İşıq gələnə, yoxsa it hürənə: Gürcüstan hansı yolu seçəcək? - GƏLİŞMƏ
Tarix: 22-03-2023, 08:26 | Çap et
Gürcüstan əhalisinin 80 faizi ölkənin AB-ə daxil olmasını dəstəkləyir. Bu hədəf Gürcüstan konstitusiyasında da yazılıb. Bununla yanaşı, hakim partiyanı rusiyapərəst əhvalda qınayırlar. Ölkənin siyasi kursu ətrafında nə baş verir?
Cənubi Qafqazın üç dövlətindən – Azərbaycan, Ermənistan və Gürcüstan – sonuncular həmişə daha çox Avropa meylli olublar. Uzun illərdir ki, sosial sorğular gürcülərin 75-80 faizinin ölkələrinin AB tərkibində gördüklərini ortaya qoyur. AB və NATO-ya üzv olmaq qarşıda duran məqsəd kimi Gürcüstan konstitusiyasına yazılıb.
Postsovet dövlətləri arasında ilk dəfə 2008-ci ildə Rusiya təcavüzü ilə üzləşən Gürcüstan Ukraynaya irimiqyaslı təcavüz başlayandan Moskvaya münasibətdə son dərəcə ehtiyatlı mövqe tutur. Əhali Ukrayna ilə açıq həmrəylik nümayiş etdirdiyi halda, rəsmi Tbilisi, gözləntilərin əksinə, Rusiya əleyhinə sanksiyalara qoşulmadı.
Son zamanlar Gürcüstan və Rusiya hökumətlərinin yaxınlaşmağa doğru addımları getdikcə aydın sezilir. Hakim “Gürcü arzusu” partiyasının Rusiyadakı ilə çox şeydə bənzər olan “xarici agentlər” haqqında qanunu qəbul etdirmək cəhdi yalnız kütləvi etirazlar sayəsində uğursuz oldu.
Gürcüstan hakimiyyəti özlərinin siyasi rəqibi və Putinin şəxsi düşməni Mixail Saakaşvilini həbsdən buraxmaqdan imtina edirlər və bu zaman AB-nin və Saakaşvilinin vətəndaşı olduğu Ukraynanın çoxsaylı müraciətlərinə əhəmiyyət vermirlər. Belə olduqda, Gürcüstanı hələ də AB-nin etibarlı, demokratik dəyərləri bölüşən tərərfdaşı saymaq olarmı?
Gürcü xalqı AB-nin etibarlı partnyorudur
Fridrix Naumann fondunun Cənubi Qafqaz regional şöbəsinin rəhbəri Katrin Bannax (Katrin Bannach) hesab edir ki, Gürcüstan hökumətinin siyasəti artıq çoxdan Avropaya yönəlməyib. Onun sözlərinə görə, bu, AB ilə yaxınlaşmaq üçün zəruri islahatların keçirilməsində özünü daha aydın göstərir: “Söhbət konkret mövzulardan düşəndə, – məsələn, ədliyyə sahəsində islahatlardan – əks tendensiyadan danışmaq olar. “Xarici agentlər” haqqında qanun qəbulu cəhdi bunu bir daha nümayiş etdirdi”.
Bu zaman Gürcüstan sakinləri əvvəlki kimi avropapərəst kursu dəstəkləyirlər. Ekspertin sözlərinə görə, hakimiyyəti mübahisəli qanun layihəsini geri çəkməyə məcbur edən etirazlar bunun sübutudur. Ona görə də Bannax Gürcüstan haqqında AB-nin etibarlı partnyoru kimi danışarkən aydın sərhəd çəkir.
“İndiki Gürcüstan hakimiyyətinə daha etibar etmək olmaz. Amma əhali və vətəndaş cəmiyyəti haqqında geniş konsensus belədir: Gürcüstan uzun müddət AB-nin etibarlı partnyoru olub, ölkədəki uzunmüddətli demokratik islahatlar kursu ilə fəxr edib gələcəkdə də AB-nin partnyoru kimi qalmaq istəyir”, – Bannax deyir.
