Qərb Ərdoğanın prezident olmasını niyə istəmir? - “The Washington Post” bu suala cavab verir
Tarix: 31-03-2023, 14:59 | Çap et
Türkiyədə mayda keçirəcək seçkidə iqtidar partiyası AKP-ni Rəcəb Təyyib Ərdoğan, ana müxalifət partiyası CHP-ni isə Kamal Qılıncdaroğlu təmsil edəcək. Sirr deyil ki, Qərb Tayyib Ərdoğanın prezident olmasını istəmir. Niyə istəmir? Bu suala Qərbin öz dilindən verilmiş cavabı təqdim edirəm. Sitatlar “The Washington Post” qəzetində gedən “The World’s Most Important Election in 2023 Will Be in Turkey” (2023-cü ildə dünyanın ən mühüm seçkisi Türkiyədə olacaq) adlı məqalədən götürülüb. 2023-cü ilin 9 yanvarında çap olunan yazı siyasi təhlilçi Bobby Ghosh tərəfindən qələmə alınıb. O, yazır ki, Türkiyədəki seçkinin nəticəsi “Vaşinqton və Moskvada, eləcə də Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrikadakı paytaxtlarda geosiyasi və iqtisadi hesablamaları formalaşdıracaq. “Royal United Services Institute for Defense and Security Studies”-in baş elmi işçisi Ziya Meral deyir: “Türkiyədə baş verənlər təkcə Türkiyəni etikiləməyəcək...Türkiyə orta gücə sahib ölkə hesab oluna bilər, lakin Türkiyədəki seçkidə böyük dövlətlərin özəl maraqları var”. Gördüyünüz kimi, birmənalı olan odur ki, Türkiyədəki seçkinin istənilən nəticəsi, dünyanın siyasi, iqtisadi və hərbi mənzərəsinə yeni nizam verəcək. Yəni heç bir şey əvvəlki kimi olmayacaq. Mustafası, fərq eləməz, Ərdoğan və ya Qılıncdaroğlu prezident seçilsin-hər iki halda dünya çapında ciddi dəyişikliklər olacaq. Amma fərqli istiqamətlərdə... Məqalədə deyilir ki, Qərb liderləri Ərdoğanın iqtidardan getməsinə şad olacaqlar: “ Ərdoğan Rusiyadan raketdən müdafiə sistemləri almaqla NATO-nun təhlükəsizliyini (Yunanıstana isə belə bir irad bildirilmir. Elbəyi Həsənli) pozdu, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü əngəlləməklə alyansı məyus etdi, dəfələrlə Avropanı qaçqınlarla doldurmaqla hədələdi və son aylarda Yunanıstana qarşı getdikcə daha döyüşkən ritorikadan istifadə etdi. Ankaranın Vaşinqtonla münasibətləri o həddə qədər gərginləşib ki, yüksək səviyyəli türk rəsmiləri ABŞ-ı Ərdoğana qarşı dövlət çevrilişini dəstəkləməkdə və terrorçu qruplarla əməkdaşlıqda suçlayırlar. ABŞ və Avropa Ərdoğanın dünyadakı proseslərə pozucu təsirindən narahatdır, xüsusən Qərbin Vladimir Putinlə qarşıdurması gücləndiyi bir vaxtda bu, heç arzulanan deyil. Ərdoğanın tərəf müqabili kimi faydası məhduddur: Keçən ilin yayında o, Ukraynadan taxıl və bitki yağı axınının davam etdirilməsinə dair razılaşmanın əldə olunmasına kömək etsə də, Ərdoğan “əziz dostu” Vladimirə heç bir maneə törətmədi”. “Vaşinqtonun və Avropa paytaxtlarının xarici siyasət dairələrində bir çoxları onun Qərbə qarşı soyuqluqdan geri çəkilə biləcəyinə ümid bəsləsələr də, Ərdoğanın dünyagörüşü əksər qərblilərin düşündüyündən daha radikaldır. Ərdoğan rəsmi Ankaranın getdikcə daha çox nüfuz etdiyi Türkiyənin yaxın qonşuluğu ilə bağlı ambisiyaları Amerika və Avropanın təsirini tamamlamaq deyil, “onları əvəz etmək və onlara qarşı çıxmaqdır”, politoloq Səlim Koru deyir. Bu məqamı bir az “xırdalayaq”. Yəni Türkiyə qonşu ölkələrə getdikcə daha çox nüfuz edir. ABŞ və Avropa İttifaqı istəyir ki, Türkiyə həmin ölkələrdə özünün yox, Qərbin maraqlarından