Dünyanın yeni il hədəfi: təcavüzkar dövləti cilovlamaq - İNCƏLƏMƏ
Tarix: 8-01-2024, 14:00 | Çap et
Qərbdə artıq heç kim şübhə etmir ki, HƏMAS-ın (İslami Müqavimət Hərəkatı) mülki israillilərə, İsrailin qonaqlarına və turistlərə, habelə İsrail ordusunun əsgərlərinə, sərhədçilərinə və polis əməkdaşlarına qarşı törədilmiş genişmiqyaslı terror aktında Rusiyanın da əli olub. Həm də təkcə ona görə yox ki, rusların açdığı dünya müharibəsi fonunda Yaxın Şərqdə ikinci cəbhənin açılması dünya ictimaiyyətinin diqqətini Ukrayna müharibəsindən yayındırmaq üçün ilk növbədə Rusiya üçün faydalı idi. HƏMAS yaraqlılarının İsrail ərazisinə daxil olmasından üç ay sonra bunun birmənalı təsdiqi - həm dolayı, həm də birbaşa olaraq baş verdi.
Gəlin ondan başlayaq ki, 1987-ci ildə “Müsəlman Qardaşları” təşkilatının bir qolu kimi (2017-ci ildə rəsmi şəkildə əlaqəsini kəsib) HƏMAS-ın yaranmasında Sovet İttifaqının əli olub. SSRİ dağılana qədər əslində oxşar üsullardan istifadə edən və eyni hədəfi - İsrail dövlətinin məhvini qarşıya qoyan yaraqlıları dəstəkləyirdi. Daha sonra estafeti SSRİ-nin xarabalıqları üzərində yaradılan Rusiya Federasiyası götürdü. Orada hakimiyyəti HƏMAS-ı yaradan kəşfiyyat xidmətləri ələ keçirdi və onlara hər cür yardım göstərdi - təlimdən hərbi yardıma, silah təchizatına qədər. Rusiya rəhbərliyi oktyabrın 7-də israillilərə qarşı vəhşiliklərinə baxmayaraq, HƏMAS liderlərini Moskvada açıq şəkildə bütün dünyanın gözü qarşısında qonaq etdi və hələ də bu təşkilatı terrorçu kimi tanımadı. Bu, təəccüblü deyil, çünki HƏMAS İsraildə özünü Ukraynadakı ruslar kimi aparırdı – qırğın metodları isə sanki Buça, İrpen, Melitopol və digər şəhərlərdə baş verənləri təkrar edirdi.
Bu əlaqənin sübutu toqquşma yerlərində və yeraltı anbarlarda tapılan Rusiya istehsalı silah nümunələri və İsrail kəşfiyyat xidmətlərinin Rusiya-Ukrayna müharibəsində təcrübə mübadiləsi aparmaq üçün Rusiya “Vaqner”çilərinin HƏMAS yaraqlıları ilə qarşılıqlı əlaqəsi haqqında əldə etdiyi məlumatlardır. “Telegram”dakı “Sive of Scrates” kanalının məlumatına görə, 2022-ci ilin payızında Moskva HƏMAS və “Hizbullah” yaraqlılarına yeni təxribat taktikalarını öyrətmək üçün “Vaqner” və “Redut” özəl hərbi təşkilatlarından (ÖHT) təlimatçılar göndərib.
Rusiyanın üslubu göz qabağındadır: qəfil hücum, mülki hədəflərə kütləvi raket hücumları, irimiqyaslı zorakılıqlar, mülki İsrail vətəndaşlarının oğurlanması və qətlə yetirilməsi, girovların istifadəsi, terrorçu qrupların kütləvi şəkildə cəlb edilməsi, PUA-ların müxtəlif məqsədlər üçün istifadəsi. Üstəlik, 2023-cü ilin oktyabrında baş vermiş hərbi əməliyyatlarda birbaşa iştirakına, dinc əhalinin öldürülməsinə, onlarla qadın və uşağın əsir götürülməsinə dair sübutlar əldə edilib.
Jurnalist araşdırmaları, şahidlərin hekayələri, hüquq-mühafizə orqanlarının qiymətləndirmələri ilə tanış olanda, Ukraynadan dəqiq surətdə köçürülən vəhşiliklərin sübutu kimi video və fotoşəkillərə baxanda insanın damarlarında qanı donur. Fələstin yaraqlıları indiyə qədər heç vaxt israilliləri bu qədər qəddar işgəncələrə məruz qoymamışdı.