RF-ə münasibətdə ehtiyatlı və praqmatik
Fridrix Ebert fondunun regional şöbəsinin rəhbəri Marsel Rötiq (Marcel Röthig) isə hesab edir ki, ölkə daxilində qütbləşmə güclənsə də, geri çəkilən “xarici agentlər” haqqında qanun “Rusiya modeli ilə müəyyən oxşarlıq” təşkil etsə də, Tbilisinin Moskva ilə yaxınlaşmanı sürətləndirməsinin əlamətləri gözə dəymir. Kremlin müəyyən addımları Gürcüstanı həqiqətən də daha dost münasibətlərə meylləndirmək istədiyini güman etmək imkanı verir. Onların arasında Tbilisini separatçı Cənubi Osetiya və Abxaziya ilə birbaşa münasibətlərə məcbur etmək, Moskva və Tbilisi arasında birbaşa hava əlaqəsini bərpa etmək var.
“Amma bunlardan heç biri real siyasətə çevrilməyib. Əksinə, Gürcüstan hakimiyyəti Rusiyaya münasibətdə ehtiyatlı və praqmatik davranmaqda davam edir”, – Rötiq söyləyir və bunu Gürcüstanın zəifliyi ilə izah edir. DW həmsöhbəti düşünür ki, Ukrayna müharibəsi başlayandan Cənubi Osetiyadakı rus qoşunlarının sayı təxminən 30% azalsa da, Rusiyanın Gürcüstana müdaxilə təhlükəsi hələ də mövcuddur.
“Gürcüstanın beynəlxalq hüquq tərəfindən tanınan ərazisinin 20 faizi Rusiya tərəfindən işğal olunub. Gürcüstan və Cənubi Osetiya arasında sərhəd elə keçir ki, Rusiya bir göz qırpımında ölkəni ortadan bölə bilər. Görünür ki, Rusiyanın növbəti təcavüzü, məsələn, Cənubi Osetiyanın və Abxaziyanın ilhaqı nəticəsində (hərçənd, indi bunun heç bir əlaməti yoxdur), Gürcüstan yenə tək döyüşməli olacaq”, – alman ekspert izah edir.
Onun fikrincə, Gürcüstan hökumətinin beynəlxalq sanksiyalara qoşulmamaq qərarı ilk növbədə bu əndişədən doğur. Bununla bərabər, rəsmi Tbilisi “Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, Rusiya təcavüzünü pislədiyini dəfələrlə bildirib və BMT-nin istənilən qətnaməsində Ukraynanın lehinə səs verib”, – Rötiq xatırladır.
“Gürcü arzusu”nun rusiyameylli əhvalı nə ilə izah olunur?
2012-ci ildə hakimiyyətə gələn “Gürcü arzusu” partiyası əvvəldən RF ilə konfrontasiyadan imtina etdi və nəyin bahasına olursa-olsun, yeni müharibədən yayınacağını bildirdi. Baş nazir İrakli Qaribaşvili dəfələrlə deyir ki, “istənilən vətənpərvər yeni müharibədən qaçmaq üçün hər şeyi etməlidir”. Hakim partiyanın belə mövqeyi opponentlərinə onu rusiyapərəst əhvalda günahlandırmaq fürsəti verir. Bəziləri bunu hətta ”Gürcü arzusu”nun banisi və keçmiş baş nazir, siyasətə gələnə qədər Rusiyanın məşhur biznesmenlərindən olan Bidzina İvanişvilinin şəxsi mənafeyi ilə izah edir.
Katrin Bannax deyir ki, belə ehtimalları sübut etmək mümkün deyil. Onun fikrincə, hakimiyyətin əməlləri və ritorikası “getdikcə daha çox Rusiya nümunəsinə bənzəyir” və ölkə rəhbərliyi, həqiqətən, Rusiyaya yetərincə dostca yanaşır: “Amma bunun İvanişvilinin keçmişdə öz milyardlarını Rusiyada qazanması, indi də RF-də işgüzar və şəxsi maraqlarının olması ilə izah etmək spekulyasiya olardı”.
Bununla yanaşı, Katrin Bannax hesab edir ki, hakim partiyanın sülhü qorumaq haqqında ritorikası əslində siyasi hakimiyyəti qorumaq vasitələrindən biri ola bilər. “Gürcü arzusu” müxalifəti mütəmadi şəkildə ölkəni müharibəyə cəlb etmək niyyətində ittiham edir. Son bir neçə ayda hökumət təkcə opponentlərini deyil, həm də Avropa Birliyini, Avroparlament deputatlarını və vətəndaş cəmiyyəti nümayəndələrini “müharibə qızışdırıcıları” adlandırır: “Hökumət bu strategiya ilə insanlara təsir etmək istəyir, çünki Gürcüstan əhalisi, təbii ki, müharibə istəmir”.
