NATO üçün yeni sərvət, Ukrayna silah intizarında, Gürcüstana Rusiya təhdidi - İNCƏLƏMƏ...
Tarix: 7-04-2023, 09:46 | Çap et
NATO-nun daha bir nemət qazanması - Finlandiyanın Alyansa üzvlüyü - Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri Moskvanın ilk strateji məğlubiyyətidir. Finlandiyanın NATO-nun tərkibində üzvlük statusu qazanması ölkənin 1940-cı illərdən bəri davam edən uzunmüddətli hərbi birləşmə və ağır silahlı neytrallıq siyasətini yaxşı mənada alt-üst edir. Rusiya isə 1300 kilometrlik sərhədə malik olduğu Finlandiyanın NATO ailəsinin övladı olmasını qəzəblə izləyir. Moskva şərqə doğru genişlənən NATO-nu qorxutmaq üçün Ukrayna ilə bağlı yenidən gücləndirilmiş nüvə şantaji ritorikasına keçir. Ancaq Rusiyanın Ukraynada nüvə silahı tətbiq etməsi riski aşağı olaraq qalır, hətta Rusiyanın Belarusa taktiki nüvə silahları yerləşdirməsi belə, Ukraynadakı reallıqlara həlledici təsir göstərməkdən uzaqdır. “Nüvə müharibəsi olmaq ehtimalı yoxdur” demirik, amma cari situasiya tempi belə saxlasa, onda atom bombası eskalasiyası olmayacaq. Hər halda, nüvə riski olsa da, olmasa da, Finlandiyanın Ukraynadakı müharibədən qorxmayaraq xarici və təhlükəsizlik siyasətində köklü dəyişiklik etməsi Rusiya üçün planlaşdırılmamış bir uğursuzluqdur. Rusiya bunun cavabını Finlandiyaya verməkdən qaça bilər, çünki artıq Finlandiya ilə hədə-qorxu dili ilə danışmaq və bunu hərbi güc nümayişi ilə reallaşdırmaq dövrü geridə qaldı. Artıq Finlandiyaya müdaxilə NATO-ya müdaxilədir və Alyans 5-ci maddə ilə Rusiyaya sərt cavab verə bilər. Rusiya “Finlandiya itkisinin” əvəzini Ukrayna cəbhəsində çıxmağa çalışacaq, indi sual olunur: Görəsən, Ukrayna meydanında döyüşlərin xarakteri necə dəyişəcək? Hər halda, Ukrayna üçün düyünlər daha çoxdur, Kiyev Qərbdəki tərəfdaşlarına ağız açaraq onlardan silah istəyir, silah tədarükünün yubanması isə onun üçün ağlasığmaz məğlubiyyətlərin açarı kimi qavranılır. Rusiya bu vəziyyətdən istifadə edərək hərb meydanında genişləndirə biləcəyi imkanlara baş vurur, ancaq Ukrayna qoşunlarının davam edən müqaviməti Moskvaya da xeyli çətinliklər deməkdir. Rusiyanın Ukraynadakı təhlükəli xətti hansı məcraya yönəldəcəyi barədə NATO-nun qiymətli kəşfiyyata və dərin anlayışa ehtiyacı var. Beynəlxalq nizamın gərilməsi fonunda isə Ukraynanın tək qala bilmək ehtimalları da çoxalır, ən azından, silah çatışmazlığında rastlaşdığı hal bunu deməyə əsas verir. İndi döyüşlərin həlledici mərhələsi Baxmutda gedir, Rusiya günbəgün Baxmutu tutmaq səylərini genişləndirir. Ukrayna isə əks-hücum üçün lazım olan silah-sursat gözləyir, yəqin ki, ordunu komplektləşdirsə, cənub cinahından həmləyə keçəcək. Rusiya isə işğalda saxladığı ərazilərə nəzarəti gücləndirməyi daxili təhlükəsizlik və qanunun aliliyi məsələsi kimi qiymətləndirməyə davam edəcək. Hadisələrin gedişatı Qərblə Rusiyanın Gürcüstan üzərindəki toqquşan maraqlarını da alovlandırır. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə deyib ki, Qərb ölkələri Tbilisini Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı ikinci cəbhənin açılmasının zəruriliyinə inandırmağa çalışırlar. Onun sözlərinə görə, Qərb Gürcüstanı inandırır ki, Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək üçün əlverişli məqamdır. Artıq Rusiyadan çıxan səslər perspektiv üçün Gürcüstana qarşı şokların hazırlanmasının göstəricisidir. Rusiya Gürcüstan üzərinə Belarusla getmək niyyətindədir, hərçənd ki, Minsk Moskvanın təzyiqlərinə hələ ki tab gətirə bilir. Qərbin Gürcüstanı hərbi təhdidlər qarşısında qoruya biləcək imkanları isə zəifdir, çünki Gürcüstan məsələsi Ukraynadan fərqlənir. Gürcüstanla bağlı aydınlaşmalar Finlandiyanın NATO-ya üzvlüyü fonunda davam edən Rusiya-Ukrayna müharibəsinin nəticələri ilə düz mütənasiblik təşkil edəcək. Aqşin Kərimov, Siyasi şərhçi - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|