Bu günlərdə “The New York Times” qəzetində çıxan "Sözsüz qışqırıqlar: HƏMAS oktyabrın 7-də cinsi zorakılıqdan necə silah kimi istifadə etdi" başlıqlı məqalədə zorlama, şikəstetmə və qadınlara qarşı həddindən artıq zorakılıq nümunəsinə işarə edən yeni detallar açıqlanıb. “The New York Times” qəzetindən bir qrup jurnalistin apardığı iki aylıq araşdırma insan qırğını ilə bağlı çılğın yeni detalları ortaya çıxardı ki, qadınlara qarşı hücumlar tək-tək hadisələr deyil, gender əsaslı zorakılığın daha geniş modelinin bir hissəsidir.
Şahidlərin ifadələrini oxumaq belə, ağrılıdır. Görünür, dünya ibtidai icma quruluşunda ilişib qalmış vəhşi, qeyri-insanların belə barbarlığından titrəməlidir. Qızların və gənc qadınların bıçaq yaraları, təhqirlər, mismarların bud və qasıq nahiyəsinə vurulması, çəngəllərin ombasına saplanması, cinsiyyət orqanlarına atəş açılması, döşlərinin kəsilməsi - bütün bu vəhşiliklər hətta orta əsr inkvizitorlarının da canına titirəmə salardı.
Buçadan sonra rus qardaşlarının etdiyi kimi, HƏMAS da İsrailin cinsi zorakılıq ittihamlarını rədd edir. Və insan təəccüblənir ki, nə BMT-nin Baş katibi Antonio Quterreş, nə də BMT-nin Qadınlar agentliyi hələ də bu ittihamları tanıyıb və HƏMAS-ın əvəzinə İsrailə sözlü hücumlarını davam etdirirlər.
HƏMAS-ın təhrikçisi və birbaşa mentoru olan Rusiyaya gəlincə, həmişə olduğu kimi, HƏMAS yaraqlılarının təlimində iştirakının və hücumun planlaşdırılmasına köməklik göstərdiyinə dair etibarlı faktlara baxmayaraq, o, nəinki iştirakından imtina etməyə çalışdı, həm də Qərbin atıcı silahlarını HƏMAS-a ötürdü. İPSO (informasiya-psixoloji xüsusi əməliyyat) vasitəsilə Ukrayna ordusunu nüfuzdan salmaq üçün Ukraynada döyüş meydanında qənimət götürülən silahların HƏMAS terrorçularının əlində olması kimi media kampaniyasına başlayıblar və Qərbi yaraqlıları silahla təmin etməkdə ittiham ediblər.
Xoşbəxtlikdən, Ukraynanın müttəfiqləri Rusiyanın bu İPSO-suna uymadılar, çünki beynəlxalq tərəfdaşlar tərəfindən Kiyevə ötürülən silahların yolunu diqqətlə izləyirlər. Lakin Rusiyanın HƏMAS yaraqlılarına maliyyə və hərbi yardımı şübhə doğurmur, çünki hətta açıq mənbələrə görə, Rusiya terror qruplaşmasına dəstək üçün 2023-cü ildə bir milyarddan çox vəsait ayırıb. O, həmçinin fələstinlilərə Ukrayna ilə müharibədə geniş istifadə olunan pilotsuz uçan aparatlardan (PUA) necə istifadə etməyi öyrədir.
İsrail ordusunun ehtiyatda olan zabiti Yiqal Levinin “Hərbi Fokus” departamentinin redaktoru Yiqal Levinin “Telegram” kanalında bildirdiyi kimi, HƏMAS terrorçularının Rusiya silahlarından istifadə etməsinin daha bir təsdiqi artıq bu il Qəzza zolağında tapılan Rusiyanın 2016-cı il buraxılışlı "Kornet" TƏRS-in tubus parçası idi. Və bu, 8 min metrə qədər atəş məsafəsi olan tank əleyhinə raket sisteminin ixrac versiyasıdır. Qəzza zolağındakı fələstinlilərin “Kornet”ə sahib olduğu ilk dəfə 2010-cu ildə bildirilmişdi. TƏRS-in Qəzza zolağına Suriyadan daxil olduğu iddia edilirdi.
Bundan əlavə, “Hizbullah”ın da “Kornet”ə sahib olduğu məlum olub. “Defence Express” informasiya və konsaltinq agentliyinin məlumatına görə, hələ 2011-ci ildə İsrail Rusiya Federasiyasını HƏMAS-ın arsenalında artıq “Kornet” tank əleyhinə raket kompleksinə malik olmaqda ittiham etmişdi. O zaman “Kornet”lə məktəb avtobusuna hücum edilmişdi.