ABŞ-ın Milli Demokratiya İnstitutu (NDI) tərəfindən 2023-cü ilin fevralında keçirilən sonuncu sorğu Bannaxın arqumentlərini dolayısı ilə təsdiqləyir. Nəticələr hakim partiyanın Saakaşvilinin müxalif koalisiyası üzərində dördqat üstünlüyünü ortaya qoyur: respondentlərin 25 faizi “Gürcü arzusu”nu, yalnız 6 faizi isə “Milli birliyi” seçib.
AB üzvlüyü, RF ilə praqmatik münasibətlər
Bəs Gürcüstanın AB-yə birləşmək meyli hökumətin Rusiyaya qarşı mehriban siyasəti ilə necə uyuşur? “Hər ölkə öz yolunu müstəqil müəyyən edir. Amma heç bir ölkə öz coğrafi mövqeyini dəyişə bilməz. Gürcüstan siyasətində Rusiya həmişə önəmli amil olacaq”, – Marsel Rötiq belə hesab edir. Bununla belə, əgər hökumət AB-ə üzvlükdən imtina edərsə seçicilərin çoxunu itirər. AB-ə qoşulmaq konstitusiyada bəyan edilib və ölkə əhalisinin 80 faizindən çoxu tərəfindən bəyənilib. Bunun görə Tbilisi üçün “AB üzvlüyü də, Moskva ilə praqmatik münasibətlər də” önəmlidir.
Öz növbəsində Katrin Bannax Gürcüstan hakimiyyətinin avrointeqrasiya siyasətinə daha tənqidi yanaşır, onu “ikiüzlü Yanus siyasəti” adlandırır. O, konstitusiyada bəyan edilənin islahatlarla möhkəmləndirilmədiyini təsbit edir: “AB üzvlüyünə namizədlik statusu qazanmaq üçün Avropa komissiyasının zəruri saydığı 12 şərtin az hissəsi Tbilisi tərəfindən yerinə yetirilib”.
“Qanunun aliliyi, məhkəmə islahatı sahəsində məsələlərin çoxu, eləcə də cəmiyyətin oliqarxlaşması və qütbləşməsi kimi məsələlər olduqca qeyri-səmərəli üsullarla həll olunub”, – Naumann Fondunun nümayəndəsi belə hesab edir. Bannax ehtimal edir ki, hakimiyyət Gürcüstana namizədlik statusunun verilməsində maraqlı deyil, buna görə də Avrokomissiyanın şərtlərinin yerinə yetirilməsini qəsdən uzadır ki, Brüssellə danışıqlar uğursuz olarsa, özünün siyasi opponentlərini və vətəndaş cəmiyyətini günahlandırsın.
Vətəndaş cəmiyyətinə ümid
Katrin Bannax Gürcüstan xalqına böyük ümid bəsləyir. Onun fikrincə, xalq öz azadlığını və ölkənin Avropaya yolunu müdafiə etmək üçün küçələrə çıxır. Hakimiyyət məhz kütləvi xalq etirazları səbəbindən “xarici agentlər” haqqında qanunu geri çəkməli oldu. Amma alman ekspert düşünür ki, gürcü vətəndaş cəmiyyəti öz sayıqlığını qorumalı, hakimiyyətin növbəti manevrinə hazır olmalıdır.
“Digər keçmiş sovet respublikalarından fərqli olaraq, burada vətəndaşlar ictimai-siyasi həyatda çox fəaldırlar və siyasətə təsir edə bilirlər. Bu, həm də Gürcüstan cəmiyyətinin Rusiya təsir dairəsindən qətiyyətlə imtina etməsi sayəsində baş verir”, – Bannax söyləyir. O, AB-ni dəqiq mövqe tutmağa və Gürcüstan vətəndaş cəmiyyəti ilə dialoqu davam etdirməyə çağırır.
Marsel Rötiq də bu Cənubi Qafqaz ölkəsinin Avropa gələcəyinə inamını itirmir: “Gürcüstan öz tarixinin unikal fürsətini qazanıb və onu əldən vermək olmaz. Qorxuram ki, qütbləşmə güclənsin, ixtilaflar davam etsin, Avropa məsələsi isə seçki kampaniyasının mövzusuna çevrilsin. Amma mən hələ də Gürcüstanın perspektivlərinə nikbin baxıram, çünki ölkə sonunda o böyük birləşdirici məqsəd ətrafında sıxlaşacaq”, – Ebert Fondunun Gürcüstandakı nümayəndəsi belə düşünür.
Hazırladı: Yadigar Sadıqlı //pressklub.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|