çıxış etsin, Qərbin maraqlarının təmsilçisi qismində yer alsın. Türkiyə isə nəyinki bunu etmir, tam əksinə, Qərbin maraqlarına qarşı çıxır və öz maraqlarını daha kəskin şəkildə qabardır. Biz bunu Türkiyənin Cənubi Qafqaza bağlı yeritdiyi siyasətdə aydın gördük. Aydındır ki, Türkiyə Cənubi Qafqazda Qərbin marağından çıxış etsəydi ən azı Azərbaycana siyasi və hərbi dəstək verməməli idi... Yenidən məqaləyə qayıdıram: “İstanbul EDAM analitik mərkəzinin direktoru Sinan Ülgen deyir ki, Ərdoğan məğlub olarsa, “onun varisi Türkiyəni mövqeyi Qərb üçün daha rahat olan fərqli bir xarici siyasət aktyoruna çevirəcək”. “Ancaq bu baş versə belə, heç kim sürətli 180 dərəcə dönüş gözləməməlidir. Ərdoğanın türk qurumlarını - hökuməti, ordunu, akademik dairələri, dini qurumları və medianı radikal dünyagörüşünə kökləmək üçün 20 il vaxtı olub. Yeni prezident olsa, Ərdoğanın tikdirdiyi binanı sökməli olacaq. Bunu həyata keçirmək çətindir, çünki Ərdoğanın AK Partiyası parlamentdə əhəmiyyətli bir varlıq olaraq qalacaq, dəyişikliyə şiddətlə müqavimət göstərəcək”. Bir daha xatırladım ki, bu məqalə bu il yanvarın 9-da yazılıb. Onda hələ Türkiyədə zəlzələ olmamışdı, “Altılı Masa (+HDP)” müxalifətin vahid namizədi kimi Kamal Qılıncdaroğlunu seçməmişdi. Sözügedən məqalədə deyilir ki, “Ərdoğanın üstünlük verdiyi rəqib CHP-yə 12 il rəhbərlik edən bir qədər rəngsiz (solğun) veteran siyasətçi Qılıncdaroğludur. Bir çox türk politoloqları deyirlər ki, daha gənc, daha xarizmatik İmamoğlu daha güclü rəqib olacaq”. Şübhəsiz ki, İmamoğlunun şansı daha yüksək idi. Ancaq “Altılı Masa” sanki Tayyib Ərdoğanın sifarişi ilə Kamal Qılıncdaroğlunu önə verdi... Mənim baxışıma görə, Ərdoğanın böyüklüyü ondadır ki, o, Türkiyəni ABŞ başda olmaqla Qərbin caynağından qoparmağa çalışır, heç şübhəsiz ki, o, bir daha prezident seçilsə, Türkiyə Qərbin əsarətindən birdəfəlik qurtulacaq. Qərb Türkiyənin Osmanlı əzəmətinə dönüşünün qarşısını almaq üçün Ərdoğan iqtidarını 2023-cü ildə bitirmək istəyir. Bitirə bilməsə, Türkiyənin inkişafının qarşısını almaq mümkün olmayacaq... Məsələ belədir: Türkiyə qüdrətli dövlət olmaq istəyirsə, öz maraqlarından çıxış etməlidir. Yox əgər Türkiyə Qərbin əlaltısı qismində mövcud olmaq istəyirsə, onda ABŞ-ın çaldığı ilə oynamalıdır... Ancaq məqalədə də deyildiyi kimi, Türkiyəni Qərbin təlimatı ilə idarə etmək bundan sonra çox çətin olacaq. Hətta müxalifət seçkidən qalib çıxsa belə AKP Türkiyənin Qərbin təlimatları ilə idarə olunmasına şiddətli müqavimət göstərəcək... Bir şeyi də deyim. Əlbəttə, Türkiyə Qərbə qarşı düşmən mövqedə olmalı deyil. Ancaq Qərblə münasibətdə Türkiyə öz maraqlarını arxa plana ata da bilməz. Atsa, Türkiyə super-gücə çevrilə bilməz. Ona görə də Türkiyə öz milli və dövlət maraqlarını Qərblə uzlaşdıraraq qarşılıqlı anlaşma şəraitində yoluna davam etməlidir. Qərblə münasibəti kəskinləşdirmək Türkiyəyə qətiyyən lazım deyil. Əksinə, münasibətləri mümkün qədər yumşaltmaq və anlaşma nöqtələrinə istinad etməklə irəliləmək lazımdır. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Ancaq ən optimal yol budur...
Elbəyi HƏSƏNLİ - DİA.AZ
MƏQALƏ BURADA: The World’s Most Important Election in 2023 Will Be in Turkey
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|