“Tərtər işi”nə görə həbs edilən generalın işi .....                     Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır .....                     Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı .....                     “Ermənistanın qonşularla ticarəti məhv olacaq” .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib .....                     Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? .....                     Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib .....                     Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? .....                     ADSU-nun rektor əvəzi özü də tələbədir? .....                     Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir .....                     Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik! .....                     Azər Qasımlı ilə bağlı qərar verildi .....                     Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür .....                     Dünyanın ən amansız ordusu Ermənistana girə bilər .....                     “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." .....                     “PASHA Real Estate”də yeni təyinat .....                     Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər .....                     Bu idarənin rəis müavininə cinayət işi açıldı .....                     Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi .....                     Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi .....                     Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb .....                     Ordumuzun əsgəri vəfat edib .....                     ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... .....                     Paşinyan KTMT-dən çıxdığını .....                     Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər .....                     "Qayınanamın ayaqlarından öpərəm" .....                     Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb .....                     Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? .....                     "Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir .....                     Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... .....                     “Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir .....                     ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? .....                     Bayramova ingiliscə saxta məktub... .....                     Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik .....                     “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli .....                     İranın Zəngəzur planı üzə çıxdı .....                     Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır .....                     "Başqası ilə eşq yaşayırdı" .....                     NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! .....                     İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... .....                 

Rusiyadan Azərbaycana göndərilən rublda milyard yarım azalma - NƏ BAŞ VERİR?
Tarix: 29-12-2023, 10:14 | Çap et
Rusiyadan Azərbaycana göndərilən rublda milyard yarım azalma
Qeyri-rəsmi məlumatlara görə, Rusiyada bir neçə milyon azərbaycanlı miqrant yaşayır və əsasən ticarət fəaliyyəti ilə məşğul olurlar. Xüsusən regionlardan olan soydaşlarımız Rusiyada əldə etdikləri gəlirlərdən Azərbaycandakı doğmalarına da göndərirlər. 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 829 milyon 410 min dollar vəsait göndərilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 437 milyon 926 min dollar azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 2 milyard 267 milyon 336 min dollar vəsait daxil olub. Qeyd edək ki, hesabat dövründə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul vəsaitləri, ümumi daxilolmaların 64.8 faizini təşkil edib. Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən daxil olan vəsaitlərin həcminin təxminən üç dəfə azalması milyonlarla əyalət sakinini yeganə gəlir mənbəyindən məhrum edir. Regionlarda işsizlik, faktiki olaraq istehsal müəssisələrinin olmaması vəziyyəti daha da çətinləşdirir. Ölkəmizdə elə bölgələr var ki, orada əhalinin əksəriyyəti Rusiyada yaşayan doğmalarının vəsaitləri hesabına dolanır.

Ekspertlərə görə, rublun dəyərdən düşməsi isə vəziyyəti daha da çətinləşdirir. Bu səbəbdən soydaşlarımız Azərbaycanda yaşayan doğmalarına vəsait göndərməkdə çətinlik çəkirlər. Rusiyada pul köçürmələrinə tətbiq olunan qadağalar da situasiyaya təsirsiz ötüşmür. Bütün bu amillər daxil olan vəsaitlərin həcmini əhəmiyyətli surətdə azaldıb. Belə azalma bundan sonra da davam edəcək.

Qeyd edək ki, Rusiyanın internet resurslarından kiçik araşdırma apararaq, “Azərbaycanda bank hesabına necə pul köçürmək olar” sualına cavab tapmağa çalışdıq. Öyrəndik ki, Rusiyanın bəzi kredit təşkilatları Azərbaycanda bank hesablarına köçürmələr edir. Amma bu xidmət hər yerdə mövcud deyil və onun bir sıra məhdudiyyətləri var. Məsələn, “Sberbank” bunu yalnız bir bank filialına şəxsi ərizə ilə təqdim edir. VTB müştərilərinin mobil proqram vasitəsilə Azərbaycana pul göndərmək imkanı var. Lakin bunun üçün onlar manatda hesab açmalıdırlar. Bank həmçinin köçürmə məbləğinin 1%-i, lakin 200 manatdan çox olmamaq şərti ilə komissiya alır. Ayda bir şəxsə 1 milyon rubl ekvivalentində köçürə bilər.

Ödəniş sistemləri vasitəsilə də Azərbaycana pul köçürmək olar. Bildirilir ki, Azərbaycana pul köçürmələri etmək üçün ruslar “Qiwi”, “Garant”, “Contact” və “Zolotaya Korona” ödəniş sistemlərindən istifadə edə bilərlər. "Western Union" və "PayPal" 2022-ci ildən Rusiyada mövcud deyil və "Unistream" Azərbaycan bankları ilə işləmir. Sanksiyalara görə bir çox Rusiya bankı SWIFT beynəlxalq köçürmə sistemindən ayrılıb. Bu baxımdan Azərbaycana bu üsulla köçürmələr yalnız bəzi kredit təşkilatları tərəfindən həyata keçirilir.

