlik nümayiş etdirirlər. Bunun sətiraltı mesajı odur ki, niyə zamanında bizə dəstək olmadınız, problem də bu qədər şişdi?! Qırmızı dəniz və husi probleminin gündəmə gəlməsi üçün HƏMAS-İsrail müharibəsi başlamalı idimi?
İranın 2013-14-cü illərdən sonra ətrafında “şiə hilal”ı formalaşdırması və Yəmənin – “Ənsarullah”ın bunun önəmli halqalarından birinə çevrilməsi görünən problem idi. Bu problem zamanında həll edilmədi. İndi Bəhreyndən başqa heç bir ərəb ölkəsi bu prosesdə aktiv deyil.
İndiki məqamda Qərb dövlətlərinin Qırmızı dənizdə fəallıqlarını artırmaları zəruridir, əlbəttə, özləri üçün. Çünki İran Yəmən vasitəsilə Qırmızı dəniz və boğazlarda təsir və təzyiq imkanlarını ciddi şəkildə artırır. Bu amillər təkcə İsrail-HƏMAS müharibəsinin yox, ümumilikdə bütün Yaxın Şərqdə gedən proseslərə təsir edə bilər. Buna görə də, Qərb ərəb dövlətləri ilə dialoqu bərpa etməlidir ki, birlikdə hansı addımlar atıla bilər. Öz məqsədlərinə nə qədər nail olacaqları başqa mövzudur.
- Husilərlə bağlı bir diqqətçəkən məqam da onların İran tərəfindən dəstəklənməsidir. Son gəlişmə o iddianı da gündəmə gətirib ki, Tehranın bölgədəki digər terrorçu qruplaşmalarına qarşı da əməliyyatlar aparılacaq. Belə bir gəlişmə mümkündürmü?
- ABŞ Tramp administrasiyası dönəmində Vyana müqaviləsindən çıxdıqdan sonra Qərb İrana qarşı dörd istiqamətdə həmləyə başladı. Birinci istiqamət, İran daxilində sosial-iqtisadi-siyasi zəmində problemlərin qabardılması, bunun ətrafında kütləvi etirazların körüklənməsi və ona dolayısı dəstək idi. Bu istiqamətdə addımlar atıldı, son bir-iki ildə İran daxilində gedən etirazlar buna sübutdur.
İkinci istiqamət, İrana qarşı sanksiyaların gücləndirilməsi idi. Bunda məqsəd İranı iqtisadi cəhətdən basqı altında saxlamaqdır. Nəticədə bu gün İran iqtisadiyyatı həddindən artıq zəifdir – infilyasiya yüksək, əhalinin sosial durumu çox aşağıdır.
Üçüncü istiqamət, İranı dünyada siyasi cəhətdən təcrid etmək idi ki, bunun da nəticələri bəllidir.
Nəhayət, dördüncü həmlə, İranın öz ətrafında yaratdığı halqanı zəiflətmək və onun Yaxın Şərqdəki proksi qüvvələri vasitəsilə müəyyən prosesə başlamaq idi.
2022-ci ilin yayında İraqda Müqtəda əs-Sədr ətrafında, Suriyada və “Hizbullah”la (Livan) bağlı, eləcə də Yəməndə gedən proseslər İranın dəstəklədiyi qüvvələrə qarşı müəyyən addımların atıldığını göstərir. Əlbəttə, proses gedir, amma nəticələrinin necə olacağını demək çətindir, bütün hallarda isə ciddi oyunların şahidi oluruq. Düşünürəm ki, yaxın zamanlarda aydınlaşdırıcı prosesləri görə biləcəyik.
- İranın baş verənlərə münasibəti kifayət qədər yumşaqdır. Bura husilərlə yanaşı, Kirmandakı partlayış və Suriyada yüksək vəzifəli SEPAH generalının öldürülməsinə təpkisi də daxildir. Tehranın “sərt ritorika”sına nə oldu, çəkinirmi?
- İran Yaxın Şərqdə maraqlı bir proses qurub və bunun idarə edilməsi məsələsi ilə məşğuldur. İndiki məqamda söhbət husilər vasitəsilə həmlələrin edilməsindən gedir. Yəni assimmetrik savaşdan... İran bölgədəki məzhəb ayrı-seçkiliyindən istifadə edərək, öz proksi qüvvələri vasitəsilə həmlələrini edir. Bu məqamda da, qarşı tərəflərin də buna öz proksi qüvvələri vasitəsilə cavab verməyə hazırlaşdığını görürük.
İranın Kirman şəhərində baş verən son olayı xatırlatmaq istəyirəm: İŞİD-in indiki məqamda birdən-birə xortlaması adi məqam hesab edilə bilməz.
- İŞİD-in oyanışı kimlərin marağında ola bilər?
- İŞİD-in hadisələrin gedişində böyük, səs-küylü terror aktında imza atması təsadüfi deyil. Kirmandakı olaylardan iki sonra İŞİD-in Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktının məsuliyyətini öz üzərinə götürməsi də onu deməyə əsas verir ki, ciddi fəallaşma var və ciddi proseslər gedir. Bunlar proseslərin daha da böyüməsinə və daha qanlı məcrlara yönəlməsinə səbəb ola biləcək məqamlardır. Proses təkcə İsrail-HƏMAS qarşıdurması ilə məhdudlaşmır, daha da genişlənir.
Başqa bir məqam da var. Son günlərdə İraqın şimalında Türkiyəyə qarşı olan separatçı-terrorçu terror təşkilatlarının fəallaşması da sıradan məsələ deyil. Biz İraqla yanaşı, həm də Suriaydan danışırıq. Bütün bu məqamlar onu deməyə əsas verir ki, kifayət qədər ciddi proseslər gedir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10 |
|
|
|
• ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08 |
|
|
|
• İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06 |
|
|
|
• Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
• “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59 |
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
|