Rusiya fələstinli yaraqlıları tank əleyhinə sistemlərdən başqa, daha bir çox şeylə təmin edir. “Defence Express” ekspertlərinin fikrincə, burada “Fagot” və “Konkurs” kimi köhnə TƏRS-lərin və PG-7VR “Resume” reaktiv qumbaraatanlarının nümunələri var. HƏMAS silahlıları portativ tank əleyhinə silahlarla yanaşı, PZRK ilə də silahlanıb. Və bu vəsaitlərin ilk görünüşü TSAXAL tərəfindən yalnız 2012-ci ildə qeydə alınıb. Sonra Sovet istehsalı “Strela-2”-nin Qəzza zolağına düşdüyündən şübhələndilər. Artıq terrorçuların arsenalında onun daha yeni modeli var – “İqla”.
Bəs diqqəti Ukraynadakı hərəkətlərindən yayındırmaqdan başqa, Yaxın Şərqdə münaqişənin başlamasında Rusiyanın xeyri nə idi? Təbii ki, bununla o, ABŞ-ı Yaxın Şərq münaqişəsinə cəlb etmək istəyirdi və müəyyən dərəcədə öz məqsədinə nail oldu. Rusiya istəyirdi ki, ABŞ və Qərb müttəfiqləri öz resurslarını bunun əvəzini ödəmək üçün xərcləsinlər və paralel olaraq Ukraynaya dəstək azalsın.
Neftin qiymətində sıçrayışa da ümid var idi. Bundan əlavə, “barbar ərəb”lərin fonunda Rusiya daha mədəni görünmək, həmçinin öz “sülh” planını təklif edərək münaqişə tərəfləri arasında vasitəçilərin sıralarına qoşulmaq istəyirdi. Lakin məlum oldu ki, Rusiyanın Yaxın Şərqdə vasitəçi kimi çıxış etmək cəhdlərinin üzərinə böyük bir xaç qoymaq olar - Moskva bu münaqişədə əhəmiyyətli tərəf hesab edilmir.
Hər dəfə olduğu kimi, Rusiya öz narrativlərini irəli sürə bilmədi: Qərbə kələk gəlmək və aldatmaq üçün etdiyi bütün cəhdlər uğursuz oldu. Hadisələrin də göstərdiyi kimi, Ukraynaya beynəlxalq dəstək səngiməyib, Avropa nəhayət ki, Rusiyadan gələn təhdidləri dərk edib. Dünya yeni ilə təcavüzkar dövləti cilovlamaq, ondan hesab soruşmaq vəzifəsi ilə qədəm qoydu...
Müəllif: Mira Həsənova, AYNA.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32 |
|
|
|
• "Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02 |
|
|
|
• Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00 |
|
|
|
• “Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58 |
|
|
|
• ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
• Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56 |
|
|
|
• Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53 |
|
|
|
• “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50 |
|
|
|
• İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47 |
|
|
|
• Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46 |
|
|
|
• "Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43 |
|
|
|
• NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39 |
|
|
|
• İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32 |
|
|
|
• Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30 |
|
|
|
• Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25 |
|
|
|
• Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22 |
|
|
|
• “1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19 |
|
|
|
• Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16 |
|
|
|
• Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14 |
|
|
|
• Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10 |
|
|
|
• "Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" - deputat
Bu gün, 12:05 |
|
|
|
• "Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" - Əvəz Temirxan
Bu gün, 11:54 |
|
|
|
• Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı
Bu gün, 11:41 |
|
|
|
• Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi - FOTO
Bu gün, 11:38 |
|
|
|
• "Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat
Bu gün, 11:35 |
|
|
|
• Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! - ETİRAZ VAR...
Bu gün, 11:29 |
|
|
|
• Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?
Bu gün, 11:21 |
|
|
|
• ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR - Bu, binokullu avropalılar deyil...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR...
Bu gün, 11:11 |
|
|
|
• Dövlət klinikalarında niyə YER TAPILMIR? - “Xəstə qalıb ortada, biz yer axtarırıq”
Bu gün, 11:01 |
|
|
|
• Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu - DETALLAR
Bu gün, 10:56 |
|
|
|
• Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ - AÇIQLAMA
Bu gün, 10:53 |
|
|
|
• "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" - Rusiya XİN
Bu gün, 10:51 |
|
|
|
• Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:48 |
|
|
|
• BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb - FOTO, VİDEO
Bu gün, 10:47 |
|
|
|
• Hazırlaşın: Türkləri İrəvanın qapısında qarşılayacağıq – Şarmazanov
Bu gün, 10:45 |
|
|
|
• Amerika bununla bizim strateji tərəfdaşımız olmur - Badalyan
Bu gün, 10:39 |
|
|
|
• “Binokl diplomatiyası” bölgədə gərginlik yaradır - İndi də sərhədimizə FİLİN DİŞİSİ (ABŞ) gəlir...
Bu gün, 10:37 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 10:29 |
|
|
|
• SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...
Bu gün, 10:26 |
|
|
|
• Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15 |
|
|
|
• Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
|