Bəs Rusiya poçtu ilə Azərbaycana necə pul göndərmək olar? Rusiya poçtundan Azərbaycana bir dəfəyə 60 min rubla qədər pul göndərə bilərsiniz. Köçürmə məbləğindən asılı olaraq komissiya 1,5 ilə 3% arasında dəyişəcək.

Göründüyü kimi, Rusiyadan pul köçürmək üçün əngəllər var.

Politoloq İlyas Hüseynov dedi ki, pul vəsaitinin ötürülməsində yaranan problem məhz Rusiyaya qarşı qlobal müstəvidə həyata keçirilən iqtisadi-maliyyə sanksiyalarının nəticəsidir: "Məhz bu xüsusda bizim soydaşlarımızın doğmalarına pul göndərmələri Rusiyanın problemidir. Yaxşı olardı ki, Mərkəzi Asiya, Qafqaz respublikaları, postsovet məkanında olan digər respublikalara pul köçürmək istiqamətində müəyyən mexanizmlər formalaşdırılsın. Bizim soydaşlarımız əziyyət çəkir, ailələrinə pul göndərə bilmirlər".

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov da mövzu ilə bağlı bildirdi ki, Rusiyada yaşayıb çalışan vətəndaşlarımızın sayı barədə məlumatlar dəqiq deyil: “Mən uzun illər Rusiyada yaşamışam. Orada yaşadığım müddətdə apardığım müşahidələr əsasında azərbaycanlıların sayının bəzi mənbələrdə bəyan edildiyindən bir neçə dəfə çox olduğu qənaətinə gəlmişəm. Bu insanların arasında elə bir şəxs tapılmaz ki, orada qazandığı pulun bir hissəsini Azərbaycandakı yaxınlarına göndərməsin. Başqa bir məsələ isə bu vəsaitlərin Azərbaycana hansı yollarla göndərilməsidir. Ortada iki yol var: bunlardan biri rəsmi yol, yəni banklar vasitəsilə köçürmələrdi. Digər yol isə qeyri-rəsmi və ya qeyri-leqal yoldur. Rusiyada qeyri-leqal pul göndərişi ilə məşğul olan işbazlar var. Bu üsulla pul göndərmək çox asan və sadədir. Sən Azərbaycana göndərmək istədiyin pulu həmin işbazlara təqdim edirsən və pulu alacaq yaxının barəsində onları məlumatlandırırsan. Sənin Azərbaycandakı yaxının həmin pulu anındaca o işbazların bizim ölkədəki "nümayəndələrindən" alırlar. Rusiyadan Azərbaycana öz yaxınlarına pul göndərən insanların əksəriyyəti bu üsuldan istifadə edirlər. Bu səbəbdən Rusiyada yaşayan azərbaycanlıların sayı qədər də Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmi də dəqiq deyil. Yəni gerçəkdə bu göndərişlərin həcmi bank köçürmələri əsasında tərtib olunan rəsmi statistikanın verdiyi məlumatlardan bir neçə dəfə çoxdur.

Bu dediklərimiz pul köçürmələrinin texniki tərəfləridir. Məsələnin ikinci tərəfi, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra baş verən proseslərlə bağlıdır. Bu müharibə nəticəsində Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların sayı artıq 20 minə yaxınlaşır. Bu sanksiyaların böyük əksəriyyəti Rusiyanın iqtisadiyyatını iflic halına salmağı hədəfləyib. Artıq həmin sanksiyalar gerçəkdən Qərbin gözləntilərini doğrultmağa başlayıb.

Bütün dünyada olduğu kimi, Rusiyada da iqtisadiyyatın onurğa sütununu kiçik və orta biznes təşkil edir. Azərbaycanlıların da böyük əksəriyyəti bu ölkədə məhz kiçik və orta biznes fəaliyyəti ilə məşğuldurlar. Rusiyadan Azərbaycana pul göndərişlərinin həcminin azalmasına ciddi təsir edən əsas amillərdən biri də Qərbin sanksiyaları nəticəsində rus rublunun dəyərdən düşməsidir. Bütün bu baş verənlərin fonunda Rusiyadan Azərbaycana pul göndərişlərinin həcminin azalması təbiidir".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57
Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56
Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
“PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32
Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30
Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20
Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17
Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10
ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08
Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02
Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58
"Qayınanamın ayaqlarından öpərəm"
Bu gün, 14:43
Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb
Bu gün, 14:41
Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32
"Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02
Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00
“Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58
ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56
Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53
“Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50
İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47
Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46
"Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43
NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39
İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34
AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32
Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30
Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25
Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22
“1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19
Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14
Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10
"Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" - deputat
Bu gün, 12:05
"Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" - Əvəz Temirxan
Bu gün, 11:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru